Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-263/2024 16.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarının ləğv edilməsi və ona 02 aprel 2023cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək X3 işlədiyi dövr nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarı ləğv edib yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1975-ci il tarixdən 1978-ci tarixədək Şahtaxtı H.Cavid sovxozunda fəhlə işləmişdir. Bundan sonra xx.xx.1980-ci il tarixli, 190 nömrəli əmrlə X8 tikici olaraq qəbul edilmiş, xx.xx.1997-ci il tarixli, 7 nömrəli əmrlə işdən azad edilmişdir. Daha sonra xx.xx.2007-ci il tarixində X10 Açıq Səhmdar Cəmiyyətinə fəhlə olaraq qəbul olmuş, xx.xx.2017-ci ildə 6 nömrəli əmrlə işdən azad edilmişdir. Son olaraq xx.xx.2020-ci il tarixdən Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsində işləyir. xx.xx.2023-cü il tarixində 63 yaşı tamam olduğuna görə əmək pensiyası müəyyən olunmuşdur. Əmək pensiyası hesablanan zaman xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək X3 işlədiyi tarixlər hesablanmamışdır. Əmək kitabçasını Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinə təqdim etsə də, X3 işlədiyi tarixlər barədə sənədlər arxivdən çıxmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin şərtləri daxilində tələb olunan 25 il ümumi stajı olmadığı üçün ona əmək pensiyası əvəzinə sosial pensiya müəyyən olunmuşdur. Bu səbəbdən o, X4 müdiri O.Niftəliyevi tapıb, bu barədə ona danışmışdır. X4 müdiri O.Niftəliyev ona arayış verərək həqiqətən 31 yanvar 2007-ci il tarixdən 04 fevral 2017-ci il tarixədək X3 fəhlə olaraq işlədiyini göstərmişdir. İddiaçı göstərilənlərə əsasən xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək X3 işlədiyi dövr nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarı ləğv edib yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 01 dekabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 01 dekabr 2023-cü il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-1291/2023 saylı iş üzrə cavabdeh inzibati orqanın da tabe olduğu Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin Nizamnaməsinə uyğun olaraq, cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin artıq səlahiyyətli olmadığını, bu səbəbdən onun hazırkı işdə cavabdeh qismində iştirakının istisna olunduğu, ona görə iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 dekabr 2023-cü il tarixli, 2-1(122)-1291/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 24 yanvar 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxx 1960-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan İddiaçı 17 aprel 2023-cü il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı müraciət etmişdir. Fondun Naxçıvan Şəhər idarəsinin 2023-cü il 17 aprel tarixli, 85 nömrəli qərarı ilə İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi İddiaçı tələb olunan 25 il sığorta stajının olmaması və ya pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi göstərilmişdir. Bununla razılaşmayan iddiaçı Fondun Naxçıvan Şəhər İdarəsinə qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək X3 işlədiyi dövr nəzərə alınmaqla, Fondun Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarının ləğv edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 30 yanvar 1979cu il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (3 il 10 ay 18 gün) İliç (Şərur) Rayon H.Cavid adına sovxozda fəhlə, 23 12.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (16 il 1 ay 5 gün) X2 xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək (10 il 04 gün) X10 Açıq Səhmdar Cəmiyyətində fəhlə vəzifələrində işləmişdir. İddiaçının əmək kitabçası üzrə 29 il 11 ay 27 gün ümumi iş stajının olduğu müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 2023-cü il 17 aprel tarixli, 13/731 nömrəli arayışında İddiaçı xx.xx.1980-ci il tarixdən X2 tikişçi qəbul edilməsi, xx.xx.1993-cü iİ tarixli, 92 nömrəli əmrə əsasən işlərin dayandırılması ilə əlaqədar məzuniyyətə buraxılması, xx.xx.1994-cü il tarixli, 65 nömrəli əmrə əsasən uşağa qulluq üçün öz hesabına məzuniyyətə buraxılması, xx.xx.1995-ci il tarixli, 90 “A” nömrəli əmrə əsasən əmək məzuniyyətinə buraxılması və xx.xx.1997-ci il tarixdə işdən azad olunması göstərilmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş əməkhaqqı cədvəlləri barədə arayışdan görünür ki, iddiaçı X2 işlədiyi 1992-ci il tarixdə 7 ay, 1994-1995-ci il tarixlərdə 6 ay olmaqla 12 ay 1996-cı il tarixdə isə 11 ay ümumilikdə 30 ay, yəni 2 il 5 ay əmək haqqı almamışdır. Həmin arayışa əsasən Naxçıvan X4 əmr kitabları 2002-ci il tarixədək, əməkhaqqı kitabları isə 2000-ci tarixədək olduğundan İddiaçı 2007-ci il tarixdən 2017-ci il tarixədək adı çəkilən Zavodda işləməsi barədə məlumat verilməmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair müvafiq qeydlər olmasına baxmayaraq, həmin sənəddə qeyd olunmuş Naxçıvan X3 2007-2017-ci illərdəki əmək fəaliyyəti digər sənədlərə əməkhaqqı cədvəlləri, işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri öz təsdiqini tapmadığından və X2 işlədiyi dövrlərdə 25 ay əmək haqqı almadığından, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmiş və iddiaçının 25 il sosial sığorta stajı tamamlanmadığı üçün ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək X3 işlədiyi dövr nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarı ləğv edib yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 16 may 2024-cü il tarixə təyin edilmişdir. 16 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmədən iddia tələbinin tam dəqiq ifadə olunması üçün “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarının ləğv edilməsi və ona 02 aprel 2023cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 17 aprel 2023-cü il tarixli, 86 nömrəli qərarından məlum olur ki, tələb olunan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və ya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin şərtləri daxilində tələb olunan 25 il ümumi stajı olmadığı üçün İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsi tərəfindən Naxçıvan şəhəri M.F.Axundov küçəsi, ev 14 ünvanında yaşayan İddiaçı ünvanlanmış 11 sentyabr 2023-cü il tarixli, 04 nömrəli məktubdan aydın olur ki, onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış tələb olunan 40320 manat pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Həmçinin, ona 01 yanvar 2019-cu il tarixdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 22-1-ci maddəsini tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etmək üçün 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı da nəzərə alınaraq 17 aprel 2023-cü il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1981-ci il tarixədək İliç (Şərur) Rayon H.Cavid adına sovxozda fəhlə, xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək X2 tikici, xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “X10” Açıq Səhmdar Cəmiyyətində fəhlə, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək maddi-texniki təminat bölüyünün mənzil istismar hissəsinin su xəttinin təmirçi-çilingəri, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsinin 1 nömrəli zabit yataqxanasının dərzisi işləmiş, xx.xx.2021-ci il tarixdən Naxçıvan Qarnizonu Mənzil İstismar İdarəsinin 1 nömrəli zabit yataqxanasına xadimə vəzifəsinə keçirilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli, 492 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxx 1960-cı il tarixdə doğulmuşdur. - “X9” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli, 01 nömrəli arayışdan aydın olur ki, X6 31 yanvar 2007-ci ildə X11 Açıq Səhmdar Cəmiyyətinə fəhlə vəzifəsinə qəbul olunmuş və 4 fevral 2017-ci ildə 6 №-li əmrlə işdən azad edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Naxçıvan Qarnizonu Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli, 3 nömrəli arayışdan görünür ki, İddiaçı, həqiqətən xx.xx.2020-ci il tarixdən bu günədək Naxçıvan Qarnizonu Mənzil- İstismar İdarəsində işləyir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 13/731 nömrəli arayışdan məlum olur ki, Şərifova (Eyvazova) Çiçək Cəlil qızının Naxçıvan Tikiş fabrikinə xx.xx.1980-ci il tarixli, 190 №-li əmrlə “tikici” qəbul edilməsi, xx.xx.1993-cü il tarixli, 92 №-li əmrlə işlərin dayanması ilə əlaqədar məzuniyyətə buraxılan işçilərin adlı siyahısında adının olması, xx.xx.1994-cü il tarixli, 65 №-li əmrlə uşağa qulluq üçün öz hesabına məzuniyyətə buraxılması, xx.xx.1995-ci il tarixli, 90 “A”№-li əmrlə əmək məzuniyyətinə buraxılan işçilərin adlı siyahısında adının olması, xx.xx.1997-ci il tarixli, 7 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Arayışın qeyd hissəsində X9 zavodunun əmr kitablarının 2002-ci il və əməkhaqqı kitablarının 2000-ci ilə qədər olduğu göstərilmişdir. - Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli, 41 nömrəli arayışda Şərifova (Eyvazova) Çiçək Cəlil qızının Şahtaxtı H.Cavid sovxozunda işləməsi faktı və 1975-1978-ci illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 13/731 nömrəli arayışda Şərifova (Eyvazova) Çiçək Cəlil qızının Naxçıvan Tikiş fabrikində işləməsi faktı və 1992-1996-cı illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 fevral 2024-cü il tarixli, 02/117 nömrəli məktubundan məlum olur ki, İddiaçı 2007-2017-ci ilə dair işlədiyi dövrə aid X4 sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 fevral 2024-cü il tarixli, **********83000 nömrəli məktubundan məlum olur ki, X10 Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 12 oktyabr 1995-ci il tarixli, 456 nömrəli qərarı ilə qeydə alınmış, lakin vergi uçotuna alınmaq üçün vergi orqanlarına müraciət etməmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən məktubdan görünür ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 10-cu maddəsinin 2019-cu il 01 yanvar tarixinədək qüvvədə olan müddəalarına əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənin vəzifəsi hesab olunur. Bildirilir ki, “X5” Açıq Səhmdar Cəmiyyəti 2007-ci, 2008-ci, 2009-cu, 2010-cu, 2011-ci, 2012-ci, 2013-cü, 2014cü və 2017-ci illər üzrə sığortaedən kimi həmin il üçün rüblük “Məcburi dövlət sosial sığortası üzrə hesabatları (Forma B1) və illik “Məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (Forma B3) elektron və təsdiq olunmuş kağız daşıyıcılarda Fondun Naxçıvan şəhər şöbəsinə təqdim etməmişdir. Əlavə olaraq “X5” Açıq Səhmdar Cəmiyyəti 2015-ci və 2016-cı illərin yalnız İV rüb üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatları (Forma B1) və illik “Məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (Forma B3) Fondun Naxçıvan şəhər şöbəsinə təqdim etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” yə görə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarının ləğv edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajı və fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış tələb olunan 40320 manat pensiya kapitalı olmadığından cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində 17 aprel 2023-cü il tarixli, 85 nömrəli qərar qəbul edilərək əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının əmək kitabçası üzrə ümumilikdə 35 il 1 ay 24 gün ümumi iş stajı qeyd olunub. Məhkəmə qeyd edir ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Hazırki iş üzrə mübahisə predmeti olan dövr, yəni iddiaçının “X5 Zavodu” Açıq Səhmdar Cəmiyyətində fəhlə vəzifəsində xx.xx.2007-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək işləməsi faktı onun əmək kitabçasında öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə qeyd edir ki cavabdeh orqan iddiaçının əmək kitabçası üzrə əmək stajını tam olaraq nəzərə almamışdır. Belə ki, iddiaçının yaşa görə əmək pensiya hüququ yarandığı tarixə (xx.xx.2023-cü il) kimi əmək kitabçası üzrə ümumilikdə 35 ildən çox əmək stajı olduğu halda, cavabdeh orqan tərəfindən bu staj 29 il 11 ay 27 gün olaraq hesablanmışdır. X4 sənədlərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməməsinə münasibətdə məhkəmə bildirir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu illərə dair arxiv sənədlərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi (eləcə də mdss haqları üzrə məlumatların sığortaolunanın fərdi şəxsi hesabatlarında - MEİS-də öz əksini tapmaması) iddiaçının vəzifəsi olmadığından, bu hallar da onun ziyanına şərh edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilədək Naxçıvan X3 işləməsi faktı həmin müəssisənin iddiaçıya təqdim etdiyi arayışla da öz təsdiqini tapır. Diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan dövrlər onun əmək stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. Yuxarıda göstərilən qanun normalarına və şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə zidd olmuşdur. Odur ki, həmin qərarda qeyd edilən hallar real sübutlar və hüquq normaları ilə dəstəklənmədiyinə görə qərar əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarının ləğv edilməsi və ona 02 aprel 2023cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, 86 nömrəli qərarı ləğv edilsin. İddiaçı 02 aprel 2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Tural Əliyev