Məhkəmə qərarları › İş №2-1(122)-223/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-223/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-223/2025 15.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarının ləğv edilməsi, İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa olunması və iddiaçıdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulan 2522.46 manat pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon Şöbəsinin 24 may 2022-ci il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, bu hüququnun yarandığı gündən əmək pensiyası yenidən hesablanmaqla yaşa görə əmək pensiyanın təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Culfa rayonu, Yaycı kəndində anadan olmuşdur. xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Culfa Rayon Yaycı şərab zavodunun doldurma sexində fəhlə vəzifəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-ci il tarixədək 4 nömrəli uşaq bağçasında dayə vəzifəsində, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixdədək 4 nömrəli uşaq bağçasında dayə vəzifəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 0.5 aklad dalandar vəzifəsində işləmişdir. xx.xx.2008-ci il tarixdən bu günədək Naxçıvan Muxtar Respublika Xəstəxanasında sanitarka vəzifəsində işləyir. Qeyd edir ki, ona 4 noyabr 2016cı il tarixdən Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon Şöbəsi tərəfindən İİ dərəcəli əlilliyə görə 110 manat əmək pensiyası təyin olunmuşdur. Lakin əmək pensiyası Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiayanın 24 may 2022-ci il tarixli, 39 nömrəli qərarı ilə ləğv edilmişdir. Qərarda əmək kitabçasında qeyd olunan iş stajları barədə arxiv arayışları təqdim edilmədiyindən əmək pensiyasının ləğv edilməsi göstərilmişdir. O, bununla bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Ona cavab olaraq bildirilmişdir ki, pensiya təyinatı zamanı müvafiq yaşına uyğun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən 10 il 4 ay sığorta stajı tələb olunduğu halda, ona 4 il 3 ay sığorta stajı əsasında qanunazidd əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Qeyd edilir ki, 00187990 nömrəli əmək kitabçasında qeyd olunan 3 iyun 1991-ci il tarixdən 10 iyun 2004-cü il tarixədək Yaycı “Şərab ATSC-üzrə doldurma” sexində və 31 dekabr 2005-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək Naxçıvan şəhər 4 saylı uşaq bağçasında işləməyi faktı Qanunun 31.2-1-ci maddəsinə (Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir) əsasən müvafiq arayışlarla təsdiqlənmədiyi üçün Fondun Culfa rayon şöbəsinin pensiya təyin edən komissiyası tərəfindən 1 yanvar 2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası ləğv edilmiş və ona ümumilikdə 11299.93 manat artıq pul vəsaiti ödənildiyi məlum olmuşdur. Həmin 11299.93 manat pul vəsaiti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq sosial müavinət məbləğində tutularaq fondun hesabına ödənilmişdir. O, 1991-ci il tarixdən bu günədək fasiləsiz olaraq müvafiq təşkilatlatlarda müxtəlif vəzifələrdə işləmiş, vaxtı-vaxtında əmək haqqı alıb, vergi, sığorta ödəmiş və bütün xidmət illəri, iş stajı qanuni şəkildə əmək kitabçasında göstərilmişdir. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon Şöbəsinin qərarı ilə razı deyil. Bu səbəbdən də artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənlərə əsasən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon Şöbəsinin 24 may 2022-ci il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, bu hüququnun yarandığı gündən əmək pensiyası yenidən hesablanmaqla yaşa görə əmək pensiyanın təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 28 iyun 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxx 1970-ci il tarixdə anadan olmuş, Culfa Rayon Yaycı kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 10-cu maddələrinə müvafiq olaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinin 189 nömrəli qərarına əsasən 04 noyabr 2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Fondun Culfa Rayon Şöbəsi tərəfindən daxili nəzarət qaydasında aparılmış araşdırma zamanı məlum olmuşdur ki, pensiya təyinatı ilə bağlı bir sıra qanun pozuntusuna yol verilmişdir. İddiaçının əmək kitabçasında xx.xx.1991-ci il tarixdə aparılan qeydlərin latın qrafikası ilə yazılması və latın qrafikalı möhürdən istifadə edilməsi iddiaçının həmin müəssisədə əmək fəaliyyəti dövrünün həqiqiliyinə əsaslı şübhələr yaratmışdır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcud olsa da həmin sənəddə qeyd olunmuş xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X14 və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Naxçıvan şəhər 4 nömrəli uşaq bağçasında əmək fəaliyyəti digər sənədlərlə (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) öz təsdiqini tapmadığından onun pensiya işi Fondun Culfa Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 24 may 2022-ci il tarixli, 39 nömrəli qərarı ilə ləğv edilmişdir. Bununla razılaşmayan İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinin 24 may 2022-ci il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, bu hüququnun yarandığı gündən əmək pensiyası yenidən hesablanmaqla yaşa görə əmək pensiyanın təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd olunduğu kimi sığorta stajının tanınması üçün mühüm şərt məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Hazırkı halda isə iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X14 və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Naxçıvan şəhər 4 nömrəli uşaq bağçasında işlədiyi dövrlərdə əmək haqqı alması və onun xeyrinə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi faktı öz təsdiqini tapmır. Bu isə öz növbəsində iddiaçının həmin dövrlərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini mümkünsüz edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinin 24 may 2022-ci il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, bu hüququnun yarandığı gündən əmək pensiyası yenidən hesablanmaqla yaşa görə əmək pensiyanın təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza həmçinin İddiaçı pensiya işinin surəti əlavə edilmişdir. Sonradan 20 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil iddia tələbini dəqiqləşdirərək, hazırki iddia tələbinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 24 may 2022-ci il tarixli, 39 nömrəli qərarının ləğv edilməsi, İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa olunması və iddiaçıdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək tutulan 2522.46 manat pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılıb qərar qəbul edilməsini xahiş edərək bu barədə yazılmış 20 avqust 2024-cü il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 20 avqust 2024-cü il tarixli, 2-1(122)-877/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 03 oktyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirirərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarının ləğv edilməsi, İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa olunması və iddiaçıdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək tutulan 2522.46 manat pulun geri qaytarılması öhdəliyinin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması tələbi” olduğunu bildirib, həmin tələb üzrə işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 15 aprel 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Şahid ifadəsi: 05 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X8 ona ünvanlanmış suallları cavablandıraraq iddiaçını tanıdığını, Culfa rayon Yaycı Şərab doldurma zavodunda iddiaçı ilə birlikdə işlədiyini, Culfa rayon Yaycı Şərab doldurma zavodunda 1989-cu ildən ali məktəbi bitirəndən sonra istehsalat müdiri olaraq işləməyə başladığını, həmin dövrdə Yaycı Şərab doldurma zavodu ilə Əbrəqunus zavodunun birlikdə olduğunu və Mehralı müəllimin zavodun direktoru olduğunu, 1990-cı ildə Yaycı Şərab zavodunun Əbrəqunus zavodundan ayrıldığını, 1 il X14 istehsalat müdiri olaraq işləməyə davam etdiyini, 1991-ci ildən 1996-cı ilə qədər Culfa rayon Yaycı şərab doldurma zavodunda direktor vəzifəsində işlədiyini, 1996-cı ildə direktor vəzifəsindən azad olunandan sonra 1998-ci ilə qədər Culfa rayon Yaycı şərab doldurma zavodunda istehsalat müdiri olaraq işlədiyini, sonra isə 1998-ci ildə işdən azad olunduğunu, onda sonra direktorun Səfər Quliyev olduğunu, sonra 129 nömrəli texniki peşə məktəbində müəllim olaraq işlədiyini, daha sonra ixtisasını artıraraq 2003-cü ildən Yaycı kənd 2 nömrəli tam orta məktəbində müəllim vəzifəsində işlədiyini, iddiaçının Culfa rayon Yaycı Şərab doldurma zavodunda 1991-ci ildən işləməyə başladığını, o, Culfa rayon Yaycı Şərab doldurma zavodunda işlədiyi dövrdə iddiaçının orada işlədiyini, o, işdən çıxandan sonra iddiaçının orada hansı tarixə qədər işləyib-işləməməsi barədə məlumatının olmadığını bildirdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Culfa rayon Yaycı kəndində yaşayan İddiaçı ünvanlanmış 15 yanvar 2024-cü il tarixli, 3-17-9-1/2-T-327/2024 nömrəli və 27 fevral 2024-cü il tarixli, 3-17-9-1/2-T-1744/2024 nömrəli məktublardan aydın olur ki, ona 4 noyabr 2016-cı il tarixdə Fondun Culfa rayon şöbəsi tərəfindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, pensiya təyinatı zamanı müvafiq yaşınıza uyğun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra-Qanun) 12-ci maddəsinə əsasən 10 il 4 ay sığorta stajı tələb olunduğu halda, sizə 4 il 3 ay sığorta stajınız əsasında qanunazidd əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Qeyd edilir ki, onun 00187990 nömrəli əmək kitabçasında qeyd olunan 3 iyun 1991-ci il tarixdən 10 iyun 2004-cü il tarixədək Yaycı "Şərab ATSC-üzrə doldurma” sexində və 31 dekabr 2005-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək Naxçıvan şəhər 4 saylı uşaq bağçasında işləməyi faktı Qanunun 31.2- 1-ci maddəsinə (Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir) əsasən müvafiq arayışlarla təsdiqlənmədiyi üçün Fondun Culfa rayon şöbəsinin pensiya təyin edən komissiyasının 24 may 2022-ci il tarixli, 39 nömrəli qərarı ilə əlilliyə görə əmək pensiyası ləğv edilmiş və ona ümumilikdə 11299.93 manat artıq pul vəsaiti ödənildiyi məlum olmuşdur. Məlumat üçün bildirilir ki, ona 27 may 2023-cü il tarixdən "Sosial müavinət haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.3-cü maddəsinə (əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda) əsasən əməyə görə sosial müavinət təyin olunmuşdur. Həmçinin, ona Fondun Culfa rayon şöbəsi tərəfindən əsassız hesablanıb ödənilmiş 11299.93 manat məbləğin 2522.46 manatı 1 iyun 2022-ci il tarixdən 31 dekabr 2023-cü il tarixədək aylıq sosial müavinət məbləğinizdən tutularaq Fondun hesabına bərpa olunmuşdur. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin pul tələbinin icraya yönəldilməsi haqqında 24 may 2022-ci il tarixli, 39 nömrəli qərarından məlum olur ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarı (icra sənədi) icraya yönəldilməsi və 11299.93 manat vəsaitin İddiaçı tutularaq "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin YXO-dakı yığım hesabına ödənilməsinin təmin edilməsi, qərarın məcburi qaydada icra edilməsi üçün borclunun yaşayış (olduğu ver iş yeri) yeri üzrə İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. - Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan aydın olur ki, xx.xx.2008-ci il tarixdən və hal-hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsində 1,0 oklad sanitarka vəzifəsində işləyir. - Culfa rayon İcra Hakimiyyətinin Yaycı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 fevral 2024-cü il tarixli, 69 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Culfa rayon Yaycı kəndində yaşayır və qeydiyyatdadır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1970-ci il tarixdə doğulmuşdur. - ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X14 və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Naxçıvan şəhər 4 nömrəli uşaq bağçasında, xx.xx.2008-ci il tarixdən isə Naxçıvan MR Xəstəxanasında işləmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarına əsasən xx.xx.1970-ci il tarixdə anadan olmuş, Culfa rayon, Yaycı kəndində yaşayan İddiaçı xx.xx.2016-cı il tarixdə 189 nömrəli qərara əsasən əlilliyə görə, qanunsuz olaraq təyin edilmiş əmək pensiyası ləğv edilməsi və xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 11299.93 manat məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 iyul 2024-cü il tarixli, 3-17-9-1/2-6746/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı 2016-cı il 04 noyabr tarixdə Fondun Culfa rayon şöbəsi tərəfindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, pensiya təyinatı zamanı İddiaçı müvafiq yaşına uyğun “Əmək pensiyaları haqqında’' Azərbaycan Respublikasının Qanununun 12-cı maddəsinə əsasən 10 il 4 ay sığorta stajı tələb olunduğu halda, İddiaçı 4 il 3 ay sığorta stajı əsasında qanunazidd əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Qeyd edilir ki, İddiaçı 00187990 nömrəli əmək kitabçanda qeyd olunan 1991-ci il 03 iyun tarixindən 2004-cü il 10 iyun tarixinədək Yaycı “Şərab ATSC-üzrə doldurma" sexində və 2005-ci il 31 dekabr tarixindən 2006-cı il 01 yanvar tarixinədək Naxçıvan şəhər 4 saylı uşaq bağçasında işləməyi faktı Qanunun 31.2-1-ci maddəsinə (Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir) əsasən müvafiq arayışlarla təsdiqlənməmişdir. Nəticədə, Fondun Culfa rayon şöbəsinin pensiya təyin edən komissiyasının 2022-ci il 10 fevral tarixli, 33 nömrəli qərarı ilə İddiaçı əlilliyə görə əmək pensiyası ləğv edilmiş və ona ümumilikdə 11299.93 manat (on bir min iki yüz doxsan doqquz manat doxsan üç qəpik) əsassız pul vəsaiti ödənildiyi məlum olmuşdur. Məlumat üçün bildirilir ki, İddiaçı 2023-cü il 27 may tarixdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.3-cü maddəsinə (əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda) əsasən əlilliyə görə sosial müavinət təyin olunmuşdur. Əlavə olaraq qeyd edək ki, Ə.X13 rayon şöbəsi tərəfindən əsassız hesablanıb ödənilmiş 11299.93 manat (on birmin iki yüz doxsan doqquz manatdoxsan üç qəpik) məbləğin 2522.46 manatı (iki min beş yüz iyirmi iki manat qırx altı qəpik) 2022-ci il 01 iyun tarixindən 2023-cü il 31 dekabr tarixinədək aylıq sosial müavinət məbləğindən tutularaq Fondun hesabına bərpa olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Culfa rayon Dövlət Arxivinin 17 iyul 2024-cü il tarixli, 57a nömrəli arxiv və 22 oktyabr 2024-cü il tarixli, 76a nömrəli arayışlarından məlum olur ki, Tahirova X9 rayon Yaycı şərab ATSC-yə xx.xx.1991-ci ildə 23 №-li əmrlə işə girməsi, 1991-1992-ci illər işləməsi faktı və aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində Yaycı şərab ATSC üzrə doldurma sexinin 1993-1996-cı illər əmək haqqı cədvəllərində xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilədək əmr kitablarında adına rast gəlinmədiyi, Yaycı şərab ATSC üzrə doldurma sexinin 1997-2004cü illər əmək haqqı cədvəllərinin, 2003-2004-cü illər əmr kitablarının Culfa Rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 iyul 2024-cü il tarixli, 13/1098 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı Naxçıvan şəhər Təhsil şöbəsi-Naxçıvan şəhər 4 №-li uşaq bağçasında işləməsi faktı və 2006-cı il ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 2005-ci ilə dair əməkhaqqı kitablarında adına rast gəlinmədiyi, Naxçıvan şəhər Təhsil şöbəsi-Naxçıvan şəhər 4 №-li uşaq bağçasının 2005-2006-cı illərə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən işə qəbul edilməsi və işdən azad olunması haqqında məlumat olmadığı qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-10664/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı (FİN:xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” altsistemində 2006-cı ilin yanvar ayından 2011-ci ilin noyabr ayınadək fərdi şəxsi hesabında mövcud olan məlumat məhkəməyə təqdim olunmuşdur. 2019-cu il 01 yanvar tarixinədək sığortaolunanların (işçilərin) xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta (bundan sonra-MDSS) haqları onların fərdi şəxsi hesablarında sığortaedən (işəgötürən) tərəfindən təqdim olunan “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) illik hesabatlarda göstərilən məlumatlar əsasında fərdi şəxsi hesablarda öz əksini tapmışdır. 2008-ci, 2009cu, 2011-ci və 2012-ci illər üzrə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan illik Forma B3 hesabatlarında sığortaolunan İddiaçı sosial sığorta nömrəsi düzgün göstərilmədiyindən xeyrinə ödənilən MDSS haqları başqa hesaba köçürülmüşdür. Bu səbəbdən həmin illərdə İddiaçı fərdi şəxsi hesabında heç bir məlumat əks olunmayıb. Müvafiq sənədlər Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təqdim edildikdən sonra 2008-ci, 2009-cu, 2011-ci və 2012-ci illərə dair məlumatların İddiaçı məxsus olan **********346 nömrəli fərdi şəxsi hesabda əks olunması təmin ediləcəkdir. - 000774 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ümumi xəstəlik səbəbindən İİ qrup əllilik təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 noyabr 2024-cü il tarixli, 3-17-9-4/2-1990/2024 nömrəli məktubdan məlum olur ki, Culfa rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında İddiaçı 2016-cı il 12 oktyabr tarixində Naxçıvan Tibbi- Sosial Ekspert Komissiyası (bundan sonra - Komissiya) tərəfindən “Çanağın sol yarısı adsız sümük cisminin, sirkə kasası dibinin və qasıq sümüyü üfüqi şaxəsinin qapalı yerdəyişmiş sınığı” diaqnozu ilə ümumi xəstəlik səbəbindən beş il müddətinə (2021-ci il 12 oktyabr tarixinədək) ikinci dərəcə əlillik təyin olunmuşdur. Bildirilir ki, sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Culfa rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 4627003AAAJS nömrəli göndəriş əsasında Komissiya tərəfindən qiymətləndirilmiş və vətəndaşa 2021-ci il 1 oktyabr tarixində “Sol bud-çanaq oynağının kəskin nəzərəçarpacaq kontrakturası. R26 Hərəki funksiya pozğunluğu. M16 Soltərəfli posttravmatik koksartroz İİİ (üçüncü) mərhələ” diaqnozu ilə ümumi xəstəlik səbəbindən üçüncü dərəcə müddətsiz əlillik təyin olunmuşdur. Komissiyanın qərarlarından çıxarışlar qoşmada məhkəməyə təqdim olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-10664/2024 nömrəli və 16 noyabr 2024-cü il tarixli, 3-17-9-1/2-11918/2024 nömrəli məktubları ilə İddiaçı (FİN: xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” altsistemində 2006, 2007, 2010, 2013, 2014, 2015, 2016-cı ilin dekabr ayınadək fərdi şəxsi hesabında mövcud olan sığortaolunan haqqında məlumat məhkəməyə təqdim edilmişdir. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 dekabr 2024-cü il tarixli, 10/1654 nömrəli məktubdan aydın olur ki, Naxçıvan şəhər 4 nömrəli Körpələr evi-uşaq bağçası 2005-2006-cı illərdə Naxçıvan Şəhər icra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 20 fevral 2025-ci il tarixli, 3-48-NDA/1-2-209/2025 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı Naxçıvan Muxtar Respublikası X6 işə qəbul va işdən azad olunma əmrlərinə rast gəlinməmişdir. Lakin 2016-cı ildə mükafat alması ila bağlı əmrin tasdiq edilmiş surəti və arxiv arayışları məhkəməyə təqdim edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsinin 18 fevral 2025-ci il tarixli, 3-48-NDA/2-2-T-2xx-xx/2025 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan MR Mərkəzi Xəstəxanasının 2008-2016-cı illərə dair əmr kitablarında, İddiaçı işə qəbul edilməsi va işdən azad olunması haqqında məlumata rast gəlinmədi. Lakin, xx.xx.2016-cı il tarixli, 439 №-li əmrlə mükafat verilməsi əmr kitabında göstərilmişdir. Eyni tarixli digər arayışda İddiaçı Mərkəzi Xəstəxanasında işləməsi faktı və 2008-2016-cı illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində Naxçıvan MR X3 2016-cı ilə dair amakhaqqı kitablarında may-sentyabr aylarında adına əməkhaqqı yazılmadığı qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 fevral 2025-ci il tarixli, 18-1-92-1/108 nömrəli məktubdan aydın olur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən (Əmr № 131) xəstəxananın LOR şöbəsinə kiçik tibb işçisi vəzifəsinə təyin edilmiş və xx.xx.2016-cı il tarixdə (Əmr № 01) həmin xəstəxananın Cərrahiyyə şöbəsinə palatalar üzrə sanitarı vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə (Əmr N2 311/152) xəstəliyi nəzərə alınaraq həmin vəzifədən azad edilmiş, xəstəxananın Neyrocərrahiyyə şöbəsinə palata üzrə sanitar vəzifəsinə keçirilmiş və hal-hazırda həmin şöbədə palata üzrə sanitar vəzifəsində işləyir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 05 aprel 2025-ci il tarixli, 5-5/2-519/2025 nömrəli məktubla məhkəməyə göndərilən Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03 mart 2025-ci il tarixli, 3-48-NDA/2-2-T-3xxxx/2025 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı Naxçıvan şəhər Təhsil şöbəsi- Naxçıvan şəhər 4 №-li uşaq bağçasında işləməsi faktı və 2006-2007-ci illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Naxçıvan şəhər Təhsil şöbəsi-Naxçıvan şəhər 4 №-li uşaq bağçasının 2005-2007-ci illərə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Fond tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 04 noyabr 2016-cı il tarixli, 189 nömrəli qərarına əsasən İddiaçı 04 noyabr 2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. - 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: - 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; - 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; - 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; - 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. - 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: (10 mart 2017-ci ilədək qüvvədə olan) 11.1-cimaddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” yə görə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarının ləğv edilməsi, İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa olunması və iddiaçıdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulan 2522.46 manat pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh imtinasını bununla əsaslandırır ki, xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X14 və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Naxçıvan şəhər 4 nömrəli uşaq bağçasında əmək fəaliyyəti digər sənədlərlə (əmək haqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) öz təsdiqini tapmadığından “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən ləğv edilmişdir. İş materiallarında olan “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 04 noyabr 2016-cı il tarixli, 189 nömrəli qərarına əsasən İddiaçı 04 noyabr 2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə 110 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarına əsasən xx.xx.1970-ci il tarixdə anadan olmuş, Culfa rayon, Yaycı kəndində yaşayan İddiaçı xx.xx.2016-cı il tarixdə 189 nömrəli qərara əsasən əlilliyə görə, qanunsuz olaraq təyin edilmiş əmək pensiyası ləğv edilməsi və xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 11299.93 manat məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması qərara alınmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin Dövlət Tibbi-Sosial Ekspertiza və X7 Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə ilkin olaraq iddiaçının əlilliyi qiymətləndirilərək ona ikinci dərəcə əlillik təyin edilmiş, həmin Komissiya tərəfindən xx.xx.2021-ci il tarixdə əlillik təkrar qiymətləndirilərək xx.xx.2021-ci il tarixli qərar əsasında İddiaçı müddətsiz olaraq üçüncü dərəcə əlillik verilmişdir. İddiaçının əmək stajına münasibətdə qeyd olunur ki, məhkəmə tərəfindən əldə edilmiş arxiv arayışlarında İddiaçı Abuzər qızının Culfa rayon Yaycı şərab ATSC-yə xx.xx.1991-ci ildə 23 №-li əmrlə işə girməsi, 1991-1992-ci illər işləməsi faktı və aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində Yaycı şərab ATSC üzrə doldurma sexinin 1993-1996-cı illər əmək haqqı cədvəllərində xx.xx.1993-cü ildən xx.xx.2002-ci ilədək əmr kitablarında adına rast gəlinmədiyi, Yaycı şərab ATSC üzrə doldurma sexinin 1997-2004-cü illər əmək haqqı cədvəllərinin, 2003- 2004-cü illər əmr kitablarının Culfa Rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. İddiaçı Naxçıvan şəhər Təhsil şöbəsi-Naxçıvan şəhər 4 №-li uşaq bağçasında işləməsi faktı və 2006-cı il ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 2005-ci ilə dair əmək haqqı kitablarında adına rast gəlinmədiyi, Naxçıvan şəhər Təhsil şöbəsi-Naxçıvan şəhər 4 №-li uşaq bağçasının 2005-2006-cı illərə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən işə qəbul edilməsi və işdən azad olunması haqqında məlumat olmadığı qeyd edilmişdir. Məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş X5 ünvanlanan suallara verilən cavablardan aydın olmuşdur ki, o, 1991-ci ildən 1996-cı ilə qədər Culfa rayon Yaycı şərab doldurma zavodunda direktor vəzifəsində, 1996-cı ildə direktor vəzifəsindən azad olunandan sonra 1998-ci ilə qədər Culfa rayon Yaycı şərab doldurma zavodunda istehsalat müdiri olaraq işləmişdir. O, Culfa rayon Yaycı Şərab doldurma zavodunda işlədiyi dövrdə iddiaçının orada işlədiyini, o, işdən çıxandan sonra iddiaçının orada işləməsini davam etməsini qeyd etmiş və sonradan hansı tarixədək işləməsi barədə məlumatının olmadığını, iddiaçının hansı ay işə qəbul olmasını dəqiq xatırlamadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, təqdim olunmuş arxiv arayışları və digər sübutlarla iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək X14 və xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Naxçıvan şəhər 4 nömrəli uşaq bağçasında əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması barədə qərar qəbul edən zaman inzibati icraat haqqında qanunda nəzərdə tutulmuş qaydada inzibati icraat aparmadan qərar qəbul etmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı fərdi şəxsi hesabı barədə təqdim edilmiş 17 oktyabr 2024-cü il və 16 noyabr 2024-cü il tarixli məktublarla, iddiaçının 2008-ci ildən 2016-cı ilədək X4 işləməsini təsdiq edən Naxçıvan MR Dövlət Arxivi tərəfindən 18 fevral 2025-ci il tarixdə təqdim edilmiş arxiv arayışı və Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxs tərəfindən təqdim edilmiş 25 fevral 2025-ci il tarixli məktublarla İddiaçı 2008-ci il tarixdən əlilliyə görə əmək pensiyasına çıxdığı 2016-cı ilin oktyabr ayınadək 9 il Naxçıvan MR Xəstəxanasında müxtəlif vəzifələrdə işləyərək aylıq əmək haqqı alması təsdiq edilmişdir. Cavabdeh orqan tərəfindən bu kimi hallar araşdırılmamış, əksinə iddiaçıya təqdim edilmiş 15 yanvar 2024-cü il tarixli, 3-17-9-1/2-T-327/2024 nömrəli məktubda əlilliyə görə əmək pensiyasına çıxması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən 10 il 4 ay sığorta stajı tələb olunduğu halda, onun 4 il 3 ay əmək stajının olması, əlilliyə görə əmək pensiyasının təyin olunması barədə qərara əlavə olumuş sənədlərdə isə 7 il 10 ay əmək stajının olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Əks təqdirdə əmək kitabçası institutu öz mahiyyətini itirmiş olardı. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul edə bilər. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək fəaliyyətinə başladığı xx.xx.1991-ci il tarixdən 2006-cı il tarixədək, 2006-cı il tarixdən ona əlilliyə görə əmək pensiyası təyin edilən 4 noyabr 2016-cı il tarixədək, ümumilikdə 20 ildən artıq əmək stajı mövcud olmuşdur. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin iddiaçıya 4 noyabr 2016-cı il tarixli, 189 nömrəli qərar ilə təyin edilmiş əlilliyə görə əmək pensiyasının ləğv edilməsi barədə 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarı əsassızdır. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır Bu baxımdan, qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin edilmiş pensiyanı ləğv etməkdə cavabdeh haqlı sayıla bilməz. Məhz bu səbəbdən cavabdeh tərəfindən iddiaçının pensiya ödənişinin dayandırılması qanunsuz olmaqla iddiaçının konstitusion sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarının ləğv edilməsi, İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa olunması və iddiaçıdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulan 2522.46 manat pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı: İddia təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 33 nömrəli qərarı ləğv edilsin. İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyasının dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa olunması və iddiaçıdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulan 2522.46 manat pulun geri qaytarılması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar