Məhkəmə qərarları › İş №2-1(122)-262/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-262/2022

05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-262/2022 05.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, cavabdeh Culfa rayon Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ünvan 1 qarşı "ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdeh Culfa rayon Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, işin hazırlıq icraatına başlanaraq hazırlıq iclası 05 noyabr 2022-ci il tarixə təyin edilmiş və məhkəmənin 20 oktyabr 2022-ci il tarixli, 2-1(122)-262/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəməyə 30 oktyabr 2022-ci il tarixli ərizə göndərərək maddi imkanı olmadığına görə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəməyə 05 noyabr 2022-ci il tarixli ərizə göndərərək Culfa Rayon İcra Hakimiyyətinin Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı ərizəyə cavab verilməsi öhdəliyinin qoyulması tələbi ilə məhkəmədə iddia qaldırdığını, Dizə kənd İcra nümayəndəsi E.Hüseynovun imzası ilə xx.xx.2022-ci il tarixdə, saat 1730-da cavab aldığını bildirərək, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Həmin ərizəyə əlavə edilmiş Culfa Rayon İcra Hakimiyyətinin Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Culfa şəhəri, M.Hüseynzadə küçəsi, bina 30, ev 17-də yaşayan İddiaçı ünvanlanan 04 noyabr 2022-ci il tarixli, 15 nömrəli məktubdan görünür ki, mövsumi quraqlıqla əlaqədar olaraq suvarma suyu olmadığı üçün suvama suyu ilə bağlı heç bir qrafik yoxdur. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında cavabdeh Culfa rayon Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin nümayəndəsi X2 İddiaçı 04 noyabr 2022-ci il tarixdə müraciəti üzrə cavab verildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 04 noyabr 2022-ci il tarixli, 15 nömrəli məktubunu, məktubun göndərilməsini təsdiq edən poçt qəbzini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-də iş üzrə icraata xitam verilməsinin hüquqi əsasları 39.3, 55.5 və 67.3-cü maddələri ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının tələbi və hüquqi marağı onun tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılması ilə bağlıdır. Hazırki işin hallarından, cavabdehin nümayəndəsinin məhkəmədəki izahatından, məhkəməyə təqdim etdiyi sübutlardan və iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 05 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Belə ki, iddiaçının ərizəsinə əlavə etdiyi sənədlər bunu bir daha sübut edir. Bu da onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edilmiş və mübahisə məhkəmədənkənar həll edilmişdir. Buna görə də hazırkı vəziyyətdə iddiaçının heç bir tələbi yoxdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi təmin edildiyi və hazırda heç bir tələb mövcud olmadığı üçün hazırkı vəziyyətdə işin icraatına İPM-in 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh ünvan 1 qarşı "ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar