Məhkəmə qərarları › İş №2-1(122)-287/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-287/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-287/2025 25.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X21 Heydər oğlunun sədrliyi, X22 oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X23 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16rşı “Şərur şəhəri, S.İbrahimov küçəsi, ev 8 ünvanında yerləşən 1200 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, mərhum anası X12 təqribən 1970-1972ci il tarixlərdə alqı-satqı müqaviləsi əsasında qonşusu X3 Şərur şəhərində 1200 kv.metr həyətyanı torpaq sahəsi alıb, üzərində ev inşa edib, 09 aprel 2017-ci il tarixədək orada yaşamışdır. Həmin torpaq sahəsinin mərhum anasının adına olmasını Şərur rayon Dövlət Arxiv İdarəsinin 07/23 nömrəli və 07 mart 2024-cü il tarixli arayışı da təsdiq edir. Lakin buna baxmayaraq Şərur rayonunda torpaq islahatı aparılan zaman Aqrar İslahat Komissiyası tərəfindən mərhum anasının istifadəsində olan 1200 kv.metr həyətyanı torpaq sahəsi qeydə alınmadığı üçün bu barədə anasına torpağın mülkiyyətə verilməsində dair şəhadətnamə verilməmişdir. Həmin torpaq sahəsi anasının ölümündən sonrada halhazırda onun istifadəsindədir, evdə isə xalası X17 yaşayır. Bunu onlarla qonşuluqda yaşayan bütün şəxslər də təsdiq edə bilər. O, uzun müddət X11 Orqanlarında işlədiyinə görə orada qalıb yaşamışdır, lakin 2017-ci il tarixdə Naxçıvana qayıdandan sonra bu barədə məlumatı olmuşdur. Buna görə də həmin torpaq sahəsinin qeydə alınması ilə bağlı lazımi sənədlər itdiyindən qeydə aldıra bilməmişdir. Hazırda həmin torpaq sahəsi onun istifadəsində olmaqla yanaşı, həm də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” X23 elektron məlumat bazasında göstərilsə də ondan əlavə həmin torpaq sahəsini sxemini tələb edirlər, bu da itdiyinə görə onun adına qeydə almırlar. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri” X23 üzərinə Naxçıvan Muxtar Respublikası Şərur şəhəri, S.İbrahimov küçəsi, ev 8 ünvanında yerləşən 1200 kv.metr həyətyanı torpaq sahəsinin onun adına qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X28 iddiaya dair məhkəməyə ünvanlanan 26 iyul 2024-cü il tarixli, 04/94 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı 19 mart 2024-cü il tarixli ərizəsinə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 Şərur Rayon Şöbəsi tərəfindən 11 mart 2024-cü il tarixdə verilən cavabda bildirilir ki, Xidmətin məlumat bazasında saxlanılan və Şərur şəhərində yerquruluşu planı tərtib olunarkən mərhum X6 faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi uçota alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq kolxoz (sovxoz) tərəfindən yaşayış və bağ evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq qərarın (əmrin) həmin kənd təsərrüfatı müəssisəsinin tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda hüquqların dövlət qeydiyyatı həyata keçirilə bilər. İddiaçı ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Şərur rayon Dövlət Arxivinin təqdim etdiyi arayışda (1996-2000-ci il) yanaşı torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən müvafiq sənədi (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) şöbəyə təqdim etdikdən sonra tələbi yerinə yetirilə bilər. Lakin iddiaçı tərəfindən tələb olunan sənədlər təqdim edilmədiyi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə əsasən hüquqların dövlət qeydiyyatına alınması barədə ərizəsinin icrasından imtina edilmişdir. İddiaçı iddia etdiyi ünvan 2 ünvanında yerləşən 1200 m2 həyətyanı torpaq sahəsinin mərhum anası X6 adına qeydə alınması və hüququn ölmüş şəxsə məxsus olması barədə öhdəliyin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 üzərinə qoyulmasına dair yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinə əsasən lazımi sənədləri təqdim etdikdən sonra daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması həyata keçirilə bilər. İddiaçının 11 iyun 2024-cü il tarixdə məhkəməyə göndərdiyi iddia ərizəsindən görünür ki, iddiaçının Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16rşı iddia tələbi “Şərur şəhəri, S.İbrahimov küçəsi, ev 8 ünvanında yerləşən 1200 kv.metr həyətyanı torpaq sahəsinin mərhum anası X6 adına qeydə alınması və hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbidir. İddiaçının dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 01 avqust 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 01 avqust 2024-cü il tarixli ərizə təqdim edərək, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16rşı “Şərur şəhəri, S.İbrahimov küçəsi, ev 8 ünvanında yerləşən 1200 kv.metr həyətyanı torpaq sahəsinin mərhum anası X6 adına qeydə alınması və hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırdığını bildirmiş, iddia tələbinin “Şərur şəhəri, S.İbrahimov küçəsi, ev 8 ünvanında yerləşən 1200 kv.metr həyətyanı torpaq sahəsi üzərində hüquuqun mərhum X8 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 avqust 2024-cü il tarixli, 2-1(122)-1065/2024 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 28 yanvar 2025-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin “Şərur şəhəri, S.İbrahimov küçəsi, ev 8 ünvanında yerləşən 1200 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 28 yanvar 2025-ci il tarixli, 2-1(122)-287/2025 nömrəli protokol qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 25 fevral 20245-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 etirazda yazılanlara uyğun izahat verərək qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X28 ünvan 3 ünvanında yaşayan İddiaçı ünvanlanan 23 mart 2024-ci il tarixli, 04/02 nömrəli məktubda qeyd edilir ki, Xidmətin məlumat bazasında saxlanılan və Şərur şəhərində yerquruluşu planı tərtib olunarkən mərhum anası X6 faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi uçota alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2.5-ci bəndinə uyğun olaraq kolxoz (sovxoz) tərəfindən yaşayış və bağ evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq qərarın (əmrin) həmin kənd təsərrüfatı müəssisəsinin tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda hüquqların dövlət qeydiyyatı həyata keçirilə bilər. İddiaçı Şərur rayon Dövlət Arxivinin təqdim etdiyi arayışla (1996-2000-ci il) yanaşı torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən müvafiq sənədin (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) şöbəyə təqdim edilməsi bildirilmişdir. -Şərur rayon Dövlət arxivi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli, 07/23 nömrəli arayışdan məlum olur ki, Şərur rayon Dövlət Arxivində mühafizə olunan Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 2000-2001-ci illərə aid Şərur şəhərində torpaq sahəsi olan təsərrüfat başçıları və onların torpaq sahələri haqqında məlumatda mərhum X6 adına 1200 m2 torpaq sahəsi qeyd edilmişdir. - Şərur Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli, 608 nömrəli arayışdan məlum olur ki, X12 vəfat edəndən sonra İddiaçı (oğlu) və X9 (bacısı) ibarət ailə üzvləri qalmışdır. - Şərur rayon Dövlət arxivi tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli, 10/187 nömrəli arayışdan məlum olur ki, Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin Şərur Rayon Dövlət Arxivində mühafizə olunan 2001-ci ilə aid sərəncam kitablarında Şərur şəhər sakini X6 adına 1200 kvadratmetr torpaq sahəsi qeydə alınmışdır. - 17 aprel 2017-ci il tarixli, AZ-İ seriyalı, 596345 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 09 aprel 2017-ci il tarixdə ölmüşdür. - Şərur Rayon İcra Hakimiyyəti Şərur şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli, 19 nömrəli arayışdan məlum olur ki, mərhum Şərur şəhər sakini X12 vəfat edənədək ünvan 4 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1952-ci ildə doğulmuşdur. - Şərur rayon Dövlət arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21 iyun 2024-cü il tarixli, 06/37 nömrəli məktubdan məlum olur ki, Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin sənədlərinə baxdıqda müəyyən olundu ki, X13 və qonşusu X14 arasında bağlanmış müqaviləyə rast gəlinmədi. - Şərur rayon Dövlət arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21 iyun 2024-cü il tarixli, 06/38 nömrəli məktubdan məlum olur ki, Şərur Rayon Dövlət Arxivində mühafizə olunan Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2001-2005-ci illərə aid təsərrüfatbaşına kitabında Şərur şəhər sakini X6 adına 1200 m2 torpaq sahəsi qeyd edilmişdir. - Şərur Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13 avqust 2024-cü il tarixli, 5-28/2-877/2024 nömrəli məktubdan məlum olur ki, Şərur şəhəri, S.İbrahimov küçəsi, ev 8 ünvanında yerləşən 1200 m2 olan torpaq sahəsini uzun illərdir mərhum X12 istifadə etsə də, şəxsi mülkiyyətində olması ilə bağlı heç bir əsaslı sənəd mövcüd deyil. Hal-hazırda sözü gedən torpaq sahəsi Şərur rayon Bələdiyyəsinin mülkiyyətində hesab edilir. - Şərur Rayon Nikah evi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 12 avqust 2024-cü il tarixli, 3-16-5/8-13-409/2024 nömrəli məktubla göndərilmiş doğum akt qeydindən çıxarışdan məlum olur ki, İddiaçı xx.xx.1952-ci ildə Şərur rayonu, Çəmənli kəndində anadan olmuşdur. X1, anası X10r. - Şərur Rayon İcra Hakimiyyəti Şərur şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəlik tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 avqust 2024-cü il tarixli, 5-21-xx/xx-2024 nömrəli məktubdan məlum olur ki, məhəllə sakinlərindən alınan məlumatlara əsasən 1970-ci il tarixdən bu günədək sözügedən ünvanda yaşayan sakinlərin adları aşağıdakı kimidir: 1. X12 (mərhum) 2. X18 (mərhumun bacısı) 3. İddiaçı (mərhumun oğlu) Qeyd: X12 vəfat edən günədək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmuş və yaşamışdır. X18 hal - hazırda həmin ünvanda qeydiyyatda durur və yaşayır. İddiaçı hal-hazırda həmin ünvanda qeydiyyatda durmur və yaşamır. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X28 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 09 dekabr 2024-cü il tarixli, 04/296 nömrəli məktubdan məlum olur ki, ünvan 2 ünvanında yerləşən 1200 m2 həyətyanı torpaq sahəsi X23 informasiya bazasında saxlanılan və Şərur şəhərinin yerquruluşu planı tərtib olunarkən mərhum X7 faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi uçota alınmamışdır. İddiaçı iddia etdiyi 1200 m2 həyətyanı torpaq sahəsi mərhum anası X6 adına qeydiyyata alınması və hüququn ölmüş şəxsə məxsus olması barədə Şərur rayon Dövlət Arxivinin təqdim etdiyi arayışla (1996-2000-ci il) yanaşı torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən müvafiq sənədi (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) təqdim etdikdən sonra əmlaka yerində baxış keçirib müvafiq ölçü işləri aparıldıqdan sonra daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması həyata keçirilə bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cü maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavə): 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2-ci bəndinə əsasən bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı: Bənd 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: Bənd 2.3 kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: - 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. - 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.02. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı: Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: ... 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisənin predmetini cavabdehin Şərur şəhəri, S.İbrahimov küçəsi, ev 8 ünvanında yerləşən 1200 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum anası X8 məxsus olması haqqında arayışın verilməsindən imtinası təşkil edir. Başqa sözlə iddiaçının hüquqi marağı və məqsədi isə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anasına məxsusluğunun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında qanunverici orqan kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışı daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına aid etmişdir. (bənd 2.3) Şərur Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xx.xx.2024-cü il tarixli arxiv arayışına qoşma edilmiş xx.xx.2001-xx.xx.2002-ci illər üzrə təsərrüfatbaşına kitabdan çıxarışdan mərhum X8 1200 m2 torpaq sahəsinin ayrıldığı açıqaydın görünür. Lakin cavabdeh inzibati orqan işin bu halını “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsində nəzərdə tutulmuş qaydada araşdırmadan məhkəmə icraatı gedişində də ərizənin icrasından ardıcıl şəkildə imtina etmişdir. Göründüyü kimi yuxarıda istinad edilən normaların məzmununa əsasən, mərhum X12 mübahisələndirilən torpaq sahəsini dövlət reyestrində qeydə aldırmaq hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Mübahisəli torpaq sahəsinin iddiaçının mərhum anasına məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə olan halda, sözügedən torpaq sahəsinin başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.1 və 7.2-ci bəndlərinin tətbiqi mümkündür. Məhkəmə cavabdehin imtinasının əsasını təşkil edən “torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlərin (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) iddiaçı tərəfindən təqdim edilməli olmasına dair gətirdiyi arqumenti barədə qeyd edir ki, bu hal imtinanın əsasını təşkil edə bilməz. Çünki mübahisəli torpaq sahəsi ilə bağlı hüquqların qeydiyyatının dəqiq və vaxtında aparılması, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olması, texniki məlumatların dəqiqliklə dövlət uçotunun aparılması, daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatların və digər bu kimi hüquqların təmin edilməsi qanunvericiliyə uyğun olaraq cavabdehin məsuliyyət sferasına aid olunan məsələlərdir. Sözügedən sənədlərin təqdim edilməməsi vətəndaşın ziyanına şərh oluna və ya onun məsuliyyətinə səbəb ola bilməz və ona müvafiq arayışın verilməsini təkzib edə bilməz. Bu məsuliyyət “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gəlir.(maddə 23) Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının bu qərarda istiad olunan normalarda nəzərdə tutulan hüquqlarının pozulması hesab oluna bilər . Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X16rşı “Şərur şəhəri, S.İbrahimov küçəsi, ev 8 ünvanında yerləşən 1200 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. Şərur şəhəri, S.İbrahimov küçəsi, ev 8 ünvanında yerləşən 1200 kv.metr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X23 üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar