Məhkəmə qərarları › İş №2-1(122)-218/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-218/2025

07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-218/2025 07.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-M-1307/2024 nömrəli qərarının ləğv edilməsi, 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 fevral 2024cü il tarixli, 3-17-9-1/2-M-1307/2024 nömrəli qərarının ləğv edilməsi, bu hüququnun yarandığı gündən əmək pensiyası hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1981-ci il tarixdən 1983-cü il tarixədək keçmiş SSRİ silahlı qüvvələrində həqiqi hərbi xidmət etmiş. 1983-cü il tarixdən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Müxtəlif təşkilatlarda işləyərək vaxtı-vaxtında əmək haqqı almışdır. xx.xx.1983-cü il tarixdə 240 nömrəli əmrlə 2-ci dərəcəli qazmaçı kimi, xx.xx.1987-ci il tarixdən isə buldozerçi vəzifəsində işləmişdir. 1992-ci il tarixdən 1996-cı il tarixədək işlədiyi dövrlərdə aldığı əmək haqqı barədə arxiv arayışını ərizəsinə əlavə edilir. 20 iyul 2011-ci ildən 01 mart 2013-ci il tarixədək X6 Sənaye Kompleksi MMC-nin Qarabaglar daş karxanasında buldozer sürücüsü (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 1.1.2 maddəsinin a) bəndinin 11-ci abzası), 01 mart 2013-cü il tarixdən 11 oktyabr 2013-cü il tarixədək həmin karxanada briqadir maşinist (həmin maddənin a) bəndinin 11-ci abzası), 11 oktyabr 2013-cü il tarixdən 12 dekabr 2015-ci il tarixədək və 14 aprel 2016-cı il tarixdən bu günədək X7 zavodu MMC-də (köhnə "X6 Sənaye Kompleksi" MMC) briqadir (həmin maddənin a) bəndinin 11-ci abzası) vəzifəsində işləmişdir. Azərbaycan Respubliaksı Nazirlər kabinetinin 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş siyahısına əsasən zərərli işdə 11 il 9 ay 06 gün işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə müraciət etmişdir. Lakin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-M-1307/2024 nömrəli qərarında imtina səbəbi olaraq 12 il 6 ay xüsusi stajının olmaması göstərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim olunan arxiv arayışlarına və X1 Sisteminə əsasən vətəndaşın Şərur Tikinti Materialları Zavodunda və Tikinti Materialları ASC-də ümumilikdə 12 il 11 ay 3 gün müddətində buldozer maşinisti vəzifəsində işləməsi qeyd olunsa da, həmin müəssisələr fəaliyyət göstərmədiyindən və Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli qərarının 4.1.20-ci bəndinə əsasən 2 nömrəli əlavəni əldə etmək mümkün olmadığından vətəndaşın güzəştli iş dövrünü müəyyən etmək mümkün olmamışdır. İddiaçı bu qanunun 9.1-ci maddəsinin şərtlərinə əsasən 12 il 6 ay xüsusi stajı öz təsdiqini tapmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilsin. Lakin o, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 fevral 2024-cü il tarixli qərarı ilə razı deyil. O, 1983-cü il tarixdən əmək fəaliyyəti ilə məşğul olur, ümumilikdə 35 il iş stajı vardır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənlərə əsasən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 fevral 2024-cü il tarixli, 3-17-9- 1/2-M-1307/2024 nömrəli qərarının ləğv edilməsi, bu hüququnun yarandığı gündən əmək pensiyası hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan 20 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirərək, hazırki iddia tələbinin "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-M-1307/2024 nömrəli qərarının ləğv edilməsi, 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 20 iyun 2024-cü il tarixli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, 26 avqust 1963-cü il tarixdə anadan olmuş, Kəngərli rayon Şahtaxtı kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 12 sentyabr 2023-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat şöbəsinin 15 fevral 2024-cü il tarixli, 9-1/2-M-1307/2024 nömrəli qərarı ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi iddiaçının qanunvericiliyə əsasən 12 il 6 ay xüsusi iş stajının olmadığı göstərilmişdir. Bununla razılaşmayan iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Fondun Xüsusi şərtlərlə təyinat şöbəsinin 15 fevral 2024cü il tarixli, 9-1/2-M-1307/2024 nömrəli qərarının ləğv edilməsi, bu hüququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən verilmiş 3-43-73/332-214/2023 nömrəli arayışa görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək İliç (Şərur) Rayon Tikinti Materiallar Zavodunda 2-ci dərəcəli fəhlə, xx.xx.1987-ci il tarixdən buldozer sürücüsü olaraq əmək fəaliyətinə davam etmişdir, iddiaçı xx.xx.2000-ci il tarixdən Naxçıvan Tikinti Materialları ASC-nin Şərur rayon sahəsinə buldozer sürücüsü, xx.xx.2011ci il il tarixindən ("xxxx") X6 Sənaye Kompleksi MMC-nin Qarabağlar Daş karxanasına buldozer sürücüsü, xx.xx.2013-cü il tarixdən briqadir maşinist, xx.xx.2013-cü il tarixdən briqadir vəzifələrinə keçirilmiş və xx.xx.2015-ci il tarixdən işdən azad olmuşdur. İddiaçının əmək kitabçası üzrə 27 il 4 ay 4 gün ümumi, 12 il 11 ay 4 gün xüsusi iş stajı olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə görə yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışna əsasən müəyyən edilir. Qaydaların 4.1.1-ci bəndinə görə şəxsin 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sığorta stajını “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən iddiaçının qanunla tələb olunan xüsusi iş stajına malik olub-olmaması istiqamətində araşdırma aparılmış və bununla bağlı iddiaçının işlədiyi müəssisəyə sorğu verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 03 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək (1 il 7 ay 9 gün) X6 Sənaye Kompleksi MMC-nin Qarabağlar daş karxanasında buldozer sürücüsü, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək ( 7 ay 10 gün) həmin karxanada briqadir maşinist, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək (2 il 2 ay 1 gün) briqadir vəzifəsində işləmişdir. Sözügüdən məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan vəzifələrə uyğun maddələrin olmaması səbəbindən vətəndaş İddiaçı güzəştli iş dövrü olmamışdır. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına, əmək kitabçasında əmək fəaliyyətinə dair müvafiq qeydlərin olmasına baxmayaraq, əmək kitabçası üzrə işlədiyi illərin dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi mümkün olmadığı, işlədiyi peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı üçün ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı ““Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 fevral 2024-cü il tarixli, 3-17- 9-1/2-M- 1307/2024 nömrəli qərarının ləğv edilməsi, bu hüququnun yarandığı gündən əmək pensiyası hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza həmçinin araşdırma materialları əlavə edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 07 fevral 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Kəngərli rayon Şahtaxtı kənd ünvanında yaşayan İddiaçı ünvanlanmış 12 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-M-1154/2024 nömrəli məktubdan aydın olur ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-cı maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Araşdırma zamanı təqdim edilən sənədlərdə 12 il 6 ay xüsusi iş stajı olmadığı aşkar olunması ilə bağlı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 15 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-M- 1307/2024 nömrəli qərarından məlum olur ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, 12 il 6 ay xüsusi stajının olmaması səbəbindən İddiaçı yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - "xxxx" MMC tərəfindən verilən 28 avqust 2023-cü il tarixli, 193 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 20 iyul 2011-ci ildən 01 mart 2013-ci il tarixədək X6 Sənaye Kompleksi MMC-nin Qarabaglar daş karxanasında buldozer sürücüsü (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 1.1.2 maddəsinin a) bəndinin 11-ci abzası), 01 mart 2013-cü il tarixdən 11 oktyabr 2013-cü il tarixədək həmin karxanada briqadir maşinist (həmin maddənin a) bəndinin 12-ci abzası), 11 oktyabr 2013-cü il tarixdən 12 dekabr 2015-ci il tarixədək və 14 aprel 2016-cı il tarixdən bu günədək Arkoz Travertin-Mərmər zavodu MMC-də (köhnə ''X6 Sənaye Kompleksi" MMC) briqadir (siyahının 1.1.1 maddəsinin ç) bəndinin 29-cu abzası) vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş siyahına əsasən zərərli işdə 11 il 9 ay 06 gün işləmişdir. - "xxxx" MMC tərəfindən verilən 13 oktyabr 2023-cü il tarixli, 207 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 20 iyul 2011-ci ildən 01 mart 2013-ci il tarixədək X6 Sənaye Kompleksi MMC-nin Qarabağlar daş karxanasında buldozer sürücüsü (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 1.1.2 maddəsinin a) bəndinin 11-ci abzası), 01 mart 2013-cü il tarixdən 11 oktyabr 2013-cü il tarixədək həmin karxanada briqadir maşinist (həmin maddənin a) bəndinin 11-ci abzası), 11 oktyabr 2013-cü il tarixdən 12 dekabr 2015-ci il tarixədək və 14 aprel 2016-cı il tarixdən bu günədək Arkoz Travertin-Mərmər zavodu MMC-də (köhnə "X6 Sənaye Kompleksi" MMC) briqadir (həmin maddənin a) bəndinin 11-ci abzası) vəzifəsində işləmişdir. Arayışın qeyd hissəsində buldozer sürücüsü, briqadir maşinist və briqadir vəzifələri-buldozer maşinisti vəzifəsi ilə eyni olduğu (buldozer maşinisti daş mədənində artıq daş və torpağı buldozer vasitəsilə təmizləyib faydalı qazıntıları artıqlardan ayırır) qeyd edilmişdir. - Kəngərli Rayon İcra Hakimiyyətinin Şahtaxtı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 avqust 2023-cü il tarixli, 180 nömrəli arayışdan görünür ki, İddiaçı oğlu haliyədə Kəngərli rayon Şahtaxtı kəndində qeydiyyatda durur. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından və onun təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək İliç (Şərur) Rayon Tikinti Materiallar Zavodunda 3-cü dərəcəli işçi, xx.xx.1987-ci il tarixdən buldozer sürücüsü olaraq 1 saylı Ağbulaq sexində əmək fəaliyətinə davam etmişdir, iddiaçı xx.xx.2000-ci il tarixdən Naxçıvan MR Əmlak Nazirliyinin 8 saylı 16 may 2000-ci il tarixli əmrinə əsasən T.M.Z-u ləğv edildiyindən yeni yaradılmış Naxçıvan TMİSÇ-nin Şərur sahəsinə buldozer sürücüsü vəzifəsinə keçirilmişdir. Tikinti Materialları ASC-nin Şərur rayon sahəsinə buldozer sürücüsü, xx.xx.2011-ci il il tarixindən ("xxxx") X6 Sənaye Kompleksi MMC-nin Qarabağlar Daş karxanasına buldozer sürücüsü, xx.xx.2013-cü il tarixdən briqadir maşinist, xx.xx.2013-cü il tarixdən briqadir vəzifələrinə keçirilmiş və xx.xx.2015-ci il tarixdən işdən azad olmuş, xx.xx.2016-cı il tarixdən Gəmiqaya DMSK MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən Qarabağlar sahəsinə briqadir vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdən etibarən daş mədənlərində briqadir vəzifəsinə keçirilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi tərəfindən verilmiş 3-43-73/3-2- 214/2023 nömrəli arayışdan aydın olur ki, Kəngərli rayon Şahtaxtı kənd sakini 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən, 24 oktyabr 1981-ci il tarixdən 14 noyabr 1983-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmişdir. - Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli, 94 nömrəli arayışdan aydın olur ki, İddiaçı xx.xx.1983-ci il tarixli, 240 №-li əmrlə 2-ci dərəcə qazmaçı (brulşik) kimi işə qəbul edilmiş. xx.xx.1987-ci il tarixli 557A №-li əmrlə buldozerçi vəzifəsi verilmişdir. Lakin 2000-ci ilin əmr kitabında işdən azad edilməsi haqqında heç bir məlumata rast gəlinmədi. Arayışda 1992-1996-cı illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl, qeyd hissəsində əməkhaqqı kitablarında ata adının qeyd edilmədiyi, 1993 və 1997-ci illərin əməkhaqqı kitablarında adına rast gəlinmədiyi, 1998- 1999-cu illərin əməkhaqqı kitablarının Kəngərli Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin illərə baxmağın mümkün olmadığı göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 iyul 2024-cü il tarixli, 02/634 nömrəli məktubundan görünür ki, Şaxtaxtı Tikinti Materialları Zavodunun sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilmir. Məktuba həmçinin İddiaçı işləməsi, 1983-1992 və 1994-1996cı illərdə əmək haqqı alması barədə Kəngərli Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 34 nömrəli arxiv arayışlarının, Şahtaxtı Tikinti Materialları Zavodunun xx.xx.1983-cü il tarixli, 240 nömrəli, xx.xx.1987-ci il tarixli, 557A nömrəli əmrlərinin və Kəngərli Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 13 nömrəli məktubunun surətləri əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Kəngərli Rayon Dövlət Arxivinin 08 iyul 2024-cü il tarixli, 34 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı xx.xx.1983-cü il tarixli, 240 №-li əmrlə 2-ci dərəcəli qazmaçı (burilşik) vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-cü il tarixli 557A №-li əmrlə 2-ci dərəcəli bulozerçi (buldozerist) vəzifəsi verilmişdir. İşdən azad edilməsi haqqında hər hansı əmrə rast gəlinmədi. Eyni tarixli digər arayışda Şaxtaxtı Tikinti Materialları Zavodunda işlədiyi 1983-1996-cı illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində əməkhaqqı kitablarında ata adının qeyd edilmədiyi, 1993 və 1997-ci illərin əməkhaqqı kitablarında adına rast gəlinmədiyi, 1998, 1999, 2000-ci illərin əməkhaqqı kitablarının Kəngərli Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin illərə baxmağın mümkün olmadığı göstərilmişdir. - "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 23 iyul 2024-cü il tarixli, 174 nömrəli məktubdan məlum olur ki, İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, 207 saylı arayışın qeydində buldozer maşinisti ilə briqadir maşinist və briqadir vəzifələrinin eyni olması göstərilmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat şöbəsinin xx.xx.2023cü il tarixli, 01/493 saylı məktubunda yuxarıda qeyd olunan arayışda göstərilən vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 1 2№-li qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda göstərilmədiyi bildirilmişdir. xx.xx.2024cü il tarixdə şöbəyə göndərilmiş cavab həmin məktuba istinad edilmişdir. - "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 19 sentyabr 2024-cü il tarixli, 17 nömrəli məktubdan məlum olur ki, "Arkoz Travertin-Mərmər Zavodu” MMC-də işləmiş İddiaçı həqiqətən 20 iyul 2011-ci ildən 01 mart 2013-ci il tarixədək X6 Sənaye Kompleksi MMC-nin Qarabaglar daş karxanasında buldozer sürücüsü (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 1.2.1 maddəsinin (Acıqda dağ-mədən işləri və yer səthində işlər) a) bəndinin (fəhlələr) 41-ci abzası (buldozer maşinistləri, o cümlədən yanan terrikonlarm və şaxtaların süxur laylarında kəsmələrdə, zənginləşdirmə və briket fabriklərində sökmə və söndürmə işləri ilə məşğul olanlar)). 01 mart 2013-cü il tarixdən 11 oktyabr 2013-cü il tarixədək həmin karxanada briqadir maşinist (həmin qanunun 1.2.1 maddəsinin (Acıqda dağ-mədən isləri və yer səthində işlər ) a) bəndinin 1-ci abzası (kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, saxtaların, mədənlərin və drenaj şaxtaların səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər)). 11 oktyabr 2013-cü il tarixdən 12 dekabr 2015-ci il tarixədək və 14 aprel 2016-cı il tarixdən bu günədək Arkoz Travertin-Mərmər zavodu MMC-də (köhnə "X6 Sənaye Kompleksi” MMC) briqadir (həmin qanunun 1.2.1 maddəsinin (Açıqda dağmədən işləri və ver səthində işlər ) a) bəndinin 1-ci abzası (kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər)) vəzifəsində işləmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 22 oktyabr 2024cü il tarixli, 3-17-9-1/2-10883/2024 nömrəli məktubdan aydın olur ki, İddiaçı adına "xxxx" MMC tərəfindən verilmiş 2024-cü il 19 sentyabr tarixli, 17 nömrəli arayışda onun 2011-ci il 20 iyul tarixdən 2013-cü il 01 mart tarixədək “X6 Sənaye Kompleksi” MMC-nin Qarabağlar daş karxanasında buldozer sürücüsü, 2013-cü il 01 mart tarixdən 2013-cü il 11 oktyabr tarixədək həmin karxanada briqadir maşinist, 2013-cü il 11 oktyabr tarixdən 2015-ci il 12 dekabr tarixədək, 2016-cı il 14 aprel tarixdən bu günədək "xxxx" MMC-də briqadir işlədiyi göstərilmişdir. Həmin arayışa görə İddiaçı 2023-cü il 26 avqust tarixə (güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ yarandığı tarixə) xüsusi iş stajı 11 il 09 ay təşkil edir. İddiaçı adına verilmiş həmin arayış Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı X1 Sisteminə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 01-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən hesablanır) əsasən 2012-ci il 01 yanvar tarixdən 2013-cü il 01 mart tarixədək “X6” MMC-də buldozer sürücüsü (01 il, 2 ay, 00 gün), 2013-cü il 02 mart tarixdən 2013-cü il 11 oktyabr tarixədək briqadir maşinist (00 il, 07 ay, 09 gün), 2013-cü il 12 oktyabr tarixdən 2015-ci il 12 dekabr tarixədək briqadir (02 il, 02 ay,00 gün), 2016-cı il 14 aprel tarixdən 2018-ci il 01 fevral tarixədək briqadir (01 il, 09 ay, 18 gün), 2018-ci il 01 mart tarixdən 2023-cü il 26 avqust (güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ yarandığı tarix) tarixədək briqadir (05 il, 05 ay, 25 gün) işlədiyi qeyd olunmuşdur. Nəticədə İddiaçı ümumilikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı tarixə 11 il, 02 ay, 22 gün xüsusi iş stajı olduğu müəyyən olunmuşdur. Məktuba həmçinin İddiaçı adına tərtib olunmuş staj cədvəli və 7 vərəq “Sığorta” altsistemindən çıxarış əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 noyabr 2024-cü il tarixli, 02/1047 nömrəli məktubundan görünür ki, olur ki, “Tikinti Materialları İstehsalı“ X9 Cəmiyyətinin 2000-2011-ci illərə dair sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi barədə məlumat mövcud deyil. Arayışın qeyd hissəsində 1996-cı il əmr kitablarının, 1998-ci ilə dair əməkhaqqı cədvəllərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunduğu qeyd edilmişdir. Həmçinin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçının pensiya təyin edilməsi barədə müraciətinin icrası məqsədilə aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövürlərin məcmusudur. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. .. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.15. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud hərbi xidmətin keçildiyi dövlət orqanının arayışına əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı hüququnun yarandığı, yəni 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından ibarətdir. Hazırkı işdə iddiaçının əmək kitabçasında və iş stajını sübut edən arxiv arayışında aparılmış qeydlər üzrə qazanılmış əmək pensiyası hüquqları nəzərə alındıqda ümumi iş stajının tələb olunan 25 ildən (39 il) artıq olması müəyyən edilir. Hazırki iş üzrə əsas mübahisəli məsələ iddiaçının xüsusi iş stajının 12 il 6 aydan az olmasından ibarətdir. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyin olunması ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. İddiaçı 26 avqust 1963-cü il tarixdə doğulmuşdur və onun güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ 60 yaşının tamam olduğu 26 avqust 2023-cü il tarixdən yaranır. Ona görə də mübahisəli məsələyə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəları tətbiq edilməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmişdir. Məhkəmə iddiaçının fəaliyyət göstərdiyi peşələr üzrə həmin qərara uyğun olaraq ən azı 12 il 06 ay fəaliyyətinin mövcud olub-olmadığını yoxlamalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Məhkəmə inzibati orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən imtinasının qanuniliyini yoxlayarkən belə nəticəyə gəlir ki, cavabdeh qurumun güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən imtina etdiyi xx.xx.2023-cü il tarixə iddiaçının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulan peşələr üzrə azı 12 il 6 aydan artıq xüsusi iş stajı olması nəzərə alınmalıdır. Belə ki, iddiaçının əmək kitabçasına və arxiv arayışlarına əsasən o, xx.xx.1987-ci il tarixdən 557 nömrəli əmrlə X4 zavodunda buldozerçi vəzifəsinə, xx.xx.2000-ci tarixdən həmin idarə ləğv edildiyindən yerində yaradılmış Naxçıvan TMİS-nin Şərur sahəsində buldozerçi vəzifəsinə keçirilmiş, 2011-ci il 20 iyul tarixdən “X6 Sənaye Kompleksi” MMCnin Qarabağlar daş karxanasında buldozer sürücüsü keçirilmiş, 2013-cü il 01 mart tarixdən həmin karxanada briqadir maşinist, 2013-cü il 11 oktyabr tarixdən 2015-ci il 12 dekabr tarixədək, 2016-cı il 14 aprel tarixdən güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ yaranan tarixədək (xx.xx.2023-cü il tarixədək) "xxxx" MMC-də briqadir vəzifəsində işləmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan vəzifələrə uyğun maddələrin olmaması səbəbindən vətəndaş İddiaçı güzəştli iş dövrü olmamışdır. Məhkəmə cavabdehin etirazda yuxarıda göstərilən arqumentinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının işlədiyi vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan vəzifələrə uyğunluğunun yoxlanılması məqsədilə "xxxx" MMC-yə müvafiq sorğular verilmişdir. "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 sentyabr 2024-cü il tarixli, 17 nömrəli məktubdan aydın olur ki, İddiaçı həqiqətən 20 iyul 2011-ci ildən 01 mart 2013-ci il tarixədək X6 Sənaye Kompleksi MMC-nin Qarabaglar daş karxanasında buldozer sürücüsü (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 1.2.1 maddəsinin (Acıqda dağ-mədən işləri və yer səthində işlər) a) bəndinin (fəhlələr) 41-ci abzası (buldozer maşinistləri, o cümlədən yanan terrikonlarm və şaxtaların süxur laylarında kəsmələrdə, zənginləşdirmə və briket fabriklərində sökmə və söndürmə işləri ilə məşğul olanlar)). 01 mart 2013-cü il tarixdən 11 oktyabr 2013-cü il tarixədək həmin karxanada briqadir maşinist (həmin qanunun 1.2.1 maddəsinin (Acıqda dağ-mədən işləri və yer səthində işlər ) a) bəndinin 1-ci abzası (kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, saxtaların, mədənlərin və drenaj şaxtaların səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər)). 11 oktyabr 2013-cü il tarixdən 12 dekabr 2015-ci il tarixədək və 14 aprel 2016-cı il tarixdən bu günədək Arkoz Travertin- Mərmər zavodu MMC-də (köhnə "X6 Sənaye Kompleksi” MMC) briqadir (həmin qanunun 1.2.1 maddəsinin (Açıqda dağmədən işləri və ver səthində işlər ) a) bəndinin 1-ci abzası (kəsmələrdə, karxanalarda, axtarış mədənlərində, yuyucu cihazların, şaxtaların, mədənlərin və drenaj şaxtalarının səthində işlər. Şaxtaların, mədənlərin, kəsmələrin, karxanaların, metropolitenlərin, daraqların, tunellərin, yeraltı arxların və digər yeraltı qurğuların tikintisinin sənaye meydançalarında işlər)) vəzifəsində işləmişdir. Sonradan iddiaçının zərərli və ağır peşələrdə işlədiyi 20 iyul 2011-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ yaranan tarixədək (xx.xx.2023-cü il tarixədək) ümumilikdə xüsusi iş stajının hesablanması barədə məhkəmənin sorğusuna Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş 22 oktyabr 2024-cü il tarixli cavab məktubunda iddiaçının 20 iyul 2011-ci il tarixdən 26 avqust 2023-cü il tarixədək xüsusi iş stajının 11 il 09 ay təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçının Tikinti Materialları İstehsalı Zavodunda xx.xx.1983-cü il tarixdən 240 nömrəli əmrlə 2-ci dərəcəli qazmaçı vəzifəsinə qəbul edilməsi, xx.xx.1987-ci il tarixdə 557 nömrəli əmrlə buldozerçi vəzifəsinə keçirilməsi, 1983- 1996-cı illlərdə həmin zavodda işləməsi və əmək haqqı alması, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş sığortaolunan haqqında məlumat cədvəlində İddiaçı Tikinti Materialları İstehsalı X9 Cəmiyyətində işlədiyi dövrlərdə 2006-cı il tarixdən 2011-ci il tarixədək əmək haqqı alması və müvafiq ödənişlər edilməsi öz əksini tapmışdır. Fond tərəfindən təqdim edilmiş icraat materiallarında olan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş 14 dekabr 2023-cü il tarixli, 2890/2023 nömrəli məktubda Naxçıvan Tikinti Materialları X8 Cəmiyyətinin özəlləşdirilməsi planı hazırlanarkən təqdim edilmiş 01 oktyabr 2012-ci il tarixə işçilər haqqında məlumata əsasən İddiaçı buldozer sürücüsü vəzifəsində 12 il iş stajı olduğu qeyd edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası, arayışlarla və əmrdən çıxarışlarla təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını və arxiv arayışlarını mötəbər sübut kimi qiymətləndirir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçının ən azı 12 il 6 aydan artıq xüsusi əmək stajı var və həmin iş stajı üzrə iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”nın 1.2.1-ci maddəsinin müvafiq bəndlərinə uyğun olmuşdur. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Buna görə də iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-M-1307/2024 nömrəli qərarının ləğv edilməsi, 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-M-1307/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar