Məhkəmə qərarları › İş №2-1(122)-244/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-244/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-244/2021 17.12.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı iştirakı olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 km qeyri-yaşayış sahəsinin X2 tərəfindən satın alınmasına dair Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak Komitəsinin 28 dekabr 1996-cı il tarixli, 426 qeydiyyat nömrəli "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" Şəhadətnaməsində satın alan şəxs qismində göstərilən X2 ad qeydinin dəyişdirilərək Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 km qeyri-yaşayış sahəsinin "Çıraq” kiçik müəssisəsi tərəfindən satın alınması faktının qeyd edilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 km qeyri-yaşayış sahəsinin X2 tərəfindən satın alınmasına dair Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak Komitəsinin 28 dekabr 1996-cı il tarixli, 426 qeydiyyat nömrəli "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" Şəhadətnaməsində satın alan şəxs qismində göstərilən X2 ad qeydinin dəyişdirilərək Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 km qeyri-yaşayış sahəsinin "Çıraq” kiçik müəssisəsi tərəfindən satın alınması faktının qeyd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 17 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı qaldırdığı iddia tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin özünə geri qaytarılmasını xahiş edərək bu barədə yazdığı 17 dekabr 2021-ci il tarixli ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş vəsatətə etirazı olmadığını bildirdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsini nəzərdən keçirib belə qənaətə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə təqdim etdiyi müraciətdən görünür ki, o, iddia tələbindən imtina etməməklə ərizənin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçı tərəfin ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 km qeyri-yaşayış sahəsinin X2 tərəfindən satın alınmasına dair Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak Komitəsinin 28 dekabr 1996-cı il tarixli, 426 qeydiyyat nömrəli "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" Şəhadətnaməsində satın alan şəxs qismində göstərilən X2 ad qeydinin dəyişdirilərək Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 km qeyriyaşayış sahəsinin "Çıraq” kiçik müəssisəsi tərəfindən satın alınması faktının qeyd edilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfin diqqətinə çatdırılır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 km qeyri-yaşayış sahəsinin X2 tərəfindən satın alınmasına dair Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak Komitəsinin 28 dekabr 1996-cı il tarixli, 426 qeydiyyat nömrəli "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" Şəhadətnaməsində satın alan şəxs qismində göstərilən X2 ad qeydinin dəyişdirilərək Naxçıvan şəhəri, H.Əliyev prospekti, 11/1 ünvanında yerləşən 30 km qeyri-yaşayış sahəsinin "Çıraq” kiçik müəssisəsi tərəfindən satın alınması faktının qeyd edilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəkili və nümayəndəsi Vəkil geri qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar