Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-300/2023 28.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.2008-ci il tarixli, 09 nömrəli doğum akt qeydinə düzəliş edilərək qızı İddiaçı soyadının "Əlizadə" kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı qanuni nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixli, 09 nömrəli doğum akt qeydinə düzəliş edilərək qızı İddiaçı soyadının "Əlizadə" kimi qeyd olunması öhdəliyinin cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, qızı İddiaçı xx.xx.2008-ci il tarixdə Şahbuz rayonunda anadan olmuşdur. Qızı Mehri doğum haqqında şəhadətnamə alan zaman doğum haqqında şəhadətnaməsinə Əlizadə olaraq qeyd olunmuşdur. Bununla bağlı Şahbuz Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci tarixli, 09 nömrəli doğum akt qeydi tərtib olunarkən uşağın soyadı Quliyeva olaraq yazılmışdır. Ərizədə göstərilən xüsusatlar araşdırılmış və müəyyən olunmuşdur ki, həqiqətən də yuxarıda göstərilən doğum akt qeydində uşağın doğum aktı doğum şəhadətnmaəsi ilə fərqlidir. Uşağın doğum haqqında şəhadətnaməsində soyadı "Əlizadə" olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Müddəalar”a əsasən doğum haqqında akt qeydində 18 yaşına qədər uşağın soyadına qeydiyyat şöbəsi tərəfindən dəyişiklik edilməsi qanuna zidd olduğundan mümkün deyil. Doğum haqqında akt qeydinə düzəliş olunması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilə bilər. İddiaçı heç bir həll yolu tapa bilmədiyindən məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrini rəhbər tutaraq məhkəmədən xx.xx.2008-ci il tarixli, 09 nömrəli doğum akt qeydinə düzəliş edilərək qızı İddiaçı soyadının "Əlizadə" kimi qeyd olunması öhdəliyinin cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin 16 mart 2023-cü il tarixli, 66 nömrəli məktubundan görünür ki, vətəndaşın şəxsiyyətini təsdiq edən sənəddə soyadı “Əlizadə” qeyd edilmişdir. Bu sənədə əsasən şöbə tərəfindən yoxlama aparılmış, lakin Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2008-ci il tarixdə 09 saylı doğum akt qeydində və ’’X2” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində soyadı “Quliyeva” olaraq qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “X2nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşın akt qeydinə düzəliş edilməsi sadəcə səlahiyyət daxilində mümkündür. Vətəndaşın doğum akt qeydində soyadının “Quliyeva” soyadından “Əlizadə” soyadına şöbə tərəfindən düzəliş edilməsi Azərbaycan Respublikasının qanunlarına ziddir. Vətəndaşa cavab olaraq aiddiyəti üzrə müvafiq məhkəməyə müraciət etməsi üçün imtina məktubu verilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 14 aprel 2023-cü il tarixli, 2-1(122)-300/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 28 aprel 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə 27 aprel 2023-cü il tarixli, 101 nömrəli məktub göndərərək, xx.xx.2023-cü il tarixə təyin olunan məhkəmə iclasında xidməti işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiyindən , iştirakları olmadan baxılmasını və müvafiq qərar verilməsi xahiş edilmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı qanuni nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, doğum haqqında şəhadətnamənin surətini, qeydiyyatla bağlı arayışları, elektron sağlamlıq kartının surətini, şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının qanuni nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən Şahbuz rayonu, Şahbuzkənd kəndində qeydiyyatda olan X3 ünvanlanmış 22 fevral 2023-cü il tarixli, 36 nömrəli məktubdan görünür ki, Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli, 09 nömrəli doğum akt qeydi tərtib olunarkən uşağın soyadı “Quliyeva” olaraq yazılmışdır. Ərizədə göstərilən xüsusatlar araşdırılmış və müəyyən olunmuşdur ki, həqiqətən də yuxarıda göstərilən doğum akt qeydində uşağın doğum aktı doğum şəhadətnaməsi ilə fərqlidir. Uşağın doğum haqqında şəhadətnaməsində soyadı “Əlizadə” olaraq qeyd olunmuşdur Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “X2nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən doğum haqqında akt qeydində 18 yaşına qədər uşağın soyadına qeydiyyat şöbəsi tərəfindən dəyişiklik edilməsi qanuna zidd olduğundan mümkün deyil. Doğum haqqında akt qeydinə düzəliş olunması üçün aiddiyəti üzrə müvafiq məhkəməyə müraciət edilmədi izah olunmuşdur. - Şahbuz Rayon İcra Hakimiyyətinin Şahbuzkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli, 48 və 49 nömrəli arayışlardan görünür ki, Nümayəndə və İddiaçı Şahbuz rayonu, Şahbuzkənd kəndində pasport qeydiyyatında dayanır. - 22 fevral 2008-ci il tarixli, AZ-İİ 162611 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2008-ci il tarixdə Şahbuz rayonu, Şahbuzkənd kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2008-ci ilin fevral ayının 22-ci günündə 09 nömrə qeyd edilmişdir. X1, anası Nümayəndə, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. - Elektron sağlamlıq kartının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2008-ci il tarixdə doğulmuşdur. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2008-ci il tarixdə doğulmuşdur. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə xx xxxxxxx 1979-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Qeydiyyat Şöbəsinin 16 mart 2023-cü il tarixli, 67 nömrəli məktubu ilə məhkəməyə ünvanlanmış 22 fevral 2008-ci il tarixli 09 nömrəli doğum haqqında akt qeydindən təsdiq edilmiş çıxarışdan görünür ki, X5 xx xxxxxx 2008-ci il tarixdə Şahbuz rayonu, Şahbuzkənd kəndində doğulmuşdur. Atası 03 iyun 1979cu il tarixdə doğulmuş X4, anası xx xxxxxxx 1979-cu il tarixdə doğulmuş Nümayəndə, valideynlərinin milliyyəti azərbaycanlı olaraq göstərilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X2nın qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2nın dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.1-ci maddəsinə əsasən X2nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən X2nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən X2nın qeydindəki səhvlər düzəldikdə X2nın qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X2nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X2nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2nın dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən X2nın dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X2nın qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2nın dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən X2nın dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X2nın dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 22 fevral 2008-ci il tarixdə tərtib olunmuş 09 nömrəli doğum haqqında akt qeydində iddiaçının soyadı “Quliyeva” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və iddiaçının şəxsiyyətini müəyyən edən sənədlərdən də görünür ki, iddiaçının soyadı “Əlizadə”dir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını 18 yaşına qədər şəxslər barəsində doğum haqqında akt qeydinə dəyişiklik edilməsinin mümkün olmaması ilə əsaslandıraraq, yanlışlığın düzəldilməsi ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan bununla da iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozmuşdur. Belə ki, məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı toplanmış və təqdim edilmiş sübutlar qanuni və əsaslı olduğundan iddiaçının tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud olmuşdur. Qeyd edilənlər belə qənaətə gəlməyə imkan verir ki, İddiaçı doğum haqqında akt qeydindəki bu cür yanlışlıq aradan qaldırılmalı və doğum akt qeydində soyad qrafasına düzəliş olunaraq “Əlizadə” yazılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və xx.xx.2008-ci il tarixli, 09 nömrəli doğum akt qeydinə düzəliş edilərək İddiaçı soyadının "Əlizadə" kimi qeyd olunması öhdəliyi cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. xx.xx.2008-ci il tarixli, 09 nömrəli doğum akt qeydinə düzəliş edilərək İddiaçı soyadının "Əlizadə" kimi qeyd olunması öhdəliyi cavabdeh Şahbuz Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-300/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-300/2023
28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver