Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-27/2022 07.01.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu X9 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X3rşı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu X9 hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 01.10.2021-ci il tarixli qərarının ləğv olunması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu X9 hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 01.10.2021-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X9 hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 01 oktyabr 2021-ci il tarixli, 03 saylı qərarı ilə 14 aprel 1963-cü ildə anadan olmuş Şərur rayonu, Qarxun kəndində qeydiyyatda olan İddiaçı artıq ödənilmiş 18465,33 manat məbləğində pensiya məbləğinin tutulması qərara alınmışdır. Həmin qərarın icraya yönəldilməsi barədə Şərur Rayon İcra və Probasiya Şöbəsindən məlumat aldıqdan sonra qərar dərhal etibarnamə əsasında onu təmsil edən oğlu-X6 26 noyabr 2021-ci il tarixdə rəsmi qaydada cavabdeh X12 poçt vasitəsilə ərizə göndərərək qərarın surətinin təqdim olunmasını xahiş etmişdir. Cavabdeh Publik Hüquqi Şəxs həmin qərarı 01.11.2021-ci il tarixdə məktub vasitəsilə iddiaçının qeydiyyatda olduğu Şərur rayonu, Qarxun kəndinə göndərmişdir. İddiaçı qanunvericilik normalarına istinad edərək hesab edir ki. cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Fondu X9 hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 01.10.2021-ci il tarixli qərarı ləğv edilməlidir. Belə ki, ona 17.12.2004-cü il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanuna uyğun olaraq təyin edilmişdir. Cavabdeh X9 17.12.2004-cü il tarixdən 31.07.2021-ci il tarixədək olan dövr ərzində 18465,33 manat məbləğində ona artıq ödənilmiş pul vəsaitinin tutulması ilə bağlı qərarı tamamilə qanunaziddir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu X9 hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 01.10.2021-ci il tarixli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması məsələsinə baxılmışdır. 22 dekabr 2021-ci il tarixə təyin olunmuş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu X9 nümayəndəsi X5 qərarın 01 oktyabr 2021-ci il tarixdə qəbul edldiyini, 26 oktyabr 2021-ci il tarixdə iddiaçıya göndərildiyini bildirərək, qərarın iddiaçıya göndərilməsini təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Bundan sonra iddiaçıya 22 dekabr 2021-ci il tarixli yardım məktubu göndərilərək hazırki iş üzrə iddiaçıda olan bütün sübutların, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu X9 hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 01.10.2021-ci il tarixli qərarının ona təqdim olunması anını müəyyənləşdirməyə imkan verən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 07 yanvar 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə İddiaçı məhkəmənin yardım məktubunu qəbul etməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş və yardım məktubuna münasibət bildirməmmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu X9 nümayəndəsi X1 Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu X9 Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən İddiaçı artıq ödənilmiş əmək pensiyasının tutulmasına dair qəbul edilmiş 01 oktyabr 2021-ci il tarixli, 03 nömrəli inzibati qərarının 23 dekabr 2021-ci il tarixdən ləğv edildiyini bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmiş və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu X9 07 yanvar 2022-ci il tarixli, 01/15 nömrəli məktubunu məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-ci maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Həmin növ iddialar üzrə iddia müddətinin otürülüb-ötürülməməsinə münasibət bildirilməsi ilə bağlı nəzərə alınmalıdır ki, ləğv edilməsi tələb olunan inzibati akt 01 oktyabr 2021-ci il tarixdə verilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərə əsasən mübahisələndirilən qərar iddiaçıya 26 oktyabr 2021-ci il tarixdə göndərilsə də, həmin qərarın iddiaçıya təqdim olunduğu, iddiaçının həmin qərardan hansı tarixdən etibarən məlumatlı olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən inzibati aktdan onun təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində şikayət verilməsi nəzərdə tutulduğundan məhkəmə, ilk öncə, qeyd olunan faktın aydınlaşdırılmasını zəruri hesab etmişdir. Bu istiqamətdə iddiaçıya müvafiq yardım məktubu göndərilmiş və bu barədə müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Lakin iddiaçı məhkəmənin yardım məktubunu 28 dekabr 2021-ci il tarixdən qəbul etsə də, hər hansı münasibət bildirməmiş və hərəkətsizlik nümayiş etdirmişdir. Həmçinin qanunvericiliyin tələbinə əsasən iddiaçı tərəfindən məhkəməyə buraxlmış prosessual müddətin bərpası ilə bağlı ərizə təqdim edilməmişdir. Buna görə də məhkəmə tərəfindən mübahisələndirilən qərarın iddiaçıya təqdim edilmə anını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi məktubdan və məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, mübahisələndirilən qərar artıq mövcud deyildir. Qərarın ləğv edilməsi hazırki iş üzrə də hər hansı bir mübahisənin mövcud olmadığını bildirir. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürmüşdür. İddiaçıya yardım göstərilməsinə baxmayaraq iddiaçı tərəfindən müddətin buraxılması ilə bağlı hər hansı üzrlü səbəb göstərilmədiyi kimi, müddətin bərpası ilə bağlı ərizə də təqdim edilməmişdir. Həmçinin mübahisələndirilən qərar cavabdeh inzibati orqan tərəfindən ləğv edildiyindən artıq mübahisə mövcud deyildir. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X3rşı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu X9 hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 01.10.2021-ci il tarixli qərarının ləğv olunması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X3rşı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu X9 hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin 01.10.2021-ci il tarixli qərarının ləğv olunması tələbi”nə dair iddiası mümkün sayılmasın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-27/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-27/2022
07.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver