Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-24/2024 26.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 25 oktyabr 2019-cu il tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin 2022-ci ilin yanvar ayı üçün ona təyin edilmiş pensiya məbləği ödənilməmişdir.”Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən ona təqdim edilmiş 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarda iddiaçının Culfa rayon Mərkəzi Xəstəxanasında əmək fəaliyyətində olduğu 1984-2002-ci illərdə analıq və öz hesabına məzuniyyətdə olmağına əsaslanaraq həmin dövrün iş stajı kimi nəzərə alınmadığı, bununla da tələb olunan 20 il ümumi iş stajının tamamlanmadığı, buna görə də pensiya işinin ləğv edildiyi göstərilmişdir. Cavabdeh orqan təyin edilmiş pensiyanın kəsilməsini iddiaçının məzuniyyətdə olduğu müddətlə əlaqələndirmiş və bununla da, 20 il iş stajının düzəlmədiyi qənaətinə gəlmişdir. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən ona xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2- 1(122)-269/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “ona xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. İddiaçı 15 aprel 2023-cü il tarixdə iddianın mümkün sayılmaması barədə qərardaddan verdiyi apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən təmin olunmuş və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(122)-269/2023 nömrəli qərardadı ləğv edilərək, iddia mümkün hesab edilmiş və inzibati iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 26 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa Rayon Şöbəsi iddiaya qarşı 21 iyul 2023-cü il tarixli, 06/195 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1961-ci il tarixdə anadan olmuş, Culfa rayon, Yaycı kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 25 oktyabr 2019-cu il tarixli, 138 nömrəli qərarına əsasən 52 yaşının tamam olduğu 15 sentyabr 2013-cü il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə 142,36 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Pensiya işində İddiaçı adına olan ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək (18 il N ay 29 gün) Culfa rayon Mərkəzi Xəstəxanasının yoluxucu şöbəsində tibb bacısı vəzifəsində işləmişdir. xx.xx.2009-cu il tarixdə Culfa şəhərində çörək sexində çörək bişirən işləmiş, lakin işdən azad olunması barədə əmək kitabçasında qeyd aparılmadığından onun hansı müddətədək orada işlədiyi müəyyən olunmamışdır. xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək (N ay N gün) N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün çörəkbişirmə bölməsində çörək bişirən vəzifəsində işləmişdir. Culfa rayon Dövlət arxivi tərəfindən verilmiş 07 iyul 2009-cu il tarixli, 79 nömrəli arayışa əsasən X5 14 dekabr 1980-cı il tarixdən 13 iyul 1984-cü il tarixədək (3 il 6 ay 29 gün) Culfa rayon X1 malabaxan, daha sonra sağıcı olaraq işləmişdir. Beləliklə, əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən, İddiaçı 01 yanvar 2006-cı il tarixədək 21 il 8 ay 28 gün, 01 yanvar 2006-cı il tarixdən hüququnun yarandığı 15 sentyabr 2013-cü il tarixədək isə N ay 21 gün olmaqla cəmi 21 il 10 ay 19 gün ümumi, 18 il ay 29 gün xüsusi iş stajı vardır. Culfa rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 oktyabr 2019-cu il tarixli, 228 nömrəli arayışda İddiaçı Culfa rayon 26-cı Qurultay sovxozunda işlədiyi illərin əmək haqqı cədvəlində onun 1983-cü il tarixdə 10 ay, 1984-cü il tarixdə isə 2 ay olmaqla, ümumilikdə 12 ay əmək haqqı almadığı, 1980-1981-ci illərə dair kökəltmə birliyinin sənədləri arxivə təhvil verilmədiyindən əmək haqqı barədə məlumat verilməsi mümkün olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli 13/626 nömrəli arayışa əsasən İddiaçı Culfa rayon Mərkəzi Xəstəxanasında işlədiyi illər ərzində bir çox aylar üzrə əmək haqqı almamışdır. Belə ki, iddiaçının Culfa rayon Mərkəzi Xəstəxanasında işlədiyi illərin əmək haqqı arayışında onun 1992-ci il tarixdə 8 ay, 1994-cü il tarixdə 7 ay, ümumilikdə 15 ay, yəni 1 il 3 ay əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi məlum olmuşdur. Nəticədə qeyd edilən aylar üzrə iddiaçı Culfa rayon X1 və Culfa rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövrlərdə əməkhaqqı almadığı və müvafiq sığorta haqlarını ödəmədiyi, həmçinin 1980-1981 -ci illər üzrə Culfa Rayon 26-cı Qurultay sovxozunun sənədləri arxivə təhvil verilmədiyi üçün həmin dövrlərin iddiaçıya iş stajı kimi nəzərə alınması mümkünsüz hesab edilmişdir. İddiaçının 01 yanvar 2006-ci il tarixədək ümumi iş stajı 21 il 10 aydan 2 il 3 ay azalaraq 19 il 7 ay 20 gün müəyyən edilmişdir. Əlavə olaraq Culfa rayon Dövlət Arxivi tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli, 239 nömrəli arayışda İddiaçı xx.xx.1990-cı il tarixdə 6 nömrəli əmrlə qismən ödənişli məzuniyyətə çıxması, xx.xx.1991-ci il tarixdə 33 nömrəli əmrlə hamiləliyə görə məzuniyyətə buraxılması, xx.xx.1996-cı il tarixdə 4 nömrəli əmrlə analıq məzuniyyətinə çıxması, xx.xx.1998-ci il tarixdə 51 nömrəli əmrlə qismən ödənişli məzuniyyətə çıxması və xx.xx.2022-ci il tarixdə 40 nömrəli əmrlə işdən azad olması göstərilmişdir. Qeyd olunan illərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ona hər hansı ödəniş edilməmiş və o, həmin müddətlərdə əmək haqqı almamışdır. Arxiv arayışında qeyd edilən illərdə iddiaçının qismən, analıq və öz hesabına məzuniyyətlərdə olduğu göstərilsə də ona qanunsuz olaraq həmin illər iş stajı kimi nəzərə alınmış və ona güzəştli şərtlərlə əmək pensiya təyin edilmişdir. Cavabdeh yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 1(122)-269/2023 nömrəli qərardadı ilə hazırki iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa Rayon Şöbəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz olunmuşdur. Əsl cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 08 dekabr 2023-cü il tarixli, eyni məzmunlu etiraz məhtubunda da məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası 26 aprel 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına mübahisələndirilən qərarı, əmək kitabçasının əslini, arxiv arayışını, qeydiyyatla bağlı arayışı və şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarından görünür ki, xx.xx.1961-cı il tarixdə anadan olmuş, Culfa rayon, Yaycı kəndində yaşayan İddiaçı 25 oktyabr 2019-cu il tarixli, 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz təyin edilmiş əmək pensiyası ləğv edilmiş və 25 oktyabr 2019-cu il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilmiş 17892.36 manat məbləğində pul vəsaitinin geri qaytarılması qərara alınmışdır. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Culfa rayon Mərkəzi Xəstəxanasının yoluxucu şöbəsində tibb bacısı, xx.xx.2009-cu il tarixdə Culfa şəhərində çörək sexində çörək bişirən, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək N nömrəli hərbi hissənin madditexniki təminat bölüyünün çörəkbişirmə bölməsində çörək bişirən vəzifəsində işləmişdir. - Culfa rayon Dövlət Arxiv İdarəsinin 01 fevral 2023-cü il tarixli, 275 nömrəli arayışından görünür ki, Culfa rayon Yaycı kənd Texniki peşə məktəbinin sənədlərinə əsasən İddiaçı xx.xx.1979-cu ildə 134 №-li əmrlə məktəbə daxil olmuş, xx.xx.1980-ci ildə 160 №-li əmrlə məktəbi bitirmişdir. 1981-1983-cü illər 26-cı Qurultay adına Sovxozda işləmiş, aylar üzrə əmək haqqı almışdır. - Culfa Rayon İcra Hakimiyyətinin Yaycı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 05 yanvar 2023-cü il tarixli, 05 nömrəli arayışından görünür ki, İddiaçı Culfa rayonu, Yaycı kəndində yaşayır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1961-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: İddiaçı pensiya işinin materiallarından olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 25 oktyabr 2019-cu il tarixli, 138 nömrəli qərarının surətindən görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə İddiaçı xx.xx.2013-xx.xx.2014; 142.36, xx.xx.2014-xx.xx.2015; 143.38, xx.xx.2015-xx.xx.2016; 143.39, xx.xx.2016-xx.xx.2016; 145.75, xx.xx.2016-xx.xx.2017; 155.75, xx.xx.2017-xx.xx.2018; 161.42, xx.xx.2018xx.xx.2019; 170.62, xx.xx.2019-xx.xx.2019; 175.74, xx.xx.2019-cu il tarixdən isə hər ay 200 manat olmaqla yaşa görə müddətsiz pensiya təyin edilmişdir. - İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsinə ünvanladığı 25 oktyabr 2019-cu il tarixli ərizədən görünür ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsinə ünvanlanmış 09 mart 2023-cü il tarixli, 07 nömrəli məktubdan görünür ki, Culfa Rayon Mərkəzi Xəstəxanasının 1984-1985-ci illərin əmr və əməkhaqqı kitabları və 1992-ci il tarixdən 1994-cü il tarixədək əməkhaqqı kitabları Culfa Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bununla yanaşı xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək vətəndaş Əliyarova (Əliyeva) Gülsüm Xanvələt qızının adına Culfa Rayon Mərkəzi Xəstanasının əməkhaqqı kitablarında adına rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən Əliyarova (Əliyeva) Gülsüm Xanvələt qızına ünvanlanmış 03 aprel 2023-cü il tarixli, 13/626 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Culfa rayon Mərkəzi Xəstəxanasının xx.xx.1991-ci il tarixli, 32 nömrəli əmrinə əsasən Əliyarova (Əliyeva) Gülsüm Xanvələt qızının analıq məzuniyyətinin müddəti başa çatdığı üçün işdə hesab edilməsi, xx.xx.1991-ci il tarixli, 77 nömrəli əmrlə analıq məzuniyyətinin müddəti başa çatdığı üçün işdə hesab edilməsi və qismən haqqı ödənilən analıq məzuniyyətinə buraxılması, xx.xx.1992-ci il tarixli, 44 nömrəli əmrlə analıq məzuniyyətinin müddəti başa çatdığı üçün işdə hesab edilməsi, xx.xx.1993-cü il tarixli, 38 nömrəli əmrlə əmək məzuniyyətinə buraxılması əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən Əliyarova (Əliyeva) Gülsüm Xanvələt qızına ünvanlanmış 03 aprel 2023-cü il tarixli, 13/626 nömrəli arxiv arayışından görünür ki, Əliyarova (Əliyeva) X8 Rayon Mərkəzi Xəstəxanasında işləmiş və 1992-1994cü illərdə aylar üzrə əməkhaqqı almışdır. Arayışın qeyd hissəsində 1995-ci ilə dair əməkhaqqı kitablarının Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş oktyabr 2009-cu il tarixli, 228 nömrəli arayışdan görünür ki, X6 1982-1984-cü illərdə X13 26-cı qurultay sovxozunda işləmiş və aylar üzrə əməkhaqqı almışdır. Arayışın qeyd hissəsində 1980-1981-ci illər Kökəltmə Birliyinin sənədləri Arxivə təhvil verilmədiyindən əməkhaqqının müəyyən edilmədiyi qeyd edilmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 2009-cu il tarixli arxiv arayışından görünür ki, 18 nömrəli əmrə əsasən X2 rayon Təsərrüfatlararası Südçülük kompleksi üzrə 14 dekabr 1980-ci il tarixdən malabaxan qəbul edilmiş, 173 nömrəli əmrə əsasən 13 iyul 1984-cü il tarixdən sağıcı operatorluğundan azad edilmişdir. - Culfa Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli, 556 nömrəli tibbi arayışdan görünür ki, Culfa rayonu, Yaycı kənd sakini 1961-ci il təvəllüdlü İddiaçı 1984-2002-ci illərdə Culfa RMX-nın yoluxucu şöbəsində sanitarka vəzifəsində işləmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən Əliyarova (Əliyeva) Gülsüm Xanvələd qızına verilmiş 28 dekabr 2021-ci il tarixli, 239 nömrəli arxiv arayışından görünür ki, Culfa Rayon Dövlət Arxivində mühafizə olunan Culfa Rayon Mərkəzi Xəstəxananın sənədlərinə baxdıqda Əliyarova (Əliyeva) Gülsüm Xanvələd qızı xx.xx.1986-cı ildə əmək məzuniyyətinə çıxmış, xx.xx.1989-cu ildə 18 nömrəli əmrlə 1987-1988-ci ilin qalıq məzuniyətinə çıxmış, xx.xx.1989-cu ildə 56 nömrəli əmrlə 1988-1989-cu ilin növbəti əmək məzuniyyətinə çıxmış, xx.xx.1990-cı ildə 6 nömrəli əmrlə qismən ödənişli məzuniyyətə çıxmış, xx.xx.1991-ci ildə 33 nömrəli əmrlə dekret məzuniyyətinə buraxılmış, xx.xx.1993cü ildə 38 nömrəli əmrlə əmək məzuniyyətinə çıxmış xx.xx.1996-cı ildə 4 nömrəli əmrlə analıq məzuniyyətinə çıxmış, xx.xx.1998-ci ildə 51 nömrəli əmrlə qismən ödənişli məzuniyyətə çıxmış, xx.xx.2002-ci ildə 40 nömrəli əmrlə işdən azad olunmuşdur. - Culfa Rayon Mərkəzi X9 Şəxsi tərəfindən Vəkil ünvanlanmış 04 aprel 2024-cü il tarixli, 05/78 nömrəli məktubdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1984cü il tarixli, 101 nömrəli əmrlə “Culfa Rayon Mərkəzi Xəstəxanası”nda Yoluxucu şöbədə “palata sanitarkası” təyin edilmiş, xx.xx.2002-ci il tarixli, 40 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun tarixli, 320 nömrəli qərarı qüvvədən düşmüşdür. Lakin İddiaçı işlədiyi illər həmin illərə təsadüf etdiyi üçün güzəştli hesab olunur. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının, iddiaçının vəkilinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 25 oktyabr 2019-cu il tarixli, 138 nömrəli qərarına əsasən 15 sentyabr 2013-cü il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra, iddiaçının 1984-2002-ci illərdə Culfa Rayon Mərkəzi Xəstəxanasında işləməsi əmək kitabçasında qeyd olunsa da, Culfa Rayon Dövlət Arxivindən verilən 28 dekabr 2021-ci il tarixli, 239 nömrəli arxiv arayışında həmin illərdə qismən, analıq və öz hesabına məzuniyyətdə olduğu göstərilmiş və həmin illər iş stajı kimi pensiya hesablanması zamanı nəzərə alınmışdır. Beləliklə, iddiaçının ümumi (20 il) iş stajı olmadığından pensiyasının ləğv edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. - 67-ci maddəsinin 3-cü abzasına əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci abzasına əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2-ci maddəsinə əsasən bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; -13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 64.3-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4-ci maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. - 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - 67.9-ci maddəsinə əsasən maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxxxx 1961-ci il tarixdə anadan olmuş, 1980-ci ildən əmək fəaliyyətinə başlamışdır. İddiaçıya 52 yaşının tamam olduğu 15 sentyabr 2013-cü il tarixdən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 25 oktyabr 2019-cu il tarixli, 138 nömrəli qərarı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 01 oktyabr 2019-cu il tarixdən 142,36 manat məbləğində yaşa görə ömürlük pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 21 il 8 ay 28 gün, 01 yanvar 2006-cı il tarixdən hüququnun yarandığı 15 sentyabr 2013-cü il tarixədək isə 0N ay 21 gün olmaqla, cəmi 21 il 10 ay 19 gün ümumi, 18 il N ay 29 gün xüsusi iş stajının olması müəyyən edilmişdir. Sonradan cavabdeh orqan tərəfindən müvafiq araşdırma aparılmış, İddiaçı ümumi (20 il) iş stajı olmadığından mübahisələndirilən qərar qəbul edilərək pensiya işi ləğv edilmişdir. İlk öncə, qeyd edilməlidir ki, iddia tələbi iki hissədən ibarətdir:
1. xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi;
2. təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi. İddia tələbinin birinci hissəsində mübahisələndirilən qərarın mətnindən aydın olur ki, qərarda iki məsələ öz əksini tapmışdır:
1. İddiaçı 25 oktyabr 2019-cu il tarixli, 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz təyin edilmiş əmək pensiyasının ləğv edilməsi;
2. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 17892.36 manat pul məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması. İddiaçının pensiya işinin ləğv edilməsi barədə “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarın birinci hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, qarşılıqlı iddia üzrə cavabdeh eyni zamanda həm pensiya təminatı haqqında qanunvericiliyin əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan, həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələmədən və təzələnmiş icraat çərçivəsində dayandırma barədə aralıq qərar qəbul olunmadan pensiya ödənişinin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur. Hazırki iş üzrə inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” haqqında Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla inzibati akt qəbul edildiyindən həmin inzibati akt ləğv edilməlidir. Lakin məhkəmə inzibati aktın qanunsuzluğundan əlavə hazırki iş üzrə iddiaçının pensiya hüququna malik olub-olmaması məsələsini də araşdırmağa borcludur. Belə ki, iddiaçıya pensiya təyin edilməsi üçün, ilk öncə onun xx.xx.2006-cı il tarixə qədər ümumi və xüsusi iş stajı təsdiqlənməlidir. İddiaçının xüsusi iş stajı barədə məsələ cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir və iş materiallarına əlavə edilmiş Culfa Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş arayışda da, iddiaçının işlədiyi illərin güzəştli şərtlərlə pensiya hüququ verən iş illəri kimi hesablanmalı olduğu təsdiqlənir. İnzibati orqan tərəfindən mübahisələndirilən əsas məsələ iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının tamam olmaması barəsindədir. Cavabdeh inzibati orqan mübahisəli məsələni onunla əsaslandırır ki, iddiaçının işlədiyi illər əmək kitabçasında tam olaraq göstərilsə də, arxiv arayışları ilə öz təsdiqini tapmır, iddiaçı həmin illərdə özhesabına, qismən ödənişli və analıq məzuniyyətlərində olmuşdur. Qeyd olunan mübahisəli məsələ ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatlarının mötəbərliyi qəbul edilir. Belə ki, cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü xx.xx.2006-cı ilədək mövcud olduğundan həmin tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının tələblərinə münasibətdə həll edilməli və cavabdehin dəlilləri də həmin Qanunun müddəaları əsasında təhlil olunmalıdır. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edildiyi halda işlədiyi bəzi aylar üzrə əməkhaqqı alması barədə arxivdə məlumatların mövcud olmaması, iddiaçının təqsiri hesab oluna və həmin aylar onun üçün sosial sığorta stajı kimi nəzərə alınmaya bilməz. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən digər məsələ isə iddiaçının özhesabına, qismən ödənişli və analıq məzuniyyətində olduğu dövrlərin sığorta stajına daxil edilməsi ilə bağlıdır. İşçilərin məzuniyyət hüquqları ilə bağlı məsələlər Əmək Məcəlləsinin müddəalarına əsasən həll edilir. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarına əsasən məzuniyyət müddəti əmək stajına daxil edilir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu analıq məzuniyyətinin sığorta stajına daxil edilməsi barədə düzünə göstəriş verməsə də, 21.1-ci maddədə məzuniyyət müddətinin sığorta stajına daxil edilməsi qadağa edilmir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının özhesabına, qismən ödənişli və analıq məzuniyyətində olduğu dövr sığorta stajı kimi qəbul olunmalıdır. Həmçinin, mübahisələndirilən qərarın ikinci hissəsinə (ödənilmiş 17892.36 manat məbləğində pul vəsaitinin geri qaytarılması) münasibətdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırki halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarı hər iki hissədə əsassız və qanunsuz hesab edildiyindən ləğv edilməlidir. Bu isə iddia tələbinin İ hissəsinin təmin edilməsi deməkdir. İddia tələbinin ikinci hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçıya təyin edilmiş pensiyanın dayandırılmasına əsas olmuş Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarının ləğv edilməsi pensiya ödənişinin bərpa edilməsinə əsas verir. Buna görə də həmin qərar ləğv edildiyindən iddiaçıya təyin edilmiş pensiya dayandırıldığı tarixdən cari ödənişlərlə ödənilməyə davam etdirilməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanunvericiliyin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında və inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə yazılı şəkildə əsaslandırılması nəzərdə tutulsa da, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı xx.xx.2019-cu il tarixdə 138 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarı ləğv edilməli və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməlidir.
Nəticəvi hissə:
Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:
İddia təmin edilir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 31 nömrəli qərarı ləğv edilir. İddiaçı təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV