Məhkəmə qərarları › İş №2-1(122)-274/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-274/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-274/2024 29.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin onun 24 iyun N3-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, 24 iyun N3-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin onun 24 iyun N3-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, 24 iyun N3-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olunmuşdur. N3-cü ilin iyun ayında həmin Universitetin Hərbi Tibb fakültəsini “hərbi həkim” ixtisası üzrə bitirmişdir. Universitetdə təhsilini bitirdiyində Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun N3-cü il tarixli, 0247 nömrəli əmri ilə ona “tibb xidməti leytenantı” hərbi rütbəsi verilmiş və o, xidmətini davam etdirmək üçün Gəncə şəhərində dislokasiya olunmuş N nömrəli hərbi hissəyə göndərilmişdir. O, N3-cü ilin iyul ayından N3-cü ilin dekabr ayına qədər N nörməli hərbi hissənin motoatıcı taborun tibb məntəqəsinin rəisi, N4-cü ilin fevral ayından N5-ci ilin noyabr ayına qədər N nömrəli hərbi hissənin tibb məntəqəsinin həkimi vəzifələrində xidmət etmişdir. Bundan sonra, yəni N5-ci ilin noyabr ayından N7-ci ilin noyabr ayına qədər o, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində “laboratoriya işi” ixtisası üzrə rezidenturada təhsilini davam etdirmişdir. Rezidenturada təhsilini bitirdikdən sonra Müdafiə nazirinin 02 noyabr N7-ci il tarixli, 0796 nömrəli əmri ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində dislokasiya olunmuş N nömrəli hərbi hissəyə “laboratoriya-diaqnostika bölməsinin rəisi” vəzifəsinə təyin edilmişdir. Hazırda həmin vəzifədə həqiqi hərbi xidmətdədir. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 23 iyun N6-cı il tarixli, 0442 əmri ilə ona “tibb xidməti baş leytenantı”, Müdafiə nazirinin müavini - X4 komandanının 23 iyun N0-ci il tarixli, 04N nörməli əmri ilə ona “tibb xidməti kapitanı” hərbi rütbəsi verilmişdir. Əlavə olaraq bildirir ki, xidmət etdiyi müddətdə dövlət təltiflərinə layiq görülmüşdür. Yuxarıda qeyd etdiyi məlumatdan da göründüyü kimi o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Azərbaycan Ordusunda) zabit rütbəsində 10 ildən artıq müddətdir ki, həqiqi hərbi xidmətdədir. O, 24 iyun N3-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə müvafiq olaraq komanda üzrə tabelikdə olduğu N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvəllərdə hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportu N nömrəli hərbi hissəyə daxil olduqdan sonra hərbi hissə komandanlığı tərəfindən onunla ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 2 dəfə söhbət aparılmışdır. Birinci söhbət onunla hərbi hissə komandiri tərəfindən N iyul N3-cü ildə, ikinci söhbət isə 26 iyul N3-cü ildə aparılmışdır. Hər iki söhbət zamanı o, yazılı şəkildə Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlığın qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Bundan başqa, N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli göndərişinə əsasən o, X3 Hərbi-Həkim Komissiyasında müayinə olunaraq şəhadətləndirilmiş, 25 iyul N3-cü il tarixli, 1150 (571 xaric olan nömrə) nömrəli arayışa əsasən onda aşkar edilmiş bir sıra xəstəliklərə görə hərbi xidmətə sıradan kənar yararlı hesab edilmişdir. Onunla iki dəfə söhbət aparıldıqdan və hərbi-həkim komissiyasında şəhadətləndirildikdən sonra 02 avqust N3-cü il tarixdə N nömrəli hərbi hissə komandanlığı tərəfindən ehtiyata buraxılmağı ilə bağlı müvafiq təqdimat və sənədlər yuxarı qərargah hesab olunan-N nömrəli hərbi hissəyə, yəni X4 Komandanlığına göndərilmişdir. Lakin N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdimat xidmət etdiyi N nömrəli hərbi hissəyə əsassız olaraq qeri qaytarılmışdır. Buna görə o, 01 sentyabr N3-cü il tarixdə Müdafiə nazirinin müavini-X4 komandanına şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin şikayət ərizəsinə cavab olaraq X4 komandanının Şəxsi Heyət üzrə müavini vəzifəsini icra edən Rəhim Cəfərov tərəfindən göndərilən 13 sentyabr N3-cü il tarixli, 3967 nömrəli məktubla onun müraciətinə heç bir qanuni səbəb və əsas olmadan imtina verilmişdir. Belə ki, həmin cavab məktubunda “Sizin xx.xx.N3-cü il tarixdə Müdafiə nazirinin müavini – X4 komandanına ünvanladığınız şikayət ərizəsinə baxıldı. Bildirmək istəyirəm ki, hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyacı, peşəkar həkimkimi xidmətinizi, xdmət dövründə əldə etdiyiniz bilik və bacarığınızı nəzərə alıb, komandanlıq Sizin həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağınızı məqsədəuyğun hesab etmir” məzmununda imtina cavabı vermişdir. İddiaçı hesab edir ki, onun hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında müraciətinə Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən əsassız və qanunazidd qaydada imtina edilməsi nəticəsində qanunla nəzərdə tutulmuş hüquqları pozulur. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin onun 24 iyun N3-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, 24 iyun N3cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh iddiaya dair məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, aşağıdakı səbəblərə görə İddiaçı iddiası əsassız hesab edilir: İddiaçı iddia ərizəsində hazırda N nömrəli hərbi hissədə tibb xidməti kapitanı hərbi rütbəsində “Laboratoriya-diaqnostika bölməsinin rəisi” vəzifəsində xidmət etdiyini, xx.xx.N3-cü il tarixdə komanda üzrə N nömrəli hərbi hissə komandirinin adına raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etdiyini, N nömrəli hərbi hissə komandirinin onunla xx.xx.N3 və xx.xx.N3-cü il tarixlərdə söhbətləşmə apardığını, N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli göndərişinə əsasən X3 Hərbi-Həkim Komissiyasında müayinə olunaraq xx.xx.N3-cü il tarixli, 1150 nömrəli arayışa əsasən aşkar edilmiş bir sıra xəstəliklərə görə hərbi xidmətə sıradan kənar yararlı hesab edildiyini, ehtiyata buraxılmasını təmin edilmədiyini, xx.xx.N3cü ildə komanda üzrə yuxarı instansiyaya Müdafiə nazirinin müavini-X4 Komandanına şikayət ərizəsi ilə müraciət etdiyini, N nömrəli hərbi hissəyə qəbul olunan ərizəsinə cavab verilərək Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyac nəzərə alınaraq komandanlığın onun ehtiyata buraxılmasını məqsədəuyğun hesab etmədiyini bildirdiyini qeyd etmişdir. Bildiririlir ki, tabeliyində olduğu komandanlıq onun müraciətini yazılı qaydada cavablandıraraq “Vətən müharibəsi”ndən sonra Azərbaycan ordusunda zabit heyətinə olan tələbatı nəzərə alıb onun ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını məqsədəuyğun hesab etmədiyini iddiaçıya yazılı olaraq bildirmişdir. İddiaçı 2007-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, N3-cü ildə həmin Universiteti “Hərbi həkim” ixtisası üzrə bitirmişdir. N3-cü ildən bu günədək müxtəlif hərbi hissələrdə xidmət etmiş, müəyyən vəzifələr keçərək təcrübə toplamışdır. N5-N7-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində “Laboratoriya işi” ixtisası üzrə rezidentura keçmişdir. N7-ci ildən isə N nömrəli hərbi hissədə “Laboratoriyadiaqnostika bölməsinin rəisi” vəzifəsinə təyin olunmuşdur. Qeyd olunanlardan da göründüyü kimi İddiaçı uzun illər hərbi həkim ixtisası üzrə təcrübə toplamış, müxtəlif vaxtlarda Ordumuz üçün zəruri olan sahədə təhsil almışdır. Komandanlıq İddiaçı uzun müddət xidmətini, peşəkar bir zabit kimi xidmət dövründə əldə etdiyi bilik və bacarığını, “Vətən müharibəsi”ndən sonra Azərbaycan Ordusunda aparılan təkmilləşdirmə işlərini, ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq onun ehtiyata buraxılmasının müvəqqəti olaraq təxirə salınmasını məqsədəuyğun hesab etmişdir. Azərbaycan Ordusunda həkim ixtisaslı zabit heyətinə olan təlabatı nəzərə alaraq İddiaçı iddiasının təmin edilməməsini məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 29 fevral N4-cü il tarixə təyin olunmuşdur. Cavabdeh nümayəndəsi X6 məhkəməyə dəftərxana vasitəsilə daxil olmuş 26 fevral N4-cü il tarixli ərizə göndərərək 29 fevral N4-cü il tarixə təyin olunmuş iclasda xidməti zərurətlə əlaqədar iştirak edə bilməyəcəyini nəzərə alıb məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Laborator-diaqnostika bölməsinin rəisi tibb xidməti kapitanı İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 24 iyun N3-cü il tarixli raportdan aydın olur ki, o, Azərbaycan Ordusunda 10 ildən artıq zabit vəzifələrində xidmət etməyini nəzərə alıb, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - N nömrəli hərbi hissənin Laborator-diaqnostika bölməsinin rəisi tibb xidməti kapitanı İddiaçı tərəfindən Müdafiə nazirinin müavini-X4 Komandanına ünvanlanmış 01 sentyabr N3-cü il tarixli şikayət ərizəsindən aydın olur ki, o, xx.xx.N3-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq qaydada göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən tibb xidməti kapitanı İddiaçı ünvanlanmış 13 sentyabr N3-cü il tarixli, 3567 nömrəli məktubdan məlum olur ki, hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyacı, peşəkar həkim kimi xidmətini, xidmət dövründə əldə etdiyi bilik və bacarığı nəzərə alıb, komandanlıq onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağını məqsədəuyğun hesab etmir. - 25 iyun N3-cü il tarixdə verilmiş, MN seriyalı, ******* nömrəli şəxsi vəsiqənin təsdiq edilmiş surətinin 8-ci səhifəsindən məlum olur ki, X7 Azərbaycan Respublikası Müdafiə nazirinin 02 noyabr N7-ci il tarixli, 079t nömrəli əmri ilə N nömrəli hərbi hissədə Laboratordiaqnostika bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. - İddiaçı ilə aparılmış söhbət vərəqlərindən aydın olur ki, o, ehtiyata buraxılmasını xahiş etmişdir. - X3 Hərbi-Həkim Komissiyasın tərəfindən verilmiş 25 iyul N3-cü il tarixli, 1150 nömrəli arayışa əsasən İddiaçı sıradankənar hərbi xidmətə yararlı hesab edilmişdir. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 14 yanvar N8-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N dekabr N3-cü il tarixli, A-28 nömrəli arayışdan məlum olur ki, İddiaçı xx.xx.N3cü il tarixdən Azərbaycan Ordusunda zabit qismində xidmət edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N dekabr N3-cü il tarixli, A-29 nömrəli arayışdan məlum olur ki, İddiaçı şəxsi işindəki məlumata əsasən onun himayəsində həyat yoldaşı X2, oğlu X1 ibarət ailə üzvləri vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - N.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 160-cı maddəsinə əsasən dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: ... zabitlər (ali rütbəli zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinin: - 1N-ci maddəsinə əsasən hərbi qulluqçunun təklifləri (ərizə və şikayətləri) birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və müvafiq icra hakimiyyəti orqanının idarələrində — daxil olduğu vaxtdan N gün ərzində; hərbi hissələrdə və idarələrdə (müəssisələrdə) — təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq, baxılıb həll edilməlidir. - N1-ci maddəsinə əsasən komandir (rəis) tabeliyində olan hərbi qulluqçunun verdiyi şikayətinə (ərizəsinə) görə ona qarşı ədalətsizlik və ya qeyri-qanuni hərəkət edərsə, ciddi məsuliyyət daşımalıdır. - N2-ci maddəsinə əsasən verilən bütün təkliflər (ərizələr, şikayətlər) hər bir hərbi hissədə (gəmidə, idarədə, müəssisədə) olan xüsusi kitaba yazılmalıdır. - N3-cü maddəsinə təkliflər, ərizələr və şikayətlər kitabında hər bir təklif, ərizə və şikayətə dair qəbul olunmuş qərarlar barəsində qeydlər edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-ci maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasıdır. Göründüyü kimi, yuxarıda qeyd edilmiş qanunvericilik aktları müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılmaq hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malik olur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı bəndinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu 24 iyun N3-cü il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində təqvim hesabı ilə 10 ildən artıq zabit kimi xidmət etmiş İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma hüququ vardır. İddiaçı N nömrəli hərbi hissənin komandirinə və Müdafiə nazirinin müavini-X4 Komandanına raportla müraciət edərək Azərbaycan Ordusunda ehtiyata buraxılması barədə vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin Azərbaycan Ordusunda həkim ixtisasla kadr heyətinə olan ehtiyacı nəzərə alaraq, onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağının məqsədəuyğun hesab edilmədiyi iddiaçıya bildirilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın hüquqi mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqument əsassız olmuşdur. Çünki qanunvericiliyin yuxarıda qeyd olunan normalarında yuxarı komandanlığın hərbi qulluqçunu ehtiyata buraxmamaq kimi diskression səlahiyyətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən etirazda irəli sürülən arqumentə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu hala əsasən iddiaçının 24 iyun N3-cü il tarixdə N nömrəli hərbi hissənin komandirinə ünvanlanan raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə də cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasına maneə ola bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qəbul edilən qərar (gəlinən nəticə) həmin səlahiyyətin məqsədinə uyğun olmamış, bununla da, “İnzibati icraat haqqında” Qanunun 11 və 14-cü maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olmasına baxmayaraq, hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə hazırki mübahisə üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması iş üzrə təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin onun 24 iyun N3-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, 24 iyun N3cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin İddiaçı 24 iyun N3-cü il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyi qanunsuz hesab olunmaqla 24 iyun N3-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağıı öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar