Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-266/2022 15.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçı Məmmədov Elçı̇ n Qurban oğlunun nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Məmmədov Elçı̇ n Qurban oğlunun cavabdeh Təhsildə X1rşı "Rusiya Federasiyası Pyatiqorsk Dövlət Universitetinin 102624 ******* BAK-ЭФО-165 və 102624 ******* BAK-ЭФО-165 nömrəli Rusiya Federasiyasının Stavropol Diyar Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, 550531 nömrəli Haaqa Konvensiyasına əsaslanan, "apostil" möhürü ilə leqallaşdırılmış diplom və qiymət cədvəlinin Azərbaycan Respublikasında tanınması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Məmmədov Elçı̇ n Qurban oğlu nümayəndəsi vasitəsilə cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Rusiya Federasiyası Pyatiqorsk Dövlət Universitetinin 102624 ******* BAK-ЭФО-165 və 102624 ******* BAK- ЭФО-165 nömrəli Rusiya Federasiyasının Stavropol Diyar Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, 550531 nömrəli Haaqa Konvensiyasına əsaslanan, "apostil" möhürü ilə leqallaşdırılmış diplom və qiymət cədvəlinin Azərbaycan Respublikasında tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(112)-9979/2022 nömrəli qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. İPM-nin tələbinə müvafiq olaraq 21 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş inzibati iş həmin gündən icraata qəbul edilmiş və şifahi icraat qaydasında hazırlıq iclası 15 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı Məmmədov Elçı̇ n Qurban oğlu və cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı Məmmədov Elçı̇ n Qurban oğlunun nümayəndəsi Nümayəndə cavabdeh Təhsildə X1rşı Rusiya Federasiyası Pyatiqorsk Dövlət Universitetinin 102624 ******* BAK-ЭФО-165 və 102624 ******* BAK-ЭФО-165 nömrəli Rusiya Federasiyasının Stavropol Diyar Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, 550531 nömrəli Haaqa Konvensiyasına əsaslanan, "apostil" möhürü ilə leqallaşdırılmış diplom və qiymət cədvəlinin Azərbaycan Respublikasında tanınması barədə iddia qaldırıldığını bildirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçı Məmmədov Elçı̇ n Qurban oğluna geri qaytarılmasını xahiş etmiş və bu barədə yazdığı 15 noyabr 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçı Məmmədov Elçı̇ n Qurban oğlunun nümayəndəsi Nümayəndə izahatını dinləyib və ərizəsini nəzərdən keçirərək belə hesab edir ki, iddia geri götürülmüş sayılmalı və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi müraciətdən görünür ki, o, iddia tələbindən imtina etməməklə ərizənin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçının ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Hazırkı mübahisədə də iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçının və onun nümayəndəsinin diqqətinə çatdırılır ki, iddiaçının nümayəndəsinin ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Məmmədov Elçı̇ n Qurban oğlunun nümayəndəsi Nümayəndə 15 noyabr 2022-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı Məmmədov Elçı̇ n Qurban oğlunun cavabdeh Təhsildə X1rşı "Rusiya Federasiyası Pyatiqorsk Dövlət Universitetinin 102624 ******* BAK-ЭФО-165 və 102624 ******* BAK-ЭФО-165 nömrəli Rusiya Federasiyasının Stavropol Diyar Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, 550531 nömrəli Haaqa Konvensiyasına əsaslanan, "apostil" möhürü ilə leqallaşdırılmış diplom və qiymət cədvəlinin Azərbaycan Respublikasında tanınması tələbi" barədə iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Məmmədov Elçı̇ n Qurban oğluna geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-266/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-266/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver