Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-279/2025 24.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 06 mart 2024-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və İddiaçı hüququnun yarandığı 10 fevral 2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yarandığı 10 fevral 2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxx 1964-cü il tarixdə doğulmuşdur. İddiaçı 10 fevral 2022-ci il tarixdən İ qrup (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə) əlillik dərəcəsi verilmişdir. Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 05 may 2022-ci tarixdə verilmiş vəsiqə №045737. İddiaçı əlilliyə görə əmək pensiya hüququnun yarandığı 10 fevral 2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 06 mart, 02 nömrəli qərarı ilə İddiaçı müvafiq pensiyanın təyin edilməsindən imtina edilmişdir. Cavabdeh İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinaya əsas olaraq İddiaçı 14 il 8 ay sığorta stajının olmamasını, buna əsas olaraq isə İddiaçı əmək kitabçasında 1 yanvar 2006-cı il tarixədək olan iş stajının dövlət arxiv arayışları ilə təsdiqlənmədiyini göstərmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. İddiaçı 1983-cü il tarixdən 2011-ci il tarixədək əmək fəaliyyəti dövründə 20 ilə yaxın sosial sığorta stajı qazanmışdır ki, qanunla tələb edilən 5 il ümumi sığorta stajı və bir il sığorta stajı üçün ən az 4 aylıq sığorta stajı İddiaçı əldə etdiyi qeyd edilən sığorta stajı ilə ödənilmişdir. İddiaçı göstərilənlərə əsasən İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yarandığı 10 fevral 2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 15 may 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxx 1964-ci il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikasının, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 08 oktyabr 2023-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Pensiya təyinatı şöbəsinin 06 mart 2024-cü il tarixli, 02 nömrəli qərarı ilə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qərarda imtinanın səbəbi kimi qanunvericiliyə əsasən iddiaçının 14 il sığorta stajına qarşı ümumilikdə 10 il 22 gün sığorta stajının olduğu göstərilmişdir. İddiaçının təqdim etdiyi MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasınında olan məlumatlara əsasən, o, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (9 ay 23 gün) Culfa Enerji-Texniki Rabitə mərkəzində müvəqqəti olaraq elektrik mexaniki, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (1 ay 28 gün) X10 3-cü dərəcəli elektrik mantyoru, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək (2 il 3 ay 11 gün) və xx.xx.1989 -cu il tarixdən xx.xx.1990-cı il tarixədək (1 il 8 ay 9 gün) Culfa Evlər İdarəsində süpürgəçi, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək (4 il 2 ay 1 gün) Culfa Rayon Neft Bazasında 3-cü dərəcəli operator, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (2 il 2 ay 24 gün) Culfa Stansiyasında fəhlə, xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək (10 il 4 ay 29 gün) Culfa Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində mühasib, daha sonra məsləhətçi, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək (29 gün) Culfa Mədəniyyət və Turizm şöbəsində kargüzar, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək (1 ay 12 gün) Culfa uşaq kitabxanasında kitabxanaçı vəzifələrində işləmişdir. Beləliklə, iddiaçının əmək kitabçası üzrə 21 il 11 ay 16 gün ümumi is stajının olduğu müəyyən olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13/249 nömrəli və eyni tarixli, 13/297 nömrəli arayışlarda İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək (9 ay 21 gün) Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya texnologiyaları Nazirliyində elektro mexanik vəzifəsində, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək (4 il 2 ay 1 gün) X8 satışı və Təchizat bazası-Culfa Neft bazasına lll-cü dərəcəli operator vəzifəsində işlədiyi göstərilmişdir. Arayışda qeyd edilmişdir ki, X8 satışı və Təchizat bazası-Culfa Neft bazasının əməkhaqqı kitabları 1996-cı ildən başlayır, aşağı illərə dair əməkhaqqı kitabları Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə təhvil verilməmişdir. Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 39 nömrəli arayışda İddiaçı Culfa Rayon Əhalinin Sosial Mərkəzində işlədiyi və 2004- 2005-ci illərdə əmək haqqı aldığı göstərilmişdir. İddiaçı 10 fevral 2022-ci il tarixdən l-qrup (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlillik dərəcəsi verilmişdir. Belə olan halda, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün o, 14 il (xx.xx.2021-xx.xx.1967 = 57 yaş -15 yaş = 42 il x4 ay = 168 ay/12 = 14 il) sosial sığorta stajına malik olmalıdır. Beləliklə, verilmiş arxiv arayışlarına və X1 Sistemində fərdi şəxsi hesabında qeydə alınmış müvafiq məlumatlara əsasən iddiaçının mövcud olan ümumilikdə 10 il 22 gün sığorta stajı qanunvericiliyə uyğun tələb olunan 14 il sığorta stajından az olduğu üçün ona l-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yarandığı 10 fevral 2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. 24 iyul 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil tərəfindən təqdim edilmiş İddiaçı 23 iyul 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən (vəsatətindən) görünür ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 06 mart 2024-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və İddiaçı hüququnun yarandığı 10 fevral 2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 24 iyul 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Şahid ifadəsi: 18 mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində iştirak edən X4 ona ünvanlanmış suallları cavablandıraraq iddiaçını tanıdığını, 1992-ci ilin iyun ayından Əhalinin Sosial Müdafiəsi Mərkəzində ilk dəfə kargüzar kimi işə başladığını, sonra pensiyalar üzrə müfəttiş kimi, sosial müavinətlər və uşaq pulu üzrə şöbə müdiri işlədiyini, 2016-cı ildən də sosial müavinətlər və sosial yardımlar şöbəsində baş məsləhətçi işlədiyini, xx.xx.2018-ci il tarixdən pensiyaya çıxdığını, orada işlədiyi illərin pensiyasına hesablandığını, o, işə başlayan vaxtı iddiaçının orada işləmədiyini, o, işə girəndən bir müddət sonra iddiaçının işə girdiyini, iddiaçının sahə müfəttişi vəzifəsində işlədiyini, səhv xatırlamırsa, iddiaçının mühasib köməkçisi kimi də işlədiyini, direktorun Məmmədqulu müəllim olduğunu, o, işə girən zaman direktorun Qasımova Nabat olduğunu, Səadət xanımla bir otaqda oturduqlarını, onun şöbə müdiri işlədiyini, Səadətin onun yanında müfəttiş kimi işlədiyini, 2004-cü ildən Səadətin onun yanında işləyib, sonra 2006-cı ildə özünün baş məsləhətçi vəzifəsinə keçdiyini, Səadətin isə pensiyalar üzrə müfəttiş vəzifəsində işlədiyini, iddiaçının təxminən 2002-2003-cü illərdə mühasib köməkçisi kimi işlədiyini, 2007-ci ilə qədər iddiaçı ilə birlikdə işlədiklərini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 06 mart 2024-cü il tarixli, 02 nömrəli qərarından məlum olur ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan və arxiv arayışları ilə öz əksini tapan ümumilikdə 7 il 11 ay 22 gün sığorta stajı tələb olunan 14 il 8 ay sığorta stajından az olduğu üçün İddiaçı əlilliyə görə əmək pensiyası təyin etmək qanunvericilik xaricindədir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli, 13/249 nömrəli arayışdan aydın olur ki, X5 Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə xx.xx.1983-cü il tarixli, ok-8 №-li əmrlə “elektro-mexanik” qəbul edilməsi, xx.xx.1983-cü il tarixli, ok 49 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. X8 satışı və Təchizat bazası-Culfa Neft bazasına xx.xx.1990-cı il tarixli, 105 №-li əmrlə İİİ dərəcəli “operator” qəbul edilməsi, xx.xx.1995-ci il tarixli, 6 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Arayışın qeyd hissəsində əməkhaqqı kitablarının 1996-cı ildən başladığı, aşağı illərə dair əməkhaqqı kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli, 13/297 nömrəli arayışdan məlum olur ki, X5 Naxçıvan MR Rabitə və İnformasiya texnologiyaları Nazirliyinə xx.xx.1983-cü il tarixli, ok-8 №-İİ əmrlə “elektro-mexanik” qəbul edilməsi, xx.xx.1983-cü il tarixli, ok 49 №-İİ əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. X8 satışı və Təchizat bazası-Culfa Neft bazasına xx.xx.1990-cı il tarixli, 105 №-li əmrlə İİİ dərəcəli “operator” qəbul edilməsi, xx.xx.1992-ci il tarixli, 48 №-İİ əmrlə 1991-1992-ci illərdə növbəti əmək məzuniyyətinə buraxılması, xx.xx.1992-ci il tarixli, 53 №-li əmrlə məzuniyyətdən geri qayıdıb isdə hesab olunması, xx.xx.1993-cü il tarixli, 52 №- İi əmrlə 1992-1993-cü illərin növbəti məzuniyyətinə buraxılması, xx.xx.1993-cü il tarixli, 56 №-li əmrlə işdə hesab olunması, xx.xx.1994-cü il tarixli, 69 №-li əmrlə 1993-1994-cü illərdə növbəti əmək məzuniyyətinə buraxılması, xx.xx.1995-ci il tarixli, 6 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Arayışın qeyd hissəsində X8 satışı və Təchizat bazası-Culfa Neft bazasının əməkhaqqı kitablarının 1996-cı ildən başladığı, aşağı illərə dair əməkhaqqı kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli, 39 nömrəli arayışda X5 Culfa Əhalinin Sosial Mərkəzində 2004-2005-ci illərdə işləməsi faktı və həmin illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Culfa rayon İcra Hakimiyyətinin Culfa şəhər Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 08 aprel 2024-cü il tarixli, 594 nömrəli arayışdan görünür ki, İddiaçı, həqiqətən, ünvan 1 ünvanında yaşayır və həmin mənzildə qeydiyyatdadır. - Culfa Rayon Polis Şöbəsi tərəfindən 13 sentyabr 2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1964-cü il tarixdə Culfa şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. -Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 02 may 2022-ci il tarixdə verilmiş 045737 nömrəli əlillik vəsiqəsindən görünür ki, 10 fevral 2022-ci il tarixdən İddiaçı İ qrup müddətsiz əlillik verilmişdir. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Culfa Enerji-Texniki Rabitə mərkəzində müvəqqəti olaraq elektrik mexaniki, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək X10 3-cü dərəcəli elektrik mantyoru, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək və xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Culfa Evlər İdarəsində süpürgəçi, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək Culfa Rayon Neft Bazasında 3-cü dərəcəli operator, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Culfa Stansiyasında fəhlə, xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Culfa Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində mühasib, daha sonra məsləhətçi, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Culfa Mədəniyyət və Turizm şöbəsində kargüzar, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Culfa uşaq kitabxanasında kitabxanaçı vəzifələrində işləmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 iyul 2024-cü il tarixli, 3-17-9-1/2-6520/2024 nömrəli məktubdan məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bildirilir ki, vətəndaş İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunması ilə bağlı müraciəti zamanı təqdim etdiyi Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli, 13/249 mömrəli, 01 mart 2022-cı il tarixli, 13/297 nömrəli və Culfa rayon Dövlət Arxivi tərəfindən verilmiş 22 fevral 2022-ci il tarixli, 39 nömrəli sığorta stajına aid arayışlara və X1 Sistemində fərdi şəxsi hesabında qeydə alınmış müvafiq məlumatlara əsasən mövcud olan ümumilikdə 10 il 00 ay 22 gün sığorta stajı qanunvericiliyə uyğun tələb olunan 14 il sığorta stajından az olduğu üçün ona İ dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Əlavə olaraq qeyd edilir ki, İddiaçı təqdim etdiyi ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997ci il tarixədən xx.xx.2006-cı il tarixədək olan dövrlər (12 il 10 ay 5 gün) heç bir arxiv arayışı ilə təsdiq olunmadığı üçün, eyni zamanda xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövrlər (2 ay 11 gün) isə X1 Sistemində öz əksini tapmadığı üçün həmin dövrlər sığorta stajı kimi nəzərə alınmamışdır. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 sentyabr 2024-cü il tarixli, 3-17-9-1/2-8591/2024 nömrəli məktubdan aydın olur ki, Culfa şəhər sakini İddiaçı (FİN: xxxxxxx, təvəllüd: xx.xx.1964) xx.xx.2022-ci il tarixdən müddətsiz aylıq 270 manat məbləğində İ qrup əlilliyə görə müavinət və aylıq 200 manat məbləğində İ qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir və müavinət, təqaüd məbləğləri hazırda ödənilir. İddiaçı Fond tərəfindən heç bir növ əmək pensiyası təyin edilməmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-10369/2024 nömrəli məktubdan görünür ki, sığortaolunan İddiaçı (FİN: xxxxxxx) MEİS-in “Sığorta” altsistemində fərdi şəxsi hesabında MDSS ödənişləri 2008-ci ilin fevral ayınadək əks olunur. Mövcud məlumatlara əsasən sığortaolunan İddiaçı 2006-2008-ci illər üzrə xeyrinə ödənilmiş MDSS haqları barədə məlumat məhkəməyə təqdim olunur. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 2009-2011-ci illər üzrə Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən təqdim olunan illik Forma B3 hesabatlarında İddiaçı adı ümumiyyətlə qeyd olunmamışdır. Bu səbəbdən həmin illər üzrə İddiaçı fərdi şəxsi hesabında heç bir məlumat əks olunmamışdır. İddiaçı fərdi şəxsi hesabından çıxarış məktuba əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 14 oktyabr 2024-cü il tarixli, 3/116 nömrəli məktub ilə İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Culfa Rayon Mədəniyyət və turizm şöbəsində kargüzar kimi, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Culfa Rayon Uşaq Kitabxanasında kitabxanaçı kimi işləməsi barədə əmrlərdən çıxarışlar (əmr № 86, 104, 139, 161), əmək haqqı ödəniş cədvəlləri məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Culfa rayon Dövlət Arxivinin 16 oktyabr 2024-cü il tarixli, 73 nömrəli nömrəli məktubuna əlavə edilmiş Culfa rayon ƏSMM üzrə xx.xx.2004-cü il tarixli, 06 nömrəli əmrdən məlum olur ki, mərkəzdə mühasib-mütəxəssis işləyən İddiaçı xəzinədar təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Culfa rayon Dövlət Arxivinin 16 oktyabr 2024-cü il tarixli, 73a nömrəli nömrəli arayışda İddiaçı 2004-2006-cı illər Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləməsi faktı və aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 1997-2003-cü illər və 2006-cı ilin iyul-sentyabr ayları və 2007-ci ilin əməkhaqqı cədvəllərinin Culfa rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 6 noyabr 2024-cü il tarixli, 9-3/2-3436/2024 nömrəli məktubdan aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1997-2007-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində mühasib və məsləhətçi vəzifələrində iş müddətilə bağlı bildirilir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təşkili və sisteminin strukturu haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 1993-cü il tarixli, 81 nömrəli Qərarının yeddinci hissəsinə əsasən Bakı şəhər sosial təminat idarəsi, rayon və şəhər sosial təminat şöbələri, pensiyaçılara sosial xidmət üzrə rayon və şəhər ərazi mərkəzləri ləğv edilmiş və onların bazasında respublikanın bütün rayon və şəhərlərində Əhalinin Sosial Müdafiəsi Mərkəzləri yaradılmışdır. Yuxarıda adıçəkilən Siyahının 2.12-ci bəndində Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən 1997-2007-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində mühasib və məsləhətçi vəzifələrində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Əlavə olaraq bildiririlir ki, vətəndaş İddiaçı haqqında müvafiq məlumatlar Dövlət Qulluqçularının Reyestri informasiya Sisteminə daxil edilməmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 aprel 2025-ci il tarixli, 3- 17-9-4/2-662/2025 nömrəli məktub ilə məhkəməyə göndərilmiş NMR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarınan aydın olur ki, İddiaçı ilkin olaraq xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbindən “orta beyin arteriyasının tıxanması və stenozu, İ Xroniki beyin qan dövranı pozğunluğu sol orta beyin arteriyası və vertebrobazilyar arteriya hövzəsində keçirilmiş işemik insult qalığı. Sağ tərəfli hemiparez R26 Müvazinət pozğunluğu.İntension titrəmə” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 06 mart 2024-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və ona hüququnun yarandığı 10 fevral 2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsindan ibarətdir. Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 06 mart 2024-cü il tarixli, 02 nömrəli qərarından məlum olur ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan və arxiv arayışları ilə öz əksini tapan ümumilikdə 7 il 11 ay 22 gün sığorta stajı tələb olunan 14 il 8 ay sığorta stajından az olduğu üçün İddiaçı əlilliyə görə əmək pensiyası təyin etmək qanunvericilik xaricindədir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Naxçıvan MR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0001 nömrəli qərarına əsasən aydın olur ki, İddiaçı müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının əmək stajının müəyyən edilməsinə münasibətdə qeyd olunur ki, iş materiallarında olan və məhkəmə tərəfindən əldə edilmiş arxiv arayışlarına əsasən iddiaçının Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə xx.xx.1983-cü il tarixli, ok-8 №-li əmrlə “elektro-mexanik” qəbul edilməsi, xx.xx.1983-cü il tarixli, ok 49 №-li əmrlə işdən azad olunması, X8 satışı və Təchizat bazası-Culfa Neft bazasına xx.xx.1990cı il tarixli, 105 №-li əmrlə İİİ dərəcəli “operator” qəbul edilməsi, xx.xx.1995-ci il tarixli, 6 №li əmrlə işdən azad olunması, 2004-2006-cı illər ərzində Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləməsi faktı və aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl, 2006-cı ilin yanvar ayından 2008-ci ilin yanvar ayı da daxil olmaqla Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləməsi və aylar üzrə sosial sığorta haqqı ödəməsi barədə sığortaolunanın hesabından çıxarış iddiaçının həmin dövrlərdəki iş stajını təsdiq edir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş əmrlərdən çıxarışlar (əmr № 86, 104, 139, 161) və əmək haqqı ödəniş cədvəlləri ilə İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Culfa Rayon Mədəniyyət və turizm şöbəsində kargüzar kimi, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Culfa Rayon Uşaq Kitabxanasında kitabxanaçı kimi işləməsi faktı təsdiq edilmişdir. İddiaçının əmək stajının əsas mübahisəli hissəsi onun 1997-ci il tarixdən 2004-cü il tarixədək olan hissəsidir ki, bu illərə dair arxiv arayışının olmaması səbəbindən həmin dövrlər cavabdeh tərəfindən iddiaçının əmək stajı hesablanarkən nəzərə alınmamışdır. Məhkəmə iddiaçının Culfa Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində işlədiyi illərə münasibətdə qeyd edir ki, iddiaçının ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək həmin müəssisədə işləmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Culfa rayon Dövlət Arxivinin 16 oktyabr 2024-cü il tarixli, 73 nömrəli nömrəli məktubuna əlavə edilmiş Culfa rayon ƏSMM üzrə xx.xx.2004-cü il tarixli, 06 nömrəli əmrdən qeyd olunur ki, mərkəzdə mühasib-mütəxəssis işləyən İddiaçı xx.xx.2004-cü il tarixdən xəzinədar təyin edilmişdir. Yəni arxiv arayışında (əmrdə) olan qeyddə də iddiaçının 2004-cü il tarixli təyinatına qədər mühasib-mütəxəssis işləməsi təsdiq edilir. Məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş X2 ünvanlanan suallara verilən cavablardan aydın olmuşdur ki, iddiaçının sahə müfəttişi vəzifəsində işlədiyini, səhv xatırlamırsa, iddiaçının mühasib köməkçisi kimi də işlədiyini, Səadət xanımla bir otaqda oturduqlarını, onun şöbə müdiri işlədiyini, Səadətin onun yanında müfəttiş kimi işlədiyini, sonra 2006-cı ildə özünün baş məsləhətçi vəzifəsinə keçdiyini, Səadətin isə pensiyalar üzrə müfəttiş vəzifəsində işlədiyini, iddiaçının təxminən 2002-2003-cü illərdə mühasib köməkçisi kimi işlədiyini, 2007-ci ilə qədər iddiaçı ilə birlikdə işlədiklərini bildirmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması barədə qərar qəbul edən zaman inzibati icraat haqqında qanunda nəzərdə tutulmuş qaydada inzibati icraat aparmadan qərar qəbul etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş 06 mart 2024-cü il tarixli, 02 nömrəli qərarda əlilliyə görə əmək pensiyasına çıxması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən 14 il 8 ay sığorta stajı tələb olunduğu halda, onun 7 il 11 ay 22 gün əmək stajının olması, məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 iyul 2024-cü il tarixli, 3-17-9-1/2-6520/2024 nömrəli məktubda isə 10 il 00 ay 22 gün əmək stajının olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Əks təqdirdə əmək kitabçası institutu öz mahiyyətini itirmiş olardı. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul edə bilər. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək fəaliyyətinə başladığı tarixdən əmək pensiyası hüququnun yarandığı 10 fevral 2022-ci il tarixədək ümumilikdə 20 ildən artıq əmək stajı mövcud olmuşdur. Bu da iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 14 il sığorta stajından 6 il çoxdur. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya 06 mart 2024cü il tarixli, 02 nömrəli qərar ilə əmək pensiyası təyin edilməsindən imtina edilməsi əsassızdır. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Buna görə də iddiaçı ona əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 06 mart 2024-cü il tarixli, 02 nömrəli qərarının ləğv edilməsi və İddiaçı hüququnun yarandığı 10 fevral 2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 06 mart 2024-cü il tarixli, 02 nömrəli qərarı ləğv edilsin. İddiaçı hüququnun yarandığı 10 fevral 2022-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Tural Əliyev