Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-252/2025 12.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Sadıqov Abbas Nemət oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun “əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” 29 fevral 2024-cü il tarixli, 3-17-9-1/1-K-l 174/2024 nömrəli qərarını ləğv edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun “əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” 29 fevral 2024-cü il tarixli, 3-17-9-1/1-K-l 174/2024 nömrəli qərarını ləğv edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, məhkəmənin 08 yanvar 2025-ci il tarixli, 2-1(122)-252/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı 12 mart 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia qaldırdığını, cavabdeh inzibati orqan tərəfindən tələbinin təmin edildiyini, 12 mart 2025-ci il tarixli qərar əsasında ona pensiya təyin edildiyini, hər ay 336.58 manat məbləğində pensiya ödəniləcəyini, bundan əlavə 7293.16 manat ödənilməmiş pensiya məbləğinin isə aylara bölünərək ödəniləcəyini bildirmiş və iddia tələbi inzibati orqan tərəfindən təmin olunduğu üçün işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 İddiaçı xx.xx.2025-ci il tarixli, 3-17-9-1/1-K-1963/2025 nömrəli qərar əsasında hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə hər ay 336.58 manat olmaqla müddətsiz əmək pensiyasının təyin edildiyini, hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən pensiya təyin olunan xx.xx.2025-ci il tarixədək 7293.16 manat borclarının yarandığını, həmin məbləğin hesablanaraq aylar üzrə artıq pensiya məbləği kimi iddiaçıya ödənilməsinin təmin ediləcəyini bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sistemdən müvafiq çıxarışlardan aydın olur ki, xx xxxx 1963-cü il tarixdə doğulmuş, ünvan 1 ünvanında yaşayan İddiaçı xx.xx.2025-ci il tarixli müraciəti əsasında xx.xx.2025-ci il tarixli, 3-17-9-1/1-K-1963/2025 nömrəli qərar əsasında hüququnun yarandığı xx.xx.2023cü il tarixdən yaşa görə hər ay 336.58 manat olmaqla müddətsiz əmək pensiyası təyin edilmişdir. X4 Sistemindən çıxarışdan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 2547.10 manat, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə 3736.32 manat, xx.xx.2025xx.xx.2025-ci il tarixlərdə isə 1009.74 manat olmaqla, ümumilikdə 7293.16 manat ödənilməmiş pensiya məbləğləri mövcuddur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları və iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-də iş üzrə icraata xitam verilməsinin hüquqi əsasları 39.3, 55.5 və 67.3-cü maddələri ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Hazırki işin hallarından və təqdim edilmiş sənədlərdən də görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edilmiş və mübahisə məhkəmədənkənar həll edilmişdir. Buna görə də hazırki vəziyyətdə iddiaçının heç bir tələbi mövcud deyildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi təmin edildiyi və hazırda heç bir tələb mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına İPM-in 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun “əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” 29 fevral 2024-cü il tarixli, 3-17-9-1/1-K-l 174/2024 nömrəli qərarını ləğv edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-252/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-252/2025
12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver