Məhkəmə qərarları › İş №2-1(122)-269/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-269/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-269/2024 01.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "26 noyabr 2018-ci ildə vəfat etmiş X7 ölüm haqqında akt qeydində düzəliş edilərək adının Muştəba kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 noyabr 2018-ci ildə vəfat etmiş X7 ölüm akt qeydlər kitabında düzəliş edilərək adının Muştəba, soyadının Əsgərov, ata adının isə Rza kimi qeyd edilməsinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X12 01 iyul 1943-cü ildə Şərur rayonunun Xok kəndində doğulmuşdur. Onun adı Muştəba, sovadı Əsgərov, ata adı isə Rza kimi yazılmışdır. Onunla mərhum X12 arasında 13 yanvar 1984-cü ildə nikah bağlanmışdır. Həmin nikah haqqında şəhadətnamədə onun adı Muştəba, soyadı Əsgərov, ata adı isə Rza kimi qeyd olunmuşdur. Lakin 2006-cı ildə Şərur RPŞ tərəfindən verilmiş AZE 04760410 nömrəli şəxsiyyət vəsiqəsində mərhum həyat yoldaşının adı səhvən Muşdaba kimi göstərilmişdir. Mərhum həyat yoldaşı 26 noyabr 2018-ci ildə vəfat etmişdir. Onun ölümü barədə akt qeydlər kitabında şəxsiyyət vəsiqəsindəki kimi adı Muşdaba olaraq qeyd olunmuşdur. Bu barədə o, düzəlişin olunması üçün ərizə ilə Şərur Rayon Nikah Evinə müraciət etmişdir. Şərur Rayon Nikah Evi 15 sentyabr 2023-cü il tarixli məktubla nikah haqqında şəhadətnamə və onun ölümü haqqında şəhadətnamə arasında yaranmış adının uyğunsuzluğunun aradan qaldırılması üçün məhkəməyə müraciət olunmasını məsləhət görmüşdür. X1 adı nikah haqqında şəhadətnamədə Muştəba kimi qeyd olunmuşdur. İddiaçı mərhum həyat yoldaşının ölümü barədə şəhadətnamədə adının Muştəba kimi yazılmasını istəyir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən 26 noyabr 2018-ci ildə vəfat etmiş X7 ölüm akt qeydlər kitabında düzəliş edilərək adının Muştəba, soyadının Əsgərov, ata adının isə Rza kimi qeyd edilməsinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 05 dekabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı vəsatət verərək iddia ərizəsində texniki səhvliyə yol verildiyini bildirib, iddia tələbinin tam dəqiq ifadə olunması üçün “26 noyabr 2018-ci ildə vəfat etmiş X7 ölüm haqqında akt qeydində düzəliş edilərək adının Muştəba kimi qeyd edilməsi öhdəliyinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulması” kimi oxunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin protokol qərarı ilə İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilərək İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı iddia tələbinin " 26 noyabr 2018-ci ildə vəfat etmiş X7 ölüm haqqında akt qeydində düzəliş edilərək adının Muştəba kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması qərara alındı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Şərur Rayon Nikah Evi iddiaya dair məhkəməyə ünvanlanan 9 oktyabr 2023-cü il tarixli, 3-16-5/8-13-516-2023 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı ərizə ilə Şərur Rayon Nikah Evinə müraciət edərək Şərur Rayon Nikah Evi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 08 nömrəli ölüm haqqında akt qeydində adı “Muşdaba” dan “Muştəba” adına dəyişdirilməsini xahiş etmişdir. Şərur Rayon Nikah Evi İddiaçı müraciətinə əsasən ölüm haqqında akt qeydində ad məlumat qrafasında adının “Muşdaba” adından “Muştəba” adına düzəliş etmək mümkün olmadıqda Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etməsini məsləhət görür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 qeydində dəyişiklik bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar”a əsasən X2 qeydindəki səhvlərinin düzəldilməsi və ona dəyişilik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 1 fevral 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh Şərur Rayon Nikah Evi məhkəməyə 12 dekabr 2023-cü il tarixli, 3-16-5/8- 13-639/2023 nömrəli məktub göndərərək xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirib işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Şərur Rayon Nikah Evi tərəfindən Kəngərli rayon Xok kəndində yaşayan İddiaçı ünvanlanmış 15 sentyabr 2023-cü il tarixli, 3-16-5/8-15-Ə-474/2023 nömrəli məktubdan görünür ki, Şərur Rayon Nikah Evi tərəfindən xx.xx.2019-ci il tarixli, 08 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. Həmin akt qeydində vətəndaşın adı X13 yazılmış, lakin digər sənədlərdə adı X14 yazılmışdır. Şərur Rayon Nikah Evi tərəfindən X7 doğum akt qeydi bərpa akt qeydləri üzrə axtarılmış, lakin aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qeydində dəyişiklik bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarına düzəliş kifayət qədər əsaslar olmadıqda məhkəmə tərəfindən həyata keçirilir. Ölüm haqqında akt qeydində adın "Muşdaba"dan “Muştəba”-ya düzəliş edilməsi Nikah Evində mümkün olmamışdır. Göstərilənlərə əsasən aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. - 13 yanvar 1984-cü il tarixli, İİİ-ЖГ seriyalı, 316023 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X12 ilə İddiaçı 13 yanvar 1984-cü il tarixdə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 yanvar 1984-cü il tarixdə 1 nömrə ilə qeyd edilmişdir. - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 yanvar 2019-cu il tarixdə tərtib edilmiş AZ-l seriyalı, 748202 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X13 26 noyabr 2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 yanvar 2019-cu il tarixdə 8 nömrə ilə qeyd edilmişdir. - Şərur Rayon Polis Şöbəsi tərəfindən 24 iyun 2006-cu il tarixdə verilmiş AZE seriyalı, 04760410 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 01 iyul 1943cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xok kəndində doğulmuşdur. - Şərur Rayon İcra Hakimiyyətinin Xok kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2023-cü il tarixli, 325 nömrəli arayışdan aydın olur ki, İddiaçı hal-hazırda Kəngərli rayon Xok kəndində qeydiyyatdadır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxx 1960-cı il tarixdə doğulmuşdur. - Şərur Rayon Nikah Evi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 14 noyabr 2023-cü il tarixli, 3-16-5/8-13-579/2023 nömrəli məktubla məhkəməyə göndərilmiş arayışdan məlum olur ki, doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə Şərur Rayon Nikah Evi tərəfindən 1944-1967-ci illər üzrə bərpa akt qeydləri axtarılmış, lakin akt qeydi aşkar olunmamışdır. - 03 oktyabr 1985-ci il tarixli, Xİ-ЖГ seriyalı, 291072 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 7 noyabr 1984-cü il tarixdə İliç rayonu, Xok kəndində doğulmuşdur. Ata adı X12, ana adı İddiaçı qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 3 oktyabr 1985-ci il tarixdə 74 nömrə ilə qeyd edilmişdir. - 12 yanvar 1987-ci il tarixli, Xİİ-ЖГ seriyalı, 319556 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 13 sentyabr 1986-cı il tarixdə İliç rayonu, Xok kəndində doğulmuşdur. Ata adı X15, ana adı İddiaçı qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 12 yanvar 1987-ci il tarixdə 6 nömrə ilə qeyd edilmişdir. - 14 mart 1997-ci il tarixli, XX-ЖГ seriyalı, 320101 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 16 dekabr 1995-ci il tarixdə Şərur rayonu, Şərur şəhərində doğulmuşdur. Ata adı X12, ana adı İddiaçı qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 14 mart 1997-ci il tarixdə 18 nömrə ilə qeyd edilmişdir. - 18 may 2010-cu il tarixli, AZ-İİ seriyalı, 502928 nömrəli doğum haqqında təkrar şəhadətnamənin surətindən məlum olur ki, X5 12 dekabr 1988-ci il tarixdə Kəngərli rayonu, Xok kəndində doğulmuşdur. Ata adı X14, ana adı İddiaçı qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2 yanvar 1989-cu il tarixdə 2 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən X2 dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 13.1-cü bəndinə əsasən X2 qeyd edilməsinin düzgünlüyünə nəzarət baxımından, Qeydiyyat şöbəsinin və X2 reyestri xidmətinin, Naxçıvan Muxtar Respublikası X2 arxivinin, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyətinin yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən, konsulluq idarəsinin fəaliyyətinin yoxlanılması ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. 13.2. Bu məqsədlə qeyd olunan orqanlar aidiyyəti üzrə: 13.2.1. X2 dövlət qeydiyyatı qaydalarına, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarına düzgün əməl olunmasına qeydiyyat şöbələrinın və icra hakimiyyəti nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydalarına riayət edilməsinə nəzarət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən X2 qeydindəki səhvlər düzəldikdə X2 qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 28.1 və 28.1.1-ci maddələrinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə icraatı gedişində müəyyən olundu ki, 15 yanvar 2019-cu il tarixli, 8 nömrəli ölüm haqqında akt qeydində X8 ad qrafasında yanlışlıqla “Muştəba” əvəzinə “Muşdaba” yazılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən X12 barəsində aparılmış ölüm haqqında akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasına gətirdiyi arqument - X2 qeydiyyatında iddiaçının ölüm haqqında akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”da nəzərdə tutulan əsasların olmamasıdır. Bu baxımdan qeyd olunmalıdır ki, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən Qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Halbuki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmçinin X2 dövlət qeydiyyatının əsas məqsədlərindən biri də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı mərhum ərinin ölüm haqqında akt qeydində düzəlişin aparılmasıdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Şərur Rayon Nikah Evi iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "26 noyabr 2018-ci ildə vəfat etmiş X7 ölüm haqqında akt qeydində düzəliş edilərək adının Muştəba kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərivə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. 26 noyabr 2018-ci ildə vəfat etmiş X7 ölüm haqqında akt qeydində düzəliş edilərək adının Muştəba kimi qeyd edilməsi öhdəliyi cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar