Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-28/2025 14.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Əliyar oğlunun Cavabdehnə qarşı “sökülmüş əmlaklarına görə ona vurulmuş bir milyon manat ziyanın və əldən çıxmış faydaya görə bir milyon manat, cəmi iki milyon manatın cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Əliyar oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sökülmüş əmlaklarına görə ona vurulmuş bir milyon manat ziyanın və əldən çıxmış faydaya görə bir milyon manat, cəmi iki milyon manatın cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ikinci qrup əlildir. X5 Veteranıdır. Səhhəti ilə bağlı tez-tez müalicə alır. 2009-cu il tarixdə Cavabdeh keçmiş başçısı X7 heç bir xəbərdarlıq olunmadan Culfa şəhərində yerləşən yeməkxanasını sökdürmüşdür. Hətta orada olan yemək qazanlarını götürməyə imkan verməmişdir. O, vurulmuş ziyana görə kompensasiya ödənilməsi üçün Cavabdeh başçısına ərizə ilə müraciət etmişdir. Müraciətinə verilən cavabda onun mülkiyyətində olan yeməkxananın sökdürülməsində Cavabdeh heç bir xəbərinin olmadığı qeyd olunmuşdur. Bununla əlaqədar Cavabdeh tərəfindən heç bir sərəncam və bildiriş verilməmişdir. Əlavə olaraq Culfa şəhərində yerləşən 140 və 143 nömrəli texniki pasportlu avtomobil dayanacağı Cavabdeh tərəfindən zorla sökdürülmüşdür. Orada olan dispeçr damını və başqa texniki binaları zorla sökdürülmüşdür. X21 Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş və ona vurulmuş ziyana görə kompensasiya ödənilməsini tələb etmişdir. Müraciətinə cavab verilməsi ilə kifayətlənmiş və özlərini günahkar saymamışdırlar. Beləliklə ona bir milyon maddi ziyan və bir milyon əldən çıxmış fayda olmaqla, cəmi iki milyon maddi ziyan dəymişdir. İddiaçı göstərilənlərə əsasən, sökülmüş əmlaklarına görə ona vurulmuş bir milyon manat ziyanın və əldən çıxmış faydaya görə bir milyon manat, cəmi iki milyon manatın cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 03 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh iddiaya dair 25 iyun 2023-cü il tarixli, 5-23/2-350/2023 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı Əliyar oğlunun Culfa şəhərində yerləşən yeməkxanasının və avtomobil dayanacağının dövlət ehtiyacları üçün alınması zərurəti yaranmadığından satınalma yolu ilə mülkiyyətçidən alınması barədə heç bir qərar qəbul edilməmişdir. Cavabdeh tərəfindən İddiaçı Əliyar oğluna məxsus yeməkxana və avtomobil dayanacağının sökülməsi haqqında sərəncam verilməmiş, bununla bağlı ona qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir bildiriş göndərilməmişdir. Cavabdeh hərəkəti və ya hərəkətsizliyi nəticəsində İddiaçı Əliyar oğlunun qanunla qorunan maraqlarına xələl gətirilməmiş, hüquqları pozulmamışdır. Belə bir hal mövcud olsaydı İddiaçı yeməkxanasının və avtomobil dayanacağının söküldüyü 2009-cu ildə bununla bağlı məhkəmə orqanlarına müraciət edər, pozulmuş hüquqlarının bərpasını tələb edərdi. Ona görə də iddiaçının Cavabdehnə qarşı “sökülmüş əmlaklarına görə ona vurulmuş ziyanın bir milyon manatın və əldən çıxmış faydaya görə bir milyon manat, cəmi iki milyon manatın cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi’' tam əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq hazırki iddia tələbinə inzibati iş üzrə qanunvericiliyə uyğun qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 25 iyun 2025-ci il tarixli, 2-1(122)-28/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 14 avqust 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Nümayəndə heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, İddiaçı Əliyar oğlu məhkəməyə 11 avqust 2025-ci il tarixli, AZ0116/********** nömrəli teleqram göndərərək, səhhətində yaranmış problemlərlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və konstitusion hüquqlarının bərpa olunmasının təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə iddiaçının və onun nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X14 cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış etiraza uyğun məzmunda izahat verərək, İddiaçı Əliyar oğlunun mülkiyyətində olmuş əmlaklarının dövlət ehtiyacları üçün alınması zərurəti yaranmadığından bu barədə hər hansı inzibati aktın qəbul edilmədiyini, əmlaklarının sökülməsi barədə sərəncam verilmədiyini, mübahisə predmeti olan yeməkxana binasını qanunvericiliyə uyğun qaydada satın alıb, adına rəsmiləşdirsə də, həmin yeməkxananın dəmir yolunun mühafizə zolağında yerləşdiyini, əlavə olaraq digər əmlak-dayanacaq barəsində texniki pasport tərtib edilsə də, həmin texniki pasportun verilməsinə əsas olmuş sərəncamın tədqiqi nəticəsində nə iddiaçının, nə də Qarabağ Əlillər Cəmiyyətinin adının qeyd edilmədiyinin məlum olduğu, Cavabdeh tərəfindən iddiaçının heç bir hüququnun pozulmadığınə, əmlakının əlindən alınmadığını bildirərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, texniki pasportların, şəhadətnamənin, müqavilənin, vəsiqələrin surətlərini və arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatının dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1975-ci ildə Culfa şəhərində doğulmuş Qasımov X15 şəhəri, Təbriz küçəsi, ev 10 ünvanında qeydiyyatdadır. - 01 may 2007-ci il tarixdə verilmiş 064647 nömrəli vəsiqənin surətindən görünür ki, Qasımov X8 əlilidir. - Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş 03 mart 2003-cü il tarixli, 000168 nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Əliyar oğlu Azərbaycan Respublikası Dövlət Dəmir X22 FTŞ-in Culfa şəhərində yerləşən 18 nömrəli yeməkxanasını qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Əmlakın ümumi satış qiyməti 728192 (yeddi yüz iyirmi səkkiz min yüz doxsan iki) manat, dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı **********031 ünvanlı dövlət büdcəsinə 546144 (beş yüz qırx altı min yüz qırx dörd) manat məbləğində pul köçürülmüşdür. Reyestr kitabı- 16, səhifə-03, qeydiyyat-168. - 04 mart 2003-cü il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Culfa şəhəri, 24-cü məhəllədə yerləşən yeməkxana Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin 16 yanvar 2003-cü il tarixli, 01 saylı sərəncamı əsasında icarəçi qismində İddiaçı Əliyar oğlu qeyd edilmişdir. - 143 inventar nömrəli, 01/320 qeydiyyat nömrəli qeyri-yaşayış binasının texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən avtodayanacaq Culfa Şəhər İcra Hakimiyyətinin 27 sentyabr 2000-ci il tarixli, 89 saylı sərəncamı əsasında Culfa rayon Qarabağ Əlillər Cəmiyyətinin adına qeyd edilmişdir. - 140 inventar nömrəli, 04/312 qeydiyyat nömrəli qeyri-yaşayış binasının texniki pasportun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən avtodayanacaq Culfa Şəhər İcra Hakimiyyətinin 27 sentyabr 2000-ci il tarixli, 89 saylı sərəncamı əsasında Culfa rayon Qarabağ Əlillər Cəmiyyətinin adına qeyd edilmişdir. - 26 fevral 2003-cü il tarixli, 13 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi İdarəsinin rəisi X1 Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən 26 mart 2003-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Auksion Mərkəzində keçirilən auksionda 13 nömrəli protokola əsasən Azərbaycan Respublikası Dövlət Dəmir X22 FTŞ-in 18 nömrəli yeməkxana binasını 546144 (beş yüz qırx altı min yüz qırx dörd) manata alıcı İddiaçı Əliyar oğluna satmışdır. İş materiallarına əlavə edilmiş: - Cavabdeh Culfa Şəhər Nümayəndəliyinin 27 sentyabr 2000-ci il tarixli, 99 nömrəli sərəncamından görünür ki, torpaq sahəsi verilmiş vətəndaşlar arasında İddiaçı Əliyar oğlunun adı qeyd edilməmişdir. - Cavabdeh Memarlıq və Tikinti Şöbəsinin 25 may 2000-ci il tarixli, 17 nömrəli məktubundan görünür ki, Qarabağ Əlillər Cəmiyyətinin Culfa rayon Şöbəsinə Culfa şəhərinin cənub hissəsində əhaliyə xidmət məqsədilə avtonəqliyyat dayanacağı üçün torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. - 03 aprel 2001-ci il tarixli müqavilənin surətindən görünür ki, Naxçıvan MR DTİ və MhQ idarəsi tərəfindən Culfa Rayon Qarabağ Əlillər Cəmiyyətinə verilmiş 01/132 nömrəli qeydiyyat vəsiqəsinə, 140 nömrəli texniki pasporta və s. sənədlərə əsasən ona məxus olan Culfa şəhəri “Keçid” məntəqəsində yerləşən avtodayanacağı İddiaçı Əliyar oğluna satmışdır. Həmin müqavilə imzalanarkən satılan əmlaka görə İddiaçı Əliyar oğlu bütünlüklə altı milyon manat almışdır. - 03 aprel 2001-ci il tarixli müqavilənin surətindən görünür ki, Naxçıvan MR DTİ və MhQ idarəsi tərəfindən Culfa Rayon Qarabağ Əlillər Cəmiyyətinə verilmiş 01/320 nömrəli qeydiyyat vəsiqəsinə və 143 nömrəli texniki pasporta əsasən ona məxus olan Culfa şəhəri “Keçid” məntəqəsində yerləşən 9.63 kv.m. avtodayanacağın gözətçi damını İddiaçı Əliyar oğluna satmışdır. Həmin müqavilə imzalanarkən satılan əmlaka görə İddiaçı Əliyar oğlu bütünlüklə üç milyon altı yüz min manat almışdır. - Azərbaycan Respublikası X3, Veteranları və X17 Birliyinin Culfa Rayon Şöbəsinin 11 iyun 2002-ci il tarixli, 08 nömrəli məktubundan görünür ki, QMƏVŞA İB-nin Culfa Rayon Şöbəsi fəaliyyətini gücləndirilməsi məqsədi ilə İİ qrup Qarabağ əlili İddiaçı Əliyar oğlunun şəxsi mülkiyyətində olan Culfa şəhərinin sərhədyanı ərazisində yerləşən torpaq sahəsini şöbə icarəyə götürmüşdür. Şöbənin həmin ərazidə maşınların giriş-çıxışı üçün xidməti xərci olan 1000 manat alınmasına sərəncam verilməsi xahiş edilmişdir. Həmin sahədən gələn gəlirin 50 %-i şöbənin idarə işçilərinin əmək haqqı, 30 %-i şöbənin üzvlərinə yardım, 20 %-i isə şöbənin keçirəcəyi tədbirlərə sərf olunacaqdır. - Culfa Şəhər İcra Nümayəndəliyinin 12 iyun 2002-ci il tarixli, 14 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası X3, Veteranları və X17 Birliyinin Culfa Rayon Şöbəsinin 11 iyun 2002-ci il tarixli, 08 saylı məktubu nəzərə alınaraq 2-ci qrup Qarabağ əlili İddiaçı Əliyar oğlunun şəxsi mülkiyyətində olan torpaq sahəsinin (avtodayanacaq) əhaliyə xidmət məqsədi ilə icarəyə götürdüyündən və maşınların girişçıxışını tənzimləmək üçün maşın sahiblərindən 1000 (min) manat rüsum alınmasına icazə verilmişdir. - 10 iyun 2002-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı Əliyar oğlu şəxsi mülkiyyətində olan avtodayanacağı əhaliyə xidmət məqsədi ilə QMƏVŞA İB Culfa Rayon Şöbəsinə icarəyə vermişdir. Bu müqavilə əsasında QMƏVŞA İB Culfa Rayon Şöbəsi İddiaçı Əliyar oğluna hər ay üçün 150.000 (yüz əlli min) manat ödəməlidir. Müqavilə 10 iyun 2002-ci ildən 10 iyun 2003-cü ilədək etibarlıdır. - Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 16 yanvar 2003-cü il tarixli, 07 saylı Sərəncamından görünür ki, Naxçıvan Filiz idarəsinin çörəkbişirmə sex binası, yeməkxana binası, daş ev çayxana binası, hamam binası üçüncü dəfə, Azərbaycan Dövlət Dəmir X22 X10 5 №-li, 6 №-li, 6 a №-li anbarları, 80 №-li mağazası, 18 №-li , 19 №-li yeməkxanaları, Babək rayon ÜEZ-nun quraşdırılmamış Mini Şəkər sexi və Culfa şəhər hamamı dördüncü dəfə, Ordubad 2 saylı hamamı 5-ci dəfə 26 fevral 2003-cü il tarixdə hərraca çıxarılması qərara alınmışdır. Məktuba əlavə edilmiş cədvələ əsasən Azərbaycan Dəmir X22 X10 126,2 kv.m. ümumi sahədən ibarət 18 saylı yeməkxanasının tam dəyəri 728192, ilkin satış qiyməti 546144, behin həcmi 54614 manat olmaqla qiymətləndirilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 15 noyabr 2024-cü il tarixli, 02/1109 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin X2 Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 16 yanvar 2003-cü il tarixli, 01 saylı sərəncamına rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 20 avqust 2024-cü il tarixli, **********649500 nömrəli məktubundan görünür ki, Culfa Rayon Qarabağ Əlillər Cəmiyyəti hüquqi şəxs kimi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında aşkar olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, X3 Veteranları və X17 Birliyinin Culfa Rayon Şöbəsi (VÖEN: **********) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 27 aprel 2001-ci il tarixdə 267 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 20 avqust 2024-cü il tarixli, 3-16- 33-1/2-1334/2024 nömrəli məktubundan görünür ki, Culfa rayon Qarabağ Əlillər Cəmiyyətinin mövcudluğu, hazırda fəaliyyət göstərib-göstərməməsi, əgər ləğv edilibsə balansında olan əmlakının hüquqi taleyi barədə nazirliyin Qeyri-kommersiya X6 baxış keçirilmiş, lakin bu barədə heç bir məlumat aşkar edilməmişdir. - Cavabdeh Culfa Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli, 125 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Dəmir X22 FTŞ-in Culfa şəhərində yerləşən 18 №-li yeməkxanasının yerləşdiyi ərazinin hazırda kimin mülkiyyətində (balansında) olması barədə Culfa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində heç bir məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 11 iyun 2024-cü il tarixli, 3-16- 33-1/2-956/2024 nömrəli məktubundan görünür ki, 04 iyun 2024-cü il tarixli, 2-1(122)- 73/2024 nömrəli sorğu ilə bağlı bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində ünvan reyestri üzrə axtarış imkanı olmadığından, o cümlədən “İnformasiya əldə etmək haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən sorğu edilən informasiyanın həcmi iri olduğundan qeyri-müəyyən məlumatlar əsasında sorğunun tam və dəqiq icrası imkan xaricindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 yanvar 2001-ci il tarixli "Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi Qaydaları haqqında" Qərarında bazar qiymətləri barədə mənbələr müəyyən edilmişdir. Qaydalarda nəzərdə tutulan mənbələrdən, eləcədə daşınmaz əmlaka sərəncam verilməsinə dair müqavilələr barədə məlumatlar “Elektron notariat” informasiya sistemi vasitəsilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə mütəmadi ötürüldüyündən sözügedən məlumatların həmin qurumdan əldə edilməsi mümkün ola bilər. Bununla yanaşı bildirilir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 7-ci bəndinə əsasən notariat hərəkətləri ilə bağlı sənədlər məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar bu orqanların qərarı əsasında onlara verilir. - Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin 11 iyun 2024-cü il tarixli, 09/206 nömrəli məktubundan görünür ki, avto-dayanacaqlar Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş “İstehlak səbətinə daxil olan məhsulların siyahısı”nda olmadığından müvafiq göstəricinin orta bazar qiymətlərinin müşahidəsi aparılmır. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 iyul 2024-cü il tarixli, 04/621 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşmiş avto-dayanacağın orta bazar qiymətinin müəyyən edilməsi üçün Xidmətin məlumat bazasında müvafiq ərazidə analoji avto-dayanacaqların həmin dövrə aid bazar qiymətlərinə dair məlumatlar olmadığından, həmçinin əmlakın hal-hazırda mövcud olmaması qiymətləndirmə obyektinin bərpasına, yaxud əvəzləşdirilməsinə lazım olan xərclərin müəyyən edilməsinə imkan vermədiyindən əmlakın qiymətləndirilməsi mümkün olmamışdır. - Cavabdeh 20 noyabr 2023-cü il tarixli, 5-23/2-805/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Əliyar oğlunun mülkiyyətində olmuş əmlakların dövlət ehtiyacları üçün alınması zərurəti yaranmadığından satınalma yolu ilə mülkiyyətçidən alınması barədə heç bir qərar qəbul edilməmişdir. Cavabdeh tərəfindən İddiaçı Əliyar oğluna məxsus əmlaklarının sökülməsi haqqında sərəncam verilməmiş, bununla bağlı ona qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir bildiriş göndərilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, vətəndaşın iddia etdiyi yeməkxana X19 MMC-nin mühafizə zolağında yerləşirdi, Avtodayanacaqda isə heç bir tikili olmamışdır. Cavabdeh hərəkəti və ya hərəkətsizliyi nəticəsində İddiaçı Əliyar oğlunun qanunla qorunan maraqlarına xələl gətirilməmiş, hüquqları pozulmamışdır. Belə bir hal mövcud olsaydı, vətəndaş əmlakının söküldüyü vaxt bununla bağlı məhkəmə orqanlarına müraciət edər, pozulmuş hüquqlarının bərpasını tələb edərdi. Yuxarıda göstərilənləri nəzərə alaraq 2-1(122)-613/2023 nömrəli inzibati iş üzrə qanunvericiliyə uyğun qərar qəbul edilməsi xahiş edilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X19” Məhdud Məsuliyyətli Cəmiyyətinin məktubundan görünür ki, Azərbaycan Dövlət Dəmir X13 X10 Culfa şəhərindəki 18 №-li yeməkxanasının yerləşmiş olduğu ərazi hazırda “X19” MMC-nin balansındadır. Belə ki, Culfa stansiyasının ərazisində 408-ci kilometrin 1-ci piketində mövcud olmuş həmin yeməkxana dəmir yolu kilometrinin artan istiqaməti üzrə sağ tərəfdə 14 metr məsafədə yerləşdiyindən, qeyd olunan ərazi xüsusi təyinatlı təhkim zolağına daxildir. Dəmir yolunun 408-ci kilometrinin 1-ci piketindəki təhkim zolağının sxematik planı məktuba əlavə olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28 noyabr 2024-cü il tarixli, 04/1267 nömrəli məktubundan görünür ki, İddiaçı Əliyar oğlunun iddia etdiyi, Culfa şəhərində (Culfa şəhəri, 24-cü məhəllə) yerləşən 18 saylı yeməkxana və digər yardımçı tikililər, həmçinin Culfa şəhəri “Keçid” məntəqəsində yerləşən avtodayanacaq və avtodayanacağın gözətçi damı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Naxçıvan Muxtar Respublikası İqtisadi inkişaf Nazirliyinin Xidmətə təqdim etdiyi özəlləşdirilən müəssisə və obyektlər haqqında məlumatlarda İddiaçı Əliyar oğlunun Culfa şəhərində (Culfa şəhəri, 24-cü məhəllə) ümumi sahəsi 126,2 m2 olan yeməkxana binasını özəlləşdirdiyi qeyd olunmuşdur. Əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla X11 istifadəsindədir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 20 dekabr 2024-cü il tarixli, 04/1378 nömrəli məktubundan görünür ki, İddiaçı Əliyar oğlunun iddia etdiyi müraciətdə qeyd olunan tikililərin 2009-2010-cu illərə dair bazar dəyərinin müəyyənləşdirilməsi üçün Xidmətin informasiya bazasında Culfa şəhəri üzrə uyğun tikililərin 2009-2010-cu illərdə notarial qaydada bağlanılmış alqı-satqı müqavilələri mövcud deyil. Məktubda qeyd olunan texniki göstəricilər əsasında tikililərin 2024-cü il üçün orta bazar qiymətini müəyyənləşdirmək mümkün olmamışdır. 2024-cü ildə notarial ofislərdə bağlanılmış alqı-satqı müqavilələrinə əsasən Culfa şəhəri üzrə qeyriyaşayış sahələrinin 1 m2-nin bazar qiyməti 340-850 manat arasında dəyişilir. - Culfa Şəhər İcra Nümayəndəliyinin 27 sentyabr 2000-ci il tarixli, 89 saylı sərəncamından çıxarışdan görünür ki, Qarabağ Əlillər Cəmiyyətinin Culfa Rayon Təşkilatına avtomobil dayanacağı və mağaza tikintisi üçün 886 kv.m. torpaq sahəsi verilmişdir. - 05 iyul 2001-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Əliyar oğlu öz şəxsi mülkiyyətində olan avto-dayanacağı əhaliyə xidmət məqsədi ilə növbəlik yaratmışdır. Bu müqavilə əsasında İddiaçı Əliyar oğlu QMƏVŞA İB Culfa rayon şöbəsinə hər ay üçün 600.000 (altı yüz min) manat ödəməlidir. Müqavilə 05 iyul 2001-ci ildən 05 avqust 2001-ci ilədək etibarlıdır. - 05 avqust 2001-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Əliyar oğlu öz şəxsi mülkiyyətində olan avto-dayanacağı əhaliyə xidmət məqsədi ilə növbəlik yaratmışdır. Bu müqavilə əsasında İddiaçı Əliyar oğlu QMƏVŞA İB Culfa rayon şöbəsinə hər ay üçün 600.000 (altı yüz min) manat ödəməlidir. Müqavilə 05 avqust 2001-ci ildən 05 oktyabr 2001-ci ilədək etibarlıdır. - 05 oktyabr 2001-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Əliyar oğlu öz şəxsi mülkiyyətində olan avto-dayanacağı əhaliyə xidmət məqsədi ilə növbəlik yaratmışdır. Bu müqavilə əsasında İddiaçı Əliyar oğlu QMƏVŞA İB Culfa rayon şöbəsinə hər ay üçün 600.000 (altı yüz min) manat ödəməlidir. Müqavilə 05 oktyabr 2001-ci ildən 05 noyabr 2001-ci ilədək etibarlıdır. - 05 noyabr 2001-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Əliyar oğlu öz şəxsi mülkiyyətində olan avto-dayanacağı əhaliyə xidmət məqsədi ilə növbəlik yaratmışdır. Bu müqavilə əsasında İddiaçı Əliyar oğlu QMƏVŞA İB Culfa rayon şöbəsinə hər ay üçün 600.000 (altı yüz min) manat ödəməlidir. Müqavilə 05 noyabr 2001-ci ildən 05 dekabr 2001-ci ilədək etibarlıdır. - 05 dekabr 2001-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Əliyar oğlu öz şəxsi mülkiyyətində olan avto-dayanacağı əhaliyə xidmət məqsədi ilə növbəlik yaratmışdır. Bu müqavilə əsasında İddiaçı Əliyar oğlu QMƏVŞA İB Culfa rayon şöbəsinə hər ay üçün 450.000 (dörd yüz əlli min) manat ödəməlidir. Müqavilə 05 dekabr 2001-ci ildən 05 yanvar 2002-ci ilədək etibarlıdır. - 05 yanvar 2002-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Əliyar oğlu öz şəxsi mülkiyyətində olan avto-dayanacağı əhaliyə xidmət məqsədi ilə növbəlik yaratmışdır. Bu müqavilə əsasında İddiaçı Əliyar oğlu QMƏVŞA İB Culfa rayon şöbəsinə hər ay üçün 450.000 (dörd yüz əlli min) manat ödəməlidir. Müqavilə 05 yanvar 2002-ci ildən 05 fevral 2002-ci ilədək etibarlıdır. - 14 may 2001-ci il tarixli müqavilədən görünür ki, Azərbaycan Enerji İstehsalat X12 Şəbəkələrinin direktoru ilə sahibkar İddiaçı Əliyar oğlu arasında müqavilə bağlanılmışdır. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı tərəf ona məxsus olmuş qeyri-yaşayış sahələrinin cavabdeh inzibati orqan tərəfindən söküldüyünə istinad edərək, həmin əmlaklara görə 1 milyon manat, həmçinin əldən çıxmış fayda qismində 1 milyon manat olmaqla, ümumilikdə 2 milyon manat kompensasiya ödənilməsini tələb edir. Cavabdeh inzibati orqan isə Culfa şəhərində yerləşən və iddiaçıya məxsus olmuş yeməkxananın və avtomobil dayanacağının dövlət ehtiyacları üçün alınması zərurəti yaranmadığından satınalma yolu ilə mülkiyyətçidən alınması barədə heç bir qərar qəbul edilmədiyini bildirərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətsizliyi qanunidir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: - 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. - 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İşin faktiki hallarından aydın olur ki, iddiaçının mülkiyyətində olmuş iki əmlakına görə kompensasiya və uzun illər ərzində əldən çıxmış faydanı tələb edir. İddiaçının mülkiyyətində olmuş əmlaklardan biri Culfa şəhərində yerləşən 18 nömrəli yeməkxana, digəri isə Culfa şəhəri, Təbriz küçəsində yerləşmiş avtodayanacaqdan ibarətdir. Hazırki mübahisə üzrə iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan yeməkxana binasının və dayanacağın sökülməsi nəticəsində ona vurulmuş bir milyon manat ziyanın və əldən çıxmış faydaya görə bir milyon manat, cəmi iki milyon manatın cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İddiaçı uzun zaman kəsiyində təyin olunmuş məhkəmə iclaslarında iştirak etməyərək, hüquqi marağını şifahi dinləmələr əsasında dilə gətirməsə də, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq bu istiqamətdə araşdırma aparmış, iddiaçı ilə yazışmalar aparmış və onun hüquqi marağının konkretləşdirilməsinə nail olmağa çalışmışdır. Qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Culfa şəhərində yerləşən yeməkxana binasının və dayanacağın əvvəllər iddiaçının mülkiyyətində olması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Lakin iddiaçı sözügedən əmlakların onun mülkiyyətində olmasını sübut etsə də, həmin əmlakların cavabdeh tərəfindən sökülməsinə dair mötəbər dəlillərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda qeyd edilmiş deliktə görə məsuliyyətin yaranması üçün sadalanmış ünsürlərdən əməlin (hərəkət və ya hərəkətsizliyin) olması zəruridir. Hazırki iş üzrə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarını pozan və mülki məsuliyyətə səbəb olan hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) mövcud deyil və bu hal iş materiallarına əsasən sübut edilmir. Göründüyü kimi deliktin ilkin ünsürünün mövcud olmaması özlüyündə onun mövcudluğunu istisna edir. Digər yandan iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan yeməkxana binasının və dayanacağın 2009-cu ildə Cavabdeh tərəfindən söküldüyünü bildirsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun inzibati şikayətlər üzrə icraatla bağlı 7-ci fəslində nəzərdə tutulmuş qaydalara uyğun olaraq həmin müddətdə hər hansı şikayət instansiyasına inzibati şikayət verməmişdir ki, bu hal iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahələrinin cavabdeh tərəfindən söküldüyünə şübhə yaradır. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş mülkiyyət hüququna dair normalar baxımından (13, 29) da, inzibati orqanlar yalnız qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə icraatı gedişində müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan səlahiyyətləri çərçivəsində iddiaçının əmlaklarının əvvəllər yerləşdiyi ərazidə ictimai məqsədlər (şəhərsalma məqsədləri) üçün abadlaşdırma işlərinin aparılması və şəhərsalma məqsədlərinə xidmət edən digər fəaliyyətin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yeməkxana binasının yerləşdiyi ərazi Dəmir Yolu mühafizə zolağında yerləşmişdir və həmin ərazi xüsusi təyinatlı təhkim zolağına daxildir. Həmin əraziyə cavabdeh inzibati orqanın müdaxiləsi qeyri-mümkün olduğundan bu hal özlüyündə cavabdeh inzibati orqanın hərəkətsizliyini bir daha sübut edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona məxsus olmuş qeyriyaşayış sahələrinin sökülməsi barədə istinad etdiyi qeyd olunan səlahiyyətlərin Cavabdeh iradə ifadəsi əsasında həyata keçirildiyi qəbul edilə və həmin səlahiyyətlərin onun tərəfindən icra olunduğu anlamında qiymətləndirilməsi düzgün hesab edilə bilməz. Bu səbəbdən mülkiyyətçiyə dəymiş ziyanın ödənilməsi cavabdehin məsuliyyət sferasına aid edilə bilməz. Eyni zamanda məhkəmə iddiaçının digər tələbini - əldən çıxmış faydaya görə bir milyon manat məbləğin ödənilməsi hissəsində də iddianı əsassız hesab edir. Belə ki, iddiaçıya məxsus olmuş, hal-hazırda sökülmüş qeyri-yaşayış sahələrinin istifadəsi zamanı gəlirlərin əldə edilməsinə dair sənədlər təqdim edilməmiş, onların mövcud olması barədə məlumat verilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi təsdiq olunmamış, İPM-in 14-cü maddəsinin tələbləri baxımından iddianın əsasını təşkil edən mümkün və mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də iddia tələbi bütünlüklə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, İddiaçı Əliyar oğlunun Cavabdehnə qarşı “sökülmüş əmlaklarına görə ona vurulmuş bir milyon manat ziyanın və əldən çıxmış faydaya görə bir milyon manat, cəmi iki milyon manatın cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Əliyar oğlunun Cavabdehnə qarşı “sökülmüş əmlaklarına görə ona vurulmuş bir milyon manat ziyanın və əldən çıxmış faydaya görə bir milyon manat, cəmi iki milyon manatın cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-28/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-28/2025
14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver