Məhkəmə qərarları › İş №2-1(122)-28/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-28/2020

20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-28/2020 20.05.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, X1liyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X6 ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbi üzrə inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhəri 1 nömrəli mənzil istismar kontoru ilə mərhum X11 arasında (indiki Nizami küçəsi, 55 nömrəli bina, 6 nömrəli mənzillə bağlı) 01 fevral 1977-ci il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 30 iyul 1967-ci ildə təsdiq edilmiş “ Yerli zəhmətkeş Deputatlar Sovetlərinin, dövlət, kooperativ və ictimai təşkilatların yaşayış evlərinin kirayəsi haqda” müqavilə bağlanmışdır. Müqavilə əsasında həmin şəxsin adına Mənzil Kommunal Təşkilatı tərəfindən 56 nömrəli order verilmişdir. X11 1995-ci ildə vəfat etmişdir. Atası vəfat etdiyindən mənzillə bağlı icarə müqaviləsinin onun adına dəyişdirilməsi ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 10 aprel 2008-ci il tarixli, 68 nömrəli Sərəncamı ilə Naxçıvan şəhəri, Nizami küçəsi, bina 55/6 nömrəli mənzilin icarə müqaviləsi onun adına dəyişdirilmişdir. Qardaşı oğlu X12 şəxsiyyət vəsiqəsi almaq məqsədilə sözügedən Nizami küçəsi, bina 55/6 nömrəli mənzildə qeydiyyata düşərək şəxsiyyət vəsiqəsi almışdır. Hazırda alınan şifahi məlumata əsasən, onun Belarusiya Respublikasının Minski şəhərində olduğu, dəqiq ünvan və əlaqə vasitələri olmadığından onunla əlaqə yaratmaq mümkün olmamışdır. Bu da mənzillə bağlı hüquqların həyata keçiriliməsi zamanı çətinliklər yaratmaqdadır. Qeyd olunan məsələ ilə əlaqədar olaraq X6 yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsinə müraciət olunmuş və heç bir müsbət nəticə əldə olunmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İddiaçı yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-151-ci maddələrini əsasən, məhkəmədən X6 Naxçıvan şəhəri, Nizami küçəsi, bina 55/6 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2- 1(122)-28/2020 nömrəli qərardadı ilə X12 və 21 fevral 2020-ci il tarixli, 2-1(122)-28/2020 nömrəli qərardadı ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 20 may 2020-ci il tarixə təyin edilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmiş, lakin Naxçıvan Şəhər Polis İdarəsi nümayəndəsinin iştirakı olmadan işə baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X6 qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş və üçüncü şəxs həmin ünvanda yaşamadığından məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X16 11 mart 2020ci il tarixdə keçirilən məhkəmə hazırlıq icraatı iclasında verdiyi izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil 1977-ci il tarixdə 56 nömrəli orderlə X7 icarəsinə verilmişdir. X11 1995-ci il tarixdə vəfat etdikdən sonra oğlu İddiaçı ərizə ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət edərək icarə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2008-ci il tarixli, 68 nömrəli sərəncamı ilə Nizami küçəsi, bina 55, mənzil 6 ünvanında yerləşən mənzilin icarə müqaviləsi İddiaçı adına dəyişdirilmişdir. X12 həmin mənzildə yaşamamış, orderdə onun adı göstərilməmiş və həmin mənzilin qeydiyyatına necə düşməsi barədə heç bir məlumat yoxdur. Hesab edir ki, X6 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatı formal xarakter daşıyır. X6 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olması həmin mənzildə yaşayanların və həmin mənzilin istifadəçilərinin hüquqlarını pozur. Bu səbəbdən də X6 ünvan 1 ünvanında yerləşən mənzilin qeydiyyatından çıxarılmasına heç bir etirazı yoxdur. Müvafiq qərar qəbul edilməsini xahiş edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, mənzilin əldə olunmasna dair sənədləri, yaşayış yerindən arayışı, ödəniş qəbzini, cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Belə ki, iş materiallarında olan ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ünvanladığı 09 yanvar 2020-ci il tarixli, 7/61-C4 nömrəli məktubundan görünür ki, X6 Naxçıvan şəhəri, Nizami küçəsi, ev 55 mənzil 6 ünvanının pasport qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. İş materiallarında olan Naxçıvan şəhəri 1 nömrəli mənzil istismar kontoru ilə X11 arasında (indiki Nizami küçəsi, 55 nömrəli bina, 6 nömrəli mənzillə bağlı) 01 fevral 1977-ci il tarixdə bağlanmış, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 30 iyul 1967-ci ildə təsdiq edilmiş “Yerli zəhmətkeş Deputatlar Sovetlərinin, dövlət, kooperativ və ictimai təşkilatların yaşayış evlərinin kirayəsi haqda” müqavilədən aydın olur ki, indiki Nizami küçəsi, 55 nömrəli bina, 6 nömrəli mənzil X8 təqdim edilmişdir. Müqavilə əsasında X7 adına Mənzil Kommunal Təşkilatı tərəfindən 56 nömrəli order verilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 10 aprel 2008-ci il tarixli, 68 nömrəli Sərəncamından aydın olur ki, Naxçıvan şəhəri, Nizami küçəsi, bina 55, 6 nömrəli mənzilin icarə müqaviləsi İddiaçı adına dəyişdirilmişdir İş materiallarında olan ünvan 4ənzil-İstismar İdarəsinin 05 fevral 2020-ci il tarixli arayışından görünür ki, X2 şəhəri, Nizami küçəsi, ev 55 mənzil 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 4ənzil-İstismar İdarəsinin 11 fevral 2020-ci il tarixli, 17 nömrəl məktubundan görünür ki, X3 yaşadığından məktubları çatdıra bilməmişlər. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1962-ci ildə Naxçıvan Muxtar Respublikası, ünvan 5 ünvanında yaşayır. İş materiallarında olan 05 fevral 2020-ci il tarixli, TT**********54510 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün "xxxx" ASC Naxçıvan Muxtar Respublikası İdarəsi filialının AZ21NABZ******************** nömrəli hesabına 10 (on) manat dövlət rüsumu ödəmişdir. Üçüncü şəxsin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqları və X4 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, X12 iddiaçının ailə üzvü olmamış, ünvan 1 ünvanında heç vaxt yaşamamış və həmin mənzil onun yaşayış yeri olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, vətəndaş qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. İşdən görünür ki, üçüncü şəxs X6 mənzildən istifadə hüququna dair heç bir sübut yoxdur və həmin mənzilə qeydiyyata düşməsinə əsas olan sənədlər mövcud deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin birinci abzasında qeyd edilir ki, şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür Həmin Qanunun 5-ci maddəsinin 2-ci abzasında qeyd edilir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsini, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Göründüyü kimi hər bir şəxs yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Şəxsin yaşayış yeri yuxarıda qeyd edilən hüquq normalarına görə daimi və ya daha çox yaşadığı ev, mənzil başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, X2 şəhəri, Nizami küçəsi, ev 55, mənzil 6 ünvanında yerləşən mənzildə yaşamadığına və həmin mənzil onun yaşayış yeri olmadığına görə sözü gedən mənzildə qeydiyyatda qalması düzgün deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, üçüncü şəxs X6 Naxçıvan şəhəri, Nizami küçəsi bina 55, 6 nömrəli mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyi Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 68-69, 75, 81, 85, 110-cu maddələrin rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının pasport qeydiyyatından X6 çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulur. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN:HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar