Məhkəmə qərarları › İş №2-1(122)-257/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-257/2023

15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-257/2023 15.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X11 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şahbuz rayon şöbəsinin 01 fevral 2023-cü il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şahbuz rayon şöbəsinin 01 fevral 2023-cü il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şahbuz rayon Arxiv İdarəsinin arayışına əsasən o, 16 avqust 1975-ci il tarixdən xx.xx.1976-ci il tarixədək (9 ay 4 gün) və xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (10 ay 3 gün) Şahbuz rayon Rabitə İdarəsində teleqrafçı işləmişdir. Naxçıvan MR Dövlət Arxiv idarəsinin arxiv arayışında qeyd olunduğu kimi o, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək (6 ay) Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsində fəhlə olaraq işləmişdir. xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək (2 il 1 ay 2 gün) müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (10 ay 3 gün gizirlik kursu keçmiş, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (5 il 1 ay 29 gün), xx.xx.1986-ci il tarixdən xx.xx.1992-ci il tarixdək (5 il 8 ay 5 gün) SSRİ silahlı qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (3 il 9 gün) Azərbaycan Respublikası silahlı qüvvələrində gizir qismində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin məktubuna əsasən istefada olan gizir X5 xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət etmişdir. İddiaçı əlavə olaraq bildirir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1997-ci il tarixdə təsdiq etdiyi siyahıya əsasən N və N nömrəli hərbi hissələr xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüşən hərbi hissə hesab edilmişdir. Əmək kitabçasında qeyd olunduğu kimi xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (3 iİ 11 ay 4 gün) C.Naxçıvanskinin ev muzeyində işləmişdir. İddiaçı qeyd edir ki, 1986-cı il tarixdən 1988-ci tarixədək ƏDR ərazisində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1989-cu il tarixdən Əfqanıstan Demokratik Respublikası veteranıdır. Həmin döyüşlərdə göstərdiyi şücaətə və igidliyə görə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şahbuz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin arayışında qeyd olunduğu kimi o, Şahbuz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən heç bir növ müavinət və təqaüd almır. Əmək pensiyası ilə bağlı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şahbuz rayon şöbəsinə müraciət etmiş, xx.xx.2023-cü il tarixli, 1 nömrəli qərar ilə ona bildirilmişdir ki, vətəndaş İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün ona əmək pensiyası təyin edilməsində imtina edilir. İddiaçı yuxarıda göstərilənlərə əsasən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şahbuz rayon şöbəsinin 01 fevral 2023-cü il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şahbuz rayon şöbəsi iddiaya dair 02 mart 2023-cü il tarixli, 07/66 nömrəli və 01 may 2023-cü il tarixli, 07/117 nömrəli məktublarla məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı tərəfindən Fondun Şahbuz rayon şöbəsinə təqdim edilmiş 4 noyabr 2022-ci il tarixli, 02/113 nömrəli və 11 noyabr 2022-ci il tarixli, 13/1461 nömrəli arxiv arayışlarına əsasən o, 16 avqust 1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək (9 ay 4 gün) və xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (10 ay 3 gün) Şahbuz rayon Rabitə İdarəsində teleqrafçı vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək (6 ay) Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsində fəhlə vəzifəsində işləmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Naxçıvan Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, 706 nömrəli arayışına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək (2 il 1 ay 2 gün) müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək (5 ay 15 gün) gizirlik kursu keçmiş, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (5 il 1 ay 29 gün), xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixdək (5 il 8 ay 5 gün) SSRİ silahlı qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (3 il 9 gün) Azərbaycan Respublikası silahlı qüvvələrində gizir qismində xidmət etmişdir. Vətəndaşın təqdim etdiyi ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (3 il 11 ay 4 gün) C.Naxçıvanskinin ev muzeyində gözətçi vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 24.0.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi “N” saylı Hərbi Hissənin N dekabr 2022ci il tarixli, 8435 nömrəli məktubuna əsasən vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüşən ordunun tərkibində xidmət dövrü ikiqat ölçüdə hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə əsasən vətəndaşın xx.xx.2006-cı il tarixədək qazanmış olduğu pensiya hüququ pensiya kapitalına çevrilərək 16397,97 (20 il 2 ay x 306 manat = 6171.51 x 2.6572% = 16397,97) manat pensiya kapitalı hesablanmışdır. xx.xx.2006-cı il tarixdən pensiya hüququ yarandığı tarixədək vətəndaşın fərdi hesabın sığorta hissəsində 3166,65 manat pensiya kapitalı qeydə alınmışdır. Vətəndaşın ümumilikdə 24 il 1 ay 7 gün (xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüşən ordunun tərkibində xidmət dövrü ikiqat ölçüdə hesablanmaqla) sığorta stajı və 19564,62 manat pensiya kapitalı vardır. Vətəndaşın təqdim etdiyi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-43-70/3-2-80/23 nömrəli arayışında İddiaçı xx.xx.1989-cu ildən Əfqanıstan Demokratik Respublikasının veteranı olduğu qeyd olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 24.0.1-ci maddəsində əmək pensiyası hüququ verən sığorta stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında güzəştli şərtlərlə ikiqat ölçüdə daxil edilməsi göstərilmişdir. Vətəndaşın xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Əfqanıstan Demokratik Respublikasında döyüşən ordunun tərkibində xidmət etməsini təsdiq edən sənəd təqdim etmədiyindən həmin dövr ikiqat ölçüdə hesablanması mümkünsüz hesab edilmişdir. Lakin yuxarıda adı qeyd edilən təsdiqedici sənəd təqdim edilərsə həmin dövr ikiqat hesablanmaqla vətəndaşa yaşa görə əmək pensiyası təyin edilə bilər. Beləliklə, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7ci maddəsinə əsasən 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona pensiya təyin edilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının tələb olunan 25 il sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiya təyin edilməsi mümkünsüz hesab edilmişdir. Beləliklə, İddiaçı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 15 avqust 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şahbuz rayon şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olanması haqqında 01 fevral 2023-cü il tarixli, 01 nömrəli qərarından məlum olur ki, vətəndaş İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindəki qeydlərə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək C.Naxçıvanskinin ev muzeyində gözətçi vəzifəsində işləmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli, 13/1461 nömrəli arayışdan görünür ki, İddiaçı Naxçıvan Yaşıllaşdırma İdarəsinə xx.xx.1986-cı il tarixli, 66 №-li əmrlə “fəhlə” qəbul edilməsi, xx.xx.1986-cı il tarixli, 241 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. - Şahbuz Rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli, 02/115 nömrəli arayışdan görünür ki, Şahbuz rayon Rabitə İdarəsinin əmr kitablarına baxdıqda X2 16 avqust 1975-ci il tarixli, 60 №-li əmrlə idarədə teleqrafçı vəzifəsinə təyin edilməsi, 20 may 1976-cı il tarixli, 30 №-li əmrlə ordu sıralarına çağırıldığı üçün tutduğu vəzifədən azad edilməsi, 07 iyul 1978-ci il tarixli, 52 №-li əmrlə idarədə teleqrafçı vəzifəsinə təyin edilməsi və 10 may 1979-cu il tarixli, 38 №-li əmrlə tutduğu vəzifədən azad edilməsi Şahbuz rayon Rabitə İdarəsinin əmr kitablarında qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikasi Mədəniyyət Nazirliyi Cəmşid Naxçivanski Muzeyi tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli, 23 nömrəli əmrin surətindən aydın olur ki, İddiaçı çalışmanın yaş həddinə çatdığından 01 noyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərək, muzeyin gözətçisi vəzifəsindən azad edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N dekabr 2022-ci il tarixli, 8435 nömrəli məktubunun surətindən məlum olur ki, istefada olan gizir X5 xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə və xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət etmişdir. Əlavə olaraq bildirirəm ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1997-ci il tarixdə təsdiq etdiyi siyahıya əsasən N və N nömrəli hərbi hissələr xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüşən hərbi hissə hesab edilib. - Məxfi qrifli 4 saylı arayışda İddiaçı 1986-1988-ci illərdə Türküstan HD 40-cı Ümumqoşun Ordusu 70-ci X4 Briqadası, motopiyada bölüyünün qumbara atma-pulemyot tağımını komandiri kimi döyüş əməliyyatlarında aktiv iştirak etməsi, İgidliyə görə medalı ilə təltif edilməyə layiq görüldüyü göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli, 706 nömrəli arayışdan aydın olur ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək müddətli həqiqi hərbi xidmət, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək gizirlik kursunda kursant, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixə və xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində və xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir qismində xidmət keçmişdir. Ehtiyatda olmanın son yaş həddinə çatdığına görə hərbi vəzifəlilərin qeydiyyatından çıxarılmışdır. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli, 3-43- 70/3-2-80/23 nömrəli arayışdan məlum olur ki, xx.xx.1957-ci il təvəllüdlü X3 xx.xx.1989-cu il tarixdən Əfqanıstan Demokratik Respublikası veteranıdır. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şahbuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli, 536 nömrəli arayışdan görünür ki, İddiaçı Şahbuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən heç bir növ müavinət və təqaüd ödənilmir. - Şahbuz Rayon İcra Hakimiyyətinin Şahbuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli, 3/194 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda dayanır. - Şahbuz Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1957-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Şahbuz qəsəbəsində doğulmuş İddiaçı ünvan 3 ünvanında pasport qeydiyyatındadır. -“Hərbi qulluqçuya xidmət illərinə görə təyin edilən pensiyanın hesablanması”na dair cədvəldən görünür ki, İddiaçı praporşik rütbəsində xidmət illərinə hesablanan ümumi xidmət illəri 19 il təşkil edir. - Naxçıvan Şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş 082720 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı müharibə veteranları üçün AR qanunvericiliyi ilə müəyyən edilmiş bütün güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - 16 mart 1989-cu il tarixdə verilmiş 463018 nömrəli şahədatnamənin tərcümə edilmiş surətindən görünür ki, SSRİ Hökumətinin tapşırığını uğurla yerinə yetirdiyinə görə Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 17 yanvar 1983-cü il tarixli qərarı ilə müəyyən edilmiş güzəştlərdən istifadə etmək hüququna malikdir. Şəhadətnamə müddətsizdir və SSRİ-nin bütün ərazisində etibarlıdır. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 iyun 2023-cü il tarixli, 188 nömrəli arayışdan məlum olur ki, istefada olan gizir İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Əfqanıstan Respublikasında Beynəlmiləlçi döyüşçü kimi xidmət etmişdir. Ehtiyatda olmanın son yaş həddinə çatdığına görə hərbi vəzifəlilərin qeydiyyatından çıxarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, qanunverici “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla şəxsin müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olmasını müəyyən etmiş, “Əmək pensiyaları haqqında” Qanunla isə bu şəxslərə pensiyaların əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilməsini nəzərdə tutmuşdur. Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Sonda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, 1. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): 68-ci maddəsinə görə pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: Döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə; Müharibə illərində arxa cəbhədə iş müddəti- ikiqat ölçüdə; 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının: 4.1 və 4.1.18-ci maddələrinə görə döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olma müddəti – Əmək pensiyasının təyin edilməsi zamanı həmin Nazirliyin arayışına əsasən müəyyən edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin mübahisəli halı iddiaçının 25 il sığorta stajının ödənilməsi üçün xx.xx.1986xx.xx.1988-ci il tarixlərdə Əfqanıstan Respublikasında döyüşən ordunun tərkibində xidmət etməsini təsdiq edən sənədin fonda təqdim edilməməsindən ibarətdir. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı praporşik rütbəsində xidmət illərinə hesablanan ümumi xidmət illəri “Hərbi qulluqçuya xidmət illərinə görə təyin edilən pensiyanın hesablanması”na dair cədvəl üzrə 19 il təşkil edir. Bundan əlavə İddiaçı tərəfəndən təqdim edilmiş məxfi qrifli 4 saylı arayışdan onun 1986-1988-ci illərdə Türküstan HD 40-cı Ümumqoşun Ordusu 70-ci X4 Briqadası, motopiyada bölüyünün qumbara atma-pulemyot tağımını komandiri kimi döyüş əməliyyatlarında aktiv iştirak etməsi aydın görünür. Həmçinin SSRİ X12 Heyətinin 28 dekabr 1988-ci il tarixli fərmanı ilə Əfqanıstan Respublikasında beynəlmiləl borcunu yerinə yetirərkən göstərdiyi fədakarlıq və şücaətə görə praporşik İddiaçı “Beynəlmiləl döyüşçüyə” Fərmanı ilə təltif edilmiş, eləcə də İgidliyə görə medalı ilə təltif edilməyə layiq görülmüşdür. Təqdim edilən sənədlərdən İddiaçı Əfqanıstan Respublikasında hərbi döyüşlərdə iştirakı tam sübuta yetirilməklə, eyni zamanda müəyyən olunur ki, iddiaçının əmək kitabçasına, hərbi biletinə və arxiv arayışlarına əsasən onun Əfqanıstan Respublikasında və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi nəzərə alınmaqla ümumi iş stajı 25 ildən artıq təşkil edir. Məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Şərh edilənlərə və qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, məhkəmə cavabdeh inzibati orqanın etirazında iddiaçının Əfqanıstan Respublikasında döyüşən ordunun tərkibində xidmət etməsini təsdiq edən sənəd təqdim etmədiyindən həmin dövrün ikiqat ölçüdə hesablanmasının mümkünsüz hesab edilməsi barədə gətirdiyi dəlilini məqbul saymır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şahbuz rayon şöbəsinin 01 fevral 2023-cü il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 14.3, 33, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şahbuz rayon şöbəsinin 01 fevral 2023-cü il tarixli, 01 nömrəli qərarı ləğv edilsin. İddiaçı əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar