Məhkəmə qərarları › İş №2-1(122)-248/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-248/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-248/2025 28.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X4 Heydər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, iddiaçı İsmayılova (Əliyeva) Xalidə Musa qızının Cavabdehnə qarşı “2004-cü ildə Cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş, Şərur şəhər Heydər Əliyev prospekti (Şah İsmayıl küçəsi) 50 saylı yaşayış binasının qarşısında yerləşən ümumi sahəsi 50+30=80 kv.m olan mağaza binalarının yenidən bərpa olunmasına və ya mağaza binalarının sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzinin, ümumilikdə 200000 (iki yüz min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı İsmayılova (Əliyeva) Xalidə Musa qızı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2004-cü ildə Cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş, Şərur şəhər Heydər Əliyev prospekti (Şah İsmayıl küçəsi) 50 saylı yaşayış binasının qarşısında yerləşən ümumi sahəsi 50+30=80 kv.m olan mağaza binalarının yenidən bərpa olunmasına və ya mağaza binalarının sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzinin, ümumilikdə 200000 (iki yüz min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 28 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehnə qarşı 2004-cü ildə Cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş, Şərur şəhər Heydər Əliyev prospekti (Şah İsmayıl küçəsi) 50 saylı yaşayış binasının qarşısında yerləşən ümumi sahəsi 50+30=80 kv.m olan mağaza binalarının yenidən bərpa olunmasına və ya mağaza binalarının sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzinin, ümumilikdə 200000 (iki yüz min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdiklərini, iddia tələbi cavabdeh orqan tərəfindən digər qaydada əvəzləşdirildiyindən (müvafiq torpaq sahəsi verildiyindən) həmin iş üzrə iddiadan imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı 28 yanvar 2025-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddiaçının vəkili və nümayəndəsinin iddiadan imtina barədə ərizəsinə etirazının olmadığı bildirdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddiaçının vəkili və nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı İsmayılova (Əliyeva) Xalidə Musa qızının Cavabdehnə qarşı “2004-cü ildə Cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş, Şərur şəhər Heydər Əliyev prospekti (Şah İsmayıl küçəsi) 50 saylı yaşayış binasının qarşısında yerləşən ümumi sahəsi 50+30=80 kv.m olan mağaza binalarının yenidən bərpa olunmasına və ya mağaza binalarının sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzinin, ümumilikdə 200000 (iki yüz min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi təmin edilsin. İddiaçı İsmayılova (Əliyeva) Xalidə Musa qızının Cavabdehnə qarşı “2004-cü ildə Cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş, Şərur şəhər Heydər Əliyev prospekti (Şah İsmayıl küçəsi) 50 saylı yaşayış binasının qarşısında yerləşən ümumi sahəsi 50+30=80 kv.m olan mağaza binalarının yenidən bərpa olunmasına və ya mağaza binalarının sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzinin, ümumilikdə 200000 (iki yüz min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfə izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar