Məhkəmə qərarları › İş №2-1(122)-217/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-217/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-217/2024 24.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı "mülkiyyətində olan X3 balansında olan sökülmüş 300-lük texniki su xəttinin və 150-lik içməli su xəttinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ordubad Rayon İcra Hakimiyyətindən ona məxsus X3 1500 metr 300-lük dəmir borudan ibarət texniki su xəttini və 1500 metr 150-lik dəmir borudan ibarət içməli su xəttini sökməsi ilə əlaqədar ona vurulan zərərin dəyərinə uyğun əvəzləşdirilməsi və ya kompensasiya edilməsinə görə 150000 (yüz əlli min) manat və sökülən gündən məhkəmə qərarı çıxan günədək əldən çıxmış fayda qismində 50000 (əlli min) manat ödənilməsi və mənəvi-psixoloji ziyana görə cavabdehdən 50000 (əlli min) manat olmaqla, cəmi 250000 (iki yüz əlli min) manat pulun ona ödənilməsi və 300-lük texniki su xəttinin və 150-lik içməli su xəttinin bərpa edilməsi öhdəliyinin cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2- 1(122)-217/2024 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi Nümayəndə 07 dekabr 2023-cü il tarixli ərizəsi əsasında İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi dəyişdirilərək “mülkiyyətində olan X3 balansında olan sökülmüş 300-lük texniki su xəttinin və 150-lik içməli su xəttinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Bundan sonra iş üzrə zəruri prosessual hərəkətlər edilərək hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 24 aprel 2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı İddiaçı mülkiyyətində olan X3 balansında olan sökülmüş 300-lük texniki su xəttinin və 150-lik içməli su xəttinin bərpa edilməsi barədə iddia qaldırıldığını bildirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasını xahiş etmiş və bu barədə yazdığı 24 aprel 2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iddiaçının nümayəndəsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə heç bir etirazının olmadığını bildirmişdir Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə hesab edir ki, iddia geri götürülmüş sayılmalı və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi müraciətdən görünür ki, o, iddia tələbindən imtina etməməklə ərizənin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçının ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Hazırki mübahisədə də iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçının və onun nümayəndəsinin diqqətinə çatdırılır ki, iddiaçının nümayəndəsinin ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı nümayəndəsi Nümayəndə 24 aprel 2024-cü il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı "mülkiyyətində olan X3 balansında olan sökülmüş 300-lük texniki su xəttinin və 150-lik içməli su xəttinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar