Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-298/2023 26.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X6 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı "əmək haqqındakı sonrakı artımların, kəsilmiş pensiyanın, ixtisas və staj pulunun bərpası, pensiyaya deputatlıq vəsaitinin daxil edilməsi, dövlət məvacibində sonrakı artımların hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək haqqındakı sonrakı artımların, kəsilmiş pensiyanın, ixtisas və staj pulunun bərpası, pensiyaya deputatlıq vəsaitinin daxil edilməsi, dövlət məvacibində sonrakı artımların hesablanıb verilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyası alır və bu sahədə 31 il stajı vardır. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ona 30 faiz staj pulu verilməli idi. Həmçinin 2019-cu ilin avqust ayında dövlət qulluqçularının maaşlarının 50 faiz artması barədə Prezidentin fərmanının əleyhinə onun pensiyası 19 faiz artırılmışdı. Bu barədə Naxçıvan MR DSMF-nin rəhbərliyinə etdiyi şikayətlə əlaqədar göndərilmiş təftiş komissiyası və Kəngərli rayon şöbəsinin rəhbərliyi ilə onun pensiyası Prezidentin sərəncamına uyğun olaraq təkrar hesablanmışdır. Bunlardan başqa Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin 27 noyabr 2003-cü il tarixli, K-95 nömrəli əmri ilə ona İİİ dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilməsi barədə əmr əmək kitabçamda qeyd edilmişdir. Lakin əmək pensiyası hesablanarkən bu nəzərə alınmamışdır. İddiaçı onu da bildirir ki, Xİİ çağrış 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Xalq Deputatı seçilmişdir. Lakin əmək pensiyası hesablanarkən deputat kimi fəaliyyət göstərdiyi illərdə nəzərə alınmamışdır. Ümumiyyətlə onun dövlət qulluqçusu kimi işlədiyi illər düzgün hesablanmamışdır. Bununla bağlı Naxçıvan MR DSMF publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə oktyabr 2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Ona verilən cavabda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2,1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş ”Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 3-12-ci bəndlərinə zidd olaraq vəzifə səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavələr və son 60 ayda vəzifə maaşına 30 faiz əlavə qeyri-qanuni olaraq hesablanmışdır. “Naxçıvan MR DSMF” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə 17 yanvar 2023-cü il tarixli ərizəsində kəsilmiş pensiyadan başqa pensiyasına deputatlığının və ixtisas dərəcəsinin də əlavə olunmasını bildirmişdir. Lakin ona ünvanlanmış məktubda bu barədə heç bir cavab verilməmişdir. Təkrar olaraq xx.xx.2023-cü il tarixli məktubla şöbəyə bu barədə yenidən sorğu etmişdir. Şikayəti ilə əlaqədar olaraq ona göndərilən cavab məktubunda bildirilir ki, ”...pensiya işinə baxılmış, təqdim etdiyi sənədlərdə 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Xalq Deputatı olmağı ilə bağlı heç bir sənədin olmadığı aşkar olunmuşdur.” Bu cavab tam yalnışdır. Hətta sənədlərini təqdim edəndə il ərzində aldığı yardım sənədlərinin surətlərini də təqdim etmişdir. İddiaçı yuxarıda göstərilənləri rəhbər tutaraq, məhkəmədən əmək haqqındakı sonrakı artımların, kəsilmiş pensiyanın, ixtisas və staj pulunun bərpası, pensiyaya deputatlıq vəsaitinin daxil edilməsi, dövlət məvacibində sonrakı artımların hesablanıb verilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 17 mart 2023-cü il tarixli, 85/52 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxx 1949-cu il tarixdə anadan olmuş, Kəngərli rayonu Qabıllı kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 17 yanvar 2023- cü il tarixdə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə ərizə ilə əmək pensiyasının yenidən hesablanması üçün müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 maddəsinin 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: qulluq stajı aylıq vəzifə maaşına əlavə haqq (faizlə) 1 ildən - 5 ilədək 5%, 5 ildən 10 ilədək 10 %, 10 ildən 15 ilədək 20%, 15 ildən yuxarı 30 % əlavə hesablanır. Dövlət qulluqçusuna dövlət-qulluğunda qulluq stajına görə əlavə haqq qulluq keçdiyi orqan üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu hesabına verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları bənd 2.Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun son 24 ayda və ya istənilən ardıcıl 60 aydakı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Konstitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsi Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi” ,1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, ’’sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqından sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar”, “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənişlərdəki artımları nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənişlərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 26 iyul 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 30 yanvar 2023-cü il tarixli, 35/15 nömrəli məktubdan məlum olur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1 maddəsinin 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Qulluq stajı aylıq vəzifə maaşına əlavə haqq (faizlə) 1 ildən — 5 ilədək 5, 5 ildən — 10 ilədək 10, 10 ildən 15 ilədək 20, 15 ildən yuxarı 30 faiz əlavə hesablanır. Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqq qulluq keçdiyi dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu hesabına verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularma əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması" Qaydaları bənd 2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun son 24 ayda və ya istənilən ardıcıl 60 aydakı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Konstitusiya Məhkəməsi “Əmək pensixaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 2020-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış "əmək pensiyası" anlayışı ilə bağlı olan 1.0.1 -ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi". 1.0.5- ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı". 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə", həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki ‘"işçinin gördüyü işə görə ödənilən" müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənişlərdəki artımları nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin. dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənişlərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 1. 1 2. 1.0.5. 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək İliç rayon partiya komitəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək İliç rayon XDS İcrayə Komitəsinin sədr müavini vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Şərur rayon Maliyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 11 oktyabr 2021-ci il tarixli, 85/142 nömrəli və 26 oktyabr 2021-ci il tarixli, 85/150 nömrəli məktublardan aydın olur ki, “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 20.11 və 20.12-ci maddələrinin təloblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 3-12-ci bəndlərinə zidd olaraq vəzifə səlahiyyətlərinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavələr və son 60 ayda qulluq stajına görə əlavə 10% və 20% olduğu halda qeyri-qanuni olaraq 30% miqdarında hesablanmışdır. Onun əmək pensiyası yenidən hesablanmış, nəticədə 233 manat 32 qəpik artıq pul vəsaiti ödənilmişdir. 01 sentyabr 2021-ci il tarixdən sizin aylıq əmək pensiyanızın məbləği 1049 manat 51 qəpik müəyyənləşdirilmişdir. Kəngərli Rayon İcra Hakimiyyətinin Qabıllı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli, 108 nömrəli arayışdan görünür ki, Cəfərli X3 rayonu, Qabıllı kəndində yaşayır və qeydiyyatda durur. 74 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Xİİ çağırış 1990-1995-ci illərdə Naxçıvan MR X5 Muxtar Respublikasının xalq deputatı seçilmişdir. Kəngərli Rayon Polis Şöbəsi tərəfindən 27 yanvar 2009-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1949-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qabıllı kəndində doğulmuş Cəfərli X3 rayonu, Qabıllı kəndində pasport qeydiyyatındadır. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi tərəfindən məhkəməyə 01 may 2023-cü il tarixli, 85/74 və 08 iyun 2023-cü il tarixli 85/97 nömrəli məktublarla İddiaçı xx.xx.2012-ci il tarixdə yaşa görə dövlət qulluqçusu kimi təyin olunan əmək pensiyasının və əmək haqqındakı sonrakı artımların hesablanma qaydası və keçmiş dövrdə ona hesablanmış əmək pensiyasının hesablama cədvəlləri göndərilmişdir. Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi tərəfindən həmçinin məhkəməyə İddiaçı dair 360448 nömrəli pensiya işi və ona əlavə edilmiş sənədlər, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin İddiaçı 1980-1985-ci illərdə Azərbaycan KP İliç Rayon Komitəsinin N.Nərimanov sovxozunda işlədiyi dövrlərə dair arxiv arayışlarının surətləri də təqdim olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli, № 776 saylı Fərmanı:
2. Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilsin. Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı:
1. ali - 5-ci kateqoriya dövlət orqanlarında administrasiya (aparat) rəhbərləri və administrasiya (aparat) rəhbərlərinin müavinləri, işlər müdirləri və işlər müdirlərinin müavinləri, şöbə müdirləri və şöbə müdirlərinin müavinləri;
2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində inzibati vəzifələrin ali - ikinci təsnifatlarında qulluq keçən dövlət qulluqçuları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında və Azərbaycan Respublikası Prezidentinin Katibliyində sektor müdiri, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində şöbə müdiri, onun müavinləri, habelə müstəqil struktur vahidi olan sektorun müdiri.
3. kollegial orqanların fəaliyyətini təmin edən dövlət orqanlarının rəhbərləri (katib və s.) və rəhbər müavinləri;
4. 3-cü - 5-ci kateqoriya dövlət orqanlarının (mərkəzi, yerli icra hakimiyyəti orqanları və məhkəmələr istisna olmaqla) rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının müavinləri, yerli icra hakimiyyəti başçılarının yanında olan orqanların rəhbərləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri və nümayəndələrinin müavinləri;
5. Ali - 5-ci kateqoriya dövlət orqanlarında sədrin (rəhbərin) köməkçiləri və müşavirləri, Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçisi, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin köməkçisi, İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) köməkçisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri və rəhbərinin müavini.
“Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, № 194 saylı Fərmanı:
2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.
3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.
5. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür.
11. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası:
4. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşağıdakı qaydada hər ay əlavə haqq ödənilir: Aylıq vəzifə maaşına əlavə haqq Qulluq stajı (il) (faizlə) 1 ildən – 5 ilədək 5 5 ildən – 10 ilədək 10 10 ildən – 15 ilədək 20 15 ildən yuxarı 30 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. - .... - “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisə mahiyyət etibarı ilə sonrakı artımlar tətbiq edilməklə, kəsilmiş pensiyanın, ixtisas və staj pulunun, deputatlıq əməkhaqqının əmək pensiyasına daxil edilməsi ilə bağlıdır. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya öz arzusu ilə 1988-ci ilin noyabr ayından 1991-ci ilin yanvar ayınadək işlədiyi İliç rayon XDS İcraiyyə Komitəsinin sədrinin müavini vəzifəsində işlədiyi və 1991-ci ilin mart ayından, 1994-cü ilədək olan müvafiq dövrlər üzrə işlədiyi vəzifələr götürülməklə pensiya təyin edilmişdır. İlkin olaraq vətəndaşın pensiya təyinatı qanunvericiliyə uyğun aparılmış, sonradan hesablanma aparılaraq vəzifə səlahiyyətlərinin icrasına görə əlavə 15% və həmin dövrdə aldığı qulluq stajına görə 10% və 20%, yəni 52 ay 10% və 8 ay isə 20% əlavə haqlar hesablanmalı olduğu halda, 60 aya bütövlükdə aylıq vəzifə maaşına 30% hər ay əlavə haqq ödənilməklə hesablanılmışdır. Sonradan pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin 99 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə düzəliş aparılaraq yenidən hesablanma qanunvericiliyə uyğun olaraq aparılmışdır. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələbləri baxımından da qeyd etmək lazımdır ki, iddiaçının istinad etdiyi dəlillər iddianın təsdiqi üçün yetərli əsas deyil. Odur ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı "əmək haqqındakı sonrakı artımların, kəsilmiş pensiyanın, ixtisas və staj pulunun bərpası, pensiyaya deputatlıq vəsaitinin daxil edilməsi, dövlət məvacibində sonrakı artımların hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı "əmək haqqındakı sonrakı artımların, kəsilmiş pensiyanın, ixtisas və staj pulunun bərpası, pensiyaya deputatlıq vəsaitinin daxil edilməsi, dövlət məvacibində sonrakı artımların hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov