Məhkəmə qərarları › İş №2-1(122)-259/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-259/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-259/2025 06.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” statusunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı, xx.xx.2N0-ci il tarixdə (Vətən müharibəsi başladığı vaxt) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində Texniki Xidmət Şöbəsində hidravik mexanik kimi döyüş bölgəsinə qrupla birlikdə ezam olunmuşdur. Vətən müharibəsində Cəbrayıl rayonu, Daşkəsən dağtumas, Daş veysəlli, Havisli kəndi, Qubadlı rayonu Balasoltanlı, Xanlıq, Padar, Aşağı mollu kəndində, Füzuli rayonunun Kənd horadiz, Seyidəhmədli, Aşağı Əbdürəhmanlı, Füzuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı şəhərinin Çanaqçı, Daşaltı Sığnaq kəndlərində Xocavənd rayonunu Tuğ, Tağlar kəndlərində və Şuşa şəhərində sıradan çıxmış texnikanın bərpa olunmasında iştirak etmişdir. Bu N №-li hərbi hissənin komandiri Qərərgah Rəisinin verdikləri arayışda təsdiqini tapmışdır. Əlavə olaraq N №-li hərbi hissənin N avqust 20N-ci il tarixdə 17/1204 №-li arayışından göründüyü kimi Vətən müharibəsi zamanı döyüş bölgəsinə cəlb olunmuş, həmin ərazilərdə mühəndis texnikalarını yerində təmirini bərpasını icra etmişdirlər. Texnikanı döyüş hazırlığı vəziyətində saxlanılmasını təmin etmişdirlər. N №-li hərbi hissə tərəfindən təqdim edilmiş N yanvar 2N3-cü il tarixli, N nömrəli arayışında öz əksini tapmışdır. 27 sentyabr 2N0-ci il tarixdən 10 noyabr 2N0-ci il tarixədək gedən döyüş əməliyatlarında iştirak etmişdir. Texnikanı yaxşı təmir etdiyi üçün hərbi hissələrin komandirləri tərəfindən fəxri fərmanlar və təşəkkürnamələr almışdır. Döyüş vaxtı texnikanı (və ya mühəndis qurğuların) döyüşdən çıxardıb döyüş gedən ərəfədə təmir edib döyüşə qaytarmaq çətin və məsulliyətli işdir. Erməni atıcı texnikalarının və ya atıcı silahlarının atəşi zamanı texnikaların çıxarılması, yenidən döyüşə qaytarılması ağır bir işdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən ona “müharibə veteranı” statusunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuşdur. 14 oktyabr 2N4-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək “ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 12 dekabr 2N4-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbini dəqiqləşdirirərək iddia tələbinə "ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbi” kimi baxılaraq qərar qəbul edilməsini xahiş edərək bu barədə yazdığı 12 dekabr 2N4-cü il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 12 dekabr 2N4-cü il tarixli, 2-1(1N)-965/2N4 nömrəli qərardadı ilə İddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaçının tələbinə yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəməyə 17 dekabr 2N4-cü il tarixli, 3-25-4/2-8N6/2N4 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, aşağıdakı səbəblərə görə tələb təmin edilə bilməz: Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının xx.xx.2N4-cü il tarixli, 2/2-1777 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçının, təqdim olunmuş arayış-məlumata əsasən 44 günlük Vətən Müharibəsi dövründə N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində vəzifə borclarını yerinə yetirdiyinə dair məlumatlar qeyd edilmişdir, ... Əsasnamənin 10-cu və N-ci abzaslarında qeyd edilən ərazilərdə maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsinə görə iştirakı müvafiq sənədlərlə təsdiqlənmədiyinə görə, ona “müharibə veteranı”adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Yuxarıda qeyd olunmuş Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9cu yarımbəndinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N0-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı”adı verilir. Yuxarıda qeyd olunanları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 06 fevral 2N5-ci il tarixə təyin olunmuşdur. İddiaçı “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuş 05 fevral 2N5-ci il tarixli ərizə göndərərək üzrlü səbəbdən 06 fevral 2N5-ci il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəməyə 01 may 2N4cü il tarixli, 3-25-4/2-2589/2N4 nömrəli məktub göndərərək AR İPM-nin 62.3-cü maddəsini rəhbər tutaraq məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 12 fevral 2N4-cü il tarixli, 2/2-1777 nömrəli məktubdan məlum olur ki, ona “müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2N3-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Məlumat üçün bildirilir ki, təqdim edilmiş arayışlardan görünür ki, “Vətən müharibəsi” zamanı döyüş əməliyyatlarının aparıldığı dövrdə N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikalarının yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanmasını təmin edərək texniki xidmət göstərmişdir. N nömrəli hərbi hissənin N avqust 20N-ci il tarixli, 17/1204 nömrəli arayışdan görünür ki, “Vətən müharibəsi” zamanı döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanmasını təmin etmiş, N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş N yanvar 2N3-cü il tarixli N nömrəli arayışdan görünür ki, 27 sentyabr 2N0-ci il tarixdən 10 noyabr 2N0-ci il tarixədək “Vətən müharibəsi”ndə Cəbrayıl rayonunun Daşkəsən, Dağ-tumas, Dağ veysəlli, Havıslı kəndlərində, Qubadlı rayonunun Balasoltanlı, Xanlıq, Padar, Aşağı Mollu kəndlərində, Füzuli rayonunun Kənd Horadiz, Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Füzuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı rayonunun Çanaqçı, Daşaltı, Sığnaq kəndlərində, Xocavənd rayonunun Tuğ, Tağlar kəndlərində və Şuşa şəhərində olan sıradan çıxmış mühəndis texnikalarının təmir və bərpa olunmasında iştirak etmişdir. N və N nömrəli hərbi hissələrə ezamiyyətə gəlmələri və ezamiyyətdən qayıtmaları barədə müvafiq əmrlərdən çıxarışlar təqdim edilməmişdir. Sadalananlar nəzərə alaraq, habelə təqdim edilmiş sənədlərdə həmin şəxslərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin N sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə və döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirməsində iştirakı müvafiq əmrlərlə (əmrlərdən çıxarışlar) təsdiqlənməmişdir. Bu Əsasnamənin tələblərinə uyğun olaraq, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. - xx.xx.2N0-ci il tarixli, 18 nömrəli satınalma müqaviləsinə əsasən (Əsas: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçılarının Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin N fevral 2N0-ci il tarixli, 08/52m nömrəli məktubu) bu müqaviləni Müdaiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi (sifarişçi) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) bağlamışdırlar. Müqavilənin predmetini Müdafiə Nazirliyinin hərbi hissələrin balansında olan mühəndis texnikasına texniki baxışın keçirilməsi, onlara servis xidmətinin göstərilməsi və təmir işlərinin aparılması (bundan sonra “servis xidməti” adlandırılacaq) təşkil edir. Tərəflər təsdiq edirlər ki, sifarişçi servis xidmətinin göstərilməsi üçün icraçının 500 000.0 (büş yüz min) manat məbləğində təklifini qəbul etmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 283/1 və 398 nömrəli ezamiyyət vəsiqələrinin surətindən görünür ki, (Texniki xidmət şöbəsinin: Hidravlik mexaniki) İddiaçı xx.xx.2N0-ci il tarixdən xx.xx.2N0-ci il tarixədək, xx.xx.2N0-ci il tarixdən xx.xx.2N0-ci il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Grand Motor company QSC-nin arasında bağlanmış 18 saylı müqaviləyə əsasən texniki xidmətin göstərilməsi məqsədilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Beyləqan, Ağcabədi bölgələrinə ezam olunmuşdur. - SX seriyalı, ******* nömrəli hərbi biletin 21-ci səhifəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Vətən müharibəsi dövründə (xx.xx.2N0-ci ildən xx.xx.2N0-ci il tarixədək) döyüş əməliyyatları gedən ərazilərdə xx.xx.2N0-ci ildən xx.xx.2N0-ci il tarixədək N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikalarının yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanılmasını təmin edərək texniki xidmət göstərmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N iyun 20N-ci il tarixli, 315 nömrəli arayışın təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı, 44 günlük “Vətən Müharibəsi” dövründə xx.xx.2N0-ci ildən xx.xx.2N0 tarixinədək N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikaların yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanmasını təmin edərək texniki xidmət göstərmişdir. Arayışın qeyd hissəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Grand Motor company QSCnin arasında bağlanmış 18 saylı müqaviləyə əsasən N nömrəli hərbi hissənin balansında olan ekskovator, buldozer və təkərli yükləyicilərin daim saz vəziyyət saxlanması və yerində (döyüş əməliyyatları gedən ərazilərdə) təmirinin texniki xidmətinin göstəririlməsini təmin edildiyi göstərilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 23 sentyabr 20N-ci il tarixli, 0654 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2N1-ci il tarixədək Texniki Xidmət Şöbəsində hidravlik köməkçisi vəzifəsində çalışmış İddiaçı xx.xx.2N0-xx.xx.2N0, xx.xx.2N0-xx.xx.2N0, xx.xx.2N0-xx.xx.2N0, xx.xx.2N0xx.xx.2N0-ci il tarixlərdə döyüş bölgələrinə ezam olunaraq həmin ərazilərdə Mühəndis Qoşunları İdarəsinin balansında ki texnikalarının yerində servisi yerinə yetirmiş və texnikaların saz vəziyyətə saxlanılmasını təmin etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N dekabr 20N-ci il tarixli, 655 nömrəli arayış-məlumatın təsdiq edilmiş surətindən aydın olur ki, hidravlik mexanik vəzifəsində çalışmış İddiaçı döyüş əməliyyatları aparılan zaman (14.10.- xx.xx.2N0-ci il tarixlərdə) döyüş gedən bölgələrə ezam olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N yanvar 2N3-cü il tarixli, 23 nömrəli arayışın təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı xx.xx.2N0-ci il tarixdən xx.xx.2N0-ci il tarixədək "Vətən” müharibəsində Cəbrayıl rayonunun Daşkəsən, Dağ-tumas, Daş veysəlli, Havıslı kəndlərində, Qubadlı rayonunun Balasoltanlı, Xanlıq, Padar, Aşağı mollu kəndlərində, Fizuli rayonunun Kənd horadiz, Seyidəhmədli, Aşağı Əbdürəhmanlı, Fizuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı rayonunun Çanaqçı, Daşaltı, Sığnaq kəndlərində, Xocavənd rayonun Tuğ, Tağlar kəndlərində və Şuşa şəhərində olan sıradan çıxmış mühəndis texnikalarının təmir və bərpa olunmasında iştirak etmişdir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1994-cü il tarixdə doğulmuşdur. - ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-də işləyir. - Xəzər rayon İcra Hakimiyyətinin Binə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2N4-cü il tarixli, 680 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yaşayır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş fəxri fərmanlardan məlum olur ki, İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpası, “Demir Yumruq” əməliyyatı və Vətən Müharibəsində “Ordu Xalq, Xalq Ordu” birliyi devizi altında hərbi hissənin ictimai və həyati fəaliyyətlərində yaxından iştirak etdiyinə görə təltif olunur. - N nömrəli hərbi hissənin komandiri tərəfindən tərtib edilmiş “X7” QSC-nin əməkdaşlarının Vətən Müharibəsi zamanı döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasının təmin etmələri haqqında xx.xx.20N-ci il tarixli, 1484 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, “X7” QSCnin əməkdaşları, baş mexanik X3, böyük elektrik X4, mexanik-hidravlik İddiaçı, mexanik çilingər Qarayev Arzu ilyas oğlu, 44 gün davam edən Vətən Müharibəsi zamanı (27.09xx.xx.2N0-ci il) döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdirlər. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N avqust 20N-ci il tarixli, 17/1206 nömrəli arayışın təsdiq edilmiş surətindən aydın olur ki, “X7" QSC-nin əməkdaşı, mexanik-hidravlik vəzifəsin çalışan İddiaçı 44 gün davam edən Vətən Müharibəsi zamanı (27.09-xx.xx.2N0-ci il) döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilər mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş N iyun 2N4-cü il tarixli, 3-25-N/2-970/2N4 nömrəli məktubdan aydın olur ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirliyi ilə "xxxx" arasında bağlanmış xx.xx.2N0-ci il tarixli 18 nömrəli satınalma müqaviləsinə əsasən 44 günlük Vətən müharibəsi zamanı döyüş bölgələrində sıradan çıxmış və təmirə ehtiyacı olan mühəndis texnikalarının yerində təmir işlərini görmüş və bu haqda N nömrəli hərbi hissədə akt tərtib olunaraq vətəndaş Ə.Ə Qasımova təqdim olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 iyul 2N4-cü il tarixli, 3-25-2/2-Q-81xx-xx/2N4 nömrəli məktubdan aydın olur ki, vətəndaş İddiaçı barəsində “Grand Motors" tərəfindən daxil olmuş sənədlərə komissiyanın xx.xx.2N3-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 19 iyun 2N4-cü il tarixli, 242 nömrəli məktubla göndərilmiş 07 iyun 2N4-cü il tarixli, 990 nömrəli aktdan məlum olur ki, “X7” QSC-nin əməkdaşı hidravlik-mexanik İddiaçı 44 gün davam edən Vətən Müharibəsi zamanı (27.09xx.xx.2N0-ci il) Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdir. Təqdim olunan sənədlərə əsasən və aktda qeyd olunan hərbi qulluqçuların şahidliyi təsdiq edir ki, yuxarıda adı qeyd olunan vətəndaş 44 gün davam edən Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa, Qubadlı və Zəngilan istiqamətlərində mühəndis texnikalarının yerində təmirini, bərpasını təmin etmiş və vəzifə borcunu tam şəkildə yerinə yetirmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 09 sentyabr 2N4-cü il tarixli, 3-25-4/2-5551/24 nömrəli məktubdan aydın olur ki, Azərbaycan Ordusunun "Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 7-ci maddəsinə əsasən Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: - 1-ci hissəsinin onuncu abzasına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N0-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N0-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. - 1-ci hissəsinin on birinci abzasına əsasən 2N0-ci il sentyabrın 27-dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. - 1-ci hissəsinin ikinci bəndinin birinci abzasına əsasən bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. - 1-ci hissəsinin ikinci bəndinin dördüncü abzasına əsasən Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - N.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - N.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında və ya döyüş əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarında iştirakı faktının mövcudluğu araşdırılmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqlarında döyüş aparılan ərazilərdə iştirakı faktı təsdiq olunmaqla, iddiaçının təminata götürüldüyü hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı qeyd edilən ərazilərə ezam olunmaqla texnikaların yerində (döyüş aparılan ərazilərdə) təmirini və saz vəziyyətdə saxlanmasını təmin etmişdir. İş materiallarından aydın olur ki, İddiaçı döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissəyə ezam edilərək (yuxarıda göstərilən ezamiyyə vərəqələrinə əsasən) xx.xx.2N0-ci il tarixdən xx.xx.2N0-ci il tarixədək "Vətən” müharibəsində Cəbrayıl rayonunun Daşkəsən, Dağ-tumas, Daş veysəlli, Havıslı kəndlərində, Qubadlı rayonunun Balasoltanlı, Xanlıq, Padar, Aşağı mollu kəndlərində, Fizuli rayonunun Kənd horadiz, Seyidəhmədli, Aşağı Əbdürəhmanlı, Fizuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı rayonunun Çanaqçı, Daşaltı, Sığnaq kəndlərində, Xocavənd rayonun Tuğ, Tağlar kəndlərində və Şuşa şəhərində olan sıradan çıxmış mühəndis texnikalarının təmir və bərpa olunmasının həyata keçirilməsində iştirak edərək Mühəndis Qoşunları İdarəsinin balansındakı texnikalarının yerində servisi yerinə yetirmiş və texnikaların saz vəziyyətdə saxlanmasını təmin etmiş və müvafiq hərbi hissələr tərəfindən Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpası, “Dəmir Yumruq” əməliyyatı və Vətən Müharibəsində “Ordu Xalq, Xalq Ordu” birliyi devizi altında hərbi hissənin ictimai və həyati fəaliyyətlərində yaxından iştirak etdiyinə görə fəxri fərmanlarla təltif edilmişdir. Eyni zamanda İddiaçı məxsus hərbi biletdə qeyd olunmuşdur ki, Vətən Müharibəsi dövründə (xx.xx.2N0-ci ildən xx.xx.2N0-ci il tarixədək) döyüş əməliyyatları gedən ərazilərdə N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikaların yerində bərpası, təmiri və daimi saz vəziyyətdə saxlanmasını təmin edərək texniki xidmət göstərmişdir. (Əsas: N №-li h/h-nin xx.xx.20N-ci il tarixli, 315 nömrəli arayışı) N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 19 iyun 2N4-cü il tarixli, 242 nömrəli məktubla göndərilmiş 07 iyun 2N4-cü il tarixli, 990 nömrəli aktdan məlum olur ki, “X7” QSC-nin əməkdaşı hidravlik-mexanik İddiaçı 44 gün davam edən Vətən Müharibəsi zamanı (27.09-xx.xx.2N0-ci il) Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdir. Təqdim olunan sənədlərə əsasən və aktda qeyd olunan hərbi qulluqçuların şahidliyi təsdiq edir ki, yuxarıda adı qeyd olunan vətəndaş 44 gün davam edən Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa, Qubadlı və Zəngilan istiqamətlərində mühəndis texnikalarının yerində təmirini, bərpasını təmin etmiş və vəzifə borcunu tam şəkildə yerinə yetirmişdir. N nömrəli hərbi hissənin komandiri tərəfindən tərtib edilmiş xx.xx.20N-ci il tarixli, 1484 nömrəli aktda qeyd olunur ki, “X7” QSCnin əməkdaşları, Baş mexanik X3, böyük elektrik X4, mexanik-hidravlik İddiaçı, mexanik çilingər Qarayev Arzu ilyas oğlu, 44 gün davam edən Vətən Müharibəsi zamanı (27.09-xx.xx.2N0-ci il) döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdirlər. Təqdim olunan sənədlərə əsasən və aktda qeyd olunan hərbi qulluqçuların şahidliyi təsdiq edir ki, yuxarıda adları qeyd olunan vətəndaşlar 44 gün davam edən Vətən Müharibəsi zamanı döyüş bölgələrində mühəndis texnikalarının yerində təmirini və bərpasını təmin etmiş və vəzifə borclarını tam şəkildə yerinə yetirmişdilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N iyun 20N-ci il tarixli, 315 nömrəli arayışın təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı, 44 günlük “Vətən Müharibəsi” dövründə xx.xx.2N0-ci ildən xx.xx.2N0 tarixinədək N nömrəli hərbi hissənin balansında olan mühəndis texnikaların yerində təmiri, bərpası və daim saz vəziyyətdə saxlanmasını təmin edərək texniki xidmət göstərmişdir. Arayışın qeyd hissəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Grand Motor company QSCnin arasında bağlanmış 18 saylı müqaviləyə əsasən N nömrəli hərbi hissənin balansında olan ekskovator, buldozer və təkərli yükləyicilərin daim saz vəziyyət saxlanması və yerində (döyüş əməliyyatları gedən ərazilərdə) təmirinin texniki xidmətinin göstərilməsini təmin edildiyi göstərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2N4-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart 2N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı xx.xx.2N0-xx.xx.2N0-ci illərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikalarının yerində təmirini, bərpasını icra etmiş və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılmasını təmin etmişdir. İddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması haqqında məlumat mövcud olmaqla, hərbi xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumatlar yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Şərh edilən hallar iddiaçının adının “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına mane olmur. Qeyd olunan qanun normalarında təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunduğundan, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilər. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar