Məhkəmə qərarları › İş №2-1(122)-3/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-3/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-3/2021 16.06.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinin nümayəndələri X9 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinə qarşı “01.01.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan (1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarla) 2 nömrəli siyahı üzrə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını 01.01.2006-cı il tarixədək qazandığı üçün ona 55 yaşdan (04.08.2017-ci ildən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.01.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan (1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarla) 2 nömrəli siyahı üzrə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını 01.01.2006-cı il tarixədək qazandığı üçün ona 55 yaşdan (04.08.2017-ci ildən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. 08 sentyabr 1980-ci ildə Naxçıvan 7 nömrəli tikinti quraşdırma idarəsində çilingər vəzifəsinə qəbul olunmaqla əmək fəaliyyətinə başlamışdır. 24.04.1981-ci ildə hərbi xidmətə getdiyindən həmin tarixdən işdən azad olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 05.07.1983-cü ildən 05.05.1990-cı ilədək (xüsusi iş stajı ilə) X18 Zavodunda əmək fəaliyyətində olmuşdur. 03.05.1990-cı ildən 16.04.2002-ci ilədək (xüsusi iş stajı ilə) Culfa Stansiyasında vaqonlara texniki xidmət məntəqəsində, sonradan həmin xidmət Culfa vaqon Deposunun balansına verildiyindən həmin xidmətdə “vaqon baxıcısı” vəzifəsində işləmişdir. 01.01.2006-cı il tarixədək qazanmış olduğu 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə ərizə ilə Culfa rayon Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Lakin müvafiq müraciətindən əsassız olaraq imtina edilmişdir. Belə ki, Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsi ona ünvanladığı 07.07.2020-ci il tarixli, 06/163 nömrəli məktubunda imtinanın əsası olaraq göstərmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşı tamam olmayıb. Müvafiq imtina məktubunda cavabdeh orqan imtinanın əsası olaraq göstərdiyi 60 yaş tələbini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 01.01.2006-cı ilədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı" üzrə 25 il iş stajının olması və bunun 12 il 6 ayını xüsusi iş stajı üzrə işləməyi 01.01.2006-cı ilədək müəyyən edilir. Bundan başqa cavabdeh orqanın 07.07.2020-ci il tarixli, 06/163 nömrəli məktubunda əmək fəaliyyəti barədə sənədlərin üzrlü səbəbdən təqdim edilməməsi halında, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının qəbul edildiyi göstərilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçı qeyd edir ki, əmək fəaliyyətinə başladığı gündən (08 sentyabr 1980-ci il) adına əmək kitabçası açılmışdır ki, həmin əmək kitabçasında bu günədək əmək fəaliyyəti və əmək stajı barədə bütün məlumatlar aydın qeyd olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra maddələrinə istinad edərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 38.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən 01.01.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan (1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarla) 2 nömrəli siyahı üzrə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını 01.01.2006-cı il tarixədək qazandığı üçün ona 55 yaşdan (04.08.2017-ci ildən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 11 avqust 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, hazırda Azərbaycan Respublikasında əmək pensiyaları 07 fevral 2006-cı il tarixdə Milli Məclisdə qəbul edilən, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan və 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən təyin edilir və hesablanır. Bu Qanun qüvvəyə mindiyi vaxt “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədən düşmüşdür. Azərbaycan Respublikası 543-VQD nömrəli Qanununa əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra bu Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində qeyd olunan “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir". Yəni vətəndaş 01 yanvar 2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə işləmişdirsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilir. İddiaçı 01 yanvar 2006-cı il tarixədək əmək kitabçasında ümumilikdə 23 il 1 ay iş stajı qeyd olunmuşdur. Buradan aydın olur ki, İddiaçı 01 yanvar 2006-cı ilədək ümumi 25 il iş stajı mövcud deyil. Eyni zamanda güzəştli iş stajının da, həmçinin azı 12 il 6 ay tələbi pozulmuşdur. Həmin 23 il 1 ay iş stajının güzəştli iş stajına aid edilməsinə dair heç bir sənəd təqdim olunmamışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bundan başqa sığorta stajı anlayışını vətəndaş tam şəkildə anlamadığından əmək kitabçasında qeyd olunan bütün stajların sığorta stajı hesab edilməsini iddia edir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlər və həmin Qanunun 21.1ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd olunanlar Ə.X15 rayon şöbəsinə müraciət edən zaman bildirilmiş və əmək pensiyası təyin olunması üçün zəruri sənədlərin təqdim olunması tələb edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2.2-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən iş və fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Lakin İddiaçı işlədiyi təşkilatların heç birinin sənədləri yuxarıda qeyd olunanlara məruz qalmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli Qərarının qüvvəyə minməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında" 21 dekabr 1992-ci il tarixli, 676 nömrəli qərarının 1-ci, 4-cü və 6-cı bəndləri, "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında" 21 iyun 1993-cü il tarixli, 320 nömrəli və "Uzun müddət xidmətə görə pensiya təyinatına hüquq verən sahə, peşə və vəzifələrin Siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 1992-ci il tarixli, 676 nömrəli qərarına əlavə edilməsi barədə 24 sentyabr 1996-cı il tarixli, 128 nömrəli Qərarları qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na 2 nömrəli əlavəyə əsasən əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısının 2.4.1-ci bəndinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin olunması üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim olunması zəruridir. Lakin vətəndaş Ə.X15 rayon şöbəsinə müraciət edən zaman şəxsiyyət vəsiqəsi və əmək kitabçasından başqa heç bir sənəd təqdim etməmiş və şöbənin məsul işçilərinə dəfələrlə hüquq mühafizə orqanları və digər yuxarı orqanlara şikayət etməklə hədə-qorxu gəlməyə çalışmışdır. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunanlara əsasən iddianın ləğv edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil cavabdeh orqanın iddia ərizəsinə qarşı etirazına münasibətdə 01 oktyabr 2020-ci il tarixli yazılı izahat təqdim edərək, iddiaçının iddia tələbinin Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan (1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarla) 2 nömrəli siyahısı üzrə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması əsaslarına istinadla irəli sürüldüyünü, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının mövcud olmadığını, müvafiq iş stajına dair heç bir sənəd təqdim edilmədiyinin qeyd edildiyini, cavabdeh orqanın qeyd etdiyi halların mövcudluğuna dair hər hansı sübut təqdim etmədiyini, cavabdeh orqanın etirazda istinad etdiyi qanunvericilik normalarına əsasən gətirdiyi dəlillərin və verdiyi izahatların mübahisənin mahiyyəti üzrə əlaqədar olmadığını, cavabdehin İPM-nin 14.3-cü maddəsinə əsasən iddianın əsassızlığına dair faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyini bildirmişdir. 01 dekabr 2020-ci il tarixdə keçirilən hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 izahat verərək, iddiaçı hərbi biletini təqdim etdikdən sonra onun stajının hesablandığını, 2006-cı ilin yanvar ayınadək 25 il 23 gün ümumi stajının olduğunu, stajla bağlı heç bir problem olmadığını, 37440 manat kapital tələb olunduğu halda iddiaçının tələb olunan məbləğdə kapitalının olmadığını və iş yerindən arayış təqdim edilmədiyini, buna görə də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmadığını bildirərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 23 fevral 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iddiaçının vəkili Vəkil Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 1993-cü il 23 iyun tarixli, 320 nömrəli Qərarla təsdiq olunan 2 nömrəli Siyahıda 23001000-16269 nömrəli kodda vaqon baxıcıları və 20101000 nömrəli kodda açıqda dağ mədən işlərində çalışanların qeyd edildiyini bildirərək, iddiaçıya həmin Siyahıda qeyd edilən kodlar üzrə yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. 23 fevral 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində ifadə verən X6 1982-ci il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra X18 Zavodunda işə girdiyini, işə başladıqdan sonra Əlinin işə girdiyini, onun həmin zavodda aparatçı-balondolduran işlədiyini, 1992-ci il tarixədək Əli ilə birgə işlədiklərini, işlərinin ancaq balon doldurmaq olduğunu, oradan çıxan qazı mayeləşdirdikdən sonra balona doldurduqlarını, həmin işdə işlədiklərinə görə onların maaşlarına 15 faiz əlavə gəldiyini, 2 növbə işlədiklərini, hər növbədə 6 nəfər olduğunu, Əlinin ondan sonra-1983-cü ildən həmin zavodda işlədiyini, özünün 10 il orada işlədiyini, Əli oradan işdən çıxanda özünün işlədiyini, həmin zavodun Azminsuya tabe olduğunu, zavodun 1996-cı il tarixədək işlədiyini, 1996-cı ildə işçilər ixtisara getdiyindən müəssisə fəaliyyətini müvəqqəti dayandırıldığını, əmək haqqı alanda əmək haqqı cədvəlinə qol çəkib aldıqlarını bildirmişdir. 23 fevral 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində ifadə verən X1 ilə eyni kənddə böyüdüklərini, özünün 1980-ci ildən X18 Zavodunda işlədiyini, Əlinin 1983-cü ildə X18 Zavoduna işə girdiyini, bir yerdə işlədiklərini, 1990-cı ildə Əlinin işdən çıxdığını, özünü isə 1996-cı il tarixədək həmin zavodda işlədiyini, zavodda iş azaldığına görə işçilərin ixtisara düşdüyünü, işin bağlandığını, işlədikləri vaxt hər ay əmək haqlarını aldıqlarını, zərərli işdə işlədiklərinə görə onlara əlavə pul verildiyini, hətta maska, eynək və süd verildiyini, özünün maşınist, Əlinin isə balondolduran işlədiyini, özünün maşınist kimi qurğularda havanı istiliklə qızdırıb, sıxıb hava halından çıxarıb maye halına çevirdiyini, ondan sonra Əli və onunla işləyənlər balonları durubaya bağlayıb, həmin mayeni balona doldurduqlarını, Əlinin işinin aparatçı olduğunu, aparatla balonu doldurduğunu, onların işlədiyi işin həqiqətən də zərərli iş olduğunu, hətta belə orada olan havaya görə işləyənlərin çoxunun özündən getdiyini bildirmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 19 may 2021-ci il tarixli, 2-1(122)-03/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 16 iyun 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil izahat verərək, iddiaçının dediklərini və iddia ərizəsində yazılanları müdafiə etdiyini, iddiaçının iddiasını “Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan (21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarla) 2 nömrəli siyahı üzrə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması əsaslarına istinadla irəli sürdüyünü, iddiaçının Culfa Stansiyasında işlədiyi vaqon baxıcıları vəzifəsinin həmin siyahıda 23001000-16269 nömrəli kodla göstərildiyini, ötən məhkəmə iclaslarında iddiaçının X16 Qazı Zavodunda işlədiyi işin 20101000 nömrəli kodla açıqda dağ mədən işlərinə aid olduğunu qeyd etdiyini, 19 may 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iddiaçının 1983-1990-cı illərdə işlədiyi “balondolduran” vəzifəsinin Siyahıda 2130302a-11041 nömrəli kodla təsnif edildiyini bildirdiyini, lakin apardığı araşdırmalar nəticəsində istinad etdiyi kodda təsnif olunan vəzifə ilə iddiaçının işlədiyi vəzifə arasında uyğunluq aşkarlanmadığını, hazırda yenidən 20101000 nömrəli koda istinad etdiyini, iddiaçının işlədiyi “balondolduran” vəzifəsinin 2010100a-10065 kodla təsnif edilmiş bütün adlarda aparatçılar vəzifəsinə uyğun gəldiyini bildirərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinin nümayəndəsi X11 izahat verərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının istinad etdiyi dövrdə qüvvədə olan qanunvericilikdə 55 yaşına çatmış kişilər üçün 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajının tələb olunduğunu, İddiaçı hazırda 59 yaşının olduğunu, 25 il 23 gün ümumi iş stajı olduğunu, qanunvericiliyin tələb etdiyi yaş həddi və ümumi iş stajı tələblərinin ödənildiyini, lakin kapitalı çatmadığını və xüsusi iş stajı barədə iş yerindən arayış təqdim edilmədiyini, “X14” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş məktubda iddiaçının 10 il 7 ay 23 gün xüsusi iş stajının olmasının təsdiqləndiyini, iddiaçının ümumi iş stajının və Culfa Stansiyasında işlədiyi vaqon baxıcıları vəzifəsi üzrə xüsusi iş stajına malik olmasının mübahisə doğurmadığını, lakin X18 Zavodunda işləməsi barədə arayış təqdim edilmədiyini, iddiaçının vəkilinin istinad etdiyi kodla iddiaçının işlədiyi “balondolduran” vəzifəsi arasında qəti uyğunsuzluq olduğunu, 20101000 nömrəli kodla təsnif edilmiş işlərin açıq üsulla kömürün, filizin, şistin, ozokeritin, talkın, kaolinin, qrafitin, dolomitin, kvarsitin, əhəng daşının və s qazıntıların hasilatı ilə bağlı olduğunu, sadalananların karbon qazının hasilatı ilə bağlı olmadığını, buna görə də iddiaçının həmin müəssisədə işlədiyini iddia etdiyi dövrün xüsusi iş stajına daxil edilə bilmədiyini, belə olan təqdirdə onun xüsusi iş stajının qanunvericiliyin tələb etdiyi müddəti ödəmədiyini, X18 Zavodundan arayış təqdim edilmədiyinə görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirərək, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinin nümayəndəsi X7 izahatında iddia tələbini qəbul etmədiyini, digər nümayəndənin dediklərini təsdiq etdiyini, onunla eyni fikirdə olduğunu və heç bir əlavəsinin olmadığını bildirmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, əmək kitabçasının və əmək kitabçasının rus dilindən azərbaycan dilinə tərcümə olunan təsdiq olunmuş surətlərini, yaşayış yerindən arayışı, şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın mümkünlük şərtlərinə əməl edilsə də, iddia mahiyyəti baxımdan əsaslı deyildir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun ünvan 2 ünvanında yaşayan vətəndaş İddiaçı ünvanladığı 07 iyul 2020-ci il tarixli, 06/163 nömrəli məktubdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.1-ci yarımbəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfimdən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 04 avqust 1962-ci il təvəllüdlü olduğuna görə onun 60 yaşı 2022-ci ilin 04 avqust tarixində tamam olur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.2-1 hissəsinə sığortaolunanın əmək kitabçası üzrə 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci hissəsində əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü maddəsinin 3.2.2-ci bəndində əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul edilir. - ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən və həmin əmək kitabçasının rus dilindən azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, İddiaçı 08.09.1980-ci ildən Naxçıvan 7 nömrəli Tikinti-Quraşdırma İdarəsində İİİ dərəcəli çilingər vəzifəsinə təyin olunmuş, 24.04.1981-ci ildə hərbi xidmətə yollandığından işdən azad olunmuş, 05.07.1983-cü il tarixdən “Azminsu” İB Darıdağ “X20”nda üçüncü dərəcəli aparatçı vəzifəsinə qəbul olunmuş, 17.07.1987-ci il tarixdə üçüncü dərəcəli balon dolduran, 01.08.1988-ci il tarixdən ikinci dərəcəli balon dolduran, 02.06.1989-cu il tarixdən üçüncü dərəcəli balon dolduran vəzifəsinə keçirilmiş, 05.05.1990-cı il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuş, 03.05.1990-cı il tarixdən Culfa stansiyasında vaqonlara texniki xidmət məntəqəsinin ox qutusu üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 20.08.1991-ci il tarixdən həmin yerdə 4-cü dərəcəli vaqon baxıcısı vəzifəsinə keçirilmiş, 01.01.1998-ci il tarixdə Culfa vaqon deposunun sərəncamına keçməsi ilə əlaqədar olaraq işdən azad olunmuş, 04.01.1998-ci il tarixdən Culfa ST BPMU-nun vaqon baxıcısı vəzifəsinə köçürülməklə işə qəbul edilmiş, 17.04.2002-ci il tarixdən etibarən vaqon bələdçisi vəzifəsinə keçirilmişdir. - Culfa Rayon İcra Hakimiyyəti Culfa Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 19 may 2020-ci il tarixli, 511 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 04 avqust 1962-ci ildə Naxçıvan şəhərində doğulmuş və Culfa şəhəri, E.Nağıyev küçəsi, mənzil 8 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş: - Naxçıvan Muxtar Respublikası “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı 14 dekabr 2020-ci il tarixli, D/562 nömrəli məktubdan görünür ki, vətəndaş İddiaçı həqiqətən Azərbaycan Dəmir Yolu Naxçıvan hissəsinin Culfa stansiyası vaqonlara Texniki Xidmət Məntəqəsində 03.05.1990-cı il tarixdən 20.08.1991-ci il tarixədək buks qovşağı üzrə yağlayıcı çilingər, 20.08.1991-ci il tarixdən 17.04.2002-ci il tarixədək Culfa vaqonların Texniki Xidmət Məntəqəsində vaqon baxıcısı vəzifəsində işləmişdir. 17.04.2002-ci il tarixdən 01.05.2009-cu il tarixədək vaqon bələdçisi, 01.05.2009-cu il tarixdən 05.04.2010-cu il tarixədək Culfa vaqonların Texniki Xidmət Məntəqəsində vaqon müayinəçisi təmirçisi vəzifəsində işləmişdir. 05.04.2010-cu il tarixdən Culfa Texniki Xidmət Məntəqəsinə böyük vaqon müayinəçisi vəzifəsinə keçirilmişdir. 13.04.2010-cu il tarixdən struktur dəyişikliyi ilə əlaqədar “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin Culfa Texniki Xidmət Məntəqəsinə böyük vaqon müayinəçisi vəzifəsinə təyin olunmuşdur. 13.11.2018-ci il tarixdən etibarən X10 Təmir sexində 1-ci ixtisas dərəcəli nəzarət ölçü cihazlarının təmiri üzrə çilingər vəzifəsində işləyir. Hal-hazırda həmin sahədə, həmin vəzifədə işləyir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 21.4-cü bəndinə əsasən güzəştli şərtlərlə əmək stajı 10 il 7 ay 23 gün təşkil edir. - X5 Qrupunun Culfa rayon “X20” MMC-nin məhkəməyə ünvanladığı 11 dekabr 2020-ci il tarixli, 15/20 nömrəli məktubdan görünür ki, X5 Qrupunun Culfa rayon “X20” MMC-də 17 oktyabr 2007-ci il tarixdən əvvəlki dövrün sənədləri mövcud olmadığı üçün vətəndaşın müəssisədə işləməsini təsdiq etmək mümkün deyil və həmin səbəbin nəzərə alınması xahiş edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı 12 yanvar 2021-ci il tarixli, **********040800 nömrəli məktubdan görünür ki, Azərbaycan Mineral Sular Birliyinin “Darıdağ” karbon qazı istehsalı zavodu Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 31 iyul 1995-ci il tarixdə 324 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 1991-ci il tarixli, 369 nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Baş Dövlət Vergi Müfəttişliyi yaradılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məktuba cavab verilməsi imkan xaricindədir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin məhkəməyə ünvanladığı 12 yanvar 2021-ci il tarixli, 02/06 nömrəli məktubdan görünür ki, “Azminsu” İB X18 zavodu”nun 1983-1990-cı illərə dair sənədləri Dövlət Arxivində olmadığından İddiaçı işləməsi haqqında məlumat yoxdur. - DSMF-nin Culfa rayon şöbəsinin sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışından görünür ki, İddiaçı DSMF Culfa rayon şöbəsində 01 yanvar 2006-cı ildən 01 yanvar 2019-cu il tarixədək 13 il 0 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 9519.73 manat pensiya kapitalı vardır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə ünvanladığı 15 yanvar 2021-ci il tarixli, 22/14 nömrəli məktubdan görünür ki, hər hansı müəssisənin qeydiyyatının və uçotunun aparılması, həmçinin fəaliyyətinin olubolmamasına dair məlumatların toplanması Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə müraciət olunması tövsiyə olunmuşdur. - X5 Qrupunun Culfa rayon “X20” MMC-nin məhkəməyə ünvanladığı 16 yanvar 2021-ci il tarixli, 01/21 nömrəli məktubdan görünür ki, müəssisə 2007-ci ildən “Birləşmiş Darıdağ ATSC”xxxx“X20 ASC”xxxx“X20 MMC” kimi fəaliyyətini davam etdirmişdir. Müəssisədə 2007-ci il tarixdən əvvəlki dövrün sənədləri mövcud olmadığı üçün vətəndaşın 1983-1990-cı illərdə işləməsini təsdiq etmək mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrim və göstəricilərin” 1 №-li və 2 №-li Siyahıları araşdırılaraq müəssisədəki mövcud vəzifə və peşələrə uyğun gələn hissələr seçilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Gələcəkdə əməkdaşların pensiya təminatı hüququndan düzgün istifadə etmələri üçün Siyahılardakı istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin həmin müəssisənin fəaliyyətinə şamil edilib-edilməməsi haqqında məlumatın onlara da göndərilməsi xahiş edilmişdir. - Naxçıvan Muxtar Respublikası Culfa Rayon Dövlət Arxiv İdarəsinin məhkəməyə ünvanladığı 25 yanvar 2021-ci il tarixli, 8 nömrəli məktubdan görünür ki, Culfa Rayon Dövlət Arxivində mühafizə olunan sənədlərdə Culfa “Azminsu” İB Darıdağ “X20”nun 1983- 1990-cı illərə dair sənədlərinə rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası “X14” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə eyni məzmunlu 05 mart 2021-ci il tarixli, D/66 nömrəli məktub göndərərək, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4-cü bəndinə əsasən güzəştli şərtlərlə əmək stajının 10 il 7 ay 27 gün təşkil etdiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq olunan “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı Cəmiyyətdə olmadığından aidiyyəti üzrə kodların göstərilməsinin imkan xaricində olduğu bildirilmişdir. İşin hallarından və iddiaçı tərəfin izahatlarından aydın olur ki, iddiaçı 04 avqust 1962ci təvəllüdlü olmaqla, 55 yaşı tamam olduğu 04.08.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehdən tələb edir. Cavabdeh tərəfin etirazından və məhkəmədə verilən izahatlardan görünür ki, iddiaçının 55 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı tələb olunduğu halda, iddiaçı qanunvericiliyin tələb etdiyi xüsusi iş stajına malik olmadığı üçün ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi mümkün deyil. Beləliklə, məhkəmə iddiaçı tərəfin tələbinə və cavabdehin imtinasına hüquqi qiymət verərək, iş materiallarının araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 13-cü maddəsinin “b” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Mübahisəli hüquq münasibətlərinin mövcud olduğu zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3-cü bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarın 4-cü bəndinin 3-cü abzasın əsasən işçiləri güzəştli pensiya hüququ verən iş yerlərinə təyin etdikdə onların əmək kitabçalarında müvafiq qeydiyyat aparsınlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 oktyabr 2020-ci il tarixli, 42-Vİ FR nömrəli Fərmanı ilə təsdiq edilmiş «Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işin hallarına tətbiq edərək qeyd edir ki, iddiaçı əvvəllər qüvvədə olmuş qanunvericilik normalarına istinad edərək 01.01.2006-cı il tarixədək ümumi və xüsusi iş stajına malik olduğunu, 04.08.2017-ci il tarixdə isə 55 yaşı tamam olduğunu bildirərək, ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyindən, onun 01.01.2006-cı il tarixədək olan stajı məhkəmə tərəfindən araşdırılmış, həmin dövrdən sonrakı stajı hazırki mübahisə üzrə nəzərə alınmamışdır. Hazırki iş üzrə iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin tələblərinə görə iki element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər iddiaçının 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər iddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçı 1962-ci ildə Naxçıvan şəhərində doğulmuş, 08.09.1980-ci ildən Naxçıvan 7 nömrəli Tikinti-Quraşdırma İdarəsində İİİ dərəcəli çilingər vəzifəsinə təyin olunmuş, 24.04.1981-ci ildə hərbi xidmətə yollandığından işdən azad olunmuş, 05.07.1983-cü il tarixdən “Azminsu” İB Darıdağ “X20”nda üçüncü dərəcəli aparatçı vəzifəsinə qəbul olunmuş, 17.07.1987-ci il tarixdə üçüncü dərəcəli balon dolduran, 01.08.1988-ci il tarixdən ikinci dərəcəli balon dolduran, 02.06.1989-cu il tarixdən üçüncü dərəcəli balon dolduran vəzifəsinə keçirilmiş, 05.05.1990-cı il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuş, 03.05.1990-cı il tarixdən Culfa stansiyasında vaqonlara texniki xidmət məntəqəsinin ox qutusu üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 20.08.1991-ci il tarixdən həmin yerdə 4-cü dərəcəli vaqon baxıcısı vəzifəsinə keçirilmiş, 01.01.1998-ci il tarixdə Culfa vaqon deposunun sərəncamına keçməsi ilə əlaqədar olaraq işdən azad olunmuş, 04.01.1998-ci il tarixdən Culfa ST BPMU-nun vaqon baxısıcısı vəzifəsinə köçürülməklə işə qəbul edilmiş, 17.04.2002-ci il tarixdən etibarən vaqon bələdçisi vəzifəsinə keçirilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi 55 yaş həddi və 25 il ümumi iş stajı barədə məhkəmə onu qeyd edir ki, bunlar məsələnin mübahisə doğurmayan hallarına aiddir. Belə ki, iş materiallarından və cavabdeh inzibati orqanın nümayəndələrinin izahatlarından da aydın olur ki, iddiaçı 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajına malik olmuşdur. Bu güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin tələblərinin İ elementinin ödənilməsi deməkdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin tələblərinin İİ elementi ondan ibarətdir ki, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 01.01.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, iddiaçının işlədiyi “vaqon baxıcısı” vəzifəsinin 1993-cü ildə təsdiq olunmuş Siyahıda bölmə XXVİİİ şifr 23001000—16269 “vaqonların baxıcıları” adlanan bəndinə uyğun olması konkret olaraq müəyyən edilmişdir. Bu hal, həmçinin Naxçıvan Muxtar Respublikası “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı məktub və cavabdehin nümayəndələrinin izahatları ilə də təsdiq olunur. İddiaçının həmin vəzifə üzrə xüsusi iş stajı 10 il 7 ay 23 gün təşkil etmişdir. İddiaçının 05.07.1983-cü ildən 05.05.1990-cı ilədək işlədiyi və xüsusi iş stajına daxil edilməsini tələb etdiyi X16 Qazı Zavodunda “balondolduran” vəzifəsi barədə məhkəmə qeyd etməyi zərur hesab edir ki, həmin vəzifə Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli Qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarında mövcud olmamışdır. Bununla belə, məhkəmə tərəfindən X16 Qazı Zavodunun hazırki hüquqi varisi olan X5 Qrupunun Culfa rayon “X20” MMC-yə ünvanlanan sorğularla İddiaçı 1983- 1990-cı illərdə həmin müəssisədə işləməsi və “balondolduran” vəzifəsinin güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına aid edilib–edilməməsi və bu barədə arayışın məhkəməyə təqdim olunması xahiş edilsə də, həmin sənədlərin mövcud olmadığı və vətəndaşın 1983-1990-cı illərdə işləməsini təsdiq etməyin mümkün olmadığı bildirilmişdir. Nəzərə alınmalıdır ki, əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələb etdiyi halda iddiaçının əmək kitabçasında onun işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən iş yerlərinə aid edilməsi barədə qeydin olmaması və “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış”ın alınmaması işin mübahisəli halları ilə bağlı qeyri-müəyyənliyin yaranmasına səbəb olur. Şəxsin işlədiyi peşələrin Siyahıda göstərilən peşələrə uyğunlaşdırılmasında çətinlik yarandıqda, məhkəmə işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətlərini əks etdirməklə arayış verilməsini tələb edə bilər. İddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. İddiaçı tərəfindən iddia ərizəsində güzəştli şərtlərlə pensiya təyin olunması üçün heç bir koda istinad edilmədiyi halda, iddiaçının vəkili Vəkil 23 fevral 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının 1983-1990-cı illərdə X16 Qazı Zavodunda işlədiyi “balondolduran” vəzifəsinin Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahılarda şifr 20101000-açıqda dağ-mədən işləri və yer səthində işlərə aid olduğunu, 19 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında 2130302a-11041 kod ilə təsnif edilmiş “texniki karbon hidriti sıxlaşdıran aparatçılar” vəzifəsinə uyğun olduğunu, şifahi məhkəmə baxışı iclasında verdiyi izahatda isə yenidən şifr 20101000-açıqda dağ-mədən işləri və yer səthində işlərə istinad etdiklərini bildirsədə, həmin vəzifələr arasında uyğunluğu müəyyən edən faktları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfin izahatından da məlum olmuşdur ki, iddiaçının işlədiyi “balondolduran” vəzifəsinin xüsusi şərtlərlə pensiya hüququ verən peşələrə aid edilməsi barədə hər hansı sübut mövcud deyildir. Məhkəmə tərəfindən İPM-nin 12-ci maddəsinin tələblərinə əsaən aparılan araşdırmalar nəticəsində də iddiaçının vəkilinin istinad etdiyi kodlarla təsnifləşdirilmiş vəzifələrlə iddiaçının işlədiyi “balondolduran” vəzifəsi arasında uyğunluq müəyyən edilə bilməmişdir. İddiaçı xüsusi iş stajına daxil edilməsini tələb etdiyi “balondolduran” vəzifəsinin nə əvvəllər qüvvədə olmuş Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahılarda, nə də ki hazırda qüvvədə olan Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda öz əksini tapmadığı və həmin halın X16 Qazı Zavodunun arayışı əsasında təsdiqlənmədiyi üçün onun işlədiyi 1983-1990-cı illər xüsusi iş stajı kimi qəbul edilə və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. Belə ki, qanunvericilikdə 12 il 6 ay xüsusi iş stajı tələb edildiyi halda hazırki vəziyyətdə iddiaçının xüsusi iş stajı 10 il 7 ay 23 gün təşkil edir. Hazırki iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddia olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı onun tələb etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 01.01.2006-cı il tarixədək zəruri olan 12 il 6 ay güzəştli şərtlə yaşa görə pensiya hüququ verən staja malik olmadığından cavabdeh tərəfindən hazırki tələb icra edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsi tərəfindən İddiaçı “01.01.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan (1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarla) 2 nömrəli siyahı üzrə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını 01.01.2006-cı il tarixədək qazandığı üçün ona 55 yaşdan (04.08.2017-ci ildən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinə qarşı “01.01.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan (1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarla) 2 nömrəli siyahı üzrə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını 01.01.2006-cı il tarixədək qazandığı üçün ona 55 yaşdan (04.08.2017ci ildən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İPM-in 110.3-cü maddəsinin tələbinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur Odur ki, işə baxılması ilə əlaqədar prosessual xərclər iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 12, 58, 68-69, 75, 78, 85 və 110.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinə qarşı “01.01.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan (1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarla) 2 nömrəli siyahı üzrə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajını 01.01.2006-cı il tarixədək qazandığı üçün ona 55 yaşdan (04.08.2017-ci ildən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi təmin olunmadığından prosessual xərclər iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar