Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-3/2020 07.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı iştirakı olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə qarşı “mərhum həyat yoldaşı X1 iş stajı ilə pensiyasının hesablanmasını, daha dəqiq xx xxxxxx 2015-ci il tarixdən götürülməsini və bugünədək yaranmış fərqin, mərhum həyat yoldaşı X1 35 il 2 ay 8 gün əmək fəaliyyəti üzrə təyin olunacaq pensiya məbləğinin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X1 iş stajı ilə pensiyasının hesablanmasını, daha dəqiq xx xxxxxx 2015-ci il tarixdən götürülməsini və bugünədək yaranmış fərqin, mərhum həyat yoldaşı X1 35 il 2 ay 8 gün əmək fəaliyyəti üzrə təyin olunacaq pensiya məbləğinin hesablanması vəzifəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X4 1954-cü ildə əmək fəaliyyətinə başlamış, 1954-cü ildən 1958-ci ilədək Noraşen rayonu (Şərur rayonu) Xanlıqlar kəndində kolxozda sürücü, 1959-cu ildən 1966-cı ilədək Noraşen rayonu (Şərur rayon) Nax. MSSR-nin 40 illiyi üzümçülük sovxozunda şpaler briqadiri vəzifəsində; 1966-cı ildən 1974-cü ilədək İliç rayonu (Şərur rayon) Nax. MSSR-nin 40 illiyi üzümçülük sovxozunda silesar; xx xxxx 1974-cü il tarixdən xx xxxxx 1991-ci il tarixədək İliç rayonu (Şərur rayon) Nax. MSSR-nin 40 illiyi üzümçülük sovxozunda sürücü vəzifələrində işləmişdir. İddiaçı mərhum həyat yoldaşı X1 iş stajı ilə təqaüdünü almaq barədə xx xxxx 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə ərizə ilə müraciət edərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada hansı sənədlərin hazırlanaraq şöbəyə təqdim olunması barədə məlumat verilməsini xahiş etmişdir. X2 Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin 08/405 saylı, xx xxxx 2019-cu il tarixli cavab məktubunda ona ailə başçısı itirməyə görə pensiya təyin edilməsi üçün aşağıda göstərilən sənədlərin şöbəyə təqdim edilməsi bildirilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin 08/405 saylı, xx xxxx 2019-cu il tarixli məktubunda göstərilən sənədlər iddiaçı tərəfindən hazırlanaraq ərizə ilə birlikdə xx xxxx 2019-cu il tarixdə poçt vasitəsi ilə göndərilmiş, xx xxxx 2019-cu il tarixdə cavabdeh təşkilata çatdırılmışdır. Lakin iddiaçı tərəfindən xx xxxx 2019-cu il tarixli ərizə sənədlərlə birlikdə inzibati orqana göndərilməsinə baxmayaraq, ona cavab verilmədiyindən təkrar xx xxxx 2019-cu il tarixdə ərizə ilə müraciət edərək ərizənin 5 gün ərzində təmin edilməsini xahiş etmişdir. xx xxxx 2019-cu il tarixdə ərizə təkrar göndərildikdən sonra poçt vasitəsi ilə xx xxxxxx 2019-cu il tarixdə cavabdeh təşkilata çatdırılmışdır. İddiaçının cavabdehə ünvanlanmış müraciəti üzrə 08/494 saylı, xx xxxxxx 2019-cu il tarixli cavab məktubunda mərhum həyat yoldaşı X1 iş stajına aid təqdim etdiyi arayışlarda 35 il 2 ay 8 gün əmək fəaliyyəti təsdiqlənmişdir. Hesablama zamanı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunarsa 176.45 (bir yüz yetmiş altı manat qırx beş qəpik) manat pensiya məbləği düşəcəyi qeyd edilmişdir. İddiaçı pensiyasının məbləği 178 (bir yüz yetmiş səkkiz) manat təşkil etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ona yenidən pensiya təyin edilərsə pensiyasının məbləği 176.45 (bir yüz yetmiş altı manat qırx beş qəpik) manat təşkil edəcəyini, ərizədə bildirdiyi kimi yaranan fərq barədə ona xəbər verilməsini xahiş etdiyini, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərsə aylıq 1.55 (bir manat əlli beş qəpik) manat az hesablanacağı göstərilmişdir. Lakin iddiaçı inzibati orqanın cavabını tamamilə əsassız hesab etdiyindən xx xxxxxx 2019-cu il tarixli ərizə ilə təkrar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə müraciət edərək mərhum həyat yoldaşı X1 pensiyasının neçənci illərə aid iş stajının hansı əsaslarla necə hesablanması barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydaya uyğun olaraq ona məlumat verilməsini xahiş etmişdir. Müraciət poçt vasitəsi ilə göndərilmiş, xx xxxxxx 2019-cu il tarixdə cavabdeh təşkilata çatdırılmışdır. İddiaçı müraciəti cavabdeh təşkilata çatmasına baxmayaraq o, müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavab ala bilməmişdir. İddiaçı yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1 və 73-cü maddələrinin tələblərinə görə məhkəmədən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin vəzifəli şəxslərinin mərhum həyat yoldaşı X1 iş stajının yenidən hesablanaraq yaranmış fərqin düzgün hesablanmasının təmin edilməsi, həmçinin (hərəkətsizliklərinin) müraciətinə cavab vermədiklərinin qanunsuz hesab edilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin mərhum həyat yoldaşı X1 iş stajı ilə pensiyasının hesablanmasını, daha dəqiq xx xxxxxx 2015-ci il tarixdən götürülməsini və bugünədək yaranmış fərqin, mərhum həyat yoldaşı X1 35 il 2 ay 8 gün əmək fəaliyyəti üzrə təyin olunacaq pensiya məbləğinin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi kimi dəqiqləşdirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, hazırlıq icraatı ilə bağlı bir neçə məhkəmə iclasları təyin edilərək keçirilmişdir. İddiaçı keçirilmiş məhkəmə hazırlıq iclaslarında bilavasitə iştirak etməmiş, müxtəlif vaxtlarda məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılaraq qərar verilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(122)-03/2020 nömrəli qərardadı ilə iddia tələbləri məhkəmədənkənar qaydada həll edildiyindən və mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından işin icraatına xitam verilmişdir. İddiaçı həmin qərardadla razılaşmayaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2-1(108)-12/2020 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(122)-03/2020 nömrəli qərardadı ləğv edilərək inzibati iş məhkəmə icraatının davam etdirilməsi üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən inzibati iş üzrə məhkəmə icraatının davam etdirilməsi məqsədilə hazırlıq icraatı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmişdir. Lakin İddiaçı xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılıb, vəsatətinin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixli vəsatəti ilə məhkəmədən 2-1(122)-03/2020 nömrəli inzibati iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə dair qərardad qəbul edilməsini və ekspert qarşısında aşağıdakı sualın qoyulmasını xahiş etmişdir: - mərhum həyat yoldaşım X1 35 il 2 ay 8 gün iş stajının hazırki qanunvericiliyə uyğun olaraq pensiyasının hesablanma fərqi nə qədərdir? Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin nümayəndəsi X6 iddiaçının vəsatətinə, yəni məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə etirazı olmadığını bildirmişdir. İş materialları araşdırılaraq və cavabdehin nümayəndəsinin izahatı dinlənilərək məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılması xüsusi bilik tələb etdiyindən iddiaçı tərəfindən verilmiş vəsatətin təmin olunmaqla iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi haqqında qərardad qəbul etmişdir. Ekspertiza tamamlandıqdan sonra məhkəmənin hazırlıq iclasları xx xxxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərə təyin edilərək İddiaçı həmin vaxtlarda keçirilən məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə və məhkəmənin 2-1(122)-03/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi üçün ona ünvanlanmış məktubuna baxmayaraq o, məhkəmə iclaslarında heç bir üzrlü səbəb təqdim etmədən iştirak etməmiş və ona ünvanlanmış məktuba cavab verməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə qarşı “mərhum həyat yoldaşı X1 iş stajı ilə pensiyasının hesablanmasını, daha dəqiq xx xxxxxx 2015-ci il tarixdən götürülməsini və bugünədək yaranmış fərqin, mərhum həyat yoldaşı X1 35 il 2 ay 8 gün əmək fəaliyyəti üzrə təyin olunacaq pensiya məbləğinin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə qarşı “mərhum həyat yoldaşı X1 iş stajı ilə pensiyasının hesablanmasını, daha dəqiq xx xxxxxx 2015-ci il tarixdən götürülməsini və bugünədək yaranmış fərqin, mərhum həyat yoldaşı X1 35 il 2 ay 8 gün əmək fəaliyyəti üzrə təyin olunacaq pensiya məbləğinin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: NOVRUZOV SƏXAVƏT
Məhkəmə qərarları › İş №2-1(122)-3/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-3/2020
07.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver