Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-26/2025 25.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X6 Heydər oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının hüquqi varisi X1 və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı hüquqi varisi X1 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “qanunsuz və əsassız olaraq sökülmüş Naxçıvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 16.60 kvadrat metrlik ərzaq mağazasının sökülməsi nəticəsində dəymiş zərərin və kompensasiyanın ödənilməsi üçün cavabdeh qarşısında öhdəlik qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq sökülmüş Naxçıvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 16.60 kvadrat metrlik ərzaq mağazasının sökülməsi nəticəsində dəymiş zərərin və kompensasiyanın ödənilməsi üçün cavabdeh qarşısında öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesi gedişində iddiaçı öldüyündən məhkəmənin 18 oktyabr 2023-cü il tarixli, 2-1(122)-600/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “qanunsuz və əsassız olaraq sökülmüş Naxçıvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 16.60 kvadrat metrlik ərzaq mağazasının sökülməsi nəticəsində dəymiş zərərin və kompensasiyanın ödənilməsi üçün cavabdeh qarşısında öhdəlik qoyulması tələbi”nə dair inzibati işin icraatı hazırki iş üzrə vərəsəliyə dair məsələ (hüquqi varisi ilə əvəz etmə) həll olunanadək dayandırılmışdır. Naxçıvan “Asan xidmət" Mərkəzində Notariat ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21 fevral 2025-ci il tarixli, 265/2025 nömrəli məktubla mərhum İddiaçı vəfatı ilə əlaqədar miras əmlakın qəbulu ilə bağlı xx.xx.2023-cü il tarixdə qızı X1 müraciət etdiyi bildirilmişdir. Bundan sonra məhkəmənin 13 mart 2025-ci il tarixli, 2-1(122)-26/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “qanunsuz və əsassız olaraq sökülmüş Naxçıvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 16.60 kvadrat metrlik ərzaq mağazasının sökülməsi nəticəsində dəymiş zərərin və kompensasiyanın ödənilməsi üçün cavabdeh qarşısında öhdəlik qoyulması tələbi"nə dair inzibati iş üzrə icraatın təzələnməsi və İddiaçı qanun üzrə vərəsəsi-X1 hüquqi varis qismində tanınıb məhkəmə icraatına buraxılması qərara alınmış, hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 25 aprel 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisi X2 qanunsuz və əsassız olaraq sökülmüş Naxçıvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 16.60 kvadrat metrlik ərzaq mağazasının sökülməsi nəticəsində dəymiş zərərin və kompensasiyanın ödənilməsi üçün cavabdeh qarşısında öhdəlik qoyulması barədə iddia qaldırdıqlarını, cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə məhkəmədən kənar razılıq əldə edildiyindən iddia tələbindən imtina etdiyini, iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirib, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş və bu barədə yazdığı 25 aprel 2025-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 iddiaçının hüquqi varisinin iddiadan imtina barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddiaçının hüquqi varisinin ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı hüquqi varisi X1 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “qanunsuz və əsassız olaraq sökülmüş Naxçıvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 16.60 kvadrat metrlik ərzaq mağazasının sökülməsi nəticəsində dəymiş zərərin və kompensasiyanın ödənilməsi üçün cavabdeh qarşısında öhdəlik qoyulması tələbi"nə dair iş üzrə iddiaçının hüquqi varisi X1 ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının hüquqi varisi X1 25 aprel 2025-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı hüquqi varisi X1 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “qanunsuz və əsassız olaraq sökülmüş Naxçıvan şəhərinin M.Ə.Rəsulzadə küçəsində yerləşən 16.60 kvadrat metrlik ərzaq mağazasının sökülməsi nəticəsində dəymiş zərərin və kompensasiyanın ödənilməsi üçün cavabdeh qarşısında öhdəlik qoyulması tələbi"nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçının hüquqi varisinə izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-26/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-26/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver