Məhkəmə qərarları › İş №2-1(122)-227/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-227/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-227/2021 09.12.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 18.10.2021-ci il tarixli, 02/194 saylı imtina məktubunun əsassız sayılması, X1 barəsində aparılmış 11.04.2000-ci il tarixli, 17 saylı ölüm akt qeydləri kitabında ata adı qrafasında yanlışlığın düzəldilməsi, "Feyzi" adının "Feyiz" olaraq qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 18.10.2021-ci il tarixli, 02/194 saylı imtina məktubunun əsassız sayılması, X1 barəsində aparılmış 11.04.2000-ci il tarixli, 17 saylı ölüm akt qeydləri kitabında ata adı qrafasında yanlışlığın düzəldilməsi, "Feyzi" adının "Feyiz" olaraq qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qardaşı X20 11.05.2017-ci il tarixdə Kəngərli rayonu, Qarabağlar kəndində rəhmətə getmişdir. Qardaşından qalmış miras əmlakın taleyini həll etmək üçün müvafiq notariat orqanına müraciət edilmişdir. Məlum olmuşdur ki, atasının ölüm haqqında qeydlər kitabında ata adı “Feyiz” əvəzinə “Feyzi” olaraq qeyd edilmişdir. Buna görə də notariusda notariat əməliyyatlarının aparılması mümkün olmamışdır. Bununla bağlı Cavabdehnə müraciət edilsə də, həmin inzibati orqan tərəfindən 18.10.2021-ci il tarixli, 02-194 saylı məktubu ilə ərizənin icrasından imtina olunmuş və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. 01 oktyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində edilmiş dəyişikliyə əsasən həmin Məcəllədən 305.1.7, 339-341-ci maddələr ləğv edilmişdir ki, həmin maddələrə əsasən məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər sırasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsindən bəhs olunur. Həmin tarixə qədər qeyd edilən işlərə ümumi məhkəmələrdə mülki məhkəmə icraatı qaydasında baxılırdı. Hal-hazırda isə qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən bu mümkün deyildir və həmin səlahiyyətlər inzibati məhkəmələrə aid edilmişdir. Buna görə də müvafiq inzibati orqanın üzərinə müvafiq öhdəliyin qoyulması ilə bağlı məhkəməyə müraciət edilmişdir. İddiaçı bildirir ki, mərhum X10 ölüm akt qeydləri kitabında və ölüm haqqında şəhadətnaməsində ata adı səhvən “Feyzi” olaraq qeyd edilmişdir. İddiaçı yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 33-cü maddələrinə əsasən məhkəmədən Cavabdeh 18.10.2021-ci il tarixli, 02/194 saylı imtina məktubunun əsassız sayılması, X1 barəsində aparılmış 11.04.2000-ci il tarixli, 17 saylı ölüm akt qeydləri kitabında ata adı qrafasında yanlışlığın düzəldilməsi, "Feyzi" adının "Feyiz" olaraq qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 05.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 27 oktyabr 2021-ci il tarixli, 02/208 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı 18.10.2021-ci ildə Cavabdehnə müraciət edərək Qarabağlar Kənd İcra Nümayəndəliyində tərtib edilmiş 11.04.2000-ci il tarixli, 17 saylı ölüm haqqında akt qeydində X1 ata adının “Feyzi”dən “Feyiz”ə dəyişiklik edilməsi barədə xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinə düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır. Ölüm haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi üçün kifayət qədər əsas olmadığından vətəndaşın tələbinin Cavabdeh tərəfindən icrası mümkün olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 25 noyabr 2021ci il tarixli, 2-1(122)-227/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 09 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə 30 noyabr 2021-ci il tarixli, 02/227 nömrəli məktub göndərərək 09 dekabr 2021-ci il tarixə saat 12:00-a təyin olunan şifahi məhkəmə baxışı məhkəmə iclasında işlərin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiyindən işə iştirakları olmadan baxılmasını və iş üzrə qanuni qərar verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, ölüm haqqında şəhadətnamənin surətini, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, doğum və ölüm haqqında akt qeydləri kitabından çıxarışları, müvafiq arayışları əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Cavabdeh Kəngərli rayonu, Qarabağlar kənd sakini İddiaçı ünvanlanan 18 oktyabr 2021-ci il tarixli, 02/194 nömrəli məktubundan görünür ki, İddiaçı 18.10.2021-ci il tarixdə Cavabdehnə daxil olmuş Qarabağlar K.İ.N-də tərtib edilmiş 11.04.2000-ci il tarixli, 17 saylı ölüm haqqında akt qeydində mərhumun ata adının “Feyzi”dən “Feyiz”ə dəyişiklik edilməsi ilə bağlı müraciətə baxılmışdır. Akt qeydinə düzəliş edilməsi üçün kifayət qədər əsas olduqda Qeydiyyat Şöbəsi tərəfindən həyata keçirildiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə Qeydiyyat Şöbəsi tərəfindən icra edilir. Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında akt qeydində dəyişiklik edilməsinin mümkün olmadığı bildirilmişdir. Cavabdeh tərəfindən bu barədə müvafiq məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1970-ci il tarixdə doğulmuşdur. - Kəngərli Rayon İcra Hakimiyyətinin Qarabağlar Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli, 1029/21 nömrəli arayışdan görünür ki, Novruzov X17 rayon, Qarabağlar kəndində yaşayır və qeydiyyatdadır. - 17 sentyabr 2021-ci il tarixli, JQ-V 344279 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X2 rayonu, Qarabağlar kəndində 09.04.2000-ci ildə vəfat etmişdir. Bu barədə Qarabağlar K.İ.N tərəfindən ölüm kitabının 11.04.2000-ci il, səh-17 qeydiyyatı aparılmışdır. Ölüm səbəbi kimi beyinə qansızma göstərilmişdir. - 17 sentyabr 2021-ci il tarixli, AZ-İ 702407 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X3 rayonu, Qarabağlar kəndində 11.05.2017-ci ildə vəfat etmişdir. Bu barədə Qarabağlar K.İ.N tərəfindən ölüm kitabının 25.05.2017-ci il, səh-10 qeydiyyatı aparılmışdır. Ölüm səbəbi kimi koma göstərilmişdir. - 17 sentyabr 2021-ci il tarixli, AZ 139039 nömrəli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X7 rayonu, Qarabağlar kəndində 01.01.1968-ci ildə anadan olmuşdur. Bu barədə doğum kitabında 12.01.1968-ci il, səh-06 qeydiyyatı aparılmışdır. X8, anası X5, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - Kəngərli Rayon İcra Hakimiyyətinin Qarabağlar Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli, 854/21 nömrəli arayışdan görünür ki, mərhum X11 aşağıda göstərilən vərəsələri vardır: 1. atası X24-vəfat edib, 2. anası X5, 3. yoldaşı X12, 4. oğlu X24, 5. qızı X16, 6. oğlu X25. - Kəngərli Rayon İcra Hakimiyyətinin Qarabağlar Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli, 1019/21 nömrəli arayışdan görünür ki, İddiaçı ata və anasının nikah şəhadətnaməsində atasının adı X24, ölüm şəhadətnaməsində isə X21 yazılmışdır. Bunların hər ikisinin eyni adam olduğu və kənddə belə bir başqa adam olmadığı göstərilmişdir. - 11 aprel 2000-ci il tarixli, V-ЖГ 344279 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 09 aprel 2000-ci ildə Şərur rayonu, Qarabağlar kəndində 61 yaşında ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2000-ci ilin aprel ayının 11 günündə 17 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi beyinə qansızma göstərilmişdir. İş materiallarına əlavə edilmiş: - 29 mart 1963-cü il tarixli, İ-ИЕ 379392 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, 1939-cu ildə Noraşen rayonu, Qarabağlar kəndində doğulmuş X23 ilə 1946-cı ildə Noraşen rayonu, Qarabağlar kəndində doğulmuş X6 29/İİİ/1963-cü ildə evlənmişdirlər. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının kitabında 1963-cü ilin mart ayının 29-da 27 nömrə ilə lazımi qeyd edilmişdir. - 13 mart 2001-ci il tarixli, JN-089 A, KOD 10209018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X15 və X4 Şərur Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə 0.41 hektar torpaq sahəsi mülkiyyətə verilmişdir. - 24 mart 2000-ci il tarixli, JN-845, KOD 10209018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X15 və X4 Şərur Rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.03 hektar torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, 11.04.2000-ci il tarixdə tərtib olunmuş 17 saylı ölüm haqqında akt qeydində İddiaçı atası X1 ata adı qrafasında yanlışlıqla “Feyiz” əvəzinə “Feyzi” yazılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçının mərhum atasının ata adı “Feyiz” olmuşdur. Mərhuma aid sənədlərin hər birində onun ata adının “Feyiz” olaraq qeyd edilməsi bunu bir daha sübut edir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas faktor ölüm haqqında akt qeydinə dəyişiklik olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Lakin məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı mərhum atası X9 ölüm haqqında akt qeydindəki bu cür yanlışlıq aradan qaldırılmalı və 11.04.2000-ci il tarixli, 17 saylı ölüm akt qeydləri kitabında ata adı qrafasındakı yanlışlıq düzəldilməli və "Feyzi" adı "Feyiz" olaraq qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 18.10.2021-ci il tarixli, 02/194 saylı imtina məktubunun əsassız sayılmalı, X1 barəsində aparılmış 11.04.2000-ci il tarixli, 17 saylı ölüm akt qeydləri kitabında ata adı qrafasında yanlışlığın düzəldilməsi, "Feyzi" adının "Feyiz" olaraq qeyd edilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir. İPM-in 110.1-ci maddəsinin tələbinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, işə baxılması ilə əlaqədar prosessual xərclər iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78, 85, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh 18.10.2021-ci il tarixli, 02/194 saylı imtina məktubu əsassız sayılır. X1 barəsində aparılmış 11.04.2000-ci il tarixli, 17 saylı ölüm akt qeydləri kitabında ata adı qrafasında yanlışlığın düzəldilməsi və "Feyzi" adının "Feyiz" olaraq qeyd edilməsi öhdəliyi Cavabdehnə həvalə edilir. İddia tələbi təmin olunduğundan prosessual xərclər iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar