Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-3/2024 14.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X24 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2, üçüncü şəxslər X4 və X8 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (bundan sonra iddiaçı) cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “2006-cı ildə X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 083C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin qismən dəyişdirilməsi, onların istifadəsində olmuş yeganə yolun açılması üçün texniki səhvliklərin düzəldilməklə yolun ərazisinin qonşunun mülkiyyət şəhadətnaməsindən (JN 083C) və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan, hüquqların dövlət qeydiyyatı reyestrindən çıxarılmaqla ümumi istifadələrinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan MR Ordubad rayonu, Bist kəndində yerləşən ümumi sahəsi 0.2567 ha olan həyətyanı torpaq sahəsi Ordubad rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə onların mülkiyyətlərinə verilmişdir. Torpaq verilərkən onların sahəsindən təxminən 0.025 ha kəsir gəlir. Həmin sahə səhvən Mərdanov Teymurun və onun ailə üzvlərinin üzərinə işlənmişdir. Bununla əlaqədar olaraq iddiaçı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanladığı məktuba cavab olaraq ona Ordubad rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli 41 nömrəli qərarının surəti və torpaq islahatının aparılması ilə əlaqədar kənd icra nümayəndəliyinin yerli aqrar islahat komissiyasına təqdim edildiyi torpaq almaq hüququ olan subyektlərin adlı siyahısından çıxarış göndərilmişdir. Həmin adlı siyahıya və xəritəyə əsasən onların torpaq sahəsi 0.27 hektar olmuşdur. 2006-cı ildə yenidən ölçmə işləri aparılan zaman həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu kəsilərək gediş-gəliş yolu və torpaq sahələrinin bır hissəsi JN 83C nömrəli şəhadətnamə ilə Teymur Məmmədovun və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bu faktı Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti də 06 oktyabr 2022-ci il tarixli 06/572 nömrəli yazılı məktubunda təsdiq etmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən 2006-cı ildə X1 və onun ailə üzvlərinin mülkiyyətinə JN 83C nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərkən hüquqların dövlət qeydiyyatı aparılan zaman buraxılmış texniki səhvin düzəldilməsi öhdəliyinin Naxçıvan MR Daşınmaz Əmlak Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 27 yanvar 2023-cü il tarixli, 2-1(122)-16/2023 nömrəli qərardadı ilə X12, X9 və X15 (bundan sonra üçüncü şəxs) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmənin 27 sentyabr 2023-cü il tarixli, 2-1(122)-16/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “2006-cı ildə X1 və onun ailə üzvlərinin mülkiyyətinə JN 83C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilərkən hüquqların dövlət qeydiyyatı aparılan zaman buraxılmış texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(122)-16/2023 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti baxılması üçün 16 oktyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 16 noyabr 2023-cü il tarixli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2-1(122)-16/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2- 1(122)-16/2023 nömrəli qərardadı ləğv edilərək, iddiaçının cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “2006-cı ildə X1 və onun ailə üzvlərinin mülkiyyətinə JN 83C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilərkən hüquqların dövlət qeydiyyatı aparılan zaman buraxılmış texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün hesab edilmiş və inzibati iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. 05 mart 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı tərəf vəsatət verərək məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə üzrə baxılıb müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının vəsatəti təmin edilmiş, məhkəmənin 05 mart 2024-cü il tarixli protokol qərardadı ilə iddiaçının cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “2006-cı ildə X1 və onun ailə üzvlərinin mülkiyyətinə JN 83C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilərkən hüquqların dövlət qeydiyyatı aparılan zaman buraxılmış texniki səhvin düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” “2006-cı ildə X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 083C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin qismən dəyişdirilməsi, onların istifadəsində olmuş yeganə yolun açılması üçün texniki səhvliklərin düzəldilməklə yolun ərazisinin qonşunun mülkiyyət şəhadətnaməsindən (JN 083C) və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan, hüquqların dövlət qeydiyyatı reyestrindən çıxarılmaqla ümumi istifadələrinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində icraata qəbul edilmişdir. Məhkəmənin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-3/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia tələbinə dair inzibati iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 24 noyabr 2023-cü il tarixli, 04/675 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Xidmətin Ordubad Rayon İdarəsinin mütəxəssislərinin və Ordubad Rayon İcra Hakimiyyəti başçısının Bist kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə naturada araşdırılmış və məlum olmuşdur ki, iddiaçıların iddia etdikləri torpaq sahəsi JN-83C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə qonşu torpaq mülkiyyətçisi X1 mülkiyyətinə verilmiş 1729,5 m2 torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Azərbaycan Respublikası torpaq qanunvericiliyinin tələbləri onlara və qonşu torpaq mülkiyyətçisi mərhum Teymur Mərdanovun vərəsələrinə izah olunmuş, lakin Teymur Mərdanovun vərəsələri araşdırmanın nəticələri ilə razılaşmayaraq etirazlarını bildirmişlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 14 iyun 2024-cü il tarixə təyin edilmişdir. İddiaçılar İddiaçı4, İddiaçı5, üçüncü şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçılar İddiaçı4, İddiaçı5 və üçüncü şəxs X3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 etirazda yazılanlara uyğun izahat verərək qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X12 və X15 məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdilər. Yazılı sübutlar: İş materiallarında olan: - JN-083B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, X16, X11, X5 və X13 Ordubad rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə 0.14 hektar həyətyanı sahə ayrılmışdır. - JN-083C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, X16, X6, X5 və X13 Ordubad rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə 0.17 hektar həyətyanı sahə ayrılmışdır. - JN-099A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı1, İddiaçı4, X14, İddiaçı3 və İddiaçı2 Ordubad rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə 0.26 hektar həyətyanı sahə ayrılmışdır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Naxçıvan MR, Ordubad rayonu, Bist kəndində yerləşən 0.2567 hektar torpaq sahəsi İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3 və İddiaçı2 paylı mülkiyyətindədir. - Ordubad rayon Bist Bələdiyyəsinin 03 mart 2023-cü il tarixli aktından məlum olur ki, məhkəmədə üçüncü şəxslərin izahatlarından yaranan bəzi nüansların (alternativ yolların) araşdırılması məqsədi ilə iddiaçının ərazisinə gedən yollara baxış keçirilmişdir. Baxış zamanı 3 alternativ yol müəyyən olunmuşdur. İ alternativ yol əraziyə 100-150 m. aralı olmaq şərtilə maşın yolu kimi yararlıdır, qalan hissəsini isə yerdə qalxmaq olar. İİ alternativ yol yarıya qədər aşağı hissədən qalxdıqda yararlıdır, lakin tam yolu qalxmaq mümkün deyil. İİİ alternativ yol Bələdiyyə binasının qabağından keçir. Yük maşını ilə əraziyə getmək həmin yolla mümkündür, lakin qayıtmaq İ alternativ yolla mümkündür. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən məhkəməyə göndərilmiş 13 dekabr 2023-cü il tarixli mütəxəssis rəyindən məlum olur ki, inzibati işlə əlaqədar Ordubad rayon Bist kəndində yerləşən, iddiaçının torpaq sahəsində ölçmə-dəqiqləşdirmə işləri aparılmış və məlum olmuşdur ki, islahat aparılan zaman tərtib olunmuş ilkin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 2006-cı ildə dəqiqləşmə vaxtı verilən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən ölçülərlə ciddi fərqlər mövcuddur. Həmin fərqin əmələ gəlməsi mütəxəssisin dəqiqləşmə vaxtı 83C nömrəli torpaq sahəsinin sahibinin faktiki istifadə vəziyyətini nəzərə alaraq ölçüləri aparması ilə bağlıdır. İddiaçının gediş-gəliş yolu ilə ilkin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilsə də, dəqiqləşmə vaxtı nəzərə alınmamışdır. Yerində tərtib olunmuş aktla da akt iştirakçıları mövcud problemin 83C nömrəli torpaq sahəsinin sahibinin mütəxəssisə verdiyi səhv məlumatlardan ibarət olduğunu bildirmişdirlər. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələri üzrə Dövlət Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 mart 2024-cü il tarixli mütəxəssis rəyindən məlum olur ki, Bist kəndində islahat aparılan zaman tərtib olunmuş ilkin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 2006-cı ildə dəqiqləşmə vaxtı verilən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən ölçülərdə ciddi fərqlər mövcuddur. Həmin fərqin əmələ gəlməsi mütəxəssisin dəqiqləşmə vaxtı 83C nömrəli torpaq sahəsinin sahibinin faktiki istifadə vəziyyətini nəzərə alaraq ölçüləri aparması ilə bağlıdır. İddiaçının gediş- gəliş yolu ilkin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilsə də, dəqiqləşmə vaxtı nəzərə alınmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində Kadastr və Yerquruluşu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən məlum olur ki, araşdırma zamanı islahat materiallarına nəzər yetirərkən həmin ərazidə islahat dövründə tərtib olunmuş xəritələrin faktiki vəziyyətə uyğun olmadığı ortaya çıxdı. Sonra mülkiyyət sənədlərindəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədi ilə qanuna uyğun olaraq 2006-cı ildə Ordubad rayonunda, o cümlədən Bist kəndində torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsinin aparıldığı müəyyən olundu. Bu da onu göstərir ki, ilkin tərtib olunmuş xəritələrdə texniki səhvliklər olub. Dəqiqləşdirilmədən sonra həmin kənddə heç bir şəhadətnamənin mübahisələndirilmədiyini nəzər alsaq, 2006-cı ildə aparılmış dəqiqləşmənin uğurlu olduğunu demək olar. 2023-cü ildə İddiaçı1 məhkəməyə şikayətindən sonra aparılan icraat zamanı üçüncü şəxsin, icra nümayəndəsinin və bələdiyyənin iştirakı ilə həmin əraziyə baxış keçirilib. Baxış zamanı iddiaçının ərazisinə iddia etdiyi yoldan əlavə 3 gediş-gəliş yolunun olduğu müəyyən olunub. Bütün icraat materiallarını nəzərə alsaq texniki səhvlik 2006-cı ildə tərtib olunan şəhadətnamədə iddiaçının həyətyanı sahəsinə iddia etdiyi yolla birlikdə 4 yerdən yol olduğu halda qeyd olunmamasından ibarətdir. İddiaçının iddia etdiyi gediş-gəliş yolunun texniki səhvlik kimi qəbul olunması zamanı 24 noyabr 1997-ci il 41 nomrəli qərar əsasında 2006-cı ildə tərtib olunan 83C nomrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyət hüququ yaranan digər üçüncü şəxslərin (X7, X12, X9, X15) hüquq və mənafelərinə toxunur. İddia olunan gediş-gəliş yolu islahat dövründə tərtib olunan kəndin yerquruluşu planında boş sahə kimi görünsə də, 2006-cı ilin kəndin yerquruluşu planında yolun ərazisi müəyyən olmadığı üçün yol kimi qeydə alınmamışdır. - Bist Bələdiyyəsinin 14 may 2024-cü il tarixli aktından məlum olur ki, Bist kəndində həyətyanı torpaq sahəsi olan İddiaçı1 uzun illər ərzində X1 və onun ailə üzvlərinin aqrar islahat zamanı mülkiyyətlərinə verilmiş torpaq sahəsinin avtomobil və gediş-gəliş yolu hissəsi İddiaçı1 aqrar islahat aparılana qədər və aqrar islahatdan sonra istifadəsində olmuş, başqa gediş-gəliş yolu olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. -16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. - 19-cu maddəsinin 2-ci bəndinə əsasən yaşayış məntəqələrinin hüdudları təsdiq olunmuş şəhərsalma və yerquruluşu sənədləri əsasında müəyyənləşdirilir. Yaşayış məntəqəsinin hüdudu vətəndaşların və hüquqi şəxslərin torpaq sahələrinin sərhədləri üzrə müəyyən edilir. - 49-cu maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. - 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr ... və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. - 83-cü maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmənin əsaslandırması: Hazırkı mübahisəyə münasibətdə iddiaçıların hüquqi marağı və məqsədi JN 083C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin qismən dəyişdirilməsi, onların istifadəsində olmuş yeganə yolun açılması üçün texniki səhvliklərin düzəldilməklə yolun ərazisinin qonşunun mülkiyyət şəhadətnaməsindən və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan, hüquqların dövlət qeydiyyatı reyestrindən çıxarılmaqla ümumi istifadələrinə qaytarılmasından ibarətdir. Məhkəmə bildirir ki, üçüncü şəxslərin torpaq sahəsinin qeydində mübahisəli ərazi üzrə dövlət reyestrində düzəlişin aparılması üçün əvvəlcə, həmin qeydiyyatın əsassız aparılması müəyyən edilməlidir. Məhz bu halların sübuta yetirilməsi, hüququ pozulmuş şəxsin iddiası əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılmasına əsas verir. İş üzrə materiallarla təsdiq olunur ki, Ordubad rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə iddiaçılara 0.26 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmçinin Ordubad rayon Aqrar İslahat Komissiyasının qeyd olunan həmin qərarı ilə X16, X11, X5 və X13 0.14 və 0.17 hektar həyətyanı torpaq sahələri ayrılmış və onlara müvafiq olaraq JN-099A, JN-083B və JN-083C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr verilmişdir. Göründüyü kimi, iddiaçının və üçüncü şəxslərin adına ayrı-ayrı şəhadətnamələr verilmiş və bununla da torpaq sahəsi üzərində onların hüququ yaranmışdır. Üçüncü şəxslərin adlarına tərtib edilmiş şəhadətnamədə mübahisəli torpaq sahəsi onların adlarına daimi istifadə hüququ ilə qeydə alınmışdır. Hazırda həmin torpaq sahələrinin verilməsinə əsas olmuş qərarın qüvvədə olduğu müddətdə, iddiaçıların və üçüncü şəxslərin adına verilmiş şəhadətnamə öz hüquqi qüvvəsini saxlayır. Məhkəmə tərəfindən alınan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin tabeliyində Kadastr və Yerquruluşu "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, iddiaçının şikayətindən sonra aparılan icraat zamanı üçüncü şəxsin, icra nümayəndəsinin və bələdiyyənin iştirakı ilə həmin əraziyə baxış keçirilmiş, əlavə 3 gedişgəliş yolunun olduğu müəyyən olunmuşdur. İddia olunan gediş-gəliş yolu islahat dövründə tərtib olunan kəndin yerquruluşu planında boş sahə kimi görünsə də, 2006-cı ilin kəndin yerquruluşu planında yol ərazisi müəyyən olmadığı üçün “yol” kimi qeydə alınmamışdır. Digər yandan iddiaçı tərəfin iddia etdiyi gediş-gəliş yolunun texniki səhvlik kimi qəbul olunacağı təqdirdə mülkiyyət hüququ yaranan digər üçüncü şəxslərin hüquq və mənafelərinə toxunacağı bildirilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən göstərilən mübahisəli torpaq sahəsi elektron baza məlumatlarında “yol” kimi ümumi istifadədə olan ərazidə yerləşməmişdir. Həmçinin naturada göstərilən torpaq sahəsinə alternativ olaraq 3 yerdən gediş-gəliş yolunun olduğu müşahidə edilmişdir. Naturada aparılmış ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Məhkəmə hesab edir ki, Ordubad rayonu, Bist kəndində yerləşən iddiaçı tərəfə məxsus torpaq sahəsinə xidmət etmiş, ümumi istifadə üçün nəzərdə tutulmamış lakin iddiaçılar tərəfindən yol kimi istifadə edilmiş mübahisəli sahənin iddiaçı tərəfin mülkiyyətində olan torpaq sahəsinə yenidən xidmət etməsinin təmin edilməsi tərəflərin maraqları arasında ədalətli tarazlığı təmin etməməklə üçüncü şəxslərə verilən və təminat altında olan Konstitusion hüquqların (mülkiyyətində olan əmlakdan sərbəst şəkildə istifadə etmə hüququ) məhdudlaşdırılması ilə nəticələnəcəkdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Bununla belə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə sonradan iddiaçı tərəfdən təqdim edilmiş 14 may 2024-cü il tarixli iddiaçının torpaq sahəsinə başqa gediş-gəliş yolunun olmaması barədə tərtib edilmiş Aktı da mötəbər sübut kimi qəbul etmir. Çünki, həmin akt məhz iddiaçı ailəyə yaxın adamlar- (qohumlar, qonşular) mübahisəyə dair əhəmiyyət kəsb edən faktlarla bağlı düzgün informasiya vermək marağında olmayan şəxslər tərəfindən imzalanmışdır. Həmin aktın bələdiyyə sədri tərəfindən imzalanmasına münasibətdə isə qeyd edilməlidir ki, bələdiyyə kollegial orqandır, bələdiyyə sədri kimi hər hansı məsələyə münasibətin bildirilməsi bələdiyyə sədrinin tək başına deyil, bələdiyyənin iclasında bələdiyyə üzvlərinin iştirakı ilə iclas qərarı ilə verilir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmamışdır. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “2006-cı ildə X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 083C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin qismən dəyişdirilməsi, onların istifadəsində olmuş yeganə yolun açılması üçün texniki səhvliklərin düzəldilməklə yolun ərazisinin qonşunun mülkiyyət şəhadətnaməsindən (JN 083C) və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan, hüquqların dövlət qeydiyyatı reyestrindən çıxarılmaqla ümumi istifadələrinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “2006-cı ildə X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 083C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamənin qismən dəyişdirilməsi, onların istifadəsində olmuş yeganə yolun açılması üçün texniki səhvliklərin düzəldilməklə yolun ərazisinin qonşunun mülkiyyət şəhadətnaməsindən (JN 083C) və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan, hüquqların dövlət qeydiyyatı reyestrindən çıxarılmaqla ümumi istifadələrinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-3/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-3/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver