Məhkəmə qərarları › İş №2-1(122)-220/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-220/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-220/2022 31.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinə qarşı "cavabdehin üzərinə onun 19 mart 2003-cü il tarixli, 10 №-li doğum akt qeydində "Səfərli" soyadının düzəliş edilərək "Rəsulzadə" kimi qeyd olunması öhdəliyinin qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə onun 19 mart 2003-cü il tarixli, 10 №-li doğum akt qeydində "Səfərli" soyadının düzəliş edilərək "Rəsulzadə" kimi qeyd olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2003-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Keçili kəndində anadan olmuşdur. Şahbuz rayon Keçili kənd İcra Nümayəndəliyi tərəfindən 19 mart 2003-cü il tarixdə bununla bağlı ona AZ-İ 289618 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 19 mart 2003-cü il tarixdə 10 № ilə qeyd edilmişdir. İddiaçıya verilən doğum haqqında şəhadətnamədə isə onun soyadı "Rəsulzadə" kimi qeyd olunmuşdur. Lakin Şahbuz Rayon Qeydiyyat şöbəsinin arxiv qeydində soyadının "Səfərli" olaraq qeyd olunması ona indi məlum olmuşdur. İddiaçı halhazırda ünvan 1 ünvanında yaşayır. Şahbuz Rayon Qeydiyyat Şöbəsinə onun doğum akt qeydində "Səfərli" kimi qeyd olunmuş soyadının düzəliş edilərək "Rəsulzadə" kimi qeyd olunması ilə bağlı müraciət etsə də, Şahbuz Rayon Qeydiyyat Şöbəsinin 18 avqust 2022ci il tarixli, 174 saylı məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktının qeydində dəyişiklik, bərpa və ləğv edilməsi qaydalarını müəyyən edən müddəalar" əsas gətirilərək onun müraciətindən imtina edilmiş və müvafiq məhkəməyə müraciət edilməsi ona bildirilmişdir. İddiaçı qeyd edir ki, onun doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, ümumvətəndaş pasportunda, ünvan qeydiyyatında, tələbə biletində və digər rəsmi sənədlərində soyadı "Rəsulzadə" kimi qeyd olunmuşdur. İddiaçı yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə onun 19 mart 2003-cü il tarixli, 10 №-li doğum akt qeydində "Səfərli" soyadının düzəliş edilərək "Rəsulzadə" kimi qeyd olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinə göndərilmişdir. Cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 12 sentyabr 2022-ci il tarixli, 204 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı şəxsiyyətini təsdiq edən sənəddə soyadı "Rəsulzadə" kimi qeyd edilmişdir. Bu sənədə əsasən şöbə tərəfindən yoxlama aparılmış, lakin Şahbuz rayon Keçili kənd İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2003-cü il tarixli, 10 saylı doğum akt qeydində və "Vətəndaşlıq Vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində soyadı "Səfərli" olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən vətəndaşın akt qeydinə düzəliş edilməsi sadəcə səlahiyyətləri daxilində mümkündür. İddiaçı doğum akt qeydində soyadının "Səfərli" soyadından "Rəsulzadə" soyadına şöbə tərəfindən düzəliş edilməsi Azərbaycan Respublikasının qanunlarına ziddir. Bunun üçün İddiaçı aiddiyəti üzrə müvafiq məhkəməyə müraciət etməsi üçün imtina məktubu verilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 07 oktyabr 2022ci il tarixli, 2-1(122)-220/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 31 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, lakin məhkəməyə 26 oktyabr 2022-ci il tarixli, 247 nömrəli məktub göndərərək 31 oktyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında xidməti işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiklərini bildirib onların iştirakı olmadan işə baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: - Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən Naxçıvan şəhəri, 11-ci məhəllədə yaşayan İddiaçı ünvanlanmış 18 avqust 2022-ci il tarixli, 174 nömrəli məktubdan məlum olur ki, İddiaçı şəxsiyyətini təsdiq edən sənəddə soyadı "Rəsulzadə" qeyd edilmişdir. Bu sənədə əsasən şöbə tərəfindən yoxlama aparılmış, lakin Şahbuz rayon Keçili kənd İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2003-cü il tarixli, 10 saylı doğum akt qeydində və "Vətəndaşlıq Vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində soyadı "Səfərli" olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən vətəndaşın akt qeydinə düzəliş edilməsi sadəcə səlahiyyətləri daxilində mümkündür. İddiaçı doğum akt qeydində soyadının "Səfərli" soyadından "Rəsulzadə" soyadına düzəliş edilməsi Azərbaycan Respublikasının qanunlarına ziddir. Bunun üçün İddiaçı aiddiyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. - Keçili kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 19 mart 2003-cü il tarixli, AZ-İ seriyalı, 289618 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx xxxx 2003-cü il tarixdə Şahbuz rayonunun Keçili kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydlər kitabında 19 mart 2003-cü il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli, 1301 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 2003-cü il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 sentyabr 2022-ci il tarixli, 2/3303 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx.xx.2003-cü il təvəllüdlü İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, həmçinin məhkumluğu barədə məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 sentyabr 2022-ci il tarixli, 06-01/561 nömrəli məktubdan aydın olur ki, xx xxxx 2003-cü ildə Şahbuz rayonu, Keçili kəndində anadan olmuş İddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. - Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 oktyabr 2022-ci il tarixli, 220 nömrəli məktubla məhkəməyə göndərilmiş 19 mart 2003-cü il tarixli, 10 nömrəli doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən məlum olur ki, X3 xx xxxx 2003-cü il tarixdə Şahbuz rayonunun Keçili kəndində doğulmuşdur. Ata qrafasında 06 fevral 1973-cü il təvəllüdlü X4, ana qrafasında 13 dekabr 1979-cu il təvəllüdlü X1, valideynlərin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə onun 19 mart 2003-cü il tarixli, 10 №-li doğum akt qeydində "Səfərli" soyadının düzəliş edilərək "Rəsulzadə" kimi qeyd olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, 19 mart 2003-cü il tarixdə 10 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində İddiaçı soyad qrafasında yanlışlıqla “Rəsulzadə” əvəzinə “Səfərli” yazılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 1.7-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının: - 6.5-ci bəndinin tələbinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının və soyadın dəyişdirilməsinə yol verilmir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi iddiaçının soyadında dəyişiklik edilməsinə qanuni heç bir maneə yoxdur. Belə ki, inzibati orqan iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı isə iddiaçı barəsində qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhdudlaşdırıcı halların olması müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas arqument vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Lakin məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı doğum akt qeydindəki yanlışlıq aradan qaldırılmalı, 19 mart 2003-cü il tarixdə, 10 nömrə ilə qeydə alınmış doğum akt qeydində yanlışlıq düzəldilərək "Səfərli" soyadı "Rəsulzadə" kimi qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinə qarşı "cavabdehin üzərinə onun 19 mart 2003-cü il tarixli, 10 №-li doğum akt qeydində "Səfərli" soyadının düzəliş edilərək "Rəsulzadə" kimi qeyd olunması öhdəliyinin qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə İddiaçı 19 mart 2003-cü il tarixli, 10 №li doğum akt qeydində "Səfərli" soyadının düzəliş edilərək "Rəsulzadə" kimi qeyd olunması öhdəliyi qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar