Məhkəmə qərarları › İş №2-1(122)-258/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-258/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-258/2023 13.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin 23 yanvar 2023-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı “onun 1997-2001-ci illərdə Naxçıvan Su Tikinti İdarəsində işlədiyini və hər ay əməkhaqqı aldığını təsdiq edəcək sənədlər arxivdə olmadığından orta aylıq əməkhaqqının hesablanaraq həmin illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1957-ci ildə İliç rayonunun Şahtaxtı kəndində doğulmuşdur. Şahtaxtı kənd tam orta məktəbini bitirdikdən sonra xx.xx.1974- xx.xx.1976-cı illərdə X13, xx.xx.1976 -xx.xx.1978-ci ilədək müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1978-xx.xx.1979-cu illərdə Düyə yetişdirmə birliyində, xx.xx.1979- xx.xx.2001-ci illərdə isə Naxçıvan Su Tikinti İdarəsində işləmişdir. 1992-2001ci illərdə işlədiyi əmək kitabçasında qeyd edilsə də Naxçıvan MR Dövlət Arxivi tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli, 13/1329 nömrəli arayışda əmək haqqı cədvəllərində 1992,1993,1994 və 1996-cı illərdə adında əməkhaqqı göstərilmiş, 1995-1997-ci illərdə adına rast gəlinmədiyi qeyd edilmiş, 1997-2001-ci illərdə isə əməkhaqqı almağı ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Onun artıq 2022-ci ildə 65 yaşı tamam olduğundan əmək pensiyasına buraxılması üçün 28 dekabr 2022-ci il tarixdə “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə ərizə ilə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi tərəfindən onun 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasından 23 yanvar 2023-cü il tarixli 02 nömrəli qərarla ona imtina olunmuşdur. X16 Tikinti İdarəsində işlədiyini və hər ay əməkhaqqı aldığımı təsdiq edəcək sənədlər arxivdə olmadığından onları başqa yolla ala bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə öhdəlik qoyulmalıdır. İddiaçı göstərilənləri və Azərbaycan Respublikası İPM-nin 33-cü maddəsinə əsasən məhkəmədən onun 1997-2001 -ci illərdə Naxçıvan Su Tikinti İdarəsində işlədiyini və hər ay əməkhaqqı aldığını təsdiq edəcək sənədlər arxivdə olmadığından orta aylıq əməkhaqqının hesablanaraq həmin illərin sığorta stajına daxil edilməsi öhdəliyinin "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi iddiaya qarşı 28 fevral 2023-cü il tarixli, 85/40 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1957-ci il tarixdə anadan olmuş, Kəngərli rayonu, Böyükdüz kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 28 dekabr 2022-ci il tarixdə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə ərizə ilə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olur ki, şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır. Bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Vətəndaş İddiaçı Fondun Kəngərli rayon şöbəsinə təqdim etdiyi əmək kitabçasında X16 Tikinti İdarəsində 1992-2001-ci illərdə işlədiyi qeyd edilmişdir. X14 Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13/1329 nömrəli arayışda onun 1992,1993,1994 və 1996-cı illərdə əmək haqqı cədvəllərində əmək haqqı aldığı qeyd edilsə də, 1995-1997-ci illərə dair əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi və 1997-2001 -ci illərə dair əmək haqqı alması ilə bağlı hər hansı məlumatın qeyd edilmədiyi göstərilmişdir. Vətəndaş tərəfindən əmək pensiyasının təyin edilməsi barədə Fondun Kəngərli rayon şöbəsinə təqdim edilmiş sənədlərə baxıldıqda müəyyən edilmişdir ki, onun 20 iyun 2002-ci il tarixədək cəmi 18 il 5 ay ümumi iş stajı vardır. Beləliklə, vətəndaş İddiaçı tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olması şərtlərindən heç biri ödənilmədiyindən ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2- 1(122)-258/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin 23 yanvar 2023-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 08 iyun 2023-cü il tarixli, 2-1(122)-258/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 21 iyun 2023-cü il tarixə təyin edilmişdir. 21 iyun 2023-cü il tarixli şifahi məhkəmə baxışı iclasında tərəflər iştirak etmədiklərinə görə şifahi məhkəmə baxışı işlə bağlı məhkəmə baxışı iclası təxirə salınaraq 13 iyul 2023cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin nümayəndəsi X3 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına 23 yanvar 2023-cü il tarixli, 02 nömrəli qərarı, arxiv arayışlarını, sığorta stajı barədə məlumat vərəqəsini, əmək kitabçasının təsdiq olunmuş surətini, əmrlər kitabının surətini, arayışları, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini, qeydiyyat yeri barədə arayışı, arxiv arayışını əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Kəngərli Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanan 23 yanvar 2023-cü il tarixli, 02 nömrəli qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2. maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər nəzərdə tutulur. Vətəndaşın əmək kitabçası üzrə işlədiyi Naxçıvan Su tikinti İdarəsində 1992-2001 -ci illərdə işləməsi əmək kitabçası üzrə qeyd edilsə də Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 13/1329 nömrəli arayışda əmək haqqı cədvəllərində 1992,1993, 1994 və 1996-cı illərdə adında əmək haqqı göstərilmiş 1995-1997-ci illərdə adına rast gəlinmədiyi qeyd edilmiş, 1997-2001 -ci illərdə isə əmək haqqı alması ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə təqdim edilmiş arxiv arayışları və əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla xx.xx.2002-ci il tarixədək onun 21 il 5 ay 5 gün ümumi iş stajı vardır. Beləliklə, vətəndaş İddiaçı 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. - Kəngərli Rayon Dövlət Arxivinin 06 oktyabr 2022-ci il tarixli, 98 nömrəli arxiv arayışından görünür ki, Kəngərli Rayon Dövlət Arxivində mühafizə olunan Babək rayon Kolxozlararası Düyə yetişdirmə Birliyinin sənədlərinə baxdıqda İddiaçı 07 avqust 1978-ci il tarixli 40№-li əmrlə birliyə fəhlə qəbul edilmiş, 21 avqust 1978-ci il tarixli, 47 №-li əmrlə fəhləlikdən azad edilərək usta-sazlayıcı çilingər vəzifəsinə təyin edilmiş, 10 aprel 1979-cu il tarixli 39 №-li əmrlə Suçu vəzifəsinə təyin edilmiş, 18 iyul 1979-cu il tarixli, 71 №-li əmrlə öz ərizəsi əsasında işdən azad edildiyi müəyyən olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin 30 sentyabr 2022-ci il tarixli, 13/1329 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədlərə baxdıqda İddiaçı X15 PÇ-11 hissəsinə xx.xx.1974-cü il tarixli, 98/k №-li əmrlə İ dərəcəli “mantyor-puti” qəbul edilməsi, xx.xx.1976-cı il tarixli, 44/k №-li əmrlə işdən azad olunması, xx.xx.1978- ci il tarixli, 63/k №-li əmrlə İİ dərəcə “mantyor-puti” verilməsi, xx.xx.1978- ci il tarixli 69/k №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Naxçıvan Su Tikinti İdarəsinə xx.xx.1979-cu il tarixli 131-k №-li əmrlə İİ dərəcəli “avto-çilingər” qəbul edilməsi, xx.xx.1979-cu il tarixli, 179-k №-li əmrlə işini İİİ dərəcəli “sürücü” vəzifəsinə dəyişməsi, xx.xx.1993-cü il tarixli, 10 №-li əmrlə adı təsdiq olunmuş işçilərin siyahısında adının olması, xx.xx.1994-cü il tarixli, 26-k №-li əmrlə “sürücü” keçirilməsi əmr kitablarında göstərilmişdir. Babək Rayon Tikinti Quraşdırma İdarəsinə köçürmə yolu ilə xx.xx.1997- ci il tarixli, 6-k №-li əmrlə “sürücü” qəbul edilməsi, xx.xx.1997-ci il tarixli, 21/b №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Naxçıvan 5 №-li Tikinti Trestinin 9 №-li Mexanizasiya İdarəsinin xx.xx.1997-ci il tarixli 21/b №-li əmrlə işə qəbul edilməsi, xx.xx.1997-ci il tarixli, 03/0 №-li əmrlə 9 % yardım verilməsi, xx.xx.1997-ci il tarixli, 08/0 №-li əmrlə 10 % yardım verilməsi, xx.xx.1997-ci il tarixli, 11/0 №-li əmrlə 10 % yardım verilməsi, xx.xx.1997-ci il tarixli, 12/0 №-li əmrlə 10 % yardım verilməsi, xx.xx.1998-ci il tarixli, 37/0 №-li əmrlə 10 % yardım verilməsi, xx.xx.1998- ci il tarixli, 45/0 №-li əmrlə 10 % yardım verilməsi, xx.xx.1999-cu il tarixli, 01/0 №-li əmrlə işçilərin adlı siyahısında adının olması, xx.xx.1999- cu il tarixli, 06/0 №-li əmrlə 10 % yardım verilməsi, xx.xx.1999- cu il tarixli, 08/0 №-li əmrlə 10 % yardım verilməsi, xx.xx.1999-cu il tarixli, 14/0 №-li əmrlə 10 % yardım verilməsi, xx.xx.1999-cu il tarixli, 15/0 №-li əmrlə 10 % yardım verilməsi, xx.xx.1999-cu il tarixli 19/0 №-li əmrlə 10 % yardım verilməsi, xx.xx.1999-cu il tarixli 20/0 №-li əmrlə 20 % yardım verilməsi, xx.xx.2000-ci il tarixli, 01/11 №-li əmrlə işçilərin adlı siyahısında adının olması, xx.xx.2001 -ci il tarixli, 34/i №-li əmrlə işçilərin adlı siyahısında adının olması, xx.xx.2002-ci il tarixli, 33/k №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərildiyi müəyyən olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin 30 sentyabr 2022-ci il tarixli, 13/1329 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1992-ci ildə 9 ay, 1993-cü ildə 3 ay, 1994-cü ildə 5 ay, 1996-cı ildə 2 ay Naxçıvan Su Tikinti İdarəsində işləmiş əməkhaqqı almışdır. Arayışın qeyd hissəsində 1995, 1997-ci illərə dair əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi, əmr kitablarının 1994-cü ilə qədər olduğu bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin pensiya təyin edən komissiyası tərəfindən təyin olunmuş əmək pensiyaçısının sığorta stajı barədə məlumat vərəqəsindən görünür ki, İddiaçı 26 noyabr 1974-cü ildən 31 iyul 1996-cı ilədək 21 il 5 ay 5 gün sığorta stajı vardır. - 26 noyabr 1974-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək X15 PÇ-11 hissəsində 1 dərəcəli “montyor-puti”, 04.07 1978-ci ildən xx.xx.1978-ci ilədək İİ dərəcəli “montyor-puti”, 07.0.8.1978-ci ildən xx.xx.1978-ci ilədək Naxçıvan Kolxozlararası düyə yetişdirmə kompleksində müxtəlif vəzifələrdə, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Naxçıvan Su Tikinti İdarəsində “avto çilingər”, xx.xx.1979-cu ildən xx.xx.1997-ci ilədək İİİ dərəcəli “sürücü”, xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək Babək Rayon Tikinti Quraşdırma İdarəsində ”sürücü”, xx.xx.1997-ci ildən xx.xx.2002-ci ilədək Naxçıvan 5№-li Tikinti Trestinin 9 №-li Mexanizasiya İdarəsində “sürücü” vəzifəsində işləmişdir. - Əmrlər kitabında olan 01 sentyabr 1997-ci il tarixli, 03 nömrəli və 01 mart 1999-cu il tarixli, 08-0 nömrəli və 02 avqust 1999-cu il tarixli, 20-0 nömrəli əmrlərinin sürətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Tikinti Quraşdırma Dövlət Şirkətinin Avtonəqliyyat müəssisəsinin kollektivləri şurasının 2№-li protokoluna əsasən sürücülərin, çilingərlərin və idarə aparatının işçilərinin maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün dizel yanacağı ilə işləyən avtomaşınlarının sürücülərinə əmək haqqı gətirdikləri gəlirin 10 % məbləğində, benzinlə işləyən avtomaşınların sürücülərinə 9 % məbləğində ödəniş edilməsi əmr edilmiş və əmrlər kitabında olan 06 oktyabr 1997-ci il tarixli, 08-0 nömrəli, 01 dekabr 1997-ci il tarixli, 11.0 nömrəli, 26 dekabr 1997-ci il tarixli, 13-0 nömrəli, 30 sentyabr 1997-ci il tarixli, 37-0 nömrəli, 01 dekabr 1998-ci il tarixli, 45 nömrəli və 01 dekabr 1999-cu il tarixli, 06-0 nömrəli, 01 iyun 1999-cu il tarixli, 14-0 nömrəli, 01 iyul 1999-cu il tarixli, 15-0 nömrəli, 02 avqust 1999-cu il tarixli, 19-0 nömrəli əmrlərdə sürücülərə gətirdikləri gəlirin 10 % məbləğində əmək haqqı ödənilməsi qeyd edilmiş və Naxçıvan Muxtar Respublikası Tikinti Quraşdırma Dövlət Şirkətinin Avtonəqliyyat müəssisəsinin 04 yanvar 1999-cu il tarixli, 01-0 nömrəli və 04 yanvar 2000-ci il tarixli əmrlərində İddiaçı adı qeyd edilmişdir -Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin 15 sentyabr 2022-ci il tarixli, 262 nömrəli arayışından görünür ki, Kəngərli rayon Şahtaxtı kənd sakini 1957-ci il təvəllüdlü İddiaçı həqiqətən 13 may 1976-cı il tarixdən 19 iyun 1978-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmişdir. - Kəngərli Rayon İcra Hakimiyyətinin Böyükdüz kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 fevral 2023-cü il tarixli, 24 nömrəli arayışından görünür ki, Əhmədov X6 rayonu, Böyükdüz kəndində qeydiyyatdadır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1957-ci il tarixdə İliç rayonu, Şahtaxtı kəndində doğulmuş və Kəngərli rayonu, Böyükdüz kəndində yaşayır. İş materiallarına əlavə olunmuş: - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin pensiya təyin edən komissiyası tərəfindən təyin olunmuş əmək pensiyaçısının sığorta stajı barədə məlumat vərəqəsinin surətindən görünür ki, İddiaçı arxiv arayışında göstərilən əmək haqqı cədvəlindəki aylar tam götürdükdə (1992, 1993, 1994, 1996) xx.xx.1974-cü ildən xx.xx.2002-ci ilədək 24 il 8 ay 25 gün, əmək kitabçası üzrə isə 26 il 8 ay 25 gün sığorta stajı vardır. - Kəngərli Rayon Dövlət X10 Respublikası İnzibati Məhkəməsinə ünvanladığı 24 may 2023-cü il tarixli, 35 nömrəli məktubundan görünür ki, Kəngərli Rayon Dövlət Arxivində "Naxçıvan Su Tikinti İdarəsi" adlı fond mühafizə olunmadığından sorğu haqqında məlumat verməyin mümkün olmadığı bildirilmişdir. - Kəngərli Rayon Dövlət X1 ünvanladığı 04 aprel 2022-ci il tarixli, 98 nömrəli arxiv arayışının surətindən görünür ki, Kəngərli Rayon Dövlət Arxivində mühafizə olunan Babək rayon Kolxozlararası Düyə yetişdirmə Birliyinin sənədlərinə baxdıqda İddiaçı 07 avqust 1978-ci il tarixli, 40 №-lİ əmrlə birliyə fəhlə qəbul edilmiş, 21 avqust 1978-ci il tarixli, 47№-li əmrlə fəhləlikdən azad edilərək usta-sazlayıcı çilingər vəzifəsinə təyin edilmiş, 10 aprel 1979-cu il tarixli, 39 №-İi əmrlə Suçu vəzifəsinə təyin edilmiş, 18 iyul 1979-cu il tarixli, 71 №-li əmrlə öz ərizəsi əsasında işdən azad edildiyi müəyyən olunduğu bildirilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət X1 ünvanladığı 24 may 2023-ci il tarixli, 13/910 nömrəli arxiv arayışının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan 5 №-li Tikinti trestinin 9 №-li Mexanizasiya İdarəsinin (MAM) sənədlərinə baxdıqda müəyyən oldu ki‘, İddiaçı xx.xx.1997-ci il tarixli, 03/0 №-li əmrə əsasən 9% yardım alması, xx.xx.1997-ci il tarixli, 08/0 №-li əmrlə 10% yardım alması, xx.xx.1997-ci il tarixli, 11/0 №-İİ 10% yardım alması, xx.xx.1997-ci il tarixli, 12/0 №-li əmrlə 10% yardım alması, xx.xx.1998-ci il tarixli 37/0 №-li əmrlə 10% yardım alması, xx.xx.1998-ci il tarixli 45/0 №-İİ əmrlə 10% yardım alması, xx.xx.1999- cu il tarixli, 01/0 №-İİ əmrlə işçilərin adlı siyahısında həmin ildə işləməsi barədə əmrin təsdiq edilməsi, xx.xx.1999-cu il tarixli, 06/0 №-İİ əmrlə 10% yardım alması, xx.xx.1999-cu il tarixli, 08/0 №-li əmrlə 10% yardım alması, xx.xx.1999-cu il tarixli, 14/0 №-İİ əmrlə 10% yardım alması, xx.xx.1999-cu il tarixli, 15/0 №-İİ əmrlə 10% yardım alması, xx.xx.1999-cu il tarixli, 19/0 №-İİ əmrlə 10% yardım alması, xx.xx.1999-cu il tarixli, 22/0 №-li əmrlə 20 % yardım alması, xx.xx.2000-ci il tarixli, 01/u №-li əmrlə işçilərin adlı siyahısında həmin ildə işləməsi barədə əmrin təsdiq edilməsi, xx.xx.2001-ci il tarixli, 34-i №-İİ əmrlə xx.xx.2001-ci il tarixdən “sürücü” qəbul edilməsi, xx.xx.2002-ci il tarixli, 33-k №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Arxiv arayışının qeyd hissəsində Babək TQİ-nin xx.xx.1997-ci il tarixli, 21/b №-İİ əmrinə əsasən sərəncama göndərilib işdən azad olunması, eyni əmr və tarixlə 9 №-İİ Mexanizasiya İdarəsinə işə qəbul edilməsi göstərilmişdir. Əlavə olaraq 1997-ci ildən 2002-ci ilə qədər olan müddətdə sürücülər və digər işçilərə əmək haqlarının az miqdarlarda faizi qədər yardımların təsdiqi barədə əmr kitablarında məlumatlar verildiyi bildirilmişdir. - Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinin 2002-ci il üzrə əmrlər kitabında olan 25 iyun 2002-c il tarixli, 33-k Nömrəli əmrin surətindən görünür ki, X8 öhdəsində olan maşını özəlləşdirdiyi üçün 25 iyun 2002-ci il tarixdən ərizəsi əsasında işdən azad edilməsi əmr edilmişdir. - Naxçıvan Mexanizasiya və Avtonəqliyyat Müəssisəsinin idarədaxili əmrlər kitabında olan Naxçıvan Muxtar Respublikası TQDŞ-nin MAM-nin 07 dekabr 2001-ci il tarixli, 34-j nömrəli əmrin surətindən görünür ki, Naxçıvan TQDŞ-nin xx.xx.2001-ci il tarixli, 28-k saylı əmri ilə Avtonəqliyyat Müəssisəsinin ləğvi ilə əlaqədar olaraq xx.xx.2001-ci il tarixdə işçilərin köçürmə yolu ilə MAM-inə qəbul edilməsi siyahısında X4 da adı qeyd edilmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, onun 25 il sığorta stajının olmaması və fərdi hesabında kapitalın olmaması səbəbindən tələbinin icrasından imtina edilmişdir. İddiaçı həmin imtina ilə razılaşmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi məktubdan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinə səbəb onun 25 il sığorta stajının olmaması və fərdi hesabında kapitalının olmamasıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 13-cü maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. - 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Beləliklə, iddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçı 65 yaşının tamam olduğu 2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edərək, bu məqsədlə müvafiq sənədlərlə birlikdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon idarəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir, o, 25 il sığorta stajına malik deyil. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxxx 1957-ci ildə İliç rayonunun Şahtaxtı kəndində doğulmuş, Şahtaxtı kənd tam orta məktəbini bitirdikdən sonra xx.xx.1974-xx.xx.1976-cı illərdə X13, xx.xx.1976 -xx.xx.1978-ci ilədək müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1978-xx.xx.1979-cu illərdə Düyə yetişdirmə birliyində, xx.xx.1979xx.xx.2001-ci illərdə isə Naxçıvan Su Tikinti İdarəsində işləmişdir. 1992-2001-ci illərdə işlədiyi əmək kitabçasında qeyd edilsə də, Naxçıvan MR Dövlət Arxivi tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli, 13/1329 nömrəli arayışda əmək haqqı cədvəllərində 1992,1993,1994 və 1996-cı illərdə adında əməkhaqqı göstərilmiş, 1995-1997-ci illərdə adına rast gəlinmədiyi qeyd edilmiş, 1997-2001-ci illərdə isə əməkhaqqı almağı ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Onun artıq 2022-ci ildə 65 yaşı tamam olduğundan əmək pensiyasına buraxılmağı üçün 28 dekabr 2022-ci il tarixdə “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə ərizə ilə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi tərəfindən onun 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasından 23 yanvar 2023-cü il tarixli 02 nömrəli qərarla imtina olunmuşdur. İddiaçı bununla razılaşmayaraq əmək kitabçasına əsasən 1995-2001-ci illərdə fasiləsiz olaraq işlədiyini və həmin illərin staja daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçası cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Hazırkı iş üzrə mübahisəli yeganə məsələ iddiaçının Naxçıvan Su Tikinti İdarəsində işləyərkən 1995, 1997-ci illərdə əməkhaqqı almaması və 1997-2001-ci illərə dair əməkhaqqı cədvəllərinin arxivə verilməməsi ilə bağlıdır. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatlarının mötəbərliyi qəbul edilir. Belə ki, iddiaçının 1997-2001-ci illərə dair işlədiyi illərin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini öz-özlüyündə aradan qaldırmır. Belə ki, cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü xx.xx.2006-cı ilədək mövcud olduğundan həmin tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının tələblərinə münasibətdə həll edilməli və cavabdehin dəlilləri də həmin Qanunun müddəaları əsasında təhlil olunmalıdır. Çünki “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimləmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir və əmək kitabçası üzrə 25 ildən artıq sığorta stajının olması müəyyən olunmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələlər məhkəmə tərəfindən əsassız hesab edildiyindən cavabdehin imtinası əsassız hesab edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin 23 yanvar 2023-cü il tarixli, 02 nömrəli qərarı ləğv edilməli, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin 23 yanvar 2023-cü il tarixli, 02 nömrəli qərarı ləğv edilir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar