Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-294/2025 22.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin 09 aprel 2024-cü il tarixli, **********218800 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin 09 aprel 2024-cü il tarixli, **********218800 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, sahibkardır və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Faəliyyəti dövründə indiyə qədər heç bir hüquq pozuntusuna yol verməmişdir. Bütün fəaliyyəti dövründə qanunun tələblərinə cavab verəcək şəkildə öz fəaliyyətini davam etdirmiş və vergi borcları da davamlı olaraq vaxtı-vaxtında ödəmişdir. 09 aprel 2024-cü il tarixdə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin vergilərin, sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********218800 nömrəli qərarında 9940.46 (doqquz min doqquz yüz qırx manat qırx altı qəpik) borcu olduğu bildirilib. Qeyd olunan mədaxil edilən mallar "xxxx" MMC-dən alınmışdır. Həmin mallar satış müəssisəsi tərəfindən vergiyə cəlb olunmuş və müvafiq vergilər ödənilmişdir. Təkrarən həmin mallara vergilərin tutulmasının qanun nəzərdə tutmur. O da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən cavabdehin 09 aprel 2024-cü il tarixli, **********218800 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinə göndərilmişdir. Sonradan 14 mart 2025-ci il il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 14 mart 2025-ci il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-294/2025 saylı iş üzrə cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin əsl cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin 14 mart 2025-ci il tarixli, 2-1(122)-294/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsi əsl cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 08 aprel 2025-ci il tarixli, 3-21-2-24/2-12066/2025 yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı öz ərizəsində mədaxil olunan malları “X9” MMC-dən (VÖEN **********) alındığını, malların həmin müəssisəsi tərəfindən vergiyə cəlb olunaraq, müvafiq vergilərin ödənildiyini, həmin mallara təkrar vergilərin hesablanmasının qanunda nəzərdə tutmadığını qeyd etmişdir. Bildirilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi mühasibat uçotu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsini 67-ci maddəsinə əsasən əlaqəli məlumatlara, analoji vergi ödəyicisinin məlumatlarına, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” na uyğun olaraq hesablamaq hüququ vardır. Belə ki, vergi orqanı tərəfindən aparılmış araşdırmalarla müyəyyən edilmişdir ki, vergi ödəyicisi İddiaçı (VÖEN **********) 2023-cü il ərzində ümumilikdə 218511.42 manat məbləğində elektron qaimə-faktura ilə “X9” MMC-dən müxtəlif növ ərzaq məhsulları (malları) əldə etmiş, lakin həmin malların təqdim edilməsi (satışı) barədə vergi orqanının uçot-baza sistemində məlumat olmamışdır. Əlavə olaraq bildirilir ki, həmin malların saxlanılması üçün vergi ödəyicisinin vergi orqanında təsərrüfat subyekti (obyekti) qeydiyyatda olmadığı aşkar edilmişdir. Aşkar edilmiş uyğunsuzluqlarla bağlı kameral vergi yoxlaması aparmaq üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi barədə vergi ödəyicisi İddiaçı xx.xx.2024-cü il tarixli, **********692600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub ünvanlanmış, buna baxmayaraq vergi ödəyicisi tərəfindən vergi orqanına hər hansı məlumat verilməmiş və ya müvafiq bəyannamə təqdim edilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarının 6-cı maddəsinə əsasən şərti rentabellik norması 20% olmaqla vergi ödəyicisi İddiaçı elektron qaiməfaktura ilə əldə etdiyi malın üzərinə əlavə olunaraq xx.xx.2024-cü il tarixdə analoji hesablama aparılaraq 9080.46 manat kameral qaydada vergi hesablanmış və müvafiq qərar vergi ödəyicisinin onlayn kargüzarlığına göndərilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 22 aprel 2025-ci il tarixə təyin olunmuşdur. İddiaçının vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının vəkili Vəkil iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərəfindən İddiaçı göndərilmiş vergi borcunun ödənilməsinə dair 18 aprel 2024-cü il tarixli, **********0 nömrəli bildirişdən görünür ki, İddiaçı 18 aprel 2024cü il tarixinə ümumilikdə 8933.23 manat borcunun olduğu göstərilmiş və göstərilən borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 09 aprel 2024-cü il tarixli, **********218800 nömrəli qərardan aydın olur ki, İddiaçı 9940.46 manat məbləğində gəlir vergisi hesablanmışdır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03 avqust 1967-ci ildə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 may 2024-cü il tarixli, 1013 nömrəli arayışdan görünür ki, Əsgərov X1 şəhəri, 11-ci məhəllə, ev 24 ünvanında yaşayır. - Vergi ödəyicisinin fəaliyyət növü barədə 05 iyun 2024-cü il tarixli, **********472900 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən ********* saylı VÖEN-lə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Naziliyinin yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdan keçmiş və “4719201 - Qızılı pərakəndə satışı” fəaliyyət növü ilə məşğul olur. - “X9” MMC tərəfindən verilmiş 20 may 2024-cü il tarixli, 17 nömrəli arayışdan məlum olur ki, İddiaçı (VÖEN ********** ) xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 200362.62 azn dəyərində "X9" MMC-dən mal alışı etmişdir. - Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə 17 aprel 2024-cü il tarixli, **********249800 nömrəli qərardan görünür ki, İddiaçı tərəfindən 2023-cü il Gəlir vergisi hesabat(lar)ım və arayış(lar)ı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən cəmi 40.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 31 iyul 2024-cü il tarixli, **********430400 nömrəli məktub ilə İddiaçı tərəfindən xx.xx.2020-xx.xx.2024-cü illər ərzində elektron qaimə-faktura ilə əldə edilən ərzaq malları barədə məlumat məhkəməyə göndərilmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 sentyabr 2024-cü il tarixli, **********804000 nömrəli məktubdan məlum olur ki, vergi ödəyicisi mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablaya bilər. İddiaçı 2023-cü il üzrə gəlir vergisi bəyannaməsini təqdim etməmişdir. Eyni zamanda 2023-cü ildə “X9" MMC şirkətindən elektron qaimə-faktura ilə əldə etdiyi ərzaq mallarının satışını elektron qaimə-faktura və ya nəzarət kassa aparatı vasitəsilə deyil, sənədsiz qaydada həyata keçirdiyindən malların hansı təsərrüfat subyektindən (obyektdən) satdığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq vergi hesablanmışdır. Vergi ödəyicisinin vergi orqanlarında qeydiyyatda olan obyektləri barədə məlumatlar və 2024-cü ilin yanvar ayından aprel ayınadək vergi orqanları tərəfindən ödəyici barədə verilən qərar və bəyannamə məktuba əlavə olunmuşdur. - Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 24 aprel 2024-cü il tarixli, **********527300 nömrəli qərardan aydın olur ki, Vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 29 oktyabr 2024-cü il tarixli, **********153100 nömrəli məktubla rəqəmsal id kartı üzrə sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə məhkəməyə göndərilmişdir. - 20 aprel 2023-cü il tarixli, MNAX86 nömrəli satıcı “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun şəxsində X4 ilə alıcı İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən satıcı alıcıya əvvəlcədən razılaşdırılmış şəkildə pərakəndə satış həyata keçirməsi üçün müxtəlif çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları (bundan sonra “mal” adlandırılacaq) satır, alıcı isə həmin mal alır və özünə məxsus ticarət obyektində müvafiq düzülüşlə rəflərdə yerləşdirərək satışını həyata keçirir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X6 tərəfindən tərtib edilmiş 26 dekabr 2024-cü il tarixli, 1343 nömrəli məhkəmə ekspertizasının rəyinin nəticə hissəsindən aydın olur ki, ekspertizaya təqdim olunmuş 20 aprel 2023-cü il tarixli, MNAX86 nömrəli alqı-satqı müqaviləsinin sonunda "ALİCİ" qrafasında "İMZA:" sözü önündəki imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cavabdeh tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirinin 03 aprel 2024-cü il tarixli, 90 nömrəli əmri ilə təsdiq edilmiş Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin Əsasnaməsi məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. - 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. - 10.0 - 10.0.3-cü maddələrinə əsasən bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər, Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər, Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. - 24.1.1 və 24.1.2-ci maddələrinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. - 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz - 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. - 70.2-ci vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. - 77.1-ci maddəsinə görə vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. - 77.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilmişdir: ... 1.1.5.Gücləndirilmiş elektron imza (bundan sonra - gücləndirilmiş imza) imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; 21.1-ci maddəsinə əsasən elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2.bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3.identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; 21.1.4.texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. 21.2-ci maddəsinə əsasən elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. - 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. - 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı, inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı, inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi, inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin 09 aprel 2024-cü il tarixli, **********218800 nömrəli qərarının ləğv edilməsidir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 09 aprel 2024-cü il tarixli, **********218800 nömrəli qərardan aydın olur ki, İddiaçı 9940.46 manat məbləğində vergi hesablanmışdır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmək səlahiyyətinin Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmasına baxmayaraq, həmin inzibati aktın Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və bəyannəmələrə və büdcə proqnozlarına nəzarət idarəsinin rəisi tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinə dair Əsasnamənin 4.0.1-ci bəndinə görə idarənin daxil olmalara təsir edən vergi hesabatlarının təhrif olunması hallarına aşkar edildikdə vergi ödəyicilərinin uçotda olduqları vergi orqanlarına nöqsanların aradan qaldırılması barədə göstərişlərin verilməsi və onların yerinə yetirilməsinin tələb edilməsi barədə rəhbərlik qarşısında məsələ qaldırmaq, 4.0.10-cu bəndinə görə aparılmış təhlillərin nəticəsi olaraq aşkar edilmiş riskli vergi ödəyicilərinin fəaliyyətinin araşdırılması və nəticələrinə uyğun tədbirlər görülməsi məqsədilə Dövlət vergi xidmətinin aidiyyəti strukturlarına məlumat ötürmək, 4.0.19-cu bəndinə əsasən vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasının tələb edilməsi üçün təkliflər hazırlamaq, 4.0.34-cü bəndinə əsasən vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasının tələb edilməsi üçün təkliflər hazırlamaq və s. kimi hüquqları nəzərdə tutulmuşdur. X3 MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin vergi ödəyicilərinin barəsində vergilərin, sosial sığorta və işsizlik sığortası haqları barədə ödənilməmiş vergi hesablanmasına dair qərar qəbul etmək səlahiyyəti müəyyən edilməmişdir. Başqa sözlə, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinə belə səlahiyyət bu və ya digər formada verilməmişdir. Həmçinin mübahisələndirilən qərar həmin qərarı imzalamaq səlahiyyəti olan vəzifəli şəxsə məxsus gücləndirilmiş elektron imza vasitəsilə imzalanmamaqla, başqa sözlə, elektron sənəd kimi tərtib edilməmişdir. Eyni zamanda qərar gücləndirilmiş imza elektron imza vasitələrindən istifadə edilməklə imzalanmadığından, həmçinin kriptoqrafik kod olmadığından, qərarın həqiqiliyinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərarı imzalamış vəzifəli şəxsin buna səlahiyyətinin olmasını və qərarın gücləndirilmiş elektron imza vasitəsilə imzalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin 09 aprel 2024-cü il tarixli, **********218800 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 73 (yetmiş üç) manat məbləğində pul cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən alınaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin 09 aprel 2024-cü il tarixli, **********218800 nömrəli qərarı ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 73 (yetmiş üç) manat məbləğində pul cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən alınaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X5 MR İdarəsi Kodu: 502906, VÖEN: **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab:AZ21NABZ********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-294/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-294/2025
22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver