Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-262/2025 17.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X12 Heydər oğlunun sədrliyi, X13 oğlunun katibliyi, iddiaçı Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh Bağırova (Abdullayeva) Həqiqət Cəlil qızına qarşı “Bağırova (Abdullayeva) Həqiqət Cəlil qızına xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz olaraq təyin edimiş yaşa görə əmək pensiyasına əsasən ümumilikdə 31.625.95 (otuz bir min altı yüz iyirmi beş manat doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: iddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1966-cı il tarixində anadan olmuş, Babək Rayonu, Nehrəm kəndində yaşayan Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızına Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 19 iyun 2005-ci il tarixli, 352 nömrəli qərarına əsasən 01.01 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-61-ci maddələrinə müvafiq olaraq xx.xx.2005-ci il tarixdən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızına məxsus AT-Vİ seriyalı, ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən, o, xx.xx.1985-ci il tarixdən xx.xx.2005-ci il tarxədək (20 il 3 ay 13 gün) Babək Rayon Peşə məktəbində istehsalat təlim ustası vəzifəsində işləmişdir. Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 tərəfindən daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma aparılaraq pensiya təyinatı ilə əlaqədar bir sıra qanun pozuntusuna yol verildiyi aşkar edilmişdir. Audit Şöbəsi tərəfindən vətəndaş Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızının əmək kitabçası araşdırılarkən bəzi pozuntular aşkarlanmışdır. Belə ki, xx.xx.1985ci il tarixdə Nehrəm Texniki peşə məktəbinə istehsalat təlim ustası olaraq işə daxil olmuş, xx.xx.2005-ci il tarixdə isə həmin peşə məktəbindən azad edilmişdir. Lakin həm işə daxil olarkən, həm də işdən azad edilərkən əmək kitabçasında əks olunan möhür latın qrafikalı olmuşdur. Lakin 1985-ci ildə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı möhürlərin istifadəsi mümkün deyildir. Bundan başqa Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızının əmək kitabçasında qeyd olunmuş 1985-2005-ci illərdəki əmək fəaliyyəti həmin məktəbin digər sənədlərində (əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri) öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızına xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümümilikdə 31.625,95 (otuz bir min altı yüz iyirmi beş manat, doxsan beş qəpik) manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızına xx.xx.2005ci il tarixdən 01,07.2023-cü il tarixədək ümümilikdə 31.625,95 (otuz bir min altı yüz iyirmi beş manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bağırova (Abdullayeva) Həqiqət Cəlil qızının iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. 01 avqust 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinə “Bağırova (Abdullayeva) Həqiqət Cəlil qızına xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz olaraq təyin edimiş yaşa görə əmək pensiyasına əsasən ümumilikdə 31.625.95 (otuz bir min altı yüz iyirmi beş manat doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması” çərçivəsində baxılmasını xahiş etmişdir. Məhkəmənin 01 avqust 2024-cü il tarixli protokol qərardadı ilə dəyişdirilmiş tələbi icraata qəbul edilmişdir. Məhkəmənin 01 noyabr 2024-cü il tarixli, 2-1(122)-972/2024 nömrəli qərardadı ilə Bağırova (Abdullayeva) Həqiqət Cəlil qızına Babək Rayon Əhalinin Sosial Müdafisəi Mərkəzinin xx.xx.2005-ci il tarixli, 352 saylı Qərarı ilə təyin edilmiş əmək pensiyasının “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq iddiaçı tərəfindən yenidən araşdırılaraq, inzibati icraat aparılması üçün iddiaçı inzibati orqana 1 (bir) ay müddət təyin edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 17 iyun 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ X10 tərəfindən Babək rayonu, Nehrəm kənd sakini Cavabdeh ünvanlanmış 16 noyabr 2023-cü il tarixli, 33 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə Fondun Babək rayon şöbəsi tərəfindən təyin olunmuş yaşa görə əmək pensiyası əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə zidd olaraq aparıldığından Cavabdeh təyin olunmuş pensiya xx.xx.2023-cü il tarixdən Fondun Babək rayon şöbəsi tərəfindən dayandırılmışdır. - Babək rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 iyun 2024-cü il tarixli, 22 nömrəli məktubdan məlum olur ki, Babək rayon Peşə məktəbinin sənədləri Babək Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, vətəndaş Bağırova (Abdullayeva) Həqiqət Cəlil qızının 1985-2005-ci illərdə Babək rayon Peşə məktəbində istehsalat təlim ustası vəzifəsində işləməsi haqqında Babək Rayon Dövlət Arxivində məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 iyul 2024-cü il tarixli, 02/649 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Babək rayon Texniki Peşə məktəbinin əmr və əməkhaqqı kitabları 1997-2008-ci illəri əhatə edir. Babək rayon Texniki Peşə məktəbinin 1997-2005-ci illərə aid əmr və əməkhaqqı kitablarında Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızının işləməsi və əməkhaqqı alması barədə məlumata rast gəlinmədi. - Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 iyul 2024-cü il tarixli, 3-17-9-1/2-5689/2024 nömrəli məktubdan məlum olur ki, Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızına 2005-ci il 19 iyun tarixdə Fondun Babək rayon şöbəsi tərəfindən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinə müvafiq olaraq xidmət illərinə görə əmək pensiyası təyin olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan 1985-ci il 1 fevral tarixdən 2005-ci il 14 may tarixədək Babək rayon Peşə məktəbində müəllim işləməsi faktı Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində aparılmış yoxlama zamanı öz əksini tapmamışdır. Nəticədə, Cavabdeh 2005-ci il 19 iyun tarixdə təyin olunmuş xidmət illərinə görə əmək pensiyasının ödənişi 2023-cü il 1 iyul tarixdən dayandırılmış və ona 31 625,95 manat (otuz bir min altı yüz manat qırx altı qəpik) əsassız pul vəsaiti ödənildiyi məlum olmuş və əsassız ödənilmiş vəsaitin geri qaytarılması barədə Cavabdeh 2023-cü il 16 noyabr tarixli, 33 nömrəli bildiriş ünvanlanmışdır. - Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 avqust 2024-cü il tarixli, 3-17-9-1/2-7752/2024 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh Bağırova (Abdullayevə) Fləqiqət Cəlil qızına qarşı “Bağırova (Abdullayevə) Fləqiqət Cəlil qızına xx.xx.2005-ci il tarixdən 01,07.2023-cü il tarixədək qanunsuz olaraq təyin edimiş yaşa görə əmək pensiyasına əsasən ümumilikdə 31.625,95 (otuz bir min altı yüz iyirmi beş manat doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılması tələbi"nə dair Babək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən cavabdeh Bağırova (Abdullayevə) Fləqiqət Cəlil qızına pensiya təyin edilməsi ilə bağlı 19 iyun 2005-ci il tarixli qərarında aşağıda soyadları qeyd edilənlərdən S.Mehtiyevin, F.Əliyevin, Ə.Əsgərovun, A.Novruzovun və M.Seyidovun anket məlumatlarından yalnız X6 anket məlumatları iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 avqust 2024-cü il tarixli, 3-17-9-1/2-8260/2024 nömrəli məktubdan məlum olur ki, Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızına 2005-ci il 9 iyun tarixdə Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən qeyd olunan Qanunun 60-cı maddəsinə müvafiq olaraq xidmət illərinə görə 32,80 manat əmək pensiyası təyin olunmuşdur. Qeyd olunan 32,80 manat pensiya məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən 2019-cu il 30 sentyabr tarixədək indeksləşdirilərək 176,38 manata, 2019-cu il 01 oktyabr tarixdən minimum pensiya məbləğinə 200 manata, 2020-ci il 01 yanvar tarixdə 16,6 faiz indeksləşdirilərək 233,20 manata, 2021-ci il 01 yanvar tarixdən 11,4 faiz indeksləşdirilərək 259,78 manata, 2022-ci il 01 yanvar tarixdən 3,4 faiz indeksləşdirilərək 268,61 manata, 2023-cü il 01 yanvar tarixdə 16,66 manat maddi yardım əlavə olunmaqla 14,7 faiz indeksləşdirilərək 327,27 manata çatdırılmış və pensiya ödənişinin dayandırıldığı 2023-cü il 01 iyul tarixdə aylıq pensiya məbləği 327,20 manat olmuşdur. Daha sonra Naxçıvan Muxtar Respublikası X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2021-ci il 01 yanvar tarixdən 2023-cü il 01 aprel tarixədək məcburi dövlət sosial sığortası vəsaitlərinin xərclənməsinin icrası vəziyyətinin auditi zamanı tərtib olunmuş 2023-cü il 09 iyun tarixli akta əsasən Cavabdeh AT-Vİ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan 1985-ci il 01 fevral tarixdən 2005-ci il 14 may tarixədək Babək Peşə məktəbində işləməsi faktı Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində aparılmış yoxlama zamanı öz əksini tapmamışdır. Nəticədə, Cavabdeh 2005-ci il 19 iyun tarixdə təyin olunmuş xidmət illərinə görə əmək pensiyasının ödənişi 2023-cü il 01 iyul tarixdən dayandırılmış və ona 31.625.95 manat (otuz bir min altı yüz iyirmi beş manat doxsan beş qəpik) əsassız pul vəsaiti ödənildiyi məlum olmuş, əsassız ödənilmiş vəsaitin geri qaytarılması barədə Cavabdeh 2023-cü il 16 noyabr tarixli, 33 nömrəli bildiriş ünvanlanmışdır. - Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 mart 2025-ci il tarixli, 3-17-9-1/2-2651/2025 nömrəli məktubdan məlum olur ki, Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı komissiyası tərəfindən Bağırova (Abdullayeva) Həqiqət Cəlil qızına aid 052175 nömrəli pensiya işi araşdırılmışdır. Bağırova (Abdullayeva) Həqiqət Cəlil qızına xidmət ilinə görə pensiya təyin olunan zaman əsas götürülən iş stajı yoxlanılmış və öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı komissiyasının 3 mart 2025-ci il tarixli 3-17-9-1/2-B- 2489/2025 nömrəli qərarı ilə Fondun Babək rayon şöbəsi tərəfindən Cavabdeh xidmət illərinə görə əmək pensiyası təyin olunması üçün qəbul edilmiş 19 iyun 2005-ci il tarixli 352 nömrəli qərar ləğv edilmiş və qərarın bir nüsxəsi Cavabdeh göndərilmişdir. - Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13 may 2025-ci il tarixli, 3-17-9-1/2-5493/2025 nömrəli məktubla Bağırova (Abdullayeva) Həqiqət Cəlil qızına təyin olunmuş əmək pensiyasının ödənişinin dayandırıldığı 1 iyul 2023-cü il tarixindən üç il əvvəlki dövr üzrə (xx.xx.2020-xx.xx.2023) ödənilmiş aylıq pensiya məbləğləri barədə məlumatlar iş materiallarına əlavə edilmişdir. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 1966-cı il tarixdə, Naxçıvan rayonu, Nehrəm kəndində doğulmuşdur. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.[26] 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 3/2023 nömrəli, xx.xx.2023-cü il tarixli***Qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə əvvəlcə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı cavabdehə xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanunsuz olaraq təyin edimiş yaşa görə əmək pensiyasına əsasən ümumilikdə 31.625.95 (otuz bir min altı yüz iyirmi beş manat doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin ondan tutularaq Fondun yığım hesabına geri qaytarılmasından ibarətdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 31.2-1-ci maddəsi nəzərdə tutur ki, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində, hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdə ümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər. Məhkəmə qeyd edir ki, qanunsuz inzibati aktın ləğvi onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. Belə ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olubolmamasından asılıdır. Hazırkı işin materiallarından müəyyən edilir ki, cavabdeh X2 məxsus əmək kitabçasında onun xx.xx.1985-ci il tarixdən, xx.xx.2005-ci il tarixədək (20 il, 03 ay, 13 gün) Naxçıvan MR Təhsil Nazirliyinin tabeliyində olan Babək Peşə Məktəbində “istehsalat təlim ustası” vəzifəsində işləmədiyi halda, işləməsi barədə (eyni vaxtda, eyni yazı xətti ilə) direktor S. İbrahimov tərəfindən qeyd aparılmışdır. Məhkəmə araşdırması nəticəsində əldə edilmiş Dövlət və Rayon Arxiv idarələrinin arayışlarından X1 Babək Rayon Texniki Peşə məktəbinin əmr və əmək haqqı kitablarında istehsalat təlim ustası işləməsi barədə hər-hansı məlumata rast gəlinməmişdir. Başqa sözlə, Dövlət və Rayon Arxiv idarələrindən daxil olmuş sorğuya cavab məktubuna diqqət edilsə aydın görünür ki, iddiaçının ümumiyyətlə, mübahisəli dövrdə qeyd edilən vəzifədə çalışdığı qeyd edilmir. Eləcə də, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsi tərəfindən cavabdehin həmin müəssisədə işləməsini təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmamışdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edilə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu baxımdan iddiaçının qeyd olunan müəssisədə işləmədiyi və sosial sığorta stajına malik olmadığı halda pensiyanın təyin olunmasının qanunsuz olduğunu bildiyi və ya ən azından bilməli olduğu halda onun etimad hüququnun qorunduğuna istinad edilə bilməz. Digər tərəfdən, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununun” 60-cı maddəsi tətbiq edilərək cavabdehə xx.xx.2005-ci il tarixdə pensiya təyin edilmiş və o, müəyyən dövr ərzində yaşa görə əmək pensiyası almışdır. Cavabdeh tərəfindən həmin müddət ərzində iddiaçıya ümumilikdə 31625.95 manat artıq ödəniş edilmiş, sonradan düzgün təyin edilməmiş pensiya ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması ilə bağlı qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin qaydaya görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırkı iş üzrə iddiaçıya əmək pensiyasının ödənilməsinin sadəcə cavabdehin təqsirli davranışına bağlı olduğunu deyil, eləcə də, inzibati orqanın təqsirli davranışına bağlı olduğunu, təyin edilmiş pensiyanın onun səhvi nəticəsində təyin olunduğunu və hazırkı iş üzrə pensiya məbləğinin artıq ödənilməsində tərəflərin həmməsuliyyətli (birgə məsuliyyət) olduqları nəzərə alınmalıdır. Bu mənada iş üzrə araşdırma zamanı həm də nəzərə almaq lazımdır ki, hər bir inzibati orqan (inzibati orqanın adından qərar qəbul edən vəzifəli şəxs) xidməti vəzifəsini yerinə yetirmək üçün zəruri səviyyədə hüquqi və administrativ biliklərə malik olmalıdır. Zəruri hüquqi biliklərə vəzifəli şəxsin qanunlar və digər normativ hüquqi, eləcə də normativ xarakterli aktlar, habelə yuxarı instansiya məhkəmələrinin təcrübəsi (qərarları) barədə bilikləri daxildir. İnzibati biliklərə isə yalnız dar mənada idarəçilik bilikləri deyil, müasir idarəçilik sistemi üçün xarakterik olan müvafiq biliklər toplusu aiddir. Vəzifəli şəxs özü zəruri biliklərə sahib olmadığı və buna ehtiyacın yarandığı hallarda müvafiq mütəxəssislərdən rəy almağa borcludur. Bu mənada vəzifəli şəxs qəbul edəcəyi qərarla bağlı inzibati icraatı tam və hərtərəfli aparmalı, qərarın qəbuluna ciddi yanaşmalı və bilikləri yetərli olmadığı hallarda ən azından təmsil etdiyi qurumun müvafiq əməkdaşları və ya digər inzibati orqanların mütəxəssisləri ilə məsləhətləşməlidir. Hazırkı mübahisəyə münasibətdə iddiaçı cavabdehə qeyri-qanuni pensiyanın təyin olunması ilə bağlı məsələni yoxlamaq məqsədi ilə yekun qərar qəbul etməzdən əvvəl müvafiq informasiyanı səlahiyyətli orqandan əldə etmək üçün kifayət qədər əsasa malik olmasına rəğmən, bununla bağlı tam və hərtərəfli araşdırma tələbini obyektiv olaraq yerinə yetirməmiş, iş üzrə şübhə doğuran sənədləri lazımi diqqət göstərərək araşdırmamışdir. Məlumatın əldə olunması üçün cavabdeh yalnız özündə olan sənədlərlə kifayətlənməli deyil, həm də pensiya təyinatının cavabdehdə mərkəzləşdirilməsinə qədər pensiya təyin etmək səlahiyyətinə malik olan müvafiq qurumlara da müraciət etməli idi. Məhkəmə qeyd edir ki, hətta cavabdehin təqsirli davranışı belə iddiaçını xidməti vəzifəsinə görə qanunun tələblərinə uyğun davranmaq və obyektiv hüquqa uyğun qərar qəbul etmək vəzifəsindən azad etmir. Belə ki, publik hakimiyyət funksiyalarını həyata keçirən vəzifəli şəxslər qanunauyğun davranışla bağlı xidməti öhdəlik daşıyırlar. Onlar vəzifələrini yerinə yetirdikləri və səlahiyyətlərindən istifadə etdikləri hakimiyyət orqanını obyektiv hüquqa uyğun təmsil etməyə borcludurlar. İddiaçının vurulmuş ziyanın qarşısını almaq və ya onu məhdudlaşdırmaq imkanına malik olduğu belə hallarda məsuliyyətin müəyyən olunması zamanı həmin fakt nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə də bu qayda tətbiq olunmalı, iddiaçının da məsuliyyət daşıdığı qəbul edilməli və bunun üzərindən həm iddiaçı, həm də cavabdeh həmməsuliyyətin subyekti kimi qiymətləndirilməlidir. Digər tərəfdən, cavabdehin də vurduğu ziyana görə həmməsuliyyətli oduğu nəzərə alınmalıdır. Qeyd edilənlərdən göründüyü kimi cavabdehə pensiya qismində mütəmadi pul ödəmələrinin aparılması təkcə cavabdehin təqsiri üzündən baş vermədiyi, həmçinin inzibati orqanın təqsirli davranışına bağlı olmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə inzibat icraat hüququnun yuxarıda istinad olunan müddəaları baxımından tərəflərin əmlak vəziyyəti tam qorunmağa layiq deyil. Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 13 may, 2025-ci il tarixli, 3-17-9-1/2-5493/2025-ci il tarixli cavab məktubundan görünür ki, Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızına təyin olunmuş əmək pensiyasının dayandırıldığı üç il əvvəlki dövr üzrə (xx.xx.2020-xx.xx.2023) ödənilmiş pensiya məbləğləri xx.xx.2020-ci il üzrə (xx.xx.2020 - xx.xx.2020 - 06 ay) 1399.20 manat, xx.xx.2021-ci il üzrə (12 ay) 3117.36 manat, 2022-ci il üzrə (12 ay) 3423.32 manat və 2023-cü il üzrə (xx.xx.2023 - xx.xx.2023 – 06 ay) 1963.20 manat təkil etmişdir. Bununla da, Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızına qanunsuz təyin edilmiş pensiya əsasında, son 36 ay ərzində ümumilikdə 9903.08 (doqquz min doqquz yüz üç manat, sıfır səkkiz qəpik) manat məbləğdə pul vəsaiti ödənilmişdir. Beləliklə, qeyd edilənlərin məcmusuna qiymət verməklə məhkəmə hesab edir ki, Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızına qanunsuz təyin edilmiş pensiya əsasında, son üç il (36 ay) ərzində ümumilikdə 9903.08 (doqquz min doqquz yüz üç manat, sıfır səkkiz qəpik) manat məbləğdə ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tərəfləri qeyri-mütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir. Odur ki, iddiaçı Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızına qarşı “cavabdehə xx.xx.2005-ci il tarixdən 01,07.2023-cü il tarixədək ümümilikdə 31.625,95 (otuz bir min altı yüz iyirmi beş manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi”nə iddiası qismən təmin edilməli, cavabdeh Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızından ümumilikdə 9903.08 (doqquz min doqquz yüz üç manat, sıfır səkkiz qəpik) manat məbləğdə pul tutularaq iddiaçı Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızına qarşı “cavabdehə xx.xx.2005-ci il tarixdən 01,07.2023-cü il tarixədək ümümilikdə 31.625,95 (otuz bir min altı yüz iyirmi beş manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi”nə iddiası qismən təmin edilsin. Cavabdeh Bağırova (Abdullayevə) Həqiqət Cəlil qızından ümumilikdə 9903.08 (doqquz min doqquz yüz üç manat, sıfır səkkiz qəpik) manat məbləğdə pul tutularaq iddiaçı Naxçıvan Muxtar Respublikasının X15 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-262/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-262/2025
17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver