Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-30/2021 29.10.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “19 avqust 2020-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 avqust 2020-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 19 avqust 2020-ci il tarixdə komanda üzrə raport yazaraq hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Belə ki, o, 30 aprel 2011-ci il tarixdən, yəni 9 ildən çoxdur ki, X1 Ordusunda zabit kimi xidmət edir. Poçt xəbərnaməsinə əsasən bu raportu 21 avqust 2020-ci il tarixdə hərbi hissənin M.Seyidov soyadlı nümayəndəsi tərəfindən qəbul edilmişdir. Lakin raportu cavablandırılmamış və nəticəsiz qalmışdır. Raportun cavablandırılmadığını görərək iddiaçı 09 sentyabr 2020-ci il tarixdə ərizə ilə yuxarı komandanlığa, N nömrəli hərbi hissə komandirinə eyni xahişlə müraciət etmişdir. Poçt xəbərnaməsinə əsasən bu raportu da 11 sentyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissənin Hüseynov soyadlı nümayəndəsi tərəfindən qəbul edilmişdir. Müraciətlərinin baxılmamasını və nəticəsiz qaldığını görərək o, 15 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin bugünə qədər müraciəti cavabsız və nəticəsiz qalmışdır. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən 19 avqust 2020-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 01 aprel 2021-ci il tarixli, 11/1320 nömrəli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 22-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ya ehtiyata buraxılması xidmət etdiyi hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimat əsasında həyata keçirilir. Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiyası) haqqında Təlimat”a əsasən zabit heyətinin birliklərarası xidmət yerinin dəyişdirilməsi (rotasiyası) hər ilin iyul ayında həyata keçirilir. İddiaçı xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq 19 avqust 2021-ci il tarixli raportla komandanlığa müraciət etmişdir. Lakin yuxarıda qeyd olunan qərara əsasən hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsinin (rotasiyasının) hər ilin iyul ayında keçirilməsi müəyyən olunmuşdur. İddiaçı xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimat daxil olduqda qeyd olunan məsələyə müəyyən olunmuş qaydada baxılacaqdır. İPM-nin 73.3.1-ci maddəsinə əsasən “inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə” və 73.3.2-ci maddəsinə əsasən “inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə” məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 47.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 19 avqust 2020-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi tələbinə dair iddia ərizəsinin mümkün hesab edilməməsi xahiş olunmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2- 1(122)-30/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(108)- 17/2021 nömrəli qərardadı ilə təmin edilərək inzibati iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə geri qaytarılmışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 13 oktyabr 2021ci il tarixli, 2-1(122)-30/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 29 oktyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə lazımi qaydada məlumat verilmişdir. Lakin İddiaçı məhkəməyə 25 oktyabr 2021-ci il tarixli ərizə göndərək 29 oktyabr 2021-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışına xidməti zərurətlə əlaqədar gələ bilməyəcəyi təqdirdə onun iştirakı olmadan işə baxıb yekun qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya dair məhkəməyə ünvanlanan 13 oktyabr 2021-ci il tarixli, 4258 nömrəli etiraz məktubuna uyğun izahat verərək, iddiaçının xidmət yerinin dəyişdirilməsi üçün müraciət edərkən səbəb kimi qardaşının ağır xəstə olmasını göstərdiyini, lakin qardaşının ailəli olduğunu, hazırda iddiaçı ilə yaşamadığını, hərbi qanunvericiliyə əsasən qardaşın hərbi qulluqçunun ailə üzvü hesab edilmədiyini, həmçinin Azərbaycan Respublikası Müdafiə nazirinin göstərişinə əsasən döyüş əməliyyatlarından sonrakı dövrdə hissələrin dislokasiya yerlərinin dəyişdirilməsi və COVİD-19 pandemiyasının geniş yayılması zabit heyətinin xidməti yerlərinin 2021-ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsinin 2022-ci ilin iyun ayına planlaşdırılması barədə qərar qəbul edildiyini, buna görə də iddiaçının bu əsasla xidmət yerinin dəyişdirilməsinin mümkün olmadığını bildirib məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Fazil oğlu xx xxxxx 1984-cü ildə doğulmuşdur. - N nömrəli hərbi hissənin Kəşfiyyat bölmə rəisi, mayor İddiaçı tərəfindən N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 19 avqust 2020-ci il tarixli raportdan məlum olur ki, o, 30 aprel 2011-ci il tarixdən X1 Ordusunda zabit kimi xidmət edir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində yazılıb ki, hərbi qulluqçunun öz səhhətinə və ya ailə üzvlərinin səhhətinə, ailə vəziyyətinə görə, xüsusi şəraitli yerlərdə xidmət üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi müddəti başa çatdırılmasına görə xidmət yerini dəyişdirmək hüququ vardır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat"ın 3.2-ci maddəsinə əsasən eyni birlikdə 6 il və daha artıq xidmət etmiş zabitlər birliklərarası rotasiyaya cəlb edilirlər. Yuxarıda göstərilənlərə əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - N nömrəli hərbi hissənin Kəşfiyyat bölmə rəisi, mayor İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - X4 Komandanı general-polkovnik Kərəm Mustafayevə ünvanlanmış 07 sentyabr 2020-ci il tarixli şikayət ərizəsinin və Azərbaycan Respublikası Müdafiə nazirinə ünvanlanmış 15 dekabr 2020-ci il tarixli ərizənin məzmunundan aydın olur ki, o, hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin raportu cavablandırılmamış və nəticəsiz qalmışdır. İddiaçı ailə vəziyyəti ilə əlaqədar hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) üçün müvafiq köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən Müdafiə nazirinin müavini - X4 Komandanına ünvanlanmış 15 aprel 2021-ci il tarixli, 1/1246 nömrəli məktubdan məlum olur ki, döyüş əməliyyatlarından sonrakı dövrdə hərbi hissələrin dislokasiya yerlərinin dəyişdirilməsi və COVİD-19 pandemiyasının geniş yayılması Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat"ın tələblərinin yerinə yetirilməsində çətinlik yaratmışdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Müdafiə nazirinin göstərişinə əsasən zabit heyətinin xidməti yerlərinin 2021ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsinin (rotasiyasının) 2022-ci ilin iyun ayına planlaşdırılmasına qərar qəbul edilmişdir. - Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 13 oktyabr 2021-ci il tarixli, 4258 nömrəli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 22-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ya ehtiyata buraxılması xidmət etdiyi hərbi hissə komandiri tərəfindən imzalanmış təqdimat əsasında həyata keçirilir. Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat”a əsasən zabit heyətinin birliklərarası xidmət yerinin dəyişdirilməsi (rotasiyası) hər ilin iyul ayında həyata keçirilir. İddiaçı xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq raportla 19 avqust 2020-ci il tarixdə komandanlığa müraciət etmişdir. Lakin yuxarıda qeyd olunan qərara əsasən hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsinin (rotasiyasının) hər ilin iyul ayında keçirilməsi müəyyən olunmuşdur. Bundan başqa döyüş əməliyyatlarından sonrakı dövrdə hissələrin dislokasiya yerlərinin dəyişdirilməsi və COVİD-19 pandemiyasının geniş yayılması Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat"ın tələblərinin yerinə yetirilməsində çətinlik yaratmışdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Müdafiə nazirinin göstərişinə əsasən zabit heyətinin xidməti yerlərinin 2021-ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsinin (rotasiyasının) 2022-ci ilin iyun ayına planlaşdırılmasına dair qərar qəbul edilmişdir. İddiaçı orqana müraciəti zamanı birliklərarası yerdəyişməsinə səbəb kimi qardaşının ağır xəstə olmasını göstərmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat”ın 9.1.11-ci maddəsinə əsasən zabitin ailə üzvləri (arvadı, əri, övladları və valideynləri) ağır xəstə olduqda (hərbi həkim komissiyasının rəyi təqdim edildikdə) zabit heyətinin rotasiyası fərdi qaydada həyata keçirilir. İddiaçı bu Təlimata uyğun olaraq ailə üzvü hesab edilməyən qardaşının xəstə olması onun birliklərarası yerdəyişməsinə əsas deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə əsasən “inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə” və 73.3.2-ci maddəsinə əsasən “inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə” məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Beləliklə, inzibati orqan məhkəmədən etirazda göstərilən halları nəzərə alaraq iddianın əsassız hesab olunmaqla rədd edilməsini xahiş etmişdir. İş materiallarından məlum olur ki, İddiaçı 19 avqust 2020-ci il tarixdə komanda üzrə raport yazaraq hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 17-ci maddəsinə əsasən hərbi qulluqçunun öz səhhətinə və ya ailə üzvlərinin səhhətinə, ailə vəziyyətinə görə, xüsusi şəraitli yerlərdə xidmət üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi müddəti başa çatdırmasına görə xidmət yerini dəyişdirmək hüququ var. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 71-ci maddəsinin “z” bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan, səhhətinə görə hərbi xidmətə, yaxud dinc dövrdə sıradankənar xidmətə yararlı hesab edilən, lakin səhhətinə, yaxud ailə üzvlərinin səhhətinə görə xidmət (yaşayış) yerinin dəyişilməsinə ehtiyacı olan hərbi qulluqçuların xidmət üzrə başqa yerə dəyişilməsi onların raportları və hərbi-həkim komissiyasının rəyi əsasında müvafiq rəislərin qərarı ilə həyata keçirilir. Bu zaman səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız hesab edilən hərbi qulluqçular ehtiyata buraxılmağa və ya istefaya göndərilməyə təqdim edilirlər. Xidmət üzrə yerdəyişmənin zəruriliyi haqqında rəy “Hərbi qulluqçuların və onların ailə üzvlərinin səhhətinə görə əlverişsiz iqlim şəraiti olan rayonlarda xidmət keçmələrinin (yaşamalarının) mümkünlüyünün müəyyən edilməsi üçün tibbi müayinədən keçmənin qaydası haqqında Təlimata” uyğun olaraq hərbi-həkim komissiyaları tərəfindən verilir. Bu məqsədlə tibbi müayinəyə göndərilə biləcək ailə üzvlərinə arvad (ər), hərbi qulluqçunun öhdəsində olan həddi-buluğa çatmamış uşaqlar, həddi-buluğa çatmış uşaqlar-şagirdlər, eləcə də birinci və ikinci dərəcə əlilliyi olan övladları aiddirlər. Hərbi qulluqçunun öhdəsində olan və onunla birgə yaşayan qalan ailə üzvləri səhhətlərinə görə daimi kənar qulluğa ehtiyacları olduğu və başqa yaxın qohumları olmadığı hallarda tibbi müayinəyə göndərilə bilərlər. Xidmət üzrə başqa yerə dəyişilməsi haqqında hərbi qulluqçunun öz qoca və xəstə valideynlərinə, yaxud onun arvadının (ərinin) ayrı yaşayan valideynlərinə qulluq etməklə əlaqədar müraciəti ilə bağlı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) müstəsna hallarda, korpus, Silahlı Qüvvələr növünün müvafiq qurumları tərəfindən onların yaşadıqları yer üzrə hərbi komissarlığa onların səhhəti barəsində hərbi-həkim komissiyasının rəyi, ailə vəziyyəti və başqa qohumlarının olub-olmaması haqqında məlumat almaq üçün sorğu göndərilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.7-ci maddəsinə əsasən qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi diskresion səlahiyyətlərdir. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1, 73.3.2, 73.3.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. İş materiallarından və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatların məzmunundan aydın olur ki, İddiaçı ailə vəziyyəti ilə, yəni qardaşının xəstəliyi ilə əlaqədar hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsini istəyir. Lakin qanunvericiliyin tələbinə əsasən ailə üzvlərinin səhhətinə görə xidmət (yaşayış) yerinin dəyişilməsinə ehtiyacı olan hərbi qulluqçuların xidmət üzrə başqa yerə dəyişilməsi onların raportları və hərbi-həkim komissiyasının rəyi əsasında müvafiq rəislərin qərarı ilə həyata keçirilir. Bu məqsədlə tibbi müayinəyə göndərilə biləcək ailə üzvlərinə arvad (ər), hərbi qulluqçunun öhdəsində olan həddi-buluğa çatmamış uşaqlar, həddi-buluğa çatmış uşaqlar-şagirdlər, eləcə də birinci və ikinci dərəcə əlilliyi olan övladları aiddirlər. Göründüyü kimi, qanunverici ailə üzvlərinin səhhətinə görə xidmət (yaşayış) yerinin dəyişilməsinə ehtiyacı olan hərbi qulluqçuların xidmət üzrə başqa yerə dəyişilməsi üçün onların raportları ilə yanaşı hərbi-həkim komissiyasının rəyinin alınmasını da əsas şərt kimi müəyyən edir. Həmçinin Əsasnamədə tibbi müayinəyə göndərilə biləcək ailə üzvlərinin sırasına hərbi qulluqçunun qardaşı daxil edilməmiş, lakin hərbi qulluqçunun öhdəsində olan və onunla birgə yaşayan qalan ailə üzvlərinin səhhətlərinə görə daimi kənar qulluğa ehtiyacları olduğu və başqa yaxın qohumları olmadığı hallarda tibbi müayinəyə göndərilə bilməsi nəzərdə tutulmuşdur. İddiaçının qardaşı hərbi qulluqçunun öhdəsində olan və onunla birgə yaşayan ailə üzvü olmadığından onun hərbi-həkim komissiyasının rəyinin alınması üçün tibbi müayinəyə göndərilməsi də mümkün deyildir. Məhkəmə əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən Müdafiə nazirinin müavini - X4 Komandanına ünvanlanmış 15 aprel 2021-ci il tarixli, 1/1246 nömrəli məktubdan məlum olur ki, döyüş əməliyyatlarından sonrakı dövrdə hərbi hissələrin dislokasiya yerlərinin dəyişdirilməsi və COVİD-19 pandemiyasının geniş yayılması Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat"ın tələblərinin yerinə yetirilməsində çətinlik yaratmışdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Müdafiə nazirinin göstərişinə əsasən zabit heyətinin xidməti yerlərinin 2021-ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsi (rotasiyası) 2022-ci ilin iyun ayına planlaşdırılmışdır. Həmçinin məhkəmə hesab edir ki, hərbi qulluqçuların xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qiymətləndirmə azadlığı mövcud olduğundan bu məsələdə inzibati orqanın diskresion səlahiyyəti vardır. Belə olan halda iddiaçının hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyasının) tələbinin icrası hərbi-həkim komissiyasının rəyi mövcud olsa belə, 2022-ci ilin iyun ayına qədər qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “19 avqust 2020-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “19 avqust 2020-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-30/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-30/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver