Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-286/2022 21.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "onun barəsində Şərur rayon Cəlilkənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.1972-ci il tarixdə 161 saylı doğum haqqında akt qeydinə düzəliş aparmaqla İlahət adını İlhamə adı ilə düzəlişin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Şərur rayon Cəlilkənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.1972-ci il tarixdə 161 saylı doğum haqqında akt qeydinə düzəliş aparmaqla İlahət adını İlhamə adı ilə düzəlişin aparılması öhdəliyinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1972-ci il tarixdə Şərur rayon Mahmudkəndində anadan olmuşdur. Bu barədə xx.xx.1972-ci il tarixdə Şərur rayon Cəlilkənd İƏD üzrə Nümayədəliyi tərəfindən 161 nömrəli doğum haqqında akt qeydində adı X7 olaraq yazılmışdır. X5, anası Əsgərova Münəvvər K.Bəylər qızı olaraq qeyd edilmişdir. Ona doğum haqqında şəhadətnamə lazım olmuş, evdə tapa bilmədiyindən Şərur Rayon Nikah Evinə müraciət etmişdir. Həmin zaman ona məlum olmuşdur ki, adı İlahət olaraq qeydə alınmışdır. Ona aid olan bütün sənədlərdə adı İlhamə olaraq qeyd olunmuşdur. Bundan sonra doğum akt qeydində düzəlişlərin aparılması üçün Şərur Rayon Nikah Evinə müraciət etmişdir. Şərur Rayon Nikah Evi 24 oktyabr 2022-ci il tarixli, 05/15- 375/76 nömrəli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən X1 ilkin qeydlərində düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığından düzəliş edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Doğum akt qeydinə ada düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı bir sıra qanunvericilik aktlarına istinad edərək məhkəmədən onun barəsində Şərur rayon Cəlilkənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.1972-ci il tarixdə 161 saylı doğum haqqında akt qeydinə düzəliş aparmaqla İlahət adını İlhamə adı ilə düzəlişin aparılması öhdəliyinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Şərur Rayon Nikah Evi iddiaya qarşı 18 noyabr 2022-ci il tarixli, 05/13- 404/76 nömrəli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, İddiaçı ərizə ilə Şərur Rayon Nikah Evinə müraciət edərək Şərur rayon Cəlilkənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.1972-ci il tarixli, 161 nömrəli doğum akt qeydində "İlahət" adının "İlhamə" adına dəyişdirilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar"a əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənin yaşadıqları ərazidə Nikah Evi tərəfindən icra edilir. Doğum haqqında akt qeydində adı "İlahət" yazılmış və düzəliş etmək mümkün olmadığından X2 qeydiyyatına düzəliş edilməsi üçün Naxçıvan Muxtar Respublikasının İnzibati məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 07 dekabr 2022-ci il tarixli, 2-1(122)-286/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 21 dekabr 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə cavabdeh Şərur Rayon Nikah Evi heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, doğum haqqında akt qeydindən çıxarışı, nikahın bağlanması haqqında şəhadətnamənin surətini, attestatın, şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətlərini, qeydiyyatla bağlı arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Nikah Evi tərəfindən Bərdə rayonu, Əmirli kənd sakini İddiaçı ünvanlanan 24 oktyabr 2022-ci il tarixli, 05/15-375/76 nömrəli məktubdan görünür ki, Şərur rayon Cəlilkənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.1972-cı ii tarixli, 161 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Həmin akt qeydində vətəndaşın adı X7 yazılmış, lakin şəxsiyyət vəsiqəsində adı X8 yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 Qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar" a əsasən vətəndaşlıq vəziyyəti aktlarına düzəliş kifayət qədər əsaslar olmadıqda məhkəmə tərəfindən həyata keçirilir. Adın İlahət adından İlhamə adına düzəliş edilməsi Nikah Evində mümkün olmamışdır. Göstərilənlərə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - 07 sentyabr 2022-ci il tarixli, 679 nömrəli doğum haqqında akt qeydləri kitabından çıxarışdan görünür ki, X7 02 iyun 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Mahmudkəndində anadan olmuşdur. Bu barədə xx.xx.1972-ci il tarixdə Şərur rayon Cəlilkənd İƏD üzrə Nümayəndəliyi tərəfindən 161 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X5, anası Əsgərova Münəvvər K.Bəylər qızı, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - 12 aprel 2012-ci il tarixli, AZ-İ 748970 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 13 fevral 1967-ci ildə Bərdə rayonu, Əmirli kəndində anadan olmuş X3 ilə 12 iyul 1972-ci ildə Şərur rayonu, Mahmudkəndində anadan olmuş X8 12 aprel 2012-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2012-ci ilin aprel ayının 12-ci günündə 169 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. - Bərdə Rayon İcra Hakimiyyətinin Əmirli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli, 348 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Əmirli kəndində yaşayır və onun öhdəsində aşağıdakı ailə üzvləri vardır: 1. X4; 2. X6. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1972-ci ildə doğulmuşdur. - 10 iyul 1987-ci il tarixli attestatın surətindən görünür ki, xx xxxx 1972-ci ildə İlic rayonu, Mahmudkəndində doğulmuş X8 natamam orta təhsil almışdır. - 27 oktyabr 2022-ci il tarixli, İ-NE 453212 nömrəli Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Cəlilkənd İcra Nümayəndəliyinin dekabr 1964-cü il tarixli kitabının 40-cı səhifəsindən çıxarışdan görünür ki, X12 ilə Səfərova Münəvvər K.Bəylər qızı evlənmişlər. Nikahdan sonra arvada Əsgərova soyadı verilmişdir. - 27 oktyabr 2022-ci il tarixli V- 343779 nömrəli çıxarışdan görünür ki, X12 xx.xx.1999-cu il tarixdə Şərur rayonu, Mahmudkəndində ölmüşdür. Bu barədə Cəlilkənd İcra Nümayəndəliyində kitabda xx.xx.1999-cu ildə 13 nömrəli aktla qeydiyyat aparılmışdır. Ölüm səbəbi kimi Miokart–infakt göstərilmişdir. - 27 oktyabr 2022-ci il tarixli, AZ-İ 052001 nömrəli çıxarışdan görünür ki, X14.Bəylər qızı xx.xx.2004-cü il tarixdə Şərur rayonu, Mahmudkəndində ölmüşdür. Bu barədə Cəlilkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində kitabda xx.xx.2004-cü ildə 07 nömrəli aktla qeydiyyat aparılmışdır. Ölüm səbəbi kimi İnsult-beyin qan dövranının pozğunluğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş: - Məhkəmənin sorğusuna əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə ünvanlanan 05 dekabr 2022-ci il tarixli, 06-01/721 nömrəli məktubdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu və müxtəlif dövrlərdə ona 09295683, 04877587, AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin və P4993911, C03985930 nömrəli Azərbaycan Respublikasının ümumvətəndaş pasportlarının verildiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən X1 qeydindəki səhvlər düzəldikdə X1 qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən X1 dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən X1 dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X1 dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 04 iyul 1972-ci il tarixdə tərtib olunmuş 161 saylı doğum haqqında akt qeydində iddiaçının ad qrafasında yanlışlıqla “İlhamə” əvəzinə “İlahət” olaraq yazılmışdır. İş materiallarına əlavə edilmiş və iddiaçının şəxsiyyətini müəyyən edən sənədlərdən də görünür ki, iddiaçının adı “İlhamə”dir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas faktor doğum haqqında akt qeydinə dəyişiklik olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Lakin məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Qeyd edilənlər belə qənaətə gəlməyə imkan verir ki, İddiaçı doğum haqqında akt qeydindəki bu cür yanlışlıq aradan qaldırılmalı və Şərur rayon Cəlilkənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.1972-ci il tarixdə 161 saylı doğum haqqında akt qeydinə düzəliş aparmaqla İlahət adına İlhamə adı kimi düzəliş olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı barəsində Şərur rayon Cəlilkənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.1972-ci il tarixdə 161 saylı doğum haqqında akt qeydinə düzəliş aparmaqla İlahət adını İlhamə adı ilə düzəlişin aparılması öhdəliyi cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı barəsində Şərur rayon Cəlilkənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.1972-ci il tarixdə 161 saylı doğum haqqında akt qeydinə düzəliş aparmaqla İlahət adını İlhamə adı ilə düzəlişin aparılması öhdəliyi cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-286/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-286/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver