Məhkəmə qərarları › İş №2-1(122)-286/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-286/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-286/2025 26.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Sadıqov Abbas Nemət oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan şəhər Nikah evinə qarşı “Naxçıvan şəhər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən İddiaçı adına verilmiş 05 fevral 1951-ci il tarixli, 60 nömrəli doğum haqqında akt qeydinin ana qrafasında yazılmış Sadiqova soyadının Həsənova kimi, ata adında yazılmış Kostan adının Rüstəm kimi düzəliş edilərək 05 fevral 1951-ci il tarixli, 60 nömrəli doğum haqqında akt qeydinin ana qrafasında X1 qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili ilə birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən İddiaçı adına verilmiş xx xxxxxxx 1950-ci il tarixli, 60 nömrəli doğum haqqında akt qeydinin ana qrafasında anasının soyadında və ata adında düzəliş edilərək X1 qeyd edilməsi öhdəliyinin cavabdeh Naxçıvan şəhər Nikah evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1950-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Bu barədə ona 05 fevral 1951-ci il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən 60 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə soyadı, adı və ata adı qrafasında İddiaçı, ata qrafasında X14, ana qrafasında X6 olaraq qeyd edilmişdir. O, doğum haqqında şəhadətnaməsini itirdiyi üçün Naxçıvan şəhər Nikah evinə müraciət edərək, təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə təkrar doğum haqqında şəhadətnamə aldığı zaman ona bildirilmişdir ki, doğum akt qeydləri kitabında onun ana adı qrafasında X6 olaraq deyil, X7 olaraq qeyd olunmuşdur. İddiaçı qeyd edir ki, mərhum anası 03 iyun 2008-ci il tarixdə vəfat etmişdir. Mərhum anasının soyadı və ata adı digər bacıqardaşlarının doğum haqqında şəhadətnaməsində, nikah haqqında şəhadətnaməsində, pensiya vəsiqəsində və ölüm haqqında şəhadətnaməsində X6 olaraq qeyd olunmuşdur. Öncədən ona verilmiş doğum haqqında şəhadətnamədə də X6 yazılmışdır. Bununla bağlı Naxçıvan şəhər Nikah evinə müraciət etmişdir. Ona 27 aprel 2024-cü il tarixdə yazılı olaraq bildirilmişdir ki, Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən tərtib olunan xx.xx.1951ci il tarixli, 60 saylı doğum haqqında uşağın adı İddiaçı, doğum tarixi xx.xx.1950-ci il, ata X14, ana isə X2r. Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən tərtib olunan xx.xx.1945-ci il tarixli, 118 saylı nikah haqqında akt qeydində nikah bağlayan kişi X14, qadın X6, Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən tərtib olunan xx.xx.2008-ci il tarixli, 242 saylı ölüm haqqında akt qeydində isə vəfat edənin adı X3r. Vətəndaşın doğum haqqında akt qeydi arxiv sənədlərindən tapılmadığı üçün nikahdan əvvəlki soyadın düzgün olub-olmadığı və doğum akt qeydində ananın soyadının hansı əsasla “Sadıqova”, ata adının “Kostan” yazıldığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır. Doğum akt qeydində düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı qeyd edir ki, mərhum anası ilə atası arasında bağlanmış nikah akt qeydində, pensiya vəsiqəsində və mərhum anasının şəxsiyyət vəsiqəsi əsasında hazırlanmış (verilmiş) bütün sənədlərdə X1 göstərilmişdir. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan şəhər VVADQ şöbəsində kötükdə səhvliklə ana qrafasında X8 yazılmışdır. Bu səhvliyin aradan qaldırılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı bir sıra qanunvericilik normalarına və sübutlara istinad edərək, məhkəmədən Naxçıvan şəhər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən İddiaçı adına verilmiş xx xxxxxxx 1950-ci il tarixli, 60 nömrəli doğum haqqında akt qeydinin ana qrafasında anasının soyadında və ata adında düzəliş edilərək X1 qeyd edilməsi öhdəliyinin cavabdeh Naxçıvan şəhər Nikah evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2- 1(122)-1059/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan şəhər Nikah evinə qarşı iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “Naxçıvan şəhər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən İddiaçı adına verilmiş 05 fevral 1951-ci il tarixli, 60 nömrəli doğum haqqında akt qeydinin ana qrafasında yazılmış Sadiqova soyadının Həsənova kimi, ata adında yazılmış Kostan adının Rüstəm kimi düzəliş edilərək 05 fevral 1951-ci il tarixli, 60 nömrəli doğum haqqında akt qeydinin ana qrafasında X1 qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”. Bundan sonra məhkəmənin sərəncamı ilə yeni iddia tələbi İPM-nin 47-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə göndərilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti 06 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh iddiaya qarşı 02 dekabr 2024-cü il tarixli, 3-16-5/8-13-747/2024 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək doğum haqqında akt qeydində ananın soyadını “Sadıqova”dan “Həsənova”ya, ananın ata adını isə “Kostan”dan "Rüstəm"ə düzəliş edilməsini xahiş etmişdir. Naxçıvan şəhəri üzrə arxiv məlumatları araşdırılarkən məlum olmuşdur ki, Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən tərtib olunan xx.xx.1951-cü il tarixli, 60 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “İddiaçı”, doğum tarixi “xx.xx.1950-ci il”, doğum yeri “Naxçıvan şəhəri”, ata adı "X14", ana adı “X8"dır və vətəndaşın soyadının Həsənova, ata adının Rüstəm olduğuna dair heç bir məlumata rast gəlinməmişdir. Eyni zamanda da vətəndaş tərəfindən dəyişiklik olunması üçün heç bir sənəd təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən vətəndaşa doğum akt qeydinə düzəliş edilməsi üçün müvafiq məhkəməyə müraciət etməsi izah edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 28 dekabr 2024cü il tarixli, 2-1(122)-1059/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 26 fevral 2025-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, cavabdeh Naxçıvan şəhər Nikah evi məhkəməyə 10 yanvar 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli məktub göndərərək, xx.xx.2025-ci il tarixdə saat 09:45-ə təyin olunan məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiyindən, iştirakı olmadan baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, doğum və ölüm haqqında şəhadətnamələrin surətlərini, evlənmə haqqında qeydin və vəsiqənin təsdiq edilmiş surətlərini, arayışı və şəxsiyət vəsiqəsinin təsdiq olunmuş surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan şəhər Nikah Evi tərəfindən Naxçıvan şəhəri, Sabir ev 58-də yaşayan İddiaçı ünvanlanmış 27 aprel 2024-cü il tarixli, 3-16-5/8-15-194/2024 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən tərtib olunan xx.xx.1951-ci il tarixli, 60 saylı doğum haqqında uşağın adı İddiaçı, doğum tarixi xx.xx.1950-ci il, ata X14, ana isə X2r. Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən tərtib olunan xx.xx.1945-ci il tarixli, 118 saylı nikah haqqında akt qeydində nikah bağlayan kişi X14, qadın X6, Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən tərtib olunan xx.xx.2008-ci il tarixli, 242 saylı ölüm haqqında akt qeydində isə vəfat edənin adı X3r. Vətəndaşın doğum haqqında akt qeydi arxiv sənədlərindən tapılmadığı üçün nikahdan əvvəlki soyadın düzgün olub-olmadığı və doğum akt qeydində ananın soyadının hansı əsasla “Sadıqova”, ata adının “Kostan” yazıldığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq.vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən də doğum haqqında akt qeydinə düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah edilmişdir. - 20 iyun 1963-cü il tarixli, AЗ 401652 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 07 yanvar 1947-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1947-ci ilin yanvar ayının 25-də 41 nömrə ilə qeyd edilmişdir. X5, anası X6, valideynlərinin milliyyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - 18 iyun 1952-cü il tarixli, ИЕ 646712 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 03 may 1952-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1952-ci ilin iyun ayının 18-də 869 nömrə ilə qeyd edilmişdir. X5, anası X6, valideynlərinin milliyyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - 29 fevral 2024-cü il tarixli, AZ-V 213959 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1950-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1951-ci ilin 02-ci ayının 05-də 60 nömrə ilə qeyd edilmişdir. X5, anası X9, valideynlərinin milliyyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - 13 noyabr 2018-ci il tarixli, AZ-İ 497198 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Həsənov Cəfər oğlu 22 aprel 1977-ci ildə Naxçıvan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1977-ci ilin 08-ci ayının 25-də 111 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi ürək-qan dövranı pozğunluğu göstərilmişdir. - 13 avqust 2008-ci il tarixli, AZ-İ 332123 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 03 iyun 2008-ci ildə Naxçıvan şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin 08-ci ayının 13-də 242 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi ürək-damar çatmamazlığı göstərilmişdir. - 01 yanvar 1972-ci il tarixdə verilmiş K/2982 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, 1912-ci ildə anadan olmuş X4 xx.xx.1968-ci il tarixdən qocalığa görə 20 manat ömürlük əmək pensiyası təyin edilmişdir. - 30 oktyabr 1945-ci il tarixli, 118 nömrəli evlənmə haqqında akt qeydinin surətindən görünür ki, 1901-ci ildə anadan olmuş X14 ilə 1912-ci ildə anadan olmuş X6 evlənmişdirlər. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli, 842 nömrəli arayışdan görünür ki, Həsənova X13 şəhəri, Sabir, ev 58 ünvanında qeydiyyatdadır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxx 1950-ci ildə Naxçıvan şəhərində doğulmuş Həsənova X13 şəhəri, Sabir, ev 58 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş: - Naxçıvan şəhər Nikah evinin 05 avqust 2024-cü il tarixli, 3-16-5/8-13-435/2024 nömrəli məktubu ilə məhkəməyə ünvanlanmış 05 fevral 1951-ci il tarixli, 60 nömrəli doğum akt qeydinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1950-ci ildə doğulmuşdur. Ata adı qrafasında X14, ana adı qrafasında isə X9 qeyd edilmişdir. - Naxçıvan MR arayış xüsusiyyətli sənəd materiallarının mərkəzi arxivi tərəfindən verilmiş 31 oktyabr 1997-ci il tarixli, 8 nömrəli arayışdan görünür ki, C.Cabbarov adına kolxozun fondunda olan sənədlərə baxdıqda müəyyən olmuşdur ki, X6 1960-cı ildə 110 əmək, 1961-ci ildə 152 əmək, 1962-ci ildə 123 əmək, 1963-cü ildə 146 əmək, 1964-cü ildə 152 əmək, 1965-ci ildə 196 əmək günü qazanması əmək günlərinin uçotu kitablarında göstərilmişdir. - İçlikdən görünür ki, X6 1912-ci ildə Qarabağlar kəndində anadan olmuşdur. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 04 oktyabr 2024-cü il tarixli, 02/939 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhər “Oraq” kolxozunun 1960-1980-ci illərə dair sənəd materialları Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə təhvil verilməmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı barəsində 05 fevral 1951-ci il tarixdə aparılmış 60 nömrəli doğum haqqında akt qeydində onun anasının soyadı “Sadıqova”, anasının ata adı isə “Kostan” olaraq qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən iş materiallarına mərhum anası barəsində kifayət qədər sübut əlavə edilərək, mərhumun soyadının “Həsənova”, ata adının isə “Rüstəm” olması sübut edilmişdir. Bununla da aydın olur ki, hər hansı səhvlik nəticəsində iddiaçının doğum akt qeydində anasının soyadı və ata adı düzgün qeyd edilməmişdir. Bu hal isə özözlüyündə iddiaçının hüquqlarının pozuntusuna səbəb olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas fakt doğum haqqında akt qeydinə müvafiq dəyişiklik olunması üçün kifayət qədər əsasın mövcud olmamasıdır. Lakin məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Qeyd edilənlər belə qənaətə gəlməyə imkan verir ki, 05 fevral 1951-ci il tarixli, 60 nömrəli doğum akt qeydindəki bu cür yanlışlıq aradan qaldırılmalı və doğum akt qeydinə düzəliş aparmaqla iddiaçının anasının soyadı “Həsənova”, ata adı isə “Rüstəm” kimi yazılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Naxçıvan şəhər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən İddiaçı adına verilmiş 05 fevral 1951-ci il tarixli, 60 nömrəli doğum haqqında akt qeydinin ana qrafasında yazılmış Sadiqova soyadının Həsənova kimi, ata adında yazılmış Kostan adının Rüstəm kimi düzəliş edilərək 05 fevral 1951-ci il tarixli, 60 nömrəli doğum haqqında akt qeydinin ana qrafasında X1 qeyd edilməsi öhdəliyi cavabdeh Naxçıvan şəhər Nikah evinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Naxçıvan şəhər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsi tərəfindən İddiaçı adına verilmiş 05 fevral 1951-ci il tarixli, 60 nömrəli doğum haqqında akt qeydinin ana qrafasında yazılmış Sadiqova soyadının Həsənova kimi, ata adında yazılmış Kostan adının Rüstəm kimi düzəliş edilərək 05 fevral 1951-ci il tarixli, 60 nömrəli doğum haqqında akt qeydinin ana qrafasında X1 qeyd edilməsi öhdəliyi cavabdeh Naxçıvan şəhər Nikah evinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar