Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-278/2024 22.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (N05 nöməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (XN komandanlığının)) onun 11 avqust N0N3-cü il tarixli və N3 avqust N0N3cü il tarixli raportlarının əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, 11 avqust N0N3-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (N05 nöməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (XN komandanlığının)) onun 11 avqust N0N3-cü il tarixli və N3 avqust N0N3-cü il tarixli raportlarının əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, 11 avqust N0N3-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1999-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, N005-ci ilin iyun ayında həmin Universitetin Hərbi Tibb Fakultəsini “hərbi həkim” ixtisası üzrə bitirmiş, ona Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə “tibb xidməti leytenantı” hərbi rütbəsi verilmişdir. N005-ci ildə N nömrəli hərbi hissədə, N006-cı ildə isə N nömrəli hərbi hissədə xidmət etmişdir. N007- N008-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakultəsində internatura keçmişdir. N008-N016-cı illərdə Ağdam rayonunda dislokasiya olunmuş N nömrəli hərbi hissədə “əməliyyat sarğı taqım komandiri - cərrahiyə bölməsinin rəisi” vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 04 avqust N016-cı il tarixli, 0365 nömrəli əmrinə əsasən o, Naxçıvan Muxtar Respublikasında dislokasiya olunmuş N nömrəli hərbi hissədə bölmə rəisi vəzifəsinə, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – XN komandanının N mart N0NN-ci il tarixli, 016 nömrəli əmrinə əsasən N nömrəli hərbi hospitalda “cərahiyyə” bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, hal-hazırda həmin vəzifədə xidmət edir. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – XN komandanının N6 iyun N0N1-ci il tarixli, 033r nömrəli əmri ilə ona “tibb xidməti polkovnik leytenantı” hərbi rütbəsi verilmişdir. Xidmət etdiyi müddətdə bir neçə dövlət təltifinə layiq görülmüşdür. Belə ki, o, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley, “Qüsursuz hərbi xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz hərbi xidmətə görə” N-ci dərəcəli medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası 17 may N00N-ci il tarixli, 330 İİQ №-li Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamədə göstərilmişdir ki, “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının N6-na qədər 10, 15 və N0 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər, “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə verilir. Yuxarıda göstərdiyi məlumatdan da göründüyü kimi, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Azərbaycan Ordusunda) zabit rütbəsində 15 ildən artıq müddətdir ki, qüsursuz şəkildə həqiqi hərbi xidmətdədir. Bildirirəm ki, o, 11 avqust N0N3-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə müvafiq olaraq komanda üzrə N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzumla) Silahlı Qüvəllərdə hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportu N nömrəli hərbi hissəyə daxil olduqdan sonra N nömrəli hərbi hissə komandandiri tibb xidməti polkovniki Niyaməddin Seyidov tərəfindən imzalanmış 16 avqust N0N3-cü il tarixli, 866 nömrəli məktub ona təqdim edilmiş, həmin məktubda onun müraciətinə aşağıdakı məzmunda imtina verilmişdir: “15 avqust N0N3-cü il tarixli məktubunuza cavab olaraq bildirirəm ki, hal-hazırda Azərbaycan Ordusunda həkim ixtisaslı kadr heyətinə olan ehtiyacı nəzərə alaraq sizin ehtiyata buraxılmağınız məqsədə uyğun hesab edilmir”. Buna görə o, AR İntizam Nizamnaməsinin tələblərinə müvafiq olaraq N3 avqust N0N3-cü il tarixdə Müdafiə nazirinin müavini – XN komandanı Kərəm Mustafayevə eyni məzmunda raportla müraciət etmişdir. Lakin, onun raportuna cavab olaraq XN komandanının Şəxsi Heyət üzrə müavini vəzifəsini icra edən Rəhim Cəfərov tərəfindən göndərilən 05 sentyabr N0N3-cü il tarixli, 3841 nömrəli məktubda onun müraciətinə heç bir qanuni səbəb və əsas olmadan imtina verilmişdir. Belə ki, həmin cavab məktubunda “Sizin N6 avqust N0N3-cü il tarixdə Müdafiə nazirinin müavini – XN komandanına ünvanladığınız şikayət ərizəsinə baxıldı. Bildirmək istəyirəm ki, hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyacı, peşəkar həkim kimi xidmətinizi, xidmət dövründə əldə etdiyiniz bilik və bacarığınızı nəzərə alıb, komandanlıq Sizin həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağınızı məqsədəuyğun hesab etmir” məzmununda imtina cavabı vermişdir. İddiaçı bildirir ki, onun hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında müraciətinə Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən əsassız və qanunazidd qaydada imtina edilməsi nəticəsində qanunla nəzərdə tutulmuş hüquqlarını pozulur. 15 ildən artıq zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi Silahlı Qüvvələrdə xidmət etməyinə baxmayaraq, Müdafiə Nazirliyin müvafiq vəzifəli şəxsləri (N nömrəli hərbi hissənin komandiri və Müdafiə nazirinin müavini – XN komandanı (N nömrəli hərbi hissənin komandiri) tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş ehtiyata buraxılmaq hüququ təmin edilməmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16N-ci maddəsinin tələblərinə müvafiq olaraq onunla söhbət aparılmamış, tibbi müayinədən keçirilməyi (şəhadətləndirilməyi) və ehtiyata buraxılmağı ilə bağlı yuxarı komandanlığa təqdimatın göndərilməsi təmin edilməmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (N nömrəli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (XN komandanlığının)) onun 11 avqust N0N3-cü il tarixli və N3 avqust N0N3-cü il tarixli raportlarının əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, 11 avqust N0N3-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh iddiaya dair məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində hazırda N nömrəli hərbi hissədə tibb xidməti polkovnik-leytenantı hərbi rütbəsində “Cərrahiyyə bölməsinin rəisi” vəzifəsində xidmət etdiyini, xx.xx.N0N3- cü il tarixdə komanda üzrə N nömrəli hərbi hissə komandirinə raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etdiyini, raportuna N nömrəli hərbi hissə komandiri tərəfindən xx.xx.N0N3-cü il tarixli, 866 nömrəli məktubla hazırda Azərbaycan Ordusunda həkim ixtisaslı kadr heyətinə olan ehtiyac nəzərə alınaraq onun ehtiyata buraxılmağının məqsədəuyğun hesab edilmədiyinin bildirildiyini, xx.xx.N0N3-cü ildə komanda üzrə yuxarı instansiyaya - Müdafiə nazirinin müavini-XN Komandanına eyni məzmunda raportla müraciət etdiyini, həmin müraciətinə də xx.xx.N0N3-cü il tarixli, 3841 nömrəli məktubla cavab verilərək Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyac nəzərə alınaraq komandanlığın onun ehtiyata buraxılmasını məqsədəuyğun hesab etmədiyini bildirdiyini qeyd etmişdir. Nəticədə, iddiaçının bütün müraciətlərinə baxılmış və cavablandırılmışdır. İddiaçı 1999-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul olunmuş, N005-ci ildə həmin Universiteti “Hərbi həkim” ixtisası üzrə bitirmişdir. N005-ci ildən bu günədək müxtəlif hərbi hissələrdə xidmət etmiş, müəyyən vəzifələr keçərək təcrübə toplamışdır. xx.xx.N0NN-ci ildən isə N nömrəli hərbi hissədə “Cərrahiyyə bölməsinin rəisi” vəzifəsinə təyin olunmuşdur. Respublikamızın hazırda Ermənistan Respublikası ilə mütəmadi olaraq silahlı münaqişələr yaşaması, Ordumuzun daim döyüşə hazır vəziyyətdə saxlanılması, sonuncu isə 19 sentyabrda Ordumuzun keçirtdiyi “X1 Əməliyyatı”, həmin əməliyyat zamanı və ondan əvvəl “şəhid” olan hərbi qulluqçular, polis əməkdaşları və mülki şəxslər buna əyani sübutdur. Belə bir vəziyyətdə Ordumuzun aparacağı hər hansı bir əməliyyata hazırlıq üçün ən vacib ixtisaslardan biri də həkim ixtisasıdır ki, ixtisaslı və təcrübəli həkimlər sayəsində yaralılara və hər hansı bir zədə almış digər hərbi qulluqçulara vaxtında və düzgün tibbi yardım göstərilməsi onların həyatını xilas edə bilər. Möhtərəm hakim, ölkəmizin hər an müharibəyə hazır bir vəziyyətdə olduğu zaman Orduda ən vacib olan ixtisaslardan biri hesab olunan həkimlərin ehtiyata buraxılması şəxsi heyətin sağlamlığının heçə sayılması, insan həyatının dəyərinin ucuzlaşdırılması kimi qəbul olunmalıdır. Komandanlıq İddiaçı ixtisaslı zabit kimi xidmətini, “Vətən müharibəsi”ndən sonra həkim ixtisaslı kadrlara olan ehtiyacı nəzərə alaraq onun ehtiyata buraxılmasının müəyyən müddətə təxirə salınmasını məqsədəuyğun hesab etmiş və buna görə də onun ehtiyata buraxılmasına hələlik razılıq verməmişdir. İddiaçı iddiasının əsassız hesab olunaraq təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası NN fevral N0N4-cü il tarixə təyin olunmuşdur. Cavabdeh nümayəndəsi X3 məhkəməyə dəftərxana vasitəsilə daxil olmuş N1 fevral N0N4-cü il tarixli ərizə göndərərək NN fevral N0N4-cü il tarixə təyin olunmuş iclasda xidməti zərurətlə əlaqədar iştirak edə bilməyəcəyini nəzərə alıb məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin, iddiaçının vəkili və nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - N nömrəli hərbi hissənin ümumi cərrahiyyə bölməsinin (septiki palatalar ilə) rəisi İddiaçı tərəfindən Müdafiə nazirinin müavini-XN Komandanına ünvanlanmış N3 avqust N0N3-cü il tarixli ərizədən aydın olur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən tibb xidməti polkovnik-leytenantı İddiaçı ünvanlanmış 16 avqust N0N3-cü il tarixli, 866 nömrəli məktubdan məlum olur ki, hal-hazırda Azərbaycan Ordusunda həkim ixtisasla kadr heyətinə olan ehtiyacı nəzərə alaraq, onun ehtiyata buraxılmağını məqsədəuyğun hesab etmir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən polkovnik-leytenantı İddiaçı ünvanlanmış 05 sentyabr N0N3-cü il tarixli, 3841 nömrəli məktubdan məlum olur ki, hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyacı, peşəkar həkim kimi xidmətini, xidmət dövründə əldə etdiyi bilik və bacarığı nəzərə alıb, komandanlıq onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağını məqsədəuyğun hesab etmir. - 18 may N017-ci il tarixdə verilmiş, MN seriyalı, ******* nömrəli şəxsi vəsiqənin təsdiq edilmiş surətinin 8-ci səhifəsindən məlum olur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N mart N0NN-ci il tarixli, 016 nömrəli əmri ilə N nömrəli hərbi hissədə bölmə rəisi vəzifəsinə təyin edilmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 198N-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N3 noyabr N0N3-cü il tarixli, 435 nömrəli arayışdan məlum olur ki, İddiaçı xx.xx.N003-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və xx.xx.N005-ci il tarixdən Azərbaycan Ordusunda zabit kimi həqiqi hərbi xidmət keçmişdir. Həmçinin N nömrəli hərbi hissədə N mart N0NN-ci il tarixdən hal-hazırki vaxtadək ümumi cərrahiyyə bölməsinin (septiki palatalar ilə) rəisi vəzifəsində xidmət edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 1N yanvar N0N4-cü il tarixli, 66 nömrəli məktubdan aydın olur ki, İddiaçı ehtiyata buraxılması ilə bağlı müraciəti əsasında inzibati icraat aparılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - N.0.N-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 4N-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 160-cı maddəsinə əsasən dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: ... zabitlər (ali rütbəli zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinin: - 118-ci maddəsinə əsasən hərbi qulluqçunun təklifləri (ərizə və şikayətləri) birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və müvafiq icra hakimiyyəti orqanının idarələrində — daxil olduğu vaxtdan N gün ərzində; hərbi hissələrdə və idarələrdə (müəssisələrdə) — təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq, baxılıb həll edilməlidir. - 1N1-ci maddəsinə əsasən komandir (rəis) tabeliyində olan hərbi qulluqçunun verdiyi şikayətinə (ərizəsinə) görə ona qarşı ədalətsizlik və ya qeyri-qanuni hərəkət edərsə, ciddi məsuliyyət daşımalıdır. - 1NN-ci maddəsinə əsasən verilən bütün təkliflər (ərizələr, şikayətlər) hər bir hərbi hissədə (gəmidə, idarədə, müəssisədə) olan xüsusi kitaba yazılmalıdır. - 1N3-cü maddəsinə təkliflər, ərizələr və şikayətlər kitabında hər bir təklif, ərizə və şikayətə dair qəbul olunmuş qərarlar barəsində qeydlər edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.N-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.N-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-ci maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 5N.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 5N.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 5N-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel N015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (N.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasıdır. Göründüyü kimi, yuxarıda qeyd edilmiş qanunvericilik aktları müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılmaq hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malik olur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı bəndinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu xx.xx.N0N3-cü il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində təqvim hesabı ilə 15 ildən artıq zabit kimi xidmət etmiş İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma hüququ vardır. İddiaçı N nömrəli hərbi hissənin komandirinə və Müdafiə nazirinin müavini-XN Komandanına raportla müraciət edərək Azərbaycan Ordusunda ehtiyata buraxılması barədə vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin Azərbaycan Ordusunda həkim ixtisasla kadr heyətinə olan ehtiyacı nəzərə alaraq, onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağının məqsədəuyğun hesab edilmədiyi iddiaçıya bildirilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın hüquqi mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqument əsassız olmuşdur. Çünki qanunvericiliyin yuxarıda qeyd olunan normalarında yuxarı komandanlığın hərbi qulluqçunu ehtiyata buraxmamaq kimi diskression səlahiyyətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən etirazda irəli sürülən arqumentə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu hala əsasən iddiaçının 11 avqust N0N3cü il tarixdə N nömrəli hərbi hissənin komandirinə ünvanlanan raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə də cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasına maneə ola bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qəbul edilən qərar həmin səlahiyyətin məqsədinə uyğun olmamış, bununla da, “İnzibati icraat haqqında” Qanunun 11 və 14-cü maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olmasına baxmayaraq, hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə hazırki mübahisə üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması iş üzrə təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (N05 nöməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (XN komandanlığının)) onun 11 avqust N0N3-cü il tarixli və N3 avqust N0N3-cü il tarixli raportlarının əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, 11 avqust N0N3-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.N, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (N05 nöməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (XN komandanlığının)) İddiaçı 11 avqust N0N3-cü il tarixli və N3 avqust N0N3-cü il tarixli raportlarının əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyi qanunsuz hesab olunmaqla, 11 avqust N0N3-cü il tarixli raportuna əsasən Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-278/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-278/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver