Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-228/2025 06.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı “Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yerləşən 0.13 ha torpaq sahəsinə atası X4 mülkiyyət hüququ qeydiyyata alınaraq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 adına Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yerləşən 0.13 ha torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X4 adına Naxçıvan şəhər Əliabad kəndində Naxçıvan MR Dövlət Arxivinin xx.xx.2023-ci il tarixli, 13/361 nömrəli arxiv arayışına əsasən 1966-1968-ci illərə dair 0.13 ha torpaq sahəsi 8 nömrəli təsərrüfat başına kitabında qeydə alınmışdır. Qeyd etmək istəyir ki, arxiv arayışında göstərilən Naxçıvan şəhər Əliabad kəndində yerləşən mərhum atasının adına 1966-1968-ci illərdə göstərilsə də, ondan öncə yəni 1950-ci ildən həmin torpaq sahəsi atasının istifadəsində olmuşdur. O və digər qardaş bacıları o evdə böyümüşdürlər. Qeyd olunan torpaq sahəsi 1950-ci il tarixdən möhrə divarla hasarlanmışdır. Möhrə divar yağış və sel sularına məruz, qaldığından bəzi yerləri uçmuşdur, hasarın uçan yerləri beton divar və zeşlə bərpa olunmuşdur. O, evin və torpağın sənədləşdirilməsi üçün Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ilkin olaraq şifahi formada müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən əməkdaşlar gəlib mərhum atasına aid torpaq sahəsində ölçü işləri apararaq sənədləşdiriləcəyini bildirmişdirlər. Sənədin alınması ilə bağlı bir neçə həftə gözlədikdən sonra yeni sənədinin alınması ilə bağlı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Bundan sonra onu hərdən bir otağa yönləndirib sənədini verməmişdirlər. Bundan sonra o, yazılı müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti xx.xx.2023-cü il tarixində 1966-1968-cı illərə dair təqdim etdiyi arxiv arayışında göstərilən torpaq sahəsinin 0.13 ha qeyd olunduğu halda, sonrakı illərdə hansı səbəbdən azalmasına dair sənəd təqdim etmədiyi qeyd edilərək sənədləşdirə bilməmişdir. Bundan sonra o, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə müraciət etmiş, xx.xx.2023-cü il tarixli, 13/1636 nömrəli Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin arayışında torpaq sahəsinin artıb azalması, alqı-satqı edilməsi, yaxud alqı-satqı yol ilə artıb-azalması ilə bağlı Dövlət Arxivində hər hansı bir məlumatın olmadığı qeyd olunmuşdur. Qeyd olunan arxiv arayışını da Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə təqdim etsə də arxiv arayışı nəzərə alınmamışdır. Yenidən xx.xx.2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmiş, yuxarıda qeyd olunan əsasları gətirməklə torpaq sənədinin verilməsində imtina edilmişdir. Yuxarıda qeyd etdiyi kimi həmin torpaq sahəsi 1950-ci il tarixdən bu günədək onun istifadəsində və mülkiyyətində olmuşdur. Qonşu sərhədləri müəyyəndir. Aqrar islahat komissiyası tərəfindən hər hansı bir ölçü işləri aparılmamışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, mərhum atası həm müharibə iştirakçısı və əlil olduğuna görə həmin torpaq sahəsi həmin dövrdə istifadəsinə verilmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən X4 adına Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yerləşən 0.13 ha torpaq sahəsinə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə 13 may 2024-cü il tarixli yeni iddia ərizəsi təqdim edərək, Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yerləşən 0.13 ha torpaq sahəsinə atası X4 mülkiyyət hüququ qeydiyyata alınaraq arayışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 16 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında protokol qərardadı ilə yeni iddia ərizəsi icraata qəbul edilmiş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs iddiaya dair məhkəməyə ünvanlanan 11 iyul 2024-cü il tarixli, 04/78 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə 12 yanvar 2024-cü il tarixli ərizəsinə cavab olaraq torpaq islahatı aparılan zaman atası X4 qanuni istifadəsində 0.09 ha torpaq sahəsi olmasına dair cavab verilmişdir. İddiaçı nəzərinə çatdırılmışdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və korperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qeyd olunan qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İddiaçı 1966-1968-ci illərə dair təqdim etdiyi arxiv arayışında torpaq sahəsinin 0.13 ha olduğu qeyd olunmuş, lakin o, torpaq sahəsinin sonraki illərdə hansı səbəbdən azalmasına dair hər hansı sənəd təqdim etməmişdir. İddiaçı Xidmətin mütəxəssisləri tərəfindən dəfələrlə qəbul olunmuş və ona qanunvericiliyin tələbləri ətraflı şəkildə izah olunmuş, torpaq islahatı dövrünü əhatə edən arayışda göstərilən 0.09 ha ölçü ilə razılaşmadığı üçün hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 06 mart 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X3 məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan şəhəri, Əliabad qəsəbə sakini İddiaçı vəkili Vəkil ünvanlanan 21 fevral 2024-cü il tarixli, 06/F-24 nömrəli məktubdan aydın olur ki, torpaq islahatı aparılan zaman İddiaçı atası X5 qanuni istifadəsində 0.09 ha torpaq sahəsi olmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərd kollektiv və korperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İddiaçı 1966-1968-ci illərə dair təqdim etdiyi arxiv arayışında torpaq sahəsinin 0.13 ha olduğu qeyd olunmuşdur. Lakin o, torpaq sahəsinin sonraki illərdə hansı səbəbdən azalmasına dair hər hansı sənəd təqdim etməmişdir. İddiaçı Xidmətin aid mütəxəsisləri tərəfindən dəfələrlə qəbul olunmuş və ona qanunvericiliyin tələbləri ətraflı şəkildə izah olunmuşdur. İddiaçı torpaq islahatı dövrünü əhatə edən arayışda göstərilən 0.09 ha ölçü ilə razılaşmadığı üçün hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 13/361 nömrəli arxiv arayışından aydın olur ki, Əliabad kəndinin 1966- 1968-ci illərə dair 8 №-li təsərrüfatbaşına kitabında mərhum X15 ailə başçısı olmaqla adına 0.13 HA torpaq sahəsi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli, 13/1636 nömrəli arxiv arayışından aydın olur ki, torpaq sahəsinin artıbazalması, alqı-satqı edilməsi, yaxud alqı-satqı yolu ilə artıb-azalması haqqında Naxçıvan MR Dövlət Arxivində hər hansı bir məlumat mövcud deyil. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 dekabr 2023-cü il tarixli, 11/445 nömrəli arayışdan görünür ki, Əliabad qəsəbəsində yaşamış mərhum X4 aşağıdakı vərəsələri vardır: X2 (arvadı- 1933; vəfat edib) 2. X9 (1953) 3. X12 (1955) 4. X13 (1959) 5. X10 (1960-vəfat edib) 6. X6 (1963) 7. X14 (1965) 8. X16 (1968) 9. X7 (1971) 10. İddiaçı (1974) -Naxçıvan Şəhər Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş 15 yanvar 2013-cü il tarixli, AZ-İ seriyalı, 493809 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X17 10 dekabr 2012-ci il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Ölüm səbəbi kimi durğunluq pnevmoniyası göstərilmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 yanvar 2013-cü il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. - AA3385781 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 27 iyul 1974-cü ildə doğulmuşdur. - 12 avqust 1974-cü il tarixli, İİ-ЖГ seriyalı, 485028 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı 27 iyul 1974-cü il tarixdə Naxçıvan rayon Myasnikovabad kəndində doğulmuşdur. Ata adı X15, ana adı X2 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 12 avqust 1974-cü il tarixdə 53 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 01 avqust 2024-cü il tarixli, 02/713 nömrəli məktubla göndərilmiş 29 iyul 2024-cü il tarixli, 13/1107 nömrəli arxiv arayışlarından aydın olur ki: Əliabad kəndinin 1966-1968-ci illərə dair 8 №-li, 1969-1971-ci illərə dair 3 №-li, 1972-1974-cü illərə dair 3 №-li, 1974-1975-ci illərə dair təsərrüfatbaşına kitablarında mərhum X15 ailə başçısı olmaqla adına 0.13 ha torpaq sahəsi qeyd edilmişdir. Əliabad kəndinin 1975-1976-cı illərə dair, 1977-1979-cu illərə dair 3 №-li, 1980- 1982-ci illərə dair 3 №-li, 1983-1985-ci illərə dair 3 №-li, 1986-1990-cı illərə dair təsərrüfatbaşına kitablarında mərhum X15 ailə başçısı olmaqla adına 0.09 ha torpaq sahəsi qeyd edilmişdir. Əliabad kəndinin 1991-1995-ci illərə dair 2 №-li təsərrüfatbaşına kitabında mərhum X15 ailə başçısı olmaqla adına 0.07 ha torpaq sahəsi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 25 noyabr 2024-cü il tarixli, 02/1158 nömrəli məktubla göndərilmiş 22 noyabr 2024-cü il tarixli, 13/1719 nömrəli arxiv arayışlarından aydın olur ki, Əliabad kəndinin 1996-2000-ci illərə dair 14 №-li, 2001-2005-ci illərə dair 2 №-li, 2006-2010-cu illərə dair 2 №-li təsərrüfatbaşına kitablarında mərhum X15 ailə başçısı olmaqla adına 0.09 ha torpaq sahəsi qeyd edilmişdir. Əliabad kəndinin 2010-cu ildən sonrakı illərə dair təsərrüfatbaşına kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 avqust 2024-cü il tarixli, 04/764 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən, X4 istifadəsində olan 6811A kadastr nömrəli həyətyanı torpaq sahəsinin faktik ərazisi 1496.16 m2-dir. Həmin torpaq sahəsindən qərb istiqamətdə yerləşən 6813A kadast nömrəli həyətyanı torpaq sahəsi Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlə reyestrində sənəd üzrə 1374 m2 qeydiyyata alınsa da, faktiki sahəsi isə 1300,6 m2-dir. Torpaq sahəsinin cənubunda yerləşən 6810A kadastr nömrəli həyətyanı torpaq sahəs daşınmaz əmlakın dövlət reyestrində 1009 m2 qeydiyyata alınsa da, faktiki sahəsi 1587.49 m2 təşkil edir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 iyul 2024cü il tarixli, 01/27 nömrəli və 22 oktyabr 2024-cü il tarixli, 01/38 nömrəli məktublardan aydın olur ki, məktubda qeyd edilən tarixlərə aid olan təsərrüfatbaşına kitablar hal-hazırda nümayəndəlikdə olmadığından tələb edilən məlumatı təqdim etmək mümkün deyil. - Naxçıvan şəhər Əliabad bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 oktyabr 2024-cü il tarixli, 87 nömrəli və 21 oktyabr 2024-cü il tarixli, 88 nömrəli məktublardan məlum olur ki, hazırda Əliabad qəsəbə sakini olan İddiaçı istifadəsində olan 0.13 ha torpaq sahəsi Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilən arayışa əsasən Əliabad kəndinin 1966-1968-ci illərə aid 8 №-İi təsərrüfatbaşına kitabında məhrum atası X4 ailə başçısı olmaqla adına qeyd edilmişdir. Həmin torpaq sahəsinə yerində baxış keçirilmiş, hal-hazırda həmin torpaq sahəsinə üçüncü bir şəxsin hüquqi marağı yoxdur. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 09 dekabr 2024-cü il tarixli, 04/297 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən X4 istifadəsində olan 6811A kadastr nömrəli həyətyanı torpaq sahəsinin faktiki ölçüsü 1496,16 m2 təşkil edir. Bəhs olunan ərazinin hüquqi sahəsini müəyyən etməyə imkan verən müvafiq sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) olunmadığından, hüquqi sahə ərazinin hansı hissəsində yerləşdiyini müəyyən etmək mümkün deyildir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 dekabr 2024-cü il tarixli, 02/1300 nömrəli məktubdan görünür ki, Əliabad kəndinin 1974-1976-cı illərə dair təsərrüfatbaşına kitablarında X15 ailə başçısı olmaqla adına 0.13 ha torpaq sahəsinin 1977-1979-cu illərə dair təsərrüfatbaşına kitablarında 0.09 ha göstərilməsinin səbəbi barədə təsərrüfatbaşına kitablarında hər hansı bir qeyd və yaxud məlumata rast gəlinmədi. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 yanvar 2025-ci il tarixli, 04/39 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən, X4 istifadəsində olan 1496.16 m² həyətyanı torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. Bahs olunan ərazinin sxematik planı məktuba əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. - 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli, 407-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının: - 3.1-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı: - 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: - 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. - 7.2-ci bəndinə əsasən bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yerləşən və 1966-cı il tarixdən əvvəl onların istifadəsində olan 0.13 ha torpaq sahəsinə atası X4 mülkiyyət hüququ qeydiyyata alınaraq arayışın verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, 1966-cı ildən 1975-ci illərə dair Əliabad kəndinin təsərrüfatbaşına kitablarında mərhum X15 ailə başçısı olmaqla adına 0.13 ha torpaq sahəsi qeyd edilmişdir. Sonrakı illərə dair Əliabad kəndinin təsərrüfatbaşına kitablarında mərhum X15 adına olan torpaq sahəsinin 0.07 ha və sonradan 0.09 ha göstərilmişdir. Məhkəmənin sorğusuna Dövlət Arxivi tərəfindən təqdim edilmiş 26 dekabr 2024-cü il tarixli, 02/1300 nöməli məktubda həmin sahənin müxtəlif vaxtlarda azalıb artmasının səbəbləri barədə təsərrüfatbaşına kitablarda hər hansı bir qeyd və yaxud məlumat aşkar edilməməsi bildirilmişdir. Naxçıvan şəhər Əliabad bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 oktyabr 2024-cü il tarixli, 87 nömrəli və 22 oktyabr 2024-cü il tarixli, 88 nömrəli məktublarda hazırda Əliabad qəsəbə sakini olan İddiaçı istifadəsində olan 0.13 ha torpaq sahəsinin Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilən arayışa əsasən Əliabad kəndinin 1966-1968-ci illərə aid 8 №-İi təsərrüfatbaşına kitabında məhrum atası X4 ailə başçısı olmaqla adına qeyd edildiyi, həmin torpaq sahəsinə yerində baxış keçirildiyi, halhazırda həmin torpaq sahəsinə üçüncü bir şəxsin hüquqi marağı olmadığı göstərilmişdir. Bundan başqa Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 yanvar 2025-ci il tarixli, 04/39 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən, X4 istifadəsində olan 1496.16 m² həyətyanı torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3-cü bəndində nəzərdə tutulmaqla daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına aid edilmişdir. İddiaçının atası mərhum X15 ailə başçısı olmaqla adına 0.13 ha torpaq sahəsinin olması, sonradan təsərrüfatbaşına kitablarda torpaq sahəsinin ölçülərində azalma müşahidə olunmasına baxmayaraq, hazırda iddiaçının istifadəsində 1496.16 m² həyətyanı torpaq sahəsinin olması, həmin torpaq sahəsinin üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İşin hallarından məlum olur ki, mərhum X15 yaşadığı dövrdə mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmadan 2012-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə mübahisəli torpaq sahəsinin başqa şəxsin adına qeydiyyatdan keçməsinin müəyyən edilməməsi ölmüş şəxsin mülkiyyət hüquqlarının xitamına səbəb olmur. Belə ki, şəxs daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almadan öldükdə bu hüququn onun qanun və ya vəsiyyət üzrə vərəsələrinə ötürülməsi məsələsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1 və 7.2-ci bəndləri ilə birbaşa tənzimlənir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan tərəfindən mübahisəli torpaq sahəsinə dair X4 mülkiyyət hüququ qeydiyyata alınaraq arayışın verilməsindən imtina edilməsi qanunun güddüyü məqsədə mütənasib olmamamaqla, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı “Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yerləşən 0.13 ha torpaq sahəsinə atası X4 mülkiyyət hüququ qeydiyyata alınaraq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan şəhəri, Əliabad qəsəbəsində yerləşən 0.13 ha torpaq sahəsinə İddiaçı atası X4 mülkiyyət hüququ qeydiyyata alınaraq arayışın verilməsi öhdəliyi cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-228/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-228/2025
06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver