Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-249/2022 28.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızının və İddiaçı5 iştirakları ilə, iddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızının, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “X1 adına verilmiş JN 14B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin 471.2 kv.m. torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi, Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 9 nömrəli qərarı ilə əvəzsiz olaraq onlara verilmiş 1500 kv.m. torpaq sahəsinə dair mülkiyyət sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 adına verilmiş JN 14B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin 471.2 kv.m. torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi, Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 9 nömrəli qərarı ilə əvəzsiz olaraq onlara verilmiş 1500 kv.m. torpaq sahəsinə dair mülkiyyət sənədinin verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasları 28 oktyabr 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçılara 07 oktyabr 2022-ci il tarixli, 2-1(122)-249/2022 nömrəli yardım məktubu ünvanlanaraq iddia tələbinin qeyri-müəyyən ifadə olunduğu, belə olan təqdirdə, məhkəmə tərəfindən cavabdeh inzibati orqana qarşı konkret iddia tələbinin nədən ibarət olduğunu müəyyən etməyin mümkün olmadığı, həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalı olduğu halda, qanunvericiliyin göstərilən tələbinə riayət olunmadığı bildirilmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən 28 oktyabr 2022-ci il tarixədək cavabdeh inzibati orqana qarşı iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Məhkəmənin 07 oktyabr 2022-ci il tarixli yardım məktubu iddiaçılar tərəfindən 11 oktyabr 2022-ci il tarixdə imza edilərək alınmış, lakin məktubda nəzərdə tutulan hallarla bağlı bugünədək heç bir tədbir görülməmiş, iddia tələbi dəqiqləşdirilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçılar İddiaçı3 və İddiaçı4 ünvanlarına məktub göndərilərək lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, iddiaçılar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçılar İddiaçı3 və İddiaçı4 iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızı və İddiaçı5 məhkəmə tərəfindən onlara ünvanlanmış məktubdan xəbərdar olduqlarını, lakin iddia tələbini dəqiqləşdirmək istəmədiklərini bildirərək məhkəmədən hazırki tələb üzrə işə baxılıb qanuni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 45.2-ci maddəsinə əsasən proses iştirakçılarının sayına görə iddia ərizəsinin və digər sənədlərin surətləri iddia ərizəsinə əlavə olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsinin məzmunundan da aydın olur ki, iddiaçılar tərəfindən iddia tələbi qeyri-müəyyən ifadə olunmuşdur. Belə ki, iddiaçılar tərəfindən iddia ərizəsində iki fərqli iddia tələbi göstərilmiş, iddiaçıların cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı konkret tələbinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçıların ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubu göndərilərək onlara zəruri hüquqi yardım göstərilmişdir. Lakin iddiaçılar tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı bir tədbir görülməmişdir. Belə olan təqdirdə iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddianın mümkünlüyü həmçinin iddiaçıların hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. İddia tələbindən göründüyü kimi iddiaçılar X1 adına verilmiş JN 14B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin 471.2 kv.m. torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi, Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 9 nömrəli qərarı ilə əvəzsiz olaraq onlara verilmiş 1500 kv.m. torpaq sahəsinə dair mülkiyyət sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edirlər. Şəhadətnamənin verilməsini cavabdeh inzibati orqan tərəfindən publik hüquq sahəsində idarəçilik funksiyalarının həyata keçirilməsi nəticəsində qəbul edilmiş inzibati akt hesab etmək olmaz. Həmin akt inzibati deyil, hüquqi aktdır və özündə Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 9 nömrəli qərarı ilə həll edilmiş məsələlərə dair hüququ tanıyan qeydiyyatın aparılmasını ehtiva edir. Bu mənada, hazırki iş üzrə dövlət aktının verilməsinin əsasını təşkil etmiş Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 9 nömrəli qərarı mübahisələndirilmədən birbaşa həmin qərara əsasən X1 verilmiş JN 14B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin etibarsız hesab olunmasına dair qaldırılmış iddiaya iddiaçıların hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquq müəyyənedici sənəd qüvvədə olduğu halda şəhadətnamənin etibarsız hesab olunmasını tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılmasını da lüzumsuz edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında aparılmış aqrar islahatlar artıq başa çatmışdır və iddiaçılar islahatların nəticələrinə dair qərarı və yaxud islahatın nəticələrinin mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürmüşdürlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Hazırki mübahisə ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(102)-785/2021 nömrəli inzibati iş üzrə qəbul etdiyi qərarında da öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbinə əsasən yardım etmək vəzifəsi həm məhkəmə iclasında yerinə yetirilmiş, həm də iddiaçıların ünvanlarına yardım məktubu göndərilərək onlara zəruri hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızının, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “X1 adına verilmiş JN 14B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin 471.2 kv.m. torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi, Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 9 nömrəli qərarı ilə əvəzsiz olaraq onlara verilmiş 1500 kv.m. torpaq sahəsinə dair mülkiyyət sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, Şirinova (Fərhadova) Zöhrə Əsgərxan qızının, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “X1 adına verilmiş JN 14B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin 471.2 kv.m. torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi, Culfa Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1995-ci il tarixli, 9 nömrəli qərarı ilə əvəzsiz olaraq onlara verilmiş 1500 kv.m. torpaq sahəsinə dair mülkiyyət sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-249/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-249/2022
28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver