Məhkəmə qərarları › İş №2-1(122)-22/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-22/2021

26.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-22/2021 26.02.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil, üçüncü şəxslər X13, X3 (eyni zamanda X14, X9 və X6 qanuni nümayəndəsi), X4, X5 iştirakları ilə, İddiaçı, Cavabdeh nümayəndəsinin, üçüncü şəxslər X7 (eyni zamanda X22 və X15 qanuni nümayəndəsi), X1 (eyni zamanda X2 və X10 qanuni nümayəndəsi), X8 iştirakları olmadan, İddiaçı Cavabdehnə qarşı "X24, X16, X19, X11, X17, X18, X20, X25, X23, X21, X32, X26, X12 və X10 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X24, X16, X19, X11, X17, X18, X20, X25, X23, X21, X32, X26, X12 və X10 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə xx xxxxxx 2021-ci il tarixli ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə ərizəsini nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin qaytarılması ilə bağlı hər hansı qaydanı müəyyən etmədiyindən məhkəmə hazırki vəziyyətdə məsələnin nizama salınması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarının tətbiq edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254-cü, 255-ci, 261.0.1-ci, 261.0.3-cü və 261.0.6-cı, 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "X24, X16, X19, X11, X17, X18, X20, X25, X23, X21, X32, X26, X12 və X10 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2, 23.1, 45.4, 49, 81-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı "X24, X16, X19, X11, X17, X18, X20, X25, X23, X21, X32, X26, X12 və X10 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar