Məhkəmə qərarları › İş №2-1(122)-25/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-25/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-25/2025 11.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən, faktiki olaraq İddiaçı istifadəsində olan 01 ha torpaq sahəsinə plan və sxemin verilməsi, torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 01 ha torpaq sahəsinin yerləşdiyi sahəni müəyyənləşdirməklə həmin sahənin İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaraçuq kəndinin 1991-1995-ci illərə dair Təsərrüfatbaşına kitabında İddiaçı ailə başçısı olmaqla adına 0,1 ha torpaq sahəsi qeyd edilmişdir. Bu haqda sənəd Naxçıvan MR Dövlət Arxivinin 03/1141 nömrəli, 17 dekabr 2014-cü il tarixli və 13/192 nömrəli, 06 mart 2018-ci il tarixli, 03/365 nömrəli, 16 fevral 2023-cü il tarixli və 13/365 nömrəli, 16 fevral 2023-cü il tarixli, 8 nömrəli Təsərrüfatbaşına kitabında arxiv arayışları ilə təsdiq olunmuşdur. Bundan əlavə hər il bu torpaq üçün iddiaçı tərəfdən vergi pulu ödənilmişdir. Kənd ərazi nümayəndəliyində də onun adına ev tikmək üçün 0,1 ha torpaq sahəsinin ayrıldığı haqda və həmin torpaq sahəsinin kolxoz həyətinin ərazisində yerləşdiyi barədə qeydiyyat kitabında qeyd edilmişdir. Lakin bu günə kimi onun çoxsaylı müraciətlərinə baxmayaraq istər yerli icra nümayəndəliyi, istərsə də o vaxtın Naxçıvan MR Dövlət Torpaq Komitəsi əməkdaşları onun adına sənəddə torpaq sahəsinin olduğunu təsdiq etsələrdə, faktiki olaraq ona ayrılmış torpaq sahəsinin hələlik olmadığını, ona əlavə torpaq sahəsi veriləcəyi ilə yalançı vədlər verərək süründürməçiliyə yol vermişlər. Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə ona 0,38 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmış və torpağa mülkiyyət hüququna dair dövlət aktı təqdim edilmişdir. Ev tikmək üçün ona ayrılmış 0,1 ha torpaq sahəsinin onun adına sənədləşdirilməsinə və lazımi işlərin görülməsinə dair müvafiq tapşırıqları verilməsinə dair 2018-ci ildə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ərizə ilə müraicət etmişdir. Cavab olaraq bildirilmişdir ki, Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısına əsasən Komitənin məlumat bazasında onun adına 0,1 hektar hüquqi torpaq sahəsinin olduğu qeyd edilmiş, lakin kəndin yerquruluşu planı tərtib olunan zaman həmin torpaq sahəsinin sərhədləri naturada məlum olmadığından və təyinatına uyğun istifadə edilmədiyindən qeydə alınmamış və həyətyanı torpaq sahəsinə dair mülkiyyət sənədi verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq kolxoz (sovxoz) tərəfindən yaşayış və bağ evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq qərarın (əmrin) həmin kənd təsərrüfatı müəssisəsinin tabe olduğu orqanda həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq bildirilir ki, arxiv arayışı ilə birlikdə torpaq sahəsinin təhkim aktını təqdim etməklə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Komitənin Naxçıvan Şəhər idarəsinə müraciət edilə bilər. Naxçıvan MR Dövlət arxivinin xx.xx.2023-cü il tarxli arxiv arayışında qeyd olunmuşdur ki, dövlət arxivində mühafizə olunan Qaraçuq kəndində 2001-2005-ci illərə dair 8 nömrəli təsərrüfatbaşına kitabında İddiaçı ailə başçısı olmaqla adına 0.10 ha torpaq sahəsi qeyd olunmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü ildə Naxçıvan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmiş, cavab olaraq bildirilmişdir ki, Naxçıvan şəhərinin Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında adına 1000 m2 hüquqi torpaq sahəsi qeyd olunmuş, lakin kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadəsində torpaq sahəsi uçota alınmamışdır. Orta pay normasına uyğun olaraq JN-282 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 3780,05 m2 torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün ailə üzvlərinizlə birlikdə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq kolxoz (sovxoz) tərəfindən yaşayış və bağ evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq qərarın (əmrin) həmin kənd təsərrüfatı müəssisəsinin tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda hüquqların dövlət qeydiyyatı həyata keçirilə bilər. Yuxarıda qeyd edilənlərə əsaslanaraq bildirilir ki, müvafiq arxiv arayışı ilə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədləri (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim etməklə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün Xidmətin Naxçıvan Şəhər İdarəsinə müraciət edilə bilər. İddiaçı yuxarıda qeyd olunanlara əsasən, Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 01 ha torpaq sahəsinin yerləşdiyi sahəni müəyyənləşdirməklə həmin sahənin İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 30 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair 25 may 2023-cü il tarixli, 04/349 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Xidmətin məlumat bazasında saxlanılan və Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında İddiaçı adına hüquqi torpaq sahəsi qeyd olunsa da, kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadəsində torpaq sahəsi uçota alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq kolxoz (sovxoz) tərəfindən yaşayış və bağ evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq qərarın (əmrin) həmin kənd təsərrüfatı müəssisəsinin tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi, yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda hüquqların dövlət qeydiyyatı həyata keçirilə bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin təqdim etdiyi arayışla yanaşı torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən müvafiq sənədin (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) Xidmətin Naxçıvan Şəhər İdarəsinə təqdim edilməli olduğu barədə İddiaçı xx.xx.2023-cü il tarixli, 06/Ə-64 nömrəli məktubla məlumat verilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2- 1(122)-575/2023 nömrəli qərardadı ilə Qaraçuq Bələdiyyəsi üçüncü şəxs qismində nzibati işə cəlb edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2- 1(122)-575/2023 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən təqdim edilmiş 13 noyabr 2023-cü il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilərək, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “Naxçıvan şəhər Qaraçuq kəndində yerləşən, faktiki olaraq İddiaçı istifadəsində olan 01 ha torpaq sahəsinə plan və sxemin verilməsi, torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”. Cavabdehin inzibati orqan yeni iddia tələbinə dair 29 noyabr 2023-cü il tarixli, 04/961 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq kolxoz (sovxoz) tərəfindən yaşayış və bağ evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq qərarın (əmrin) həmin kənd təsərrüfatı müəssisəsinin tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda hüquqların dövlət qeydiyyatı həyata keçirilə bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin təqdim etdiyi arayışla yanaşı torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən müvafiq sənədin (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) Xidmətin Naxçıvan Şəhər İdarəsinə təqdim edilməli olduğu barədə xx.xx.2023-cü il tarixli, 06/Ə-64 nömrəli məktubla İddiaçı məlumat verilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 01 aprel 2024-cü il tarixli, 2-1(122)-67/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2- 1(122)-67/2024 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Bundan sonra yenidən işin hazırlıq icraatı davam etdirilmiş və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 13 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 13 avqust 2024-cü il tarixli, 04/142 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Xidmətin informasiya bazasında saxlanılan və Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında İddiaçı adına hüquqi torpaq sahəsi qeyd olunsa da, kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadəsində torpaq sahəsi uçota alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq kolxoz (sovxoz) tərəfindən yaşayış və bağ evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq qərarın (əmrin) həmin kənd təsərrüfatı müəssisəsinin tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda hüquqların dövlət qeydiyyatı həyata keçirilə bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin təqdim etdiyi arayışla yanaşı torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən müvafiq sənədin (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) Xidmətin Naxçıvan Şəhər İdarəsinə təqdim edilməli olduğu barədə İddiaçı 23 fevral 2023-cü il tarixli, 06/Ə-64 nömrəli məktubla məlumat verilmişdir. 19 iyun 2023-cü il tarixdə iddiaçının vəsatəti əsasında mübahisəli əraziyə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Kəndin yerquruluşu planından çıxarış və 19 iyun 2023-cü il tarixli akt məhkəməyə göndərilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 19 avqust 2024cü il tarixli, 2-1(122)-67/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası 11 iyun 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq, iş üzrə üçüncü şəxs Qaraçuq Bələdiyyəsi heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, Qaraçuq kəndində ona ayrılmış əkin torpaq sahəsi ilə bağlı sənədləri aldığını, lakin vəzifəli şəxslərin səhlənkarlığı səbəbindən həyətyanı torpaq sahəsi ilə bağlı sənədləri ala bilmədiyini, icra nümayəndəsi işləmiş Ramazan adlı şəxsin hər dəfə ona vəd verərək daha yaxşı yerdən torpaq sahəsinin veriləcəyini bildirdiyini, torpaq sahəsinin hazırda onun istifadəsində olduğunu, əvvəllər əkin işləri apardığını, hazırda əkin aparmadığını, torpağın kolxoz qərarına əsasən ona verildiyini, lakin həmin qərarın da səhlənkarlıq səbəbindən verilmədiyini, 1996-cı ildə Yusif adlı torpaq paylayan şəxsin ona “get mıxı vur, torpaq sənindir” dediyini, aqrar islahat aparılan zaman məsuliyyətsizlik edərək Dövlət Aktı almadığını bildirərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, arxiv arayışlarına və təsərrüfatbaşına kitablardan çıxarışlara əsasən iddiaçının adına 0.10 ha torpaq sahəsinin qeyd edildiyini, bələdiyyələrin 1997-ci ildə formalaşdığını, həmin torpağın bələdiyyə mülkiyyətində olmasının mümkün olmadığını, hazırda torpağın iddiaçının istifadəsində olduğunu, qanunvericiliyə əsasən fasiləsiz və mübahisəsiz olaraq 10 ildən çox torpaqdan istifadə etdiyindən müvafiq tələb hüququna malik olduğunu bildirərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X3 məhkəmənin sərancamına verilən cavaba uyğun izahat verərək, iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsinin yerinin müəyyən olmadığını, iddiaçının iddia etdiyi torpaq sahəsinin hazırda bələdiyyə mülkiyyətində olduğunu bildirərək, məhkəmədən müvafiq qərar verilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, dövlət aktının surətini, arxiv arayışlarını, yaşayış yeri haqqında arayışı və şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan şəhəri, Sabir küçəsi, döngə 6, ev 12 ünvanında yaşayan İddiaçı ünvanlanmış 23 fevral 2023-cü il tarixli, 06/Ə-64 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhərinin Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında adına 1000 m2 hüquqi torpaq sahəsi qeyd olunmuş, lakin kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadəsində torpaq sahəsi uçota alınmamışdır. Orta pay normasına uyğun olaraq JN-282 nömrəli "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 3780,05 m2 torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq kolxoz (sovxoz) tərəfindən yaşayış və bağ evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq qərarın (əmrin) həmin kənd təsərrüfatı müəssisəsinin tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda hüquqların dövlət qeydiyyatı həyata keçirilə bilər. Yuxarıda qeyd edilənlərə əsaslanaraq bildirilir ki, müvafiq arxiv arayışı ilə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədləri (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim etməklə mülkiyyət hüquqununun dövlət qeydiyyatına alınması üçün Xidmətin Naxçıvan Şəhər İdarəsinə müraciət edilə bilər. - JN-282 KOD 10304018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə İddiaçı, X6, X4 və X5 cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.38 ha torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 13/365 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Qaraçuq kəndinin 2001-2005-ci illərə dair 8 №-li Təsərrüfatbaşına kitabında İddiaçı ailə başçısı olmaqla adına 0,10 ha torpaq sahəsi qeyd olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 13/365 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Qaraçuq kəndinin 1991-1995-ci illərə dair Təsərrüfatbaşına kitabında İddiaçı ailə başçısı olmaqla adına 0,1 ha torpaq sahəsi qeyd olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 06 mart 2018-ci il tarixli, 13/192 nömrəli arxiv arayışından görünür ki, Qaraçuq kəndinin 1992-1995-ci illərə dair təsərrüfat başına kitabında İddiaçı ailə başçısı olmaqla adına 0,1 ha torpaq sahəsi qeyd edilmişdir. İddiaçı - ailə başçısı 1967, X10-həyat yoldaşı 1969, X8 - qızı 1995. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 17 dekabr 2014-cü il tarixli, 03/1141 nömrəli arxiv arayışından görünür ki, Qaraçuq kəndinin 1991-1995 - ci illərə dair təsərrüfatbaşına kitabında İddiaçı ailə başçısı olmaqla onun adına 0.1 ha torpaq sahəsi qeydə alınmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 605 nömrəli arayışdan görünür ki, Əliyev X7 şəhəri, Sabir küçəsi, döngə 4, ev 12 ünvanında qeydiyyatdadır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1964-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 20 iyun 2023-cü il tarixli, 04/398 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Sıyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq kolxoz (sovxoz) tərəfindən yaşayış və bağ evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq qərarın (əmrin) həmin kənd təsərrüfatı müəssisəsinin tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda hüquqların dövlət qeydiyyatı həyata keçirilə bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin təqdim etdiyi arayışla yanaşı torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən müvafiq sənədin (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) Xidmətin Naxçıvan Şəhər İdarəsinə təqdim edilməli olduğu barədə xx.xx.2023-cü il tarixli, 06/Ə-64 nömrəli məktubla İddiaçı məlumat verilmişdir. İddiaçının vəsatəti əsasında xx.xx.2023-cü il tarixdə mübahisəli əraziyə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Kəndin yerquruluşu planından çıxarış və xx.xx.2023-cü il tarixli akt məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 16 fevral 2024-cü il tarixli, 04/113 nömrəli məktubdan görünür ki, Babək Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 29 nömrəli qərarına əsasən Qaraçuq kəndində torpaq islahatı həyata keçirilmiş, İddiaçı istifadəsində həyətyanı torpaq sahəsi uçota alınmadığından mülkiyyətinə torpaq sahəsi verilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. İddiaçı iddia etdiyi torpaq sahəsi Qaraçuq bələdiyyəsinin mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsidir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli, 13/1019 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Qaraçuq kəndinin 1996-2000-ci illərə dair 8 №-li Təsərrüfatbaşına kitabında İddiaçı ailə başçısı olmaqla adına 0,1 ha torpaq sahəsi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli, 13/187 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Babək rayon ZDS İK-nın birləşmiş fondu (kənd sovetləri) Qaraçuq (Bulqan) kəndinin təsərrüfatbaşına kitablarında İddiaçı 1991-1997-ci illərdə torpaq sahəsi verilməsi haqqında məlumata rast gəlinmədi. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli, 13/03 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Babək rayonu, Qaraçuq (Bulqan), Cavidabad kəndinin qərar, əmr kitablarında İddiaçı 1985-1992-ci illərdə torpaq sahəsi verilməsi haqqında məlumata rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 22 noyabr 2024-cü il tarixli, 02/1151 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Qaraçuq kəndinin 1991-2005- ci illərə aid 8 və 22 nömrəli təsərrüfatbaşına kitablarında İddiaçı haqqında məlumatların qeyd olunduğu 22 noyabr 2024-cü il tarixli 13/1718 nömrəli arxiv arayışları göndərilmişdir. Həmin arayışlardan görünür ki, Qaraçuq kəndinin 1996-2000-ci illərə dair 8 №-li təsərrüfatbaşına kitabında, Cavidabad sovetliyi-Qaraçuq kəndinin 1991-1995-ci illərə dair 22 №-li təsərrüfatbaşına kitabında və Qaraçuq kəndinin 2001-2005-ci illərə dair 8 №-li təsərrüfatbaşına kitabında İddiaçı ailə başçısı olmaqla adına 0.10 ha torpaq sahəsi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 26 noyabr 2024-cü il tarixli, 04/279 nömrəli məktubdan görünür ki, 18 iyun 2024-cü il tarixdə Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən torpaq sahəsinə Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin, Yerquruluşu Geodeziya və X1 Cəmiyyətin nümayəndələrinin, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, Naxçıvan şəhər Qaraçuq bələdiyyəsi sədrinin və İddiaçı iştirakı ilə əraziyə baxış keçirilmiş və akt tərtib olunmuşdur. Tərtib olunan aktda qeyd olunan yer Naxçıvan şəhər inzibati ərazi vahidinin sərhədləri daxilində olan Qaraçuq bələdiyyəsi sədrinin təsviri ilə müəyyən olmuşdur. Belə ki, bələdiyyə sədrinin ifadəsinə əsasən tərtib olunan aktda iddiaçının həmin sahədən istifadə etdiyi, lakin qısa müddət ərzində həmin ərazidə yaşamadığı üçün torpaq sahəsinin onun faktiki istifadəsində qeydə alınmadığı qeyd olunmuşdur. Publik hüquqi şəxsin informasiya bazasında saxlanılan 2001-ci ilə aid ortofotoplanlar və 2005-ci il dair kosmik şəkillər üzərində aparılan təhlillər zamanı məlum olmuşdur ki, bəhs edilən ərazi istifadə olunmayıb. Həmin ərazinin ortofotoplanı və kosmik şəkildən çıxarışı məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 30 aprel 2025-ci il tarixli, 3-48-NDA/1-2-612/2025 nömrəli məktubdan görünür ki, Qaraçuq kəndinin təsərrüfatbaşı kitablarından çıxarışın təsdiqlənmiş surətini məhkəməyə göndərilmişdir. Məktunun qeyd hissəsində Qaraçuq, Qaraxənbəy və Bulqan kəndlərinin 1990-1995-ci illərə dair torpaq sahəsi verilməsinə dair qərar, protokol və akt kitabında İddiaçı adına rast gəlinmədiyi və Qaraçuq, Qaraxənbəy və Bulqan kəndlərinin qaytanlanmış kitablarının Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi öz əksini tapmışdır. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 23 may 2025-ci il tarixli, 04/283 nömrəli məktubdan görünür ki, publik hüquqi şəxsin məlumat bazasında saxlanılan və Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında İddiaçı adına 1000 m2 hüquqi torpaq sahəsi qeyd olunmuş, lakin kəndin yerquruluşu planı tərtib olunarkən faktiki istifadəsində torpaq sahəsi uçota alınmamışdır. Publik hüquqi şəxsin informasiya bazasında torpaq islahatı aparılan zaman İddiaçı istifadəsində hansı səbəbdən həyətyanı torpaq sahəsinin uçota alınmaması barədə məlumat mövcud deyil. Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısından çıxarışın surəti məhkəməyə göndərilmişdir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı tərəf Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən, faktiki olaraq İddiaçı istifadəsində olan 01 ha torpaq sahəsinə plan və sxemin verilməsi, torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh inzibati orqan isə torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən müvafiq əsasverici sənədlər olmadığından hüquqların qeydiyyatının aparılmasının qanunvericiliyə uyğun hesab edilmədiyini bildirmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətsizliyi qanunidir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işin hallarına tətbiq edərək qeyd edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən, faktiki olaraq İddiaçı istifadəsində olan 01 ha torpaq sahəsinə plan və sxemin verilməsi, torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından ibarətdir. Lakin iddiaçı sözügedən torpaq sahəsinin ona verilməsinə dair hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə araşdırması ilə həmin sənədlər aşkarlanmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş arxiv arayışlarından və 1991- 2005-ci illərə dair təsərrüfatbaşına kitablardan çıxarışlardan aydın olur ki, İddiaçı ailə başçısı olmaqla adına 0.10 ha torpaq sahəsi qeyd edilmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış məktublardan və sənədlərdən də aydın olur ki, Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında İddiaçı adına 1000 m2 hüquqi torpaq sahəsi qeyd edilmişdir. Lakin kəndin yerquruluşu planı tərtib edilərkən iddiaçının faktiki istifadəsində torpaq sahəsi uçota alınmamışdır. Bu səbəbdən də iddiaçının adına “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı” tərtib edilməmiş və aqrar islahatın nəticələrinə əsasən adına torpaq sahəsi qeydiyyata alınmamışdır. Aqrar islahat komissiyasının fəaliyyətinin mübahisələndirilməsi hazırki iddianın predmeti olmadığından həmin məsələyə münasibət bildirilməsini zəruri hesab edilmir. Müvafiq arxiv arayışlarında və 1991-2005-ci illərə dair təsərrüfatbaşına kitablardan çıxarışlarda İddiaçı ailə başçısı olmaqla adına 0.10 ha torpaq sahəsi qeyd edilməsinə münasibətdə isə bildirilir ki, həmin təsərrüfatbaşına kitablarda aparılmış qeydiyyatın hansı əsasverici sənəd əsasında aparılması mübahisəli olaraq qalmışdır. Həmçinin iddiaçı məhkəmə iclasında verdiyi izahatda torpaq sahəsinin kolxoz qərarına əsasən ona verildiyini, lakin qərarın mövcud olmadığını bildirmişdir. Belə ki, bu istiqamətdə məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçının adına 0.10 ha torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı qərar, sərəncam, akt və s. müəyyən edilməmişdir. Bununla da iddiaçının adına aparılmış müvafiq qeydin həqiqiliyi şübhə doğurur. Digər tərəfdən iddiaçı tələbinin məzmununda müvafiq torpaq sahəsinin faktiki olaraq istifadəsində olduğunu iddia etsə də, bu hal iddia ərizəsinin məzmununda qeyd edilənlərlə və iddiaçının məhkəmə iclasında verdiyi izahatlarla ziddiyyət təşkil edir. Belə ki, iddiaçı iddia ərizəsinin məzmununda torpaq sahəsinin harada yerləşməsi barədə məlumatı olmadığını bildirmişdir. Sonradan bələdiyyənin təsvirinə əsasən torpaq sahəsinin yeri müəyyənləşmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi Qaraçuq Bələdiyyəsinin mülkiyyətində olduğundan həmin orqan üçüncü şəxs qismində işə cəlb edilərək, iddiaya münasibəti öyrənilmişdir. Bələdiyyə sədri hər hansı etirazının olmadığını bildirsə də, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi üçün hər hansı əsas mövcud deyil. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı əsasverici sənəd (inzibati akt) mövcud olmadığından torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən torpaq sahəsinin planı, ölçüsü, koordinatları, sxemi və s. barədə məlumatlar da yoxdur. Həmin məlumatların olmaması iddiaçıya ayrılmış torpaq sahəsinin mövcud olduğu yeri müəyyənləşdirməyə imkan vermir. İddiaçının iddia etdiyi torpaq sahəsinin həqiqətən də ona ayrılması nəzərdə tutulmuş torpaq sahəsi ilə eynilik təşkil etməsi ilə bağlı məsələ mübahisəli olaraq qalır və bu məsələnin aydınlaşdırılması mümkün deyil. Həmçinin iddiaçının iddia etdiyi torpaq sahəsi hazırda bələdiyyə mülkiyyətində olduğundan həmin torpaq sahəsinin hər hansı əsasverici sənəd olmadan iddiaçının adına qeydə alınması qanunvericiliyin tələbinə ziddir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırki inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin tələbdə qeyd olunan 0.10 ha torpaq sahəsinə plan və sxemin verilməsi, torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən, faktiki olaraq İddiaçı istifadəsində olan 01 ha torpaq sahəsinə plan və sxemin verilməsi, torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı “Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən, faktiki olaraq İddiaçı istifadəsində olan 01 ha torpaq sahəsinə plan və sxemin verilməsi, torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar