Məhkəmə qərarları › İş №2-1(122)-240/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-240/2025

14.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-240/2025 14.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “13 mart 2024-cü il tarixdə ünvan 3 barədə X1 adına verilmiş ********** saylı qeydiyyatın ləğvi və həmin əmlakın birgə mülkiyyət olaraq vahid əmlak kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına tərtib olunmuş 18.42 kv.m. olan sahənin layihəsinin ona təqdim olunması və həmin sahəyə adi olan qanunsuz aktların ləğv olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan MR İqtisadiyyat Nazirliyinin 22 sentyabr 2023-cü il tarixli sərəncamı ilə onun 08 sentyabr 2023-cü il tarixli müraciəti üzrə dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi ve cəmiyyətlərlə iş şöbəsinin 13 sentyabr 2023-cü il tarixli, D/Y-2173/2023 nömrəli xidməti məlumatı nəzərə alınmış və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan, Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən, "Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq 04 sentyabr 2023-cü il tarixdə müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən 5000,94 (beş min doxsan dörd qəpik) manat dəyərində qiymətləndirilmiş, ümumi sahəsi 9.21 kv.m. olan qeyri-yaşayış sahəsi 100 faiz dəyəri ilə ona təklif edilmişdir. O, həmin sahə üçün 5000 manat pul ödəmişdir. Məmmədova Türkan da sahənin digər yarısı üçün 5000 manat ödəmişdir. Bundan sonra onların hər biri icarəyə verilmiş əmlakın alqı-satqısı ilə bağlı müqavilə imzalanmışdır. Hansı ki, bunlar 35 və 36 nömrəli müqavilələr idi. Daha sonra ona məlumat verilmişdir ki, həmin sahə ancaq birinin adına özəlləşdirilə bilər. O, əlavə 340 manat ödəniş etmiş və onunla 38 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi imzalanmışdır. Qeyd edilmişdir ki, əvvəldən orda gözəllik salonu işlədirdilər. Həmin sahə üçün yalnız bir layihə tərtib olunduğu üçün o da onun adına verilmişdir. Lakin qanunsuz olaraq Məmmədova Türkanın adına 27 dekabr 2023-cü il tarixli Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində xidmət mərkəzi binasında 18.42 kv.m. sahəsi olan gözəllik salonunda pəncərənin sökülərək qapı ilə əvəz olunması nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə baxış keçirilməsi haqqında akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə ünvanladığı 14 dekabr 2023-cü il tarixli, 5- 5/2-21a7/2023 nömrəli məktubuna əsasən Naxçıvan şəhəri, Qaraxanbəyli kəndinin xidmət mərkəzi binasında X5 tərəfindən 18.42 kv.m. sahə olan gözəllik salonunda pəncərənin sökülərək qapı ilə əvəz olunması nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə layihə əsasında Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin tikinti dövlət nəzarəti sektorunun müdiri X7, həmin sektorun baş məsləhətçisi X9, eləcə də, layihə, mühəndisaxtarış və ekspertiza işləri sektorunun baş məsləhətçisi X8 tərəfindən vizual baxış keçirilmişdir. Baxış zamanı hazırlanmış layihə əsasında aparılması nəzərdə tutulmuş işlər təhlil olunmuşdur. Məlum olmuşdur ki, hazırlanmış layihəyə əsasən binanın yükdaşıyıcı konstruksiyalarına müdaxilə yoxdur. Qeyd olunanları nəzərə alaraq, binanın gələcəkdə təhlükəsiz istismarını təmin etmək məqsədi ilə mövcud yükdaşıyıcı konstruksiyaların saxlanılması və dəyişdirilməməsi (layihədən kənar müdaxilələrin edilməməsi və sökülməməsi), eləcə də, layihə əsasında qapı yerinin açılması nəzərdə tutulmuş pəncərənin eninin saxlanılması (genişləndirilməməsi), həmçinin görüləcək işlərin layihəsinin müəllifi ilə razılaşdırılır. Təmir və tikinti işləri aparılan zaman tikinti norma və qaydalarının, eləcə də, yanğın təhlükəsizliyi və tikintidə təhlükəsizlik qaydalarının tələblərinə tikintinin subyektləri tərəfindən ciddi əməl olunmalıdır. Qeyd edilmişdir ki, layihənin müəllifi onun icazəsi olmadan qeyri-yaşayış sahəsinin konstruksiyasının pozulması qanunsuzdur. Bu məsələ ilə bağlı o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04 mart 2024-cü il tarixli məktubunda xx.xx.2023-cü il tarixli, 38 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən özəlləşdirilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları ona bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə həmin 18.42 kv.m. sahəyə malik qeyri-yaşayış sahəsinin yalnız bir nəfərin adına özəlləşdirilə bilər və bunun əsasında da həmin sahə bütünlüklə onun adına özəlləşdirilmişdir. O, ümumi sahəyə aid layihənin sənədləşməsi üçün 340 manat ödəniş etmişdir. Onun həmin sahə üzərində tam hüquqları olduğu halda, 4 aydır ki, süründürməçiliyə yol verilir və ona layihə göndərilməmişdir. Bu məsələ ilə bağlı o, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 22 sentyabr 2023-cü il tarixli, 46 nömrəli Səəncamına əsasən Naxçıvan şəhəri, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən ümumi sahəsi 18.42 kv.m. olan gözəllik salonundan 9.21 kv.m. sahə İddiaçı adına özəlləşdirilmişdir. Sözügedən əmlakın özəlləşdirilməsinə dair Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 22 sentyabr 2023-cü il tarixli, 46 nömrəli Səncamının surəti və 25 sentyabr 2023-cü il tarixli, 38 nömrəli alqı-satqı müqaviləsi ona təqdim edilmişdir. Bu məktub ona müddət uzadılaraq, qanunsuz aktın tərtibindən tam 4 ay keçdikdən sonra göndərilmişdir. Həmin məktuba qanunsuz sxematik plan da əlavə olunmuşdur. Türkanın adına verilən akt tamamilə qanunsuz olaraq tərtib olunmuşdur. Çünki həmin sahə onun adına ola-ola ona Türkan hansı əsasla akt tərtib edə bilər? Türkan 9.21 kv.m. sahənin belə özəlləşdirilməsi üçün ödəniş etməmişdir. Bundan başqa ona aid olan hissənin onun adına aktlaşdırılması bu sənədlərin saxta və qanunsuz olduğunu təsdiq edir. Bu akt tərtib olunduqdan sonra Türkan orda pəncərəni açıb qapı ilə əvəzləmişdir. Hansı ki, həmin sahənin konstruksiyasının dəyişdirilməsi düzgün deyil. Bu müqavilədə də əks olunmuşdur. O, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini, başçının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyevin də qəbulunda olmuşdur. Əhməd müəllim ona demişdir ki, layihə onun adınadır və orda pəncərə açıla bilməz. Onun pəncərə açılmasına razılığının olub-olmamasını soruşmuş, o isə razı olmadığını bildirmişdir. Qanunsuz akt tərtib olunandan sonra dəfələrlə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Nazirlik ona sənədləri verməkdən imtina etmişdir. Belə ki, Vaqif müəllim zaman qazanaraq onun adına sənədləşmiş 18.42 kv.m. sahəni saxta sənədlərlə və onun hüquqları pozularaq Məmmədova Türkanın adına sənədləşdirmişdir. Hətta Vaqif müəllim ilə Coşqun müəllim ona demişdir ki, “Sən kimsən? Bizə yuxarının tapşırığı var” Halbuki Türkanın adına sənədləşənə qədər Vaqif müəllim, Coşqun müəllim və Vüqar müəllim ona demişdir ki, “Sən narahat olma, onsuz həmin sahə onun adınadır. Türkan axırı bezib onun ayağına gələcək” İndi başa düşür ki, bunların hamısı əlavə vaxt qazanıb həmin sahəni Türkanın adına qanunsuz sənədləşdirmək üçün idi. Hətta Coşqun müəllim onun adına olan layihəni də akt tərtib olunmamış ona göstərmişdir. Vaqif müəllim ona “3 dənə xətt qoy, böl ver” deyəndə Coşqun müəllim ona “o başını ətəyinə qoymamışdır” demişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun adına tərtib olunmuş 18.42 kv.m. olan sahənin layihəsinin ona təqdim olunması və həmin sahəyə adi olan qanunsuz aktların ləğv olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 24 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi iddiaya dair 23 may 2024-cü il tarixli, 901/2024 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası X19 02 may 2023-cü il tarixli, 165-Vİ FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturu genişləndirilmiş, Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası X19 29 dekabr 2023-cü il tarixli, 225-Vİ FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasnamələri təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 01 mart 2024-cü il tarixli, 79 nömrəli əmri ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin aparatının, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnaməsi, strukturu və ştat cədvəlləri təsdiq edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə qarşı “onun adına tərtib olunmuş 18.42 kv.m. olan sahənin layihəsinin ona təqdim olunması və həmin sahəyə aid olan qanunsuz aktların ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2-1(122)-916/2024 nömrəli işi üzrə məhkəmə prosesinə cavabdeh qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cəlb olunması məqsədəmüvafiq hesab olunmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2- 1(122)-916/2024 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Bundan sonra yenidən işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 11 sentyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı 10 yanvar 2023-cü il tarixdə ərizə ilə müraciət edərək, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan, Naxçıvan şəhəri, Qaraxanbəyli kənd inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən, ümumi sahəsi 9,21 kv.m. olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 12 yanvar 2023-cü il tarixli, 31 nömrəli əmri əsasında Nazirliyin balansında olan 9,21 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı 1 (bir) il müddətinə icarəyə verilmiş və onunla 12 yanvar 2023-cü il tarixli, 23 nömrəli icarə müqaviləsi bağlanılmışdır. İddiaçı 08 sentyabr 2023-cü il tarixdə onun icarəsinə verilmiş, Naxçıvan şəhəri, Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən və ümumi sahəsi 9,21 kv.m. olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Nazirliyə ərizə ilə müraciət etmişdir. Müraciətin icrası ilə əlaqədar qüvvədə olan müvafiq qanunvericiliyə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 22 sentyabr 2023-cü il tarixli, 46 nömrəli Sərəncamı əsasında Nazirliyin balansında olan, Naxçıvan şəhəri, Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən, “özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq 04 sentyabr 2023-cü il tarixdə müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən 5000,94 (beş min manat doxsan dörd qəpik) manat dəyərində qiymətləndirilmiş, ümumi sahəsi 9,21 kv.m. olan qeyri-yaşayış sahəsi 100 faiz dəyəri ilə İddiaçı təklif olunmuşdur. Tərəflər arasında əldə edilmiş razılığa əsasən, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi ilə İddiaçı arasında qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair 25 sentyabr 2023-cü il tarixli, 38 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və qeyri-yaşayış sahəsinə dair texniki pasport verilmişdir. Lakin İddiaçı Nazirliyə ünvanladığı 27 dekabr 2023-cü il və 31 yanvar 2024-cü il tarixli məktublarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan, Naxçıvan şəhəri Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən və ümumi sahəsi 9,21 kv.m. olan gözəllik salonunun mülkiyyət hüququ ilə bağlı sənədlərin ona verilmədiyini qeyd etmişdir. Nazirlik tərəfindən göndərilən 09 yanvar 2024cü il tarixli, 12/2024 nömrəli və 14 fevral 2024-cü il tarixli, 231/2024 nömrəli cavab məktublarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 22 sentyabr 2023-cü il tarixli, 46 nömrəli Sərəncamına əsasən Naxçıvan şəhəri, Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən və ümumi sahəsi 9,21 kv.m. olan gözəllik salonunun İddiaçı adına özəlləşdirildiyi qeyd olunmuş və sözügedən əmlakın özəlləşdirilməsinə dair Nazirliyinin 22 sentyabr 2023-cü il tarixli, 46 nömrəli Sərəncamının surəti və 25 sentyabr 2023-cü il tarixli, 38 nömrəli alqı-satqı müqaviləsi vətəndaşa təqdim edilmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan, Naxçıvan şəhəri, Qaraxanbəyli kənd inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən, ümumi sahəsi 18,42 kv.m. olan qeyri-yaşayış sahəsinin yalnız 9,21 kv.m. olan hissəsi İddiaçı adına özəlləşdirilmiş və onunla 25 sentyabr 2023-cü il tarixli, 38 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Bu səbəbdən iddia ərizəsində qeyd olunan "onun adına tərtib olunmuş 18,42 kv.m. olan sahənin layihəsinin ona təqdim olunması və həmin sahəyə aid olan qanunsuz aktların ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” tamamilə əsassız hesab edilmişdir. Eyni zamanda, iddiaçı öz ərizəsində Naxçıvan şəhəri, Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən və ümumi sahəsi 18,42 kv.m. olan qeyri-yaşayış sahəsinin digər 9,21 kv.m. olan hissəsinin X1 adına özəlləşdirildiyini və bu özəlləşmə üçün X5 tərəfindən 5000 manat pul ödənildiyini qeyd etsə də iddia ərizəsinin sonunda 18,42 kv.m. olan qeyri-yaşayış sahəsinin bütövlükdə ona məxsus olduğunu və Məmmədova Türkan tərəfindən 9,21 kv.m. sahənin özəlləşdirilməsi üçün heç bir ödəniş edilmədiyi qeyd etmişdir. Bu isə tamamilə qərəzli bir fikirdir. Belə ki, X5 08 sentyabr 2023-cü il tarixdə, onun icarəsinə verilmiş, Naxçıvan şəhəri, Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən və ümumi sahəsi 9,21 kv.m olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Nazirliyə ərizə ilə müraciət etmişdir. Müraciətin icrası ilə əlaqədar qüvvədə olan müvafiq qanunvericiliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 22 sentyabr 2023-cü il tarixli, 47 nömrəli Sərəncamı əsasında, Nazirliyin balansında olan, Naxçıvan şəhəri, Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən, “özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq 04 sentyabr 2023-cü il tarixdə müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən 5000,94 (beş min manat doxsan dörd qəpik) manat dəyərində qiymətləndirilmiş, ümumi sahəsi 9,21 kv.m. olan qeyriyaşayış sahəsi 100 faiz dəyəri ilə X4 təklif olunmuşdur. Tərəflər arasında əldə edilmiş razılığa əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi ilə X5 arasında qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair 25 sentyabr 2023-cü il tarixli, 35 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin iddiaçı onun icazəsi olmadan qeyri-yaşayış sahəsinin konstruksiyasının pozulmasının yəni, pəncərənin sökülərək qapı ilə əvəz olunmasının qanunsuz olduğunu bildirmişdir. İddiaçı qeyd etdiyi (konstruksiyasının pozulduğu) qeyri-yaşayış sahəsi ona məxsus olmadığından, həmin qeyri-yaşayış sahəsində hər hansı dəyişiklik edilməsi üçün ondan icazənin alınması fikri tamamilə əsassızdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 03 avqust 2019-cu il tarixli, 70s saylı Sərəncamı ilə muxtar respublikada fəaliyyət göstərən və dövlət mülkiyyətində olan xidmət mərkəzləri Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansına verilmişdir. Balansa verilmiş dövlət əmlakı icarədə olduğu müddətdə, icarəyə verilmiş əmlak üzərində hər hansı dəyişiklik edilməsi hüququ balanssaxlayana məxsusdur. Eyni zamanda, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində xidmət mərkəzi binasında 18,42 kv.m. sahəsi olan gözəllik salonunda pəncərənin sökülərək qapı ilə əvəz olunması nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə baxış keçirilməsi haqqında Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin əməkdaşlarının tərtib etdiyi Aktda da, hazırlanmış layihəyə əsasən binanın yükdaşıyıcı konstruksiyalarına müdaxilə olunmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə ünvanlandığı müraciətlərində 18,42 kv.m. sahəyə malik qeyri-yaşayış sahəsinin yalnız bir nəfərin adına özəlləşdirilə biləcəyini və bunun əsasında da həmin sahənin bütövlükdə onun adına özəlləşdirilməli olduğunu qeyd etmişdir. Lakin Nazirlik tərəfindən aparılan araşdırma zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu barədə hər hansı məlumatın Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə daxil olmadığı müəyyən edilmişdir. Həsənova X2 inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən və ümumi sahəsi 18,42 kv.m. olan qeyri-yaşayış sahəsinə aid texniki pasport hazırlanması üçün 340 manat ödəniş etdiyini bildirsə də həmin məbləğ İddiaçı adına özəlləşdirilmiş 9,21 kv.m. olan hissənin texniki pasportu üçün ödənilmişdir. Həmin texniki pasport isə artıq vətəndaşın özünə təqdim olunmuşdur. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə qarşı “onun adına tərtib olunmuş 18,42 kv.m. olan sahənin layihəsinin ona təqdim olunması və həmin sahəyə aid olan qanunsuz aktların ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” tamamilə əsassız olduğundan iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2- 1(122)-916/2024 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2- 1(122)-240/2025 nömrəli qərardadı ilə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “ünvan 3 ünvanında yerləşən, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Texniki İnventarlaşdırma Şöbəsi tərəfindən pasportlaşdırılmış 000723 saylı texniki pasporta qədər verilmiş müqavilənin etibarsız hesab olunması, layihələrin iştirakı olmadan tərtib olunmasına görə etibarsız hesab olunması, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 13 mart 2024-cü il tarixdə ünvan 3 barədə X1 adına verilmiş ********** saylı qeydiyyatın ləğvi”. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2- 1(122)-240/2025 nömrəli qərardadı ilə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “13 mart 2024-cü il tarixdə ünvan 3 barədə X1 adına verilmiş ********** saylı qeydiyyatın ləğvi və həmin əmlakın birgə mülkiyyət olaraq vahid əmlak kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması ”. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 28 avqust 2025ci il tarixli, 2-1(122)-240/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası 14 noyabr 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq, iş üzrə üçüncü şəxs X5 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 məhkəmənin sərancamına verilən cavaba uyğun izahat verərək, məhkəmədən müvafiq qərar verilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, müvafiq orqanların məktublarını, sərəncamı, müqaviləni, aktı, sxemantik planı, qəbzləri və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 14 fevral 2024-cü il tarixli, 231/2024 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 22 sentyabr 2023-cü il tarixli, 46 nömrəli sərəncamına əsasən Naxçıvan şəhəri, Qaraxanbəyli kənd mərkəzində yerləşən, ümumi sahəsi 18.42 kv.m. olan gözəllik salonundan 9.21 kv.m. sahə İddiaçı adına özəlləşdirilmişdir. Sözügedən əmlakın özəlləşdirilməsinə dair Nazirliyinin 22 sentyabr 2023-cü il tarixli, 46 nömrəli Sərəncamının surəti və 25 sentyabr 2023-cü il tarixli, 38 nömrəli alqı-satqı müqaviləsi vətəndaşa təqdim edilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 22 sentyabr 2023-cü il tarixli, 46 nömrəli sərəncamından görünür ki, İddiaçı 08 sentyabr 2023-cü il tarixli, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan, Naxçıvan şəhəri, Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən və ümumi sahəsi 9,21 m2 olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair müraciəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nı, Naxçıvan Muxtar Respublikası X19 23 avqust 2000-ci il tarixli, 104-İ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nı, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnaməni və Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”ni rəhbər tutaraq qərara almışdır: İddiaçı 08 sentyabr 2023-cü il tarixli muraciəti üzrə Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin 13 sentyabr 2023cü il tarixli, D/Y-2173/2023 nömrəli xidməti məlumatı nəzərə alınmış və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan, Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq 04 sentyabr 2023-cü il tarixdə müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən 5000,94 (beş min manat doxsan dörd qəpik) manat dəyərində qiymətləndirilmiş, ümumi sahəsi 9,21 m2 olan qeyri-yaşayış sahəsi 100 faiz dəyəri ilə İddiaçı təklif edilmişdir. - 25 sentyabr 2023-cü il tarixli, 38 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, 1.1 Müqavilənin predmetini alıcı İddiaçı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi ilə bağladığı 12 yanvar 2023-cü il tarixli, 23 nomrəli icarə müqaviləsi əsasında icarəyə götürdüyü Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən ümumi sahəsi 9,21 m2 olan qeyri-yaşayış sahəsi təşkil edir. 1.2 X15 Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin müdiri X14 müqavilənin 1.1-ci bəndində göstərilən qeyri-yaşayış sahəsini 5000.94 (beş min manat doxsan dörd qəpik) manata birbaşa satmış, alıcı isə həmin qeyriyaşayış sahəsinin tam dəyərini ödəməklə satın almışdır. - 27 dekabr 2023-cü il tarixli Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində xidmət mərkəzi binasında 18.42 kv.m. sahəsi olan gözəllik salonunda pəncərənin sökülərək qapı ilə əvəz olunması nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə baxış keçirilməsi haqqında aktın surətindən görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə ünvanladığı 14 dekabr 2023-cü il tarixli, 5-5/2-21a7/2023 nömrəli məktubuna əsasən Naxçıvan şəhəri, Qaraxanbəyli kəndinin xidmət mərkəzi binasında X5 tərəfindən 18.42 kv.m. sahə olan gözəllik salonunda pəncərənin sökülərək qapı ilə əvəz olunması nəzərdə tutulmuş qeyriyaşayış sahəsinə layihə əsasında Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin tikinti dövlət nəzarəti sektorunun müdiri X7, həmin sektorun baş məsləhətçisi X9, eləcə də, layihə, mühəndis-axtarış və ekspertiza işləri sektorunun baş məsləhətçisi X8 tərəfindən vizual baxış keçirilmişdir. Baxış zamanı hazırlanmış layihə əsasında aparılması nəzərdə tutulmuş işlər təhlil olunmuşdur. Məlum olmuşdur ki, hazırlanmış layihəyə əsasən binanın yükdaşıyıcı konstruksiyalarına müdaxilə yoxdur. Qeyd olunanları nəzərə alaraq, binanın gələcəkdə təhlükəsiz istismarını təmin etmək məqsədi ilə mövcud yükdaşıyıcı konstruksiyaların saxlanılması və dəyişdirilməməsi (layihədən kənar müdaxilələrin edilməməsi və sökülməməsi), eləcə də, layihə əsasında qapı yerinin açılması nəzərdə tutulmuş pəncərənin eninin saxlanılması (genişləndirilməməsi), həmçinin görüləcək işlərin layihəsinin müəllifi ilə razılaşdırılır. Təmir və tikinti işləri aparılan zaman tikinti norma və qaydalarının, eləcə də, yanğın təhlükəsizliyi və tikintidə təhlükəsizlik qaydalarının tələblərinə tikintinin subyektləri tərəfindən ciddi əməl olunmalıdır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 16 yanvar 2024-cü il tarixli, 5-5/2- 34/2024 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə nəzarət idarəsinin 11 yanvar 2024-cü il tarixli, 3-18-88/2-14/2024 nömrəli məktubu ilə X1 müraciəti əsasında Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində xidmət mərkəzi binasında 18.42 kv.m. sahəsi olan gözəllik salonunda pəncərənin sökülərək qapı ilə əvəz olunması barədə tərtib olunmuş akt Naxçıvan Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Vətəndaşın müraciətinə aidiyyəti üzrə baxılması və müvafiq qərar verilməsi xahiş olunmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 01 mart 2024-cü il tarixli, 5-5/2-H-21-8/2024 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən 18.42 kv.m. olan gözəllik salonunun mülkiyyət sənədlərinin verilməsi Naxçıvan Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə quruma müraciət edilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 04 mart 2024-cü il tarixli, 3-21-3/2-H-03xx-xx/2024 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən ümumi sahəsi 18.42 kv.m. olan gözəllik salonundan 9.21 kv.m. sahə xx.xx.2023cü il tarixli, 23 nömrəli müqavilə ilə İddiaçı icarəyə verilmiş və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ll Dövlət Proqramı", "İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə"yə uyğun olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli, 40 nömrəli sərəncamına ve xx.xx.2023-cü il tarixli, 38 nomrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən icarəçi tərəfindən özəlləşdirilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 09 yanvar 2024-cü il tarixli, 12/2023 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 22 sentyabr 2023-cü il tarixli, 46 nömrəli Səəncamına əsasən Naxçıvan şəhəri, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən ümumi sahəsi 18.42 kv.m. olan gözəllik salonundan 9.21 kv.m. sahə İddiaçı adına özəlləşdirilmişdir. Sözügedən əmlakın özəlləşdirilməsinə dair Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 22 sentyabr 2023-cü il tarixli, 46 nömrəli Səncamının surəti və 25 sentyabr 2023-cü il tarixli, 38 nömrəli alqı-satqı müqaviləsi ona təqdim edilmişdir. - Naxçıvan şəhəri, Qaraxanbəyli qəsəbəsində yerləşən Xidmət mərkəzinin sxematik planı və qəbzlər iş materiallarına əlavə edilmişdir. - AA ******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 22 sentyabr 1986-cı il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - 25 sentyabr 2023-cü il tarixli, 35 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, 1.1 Müqavilənin predmetini alıcı X1 Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi ilə bağladığı 16 yanvar 2023-cü il tarixli, 28 nömrəli icarə müqaviləsi əsasında icarəyə götürdüyü Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən ümumi sahəsi 9,21 m2 olan qeyri-yaşayış sahəsi təşkil edir. 1.2 X15 Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin müdiri X14 müqavilənin 1.1-ci bəndində göstərilən qeyri-yaşayış sahəsini 5000.94 (beş min manat doxsan dörd qəpik) manata birbaşa satmış, alıcı isə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməklə satın almışdır. - X5 tərəfindən ödənilmiş ödəniş qəbzləri iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 avqust 2025-ci il tarixli, 04/1241 nömrəli məktubu ilə məhkəmə ünvanlanmış Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 12 yanvar 2023-cü il tarixli, 31 nömrəli əmrindən görünür ki, "İcarə haqqında" Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli, 114 saylı Qanununu, Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" 06 iyun 2007-ci il tarixli, 586 saylı Fərmanını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği"nin təsdiq edilməsi haqqında 29 noyabr 2007-ci il tarixli, 191 saylı Qərarını rəhbər tutaraq əmr edilmişdir: İddiaçı 10 yanvar 2023-cü il tarixli müraciəti üzrə Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin 11 yanvar 2023-cü il tarixli, D/Y-49/2023 nömrəli xidməti məlumatı nəzərə alınmış və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan, Naxçıvan şəhəri Qaraxanbəyli kənd inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən, ümumi sahəsi 9,21 m² oian qeyri-yaşayış sahəsi İddiaçı 1 (bir) il müddətinə icarəyə verilmişdir. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 12 yanvar 2023-cü il tarixli, 23 nömrəli icarə müqaviləsindən görünür ki, «İcarə haqqında» Azərbaycan Respublikasının Qanununa və «Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanına və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 05 may 2016-cı il tarixli, 47s nömrəli sərəncamına əsasən icarəyəverən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin müdiri V.R.X16 Respublikası İqtisadiyyat Nazirliyinin 12 yanvar 2023-сü il tarixli, 31 saylı əmrinə əsasən Naxçıvan şəhər Qaraxanbəyli İnzibati Ərazi Dairəsi üzrə xidmət mərkəzində yerləşən, ümumi sahəsi 9,21 kv.m. təşkil edən, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsi Xidmət (gözəllik salonu) məqsədi ilə icarəçi İddiaçı 1 (bir) il müddətinə istifadəsinə verilmişdir. 3.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti 12 yanvar 2023-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək etibarlıdır. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın elektron imza ilə təsdiq edilmiş surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 9.21 kv.m. qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 2/3 nömrəli reyestr kitabının 530 nömrəli vərəqində X1 adına qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi-**********, reyestr nömrəsi-**********48-06101-083005, qeydiyyat tarixi-xx.xx.2024). - 18 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş 000723 nömrəli müəssisə və obyektin texniki pasportunun surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 9.21 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsi (gözəllik salonu) X1 adına işlənmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 22 sentyabr 2023-cü il tarixli, 47 nömrəli sərəncamından görünür ki, X1 08 sentyabr 2023-cü il tarixli, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan, Naxçıvan şəhəri, Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən və ümumi sahəsi 9,21 m2 olan sahəsinin qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair müraciəti ilə əlaqədar olaraq Azərbaycan Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nı, Naxçıvan Muxtar Respublikası X20 23 avqust 2000-ci il tarixli, 104-İ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nı, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnaməni və Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”ni rəhbər tutaraq qərara almışdır: X1 08 sentyabr 2023-cü il tarixli müraciəti üzrə Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin 13 sentyabr 2023cü il tarixli, D/Y-2177/2023 nömrəli xidməti məlumatı nəzərə alınmış və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansında olan, Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsi, Qaraxanbəyli kənd xidmət mərkəzində yerləşən “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq 04 sentyabr 2023-cü il tarixdə müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən 5000,94 (beş min manat doxsan dörd qəpik) manat dəyərində qiymətləndirilmiş, ümumi sahəsi 9,21 m2 olan qeyri-yaşayış sahəsi 100 faiz dəyəri ilə X4 təklif edilmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətsizliyi qanunidir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 213-cü maddəsinə əsasən 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işin hallarına tətbiq edərək qeyd edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı X1 adına verilmiş ********** saylı qeydiyyatın ləğvi və ünvan 3 ünvanı barəsində X1 və İddiaçı birgə mülkiyyət olaraq vahid əmlak kimi qeydiyyata alınmasından ibarətdir. İşin faktiki hallarında aydın olur ki, Naxçıvan şəhəri, Qaraxənbəyli kənd xidmət mərkəzində yerləşən ümumi sahəsi 9.21 kv.m. olan qeyri-yaşayış sahəsi 12 yanvar 2023cü il tarixli, 31 nömrəli əmr və həmin tarixli, 23 nömrəli icarə müqaviləsi əsasında İddiaçı istifadəsinə verilmişdir. İddiaçının bildirdiyinə görə həmin əmlakın 9.21 kv.m. hissəsi də X1 istifadəsinə verilmişdir və tərəflər həmin əmlakdan birgə istifadə etmişlər. Bundan sonra 2023-cü ilin sentyabr ayında hər iki tərəfin müraciəti nəzərə alınmış və tərəflərin istifadəsində olan qeyri-yaşayış sahələrinin onlara təklif edilməsi barədə 22 sentyabr 2023-cü il tarixli, 46 və 47 nömrəli sərəncamlar verilmişdir. Həmin sərəncamlar əsasında 25 sentyabr 2023-cü il tarixli, 35 və 38 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqavilələri əsasında Naxçıvan şəhəri, Qaraxənbəyli kənd xidmət mərkəzində yerləşən qeyri-yaşayış sahəsinin 9.21 kv.m. hissəsi X4, 9.21 kv.m. hissəsi isə İddiaçı satılmışdır. Həmin müqavilə əsasında tərəflər 5000.94 (beş min manat doxsan dörd qəpik) manat pul vəsaiti ödəmişlər. Bundan sonra üçüncü şəxs tərəfindən müvafiq sənədləşmə işləri aparılmış və xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********48- 06101-083005 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən 9.21 kv.m. qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınmışdır. İddiaçı hazırki iddia tələbi ilə həmin qeydiyyatı mübahisələndirərək, onun ləğv edilməsini və əmlakın birgə mülkiyyət kimi qeydə alınmasını tələb edir. Yuxarıda sadalanan işin faktiki hallarından aydın olduğu kimi, üçüncü şəxsin adına aparılmış qeydiyyat qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Müvafiq sərəncam əsasında icarə müqaviləsi bağlanılmış, həmin müqavilə əsasında vəsait ödənilmiş və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvi üçün hər hansı əsas yoxdur. İşin hallarından da göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin hüquqları dövlət qeydiyyatına alınarkən qanunvericilik normasının tələblərinə əməl edilmiş və hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Buna görə də iddiaçının tələbinin birinci hissəsi əsassız hesab edilir. İddiaçının tələbinin ikinci hissəsi olan ünvan 3 ünvanı barəsində onun və üçüncü şəxsin birgə mülkiyyət hüquqlarının qeydə alınmasına münasibətdə isə qeyd edilməlidir ki, həmin əmlakın birgə mülkiyyət sayılaraq qeydiyyata alınması üçün hər hansı əsas mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Hazırki vəziyyətdə mübahisəli qeyri-yaşayış binası barəsində birgə mülkiyyət yaranmasının hər hansı əsası müəyyən edilməmişdir. Əksinə istər tərəflərin istifadəsində olan qeyri-yaşayış sahələrinin onlara təklif edilməsi barədə sərəncamlarda, istərsə də həmin sərəncamlar əsasında icarəyə verilmiş əmlakın alqı-satqı müqavilələrində hər iki tərəfin 9.21 kv.m. payı müəyyən edilmişdir. İddiaçı tərəf isə həmin sərəncamı mübahisələndirməmiş, müvafiq müqavilə bağlayarkən iradə ifadəsini nümayiş etdirərək, mövcud vəziyyətlə razılaşdığını bildirmişdir. Bununla da, ünvan 3 ünvanı barəsində iddiaçının və üçüncü şəxsin birgə mülkiyyət hüquqlarının qeydə alınması qanunvericiliyin tələblərinə uyğun deyil. Bu səbəbdən də iddiaçının tələbinin ikinci hissəsi də əsassız olduğundan rədd edilməlidir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırki inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin tələbdə qeyd olunan 13 mart 2024-cü il tarixdə ünvan 3 barədə X1 adına verilmiş ********** saylı qeydiyyatın ləğvi və həmin əmlakın birgə mülkiyyət olaraq vahid əmlak kimi qeydiyyata alınmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “13 mart 2024-cü il tarixdə ünvan 3 barədə X1 adına verilmiş ********** saylı qeydiyyatın ləğvi və həmin əmlakın birgə mülkiyyət olaraq vahid əmlak kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “13 mart 2024-cü il tarixdə ünvan 3 barədə X1 adına verilmiş ********** saylı qeydiyyatın ləğvi və həmin əmlakın birgə mülkiyyət olaraq vahid əmlak kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar