Məhkəmə qərarları › İş №2-1(122)-26/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-26/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-26/2022 15.07.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı1, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Şahbuz Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı, JN- 0066, KOD 10502018 nömrə ilə qeydə alınmış torpaq sahəsi yerində dəqiqləşdirmə aparmaqla yerində müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Vəkil ilə birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı, JN-0066, KOD 10502018 nömrə ilə qeydə alınmış torpaq sahəsi yerində dəqiqləşdirmə aparmaqla yerində müəyyən olunması öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. 22 dekabr 2021-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı3 hüquqlarını bilmədiklərinə görə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddiaçılar İddiaçı1 və İddiaçı4 ilə birgə iddia qaldırdıqlarını, hazırki iş üzrə iddiaçılar sırasından çıxarılmalarına etirazlarının olmadığını bildirib, bu barədə yazdıqları 22 dekabr 2021-ci il tarixli ərizəni məhkəməyə təqdim etmişdirlər. Məhkəmənin 22 dekabr 2021-ci il tarixli protokol qərarına əsasən İddiaçı2 və İddiaçı3 iddiaçılar sırasından çıxarılmaları qərara alınmışdır. Bundan sonra işin hazırlıq icraatı davam etdirilərək hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 15 iyul 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Şahbuz Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı, JN-0066, KOD 10502018 nömrə ilə qeydə alınmış torpaq sahəsi yerində dəqiqləşdirmə aparmaqla yerində müəyyən olunması barədə iddia qaldırıldığını, torpaq sahələrinə yerində baxış keçirilərək dövlət aktına uyğun olaraq yerinin müəyyən olunduğunu, torpaq sahələrinin ərazilərinin ona göstərildiyini, qeyd olunan ərazilərlə razılaşdığını, tələbinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən təmin edildiyini bildirərək, iddia tələbi təmin edildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə yazdığı 15 iyul 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının dediklərini təsdiq etdiyini, iddiaçının tələbinin cavabdeh inzibati orqan tərəfindən təmin edildiyini bildirərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iddiaçılar İddiaçı1 və İddiaçı4 tərəfindən cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Şahbuz Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı, JN-0066, KOD 10502018 nömrə ilə qeydə alınmış torpaq sahəsi yerində dəqiqləşdirmə aparmaqla yerində müəyyən olunması barədə iddia qaldırıldığını, məhkəmə iclasında onun vəsatətinə əsasən müddət verildiyini, həmin müddətdə torpaq sahələrinə yerində baxış keçirilərək ərazilərin müəyyən edildiyini, iddiaçılara göstərildiyini, iddiaçıların həmin ərazilərlə razılaşdıqlarını bildirərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-də iş üzrə icraata xitam verilməsinin hüquqi əsasları 39.3, 55.5 və 67.3-cü maddələri ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Hazırki işin hallarından, tərəflərin məhkəmədəki izahatlarından və təqdim edilmiş ərizədən də görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıların tələbi təmin edilmiş və mübahisə məhkəmədənkənar həll edilmişdir. Buna görə də hazırki vəziyyətdə iddiaçının heç bir tələbi yoxdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıların tələbi təmin edildiyi və hazırda heç bir tələb mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına İPM-in 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Şahbuz Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı, JN- 0066, KOD 10502018 nömrə ilə qeydə alınmış torpaq sahəsi yerində dəqiqləşdirmə aparmaqla yerində müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar