Məhkəmə qərarları › İş №2-1(122)-304/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-304/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-304/2025 21.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X7 Heydər oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan X2na (N nömrəli hissəyə) qarşı "1 nömrəli əlavənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ildə xəstəliyi ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılmışdır. 2022-ci ilin oktyabr ayından etibarən ona həmin xəsətlik ilə əlaqədar İİİ Qrup əlillik təyin edilib və xəstəliyə görə ona NK-in 56 nömrəli qərarına əsasən əlavə nömrə N (Forma 1) hərbi hissə tərəfindən verilməlidir. Ehtiyata buraxılarkən o dövrdəki əlillik meyarlarına uyğun olaraq ona əlillik verilmirdi və əllilik olmadığı üçün də o, siğorta pulu ala bilmirdi. Amma əlillik meyarlarından asılı olmayaraq ona Forma 1 verilməli idi və bunun üçün NK-ın 56 nömrəli qərarı əsasdır. Ona verilməli olan əlavə nömrə N vermək səlahiyyəti hərbi hissənin səlahiyyətindədir və o bu xüsusla hərbi hissəyə müraciət etsə də, N nömrəli hərbi hissə ona forma N sənədi vermək səlahiyyətlələrinin olmadığını, bu sənədlə bağlı DSX-nın MHFİK-na müraciət etməyi məqsədəuyğun hesab etmişdir. DSX MHHK isə doldurma səlahiyyətinin hərbi hissənin səlahiyyəti çərçivəsində olduğunu bildirmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən 1 nömrəli əlavənin verilməsi öhdəliyinin cavabdeh Naxçıvan X2nın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Naxçıvan X2nın iddia tələbinə dair hər hansı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmənin 25 iyul 2024-cü il tarixli, 2-1(122)-1112/2024 nöməli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan X2na (N nömrəli hissəyə) qarşı "1 nömrəli əlavənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası X9 Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və X1 hüquqi şəxsinə tapşırılmışdır. Məhkəmə iddiaçıya 18 oktyabr 2024-cü il tarixli yardım məktubu göndərərək idda tələbinin dəqiq və aydın ifadə olunmadığı bildirilmiş, tərəfindən hazırki tələbinin "sığorta ödənişinin alınması üçün ona kömək etmək vəzifəsinin cavabdeh Naxçıvan X2na (N nömrəli hissəyə) həvalə edilməsi barədə qərar qəbul edilməsi" kimi ifadə olunması tövsiyə olunmuşdur. 28 noyabr 2024-cü il tarixli məhkəmə iclasında məhkəmə tərəfindən yuxarıda sadalanan hallar İddiaçı diqqətinə həmçinin bilavasitə çatdırılsa da, iddiaçı mövcud tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 21 yanvar 2025-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - 08 dekabr 2017-ci il tarixli, 2003 nömrəli xəstəlik şəhadətnaməsinin surətindən məlum olur ki, İddiaçı “birinci dərəcəli alimentar piylənmə. Qaraciyərin piy distrofiyası” diaqnozu qoyulmuşdur. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 8 “b”, 13 “e” maddələrinin İİİ qrafasına əsasən: Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları “Naxçıvan” X2 tərəfindən Babək rayonu, Kültəpə kənddə yaşayan İddiaçı ünvanlanmış 11 dekabr 2023-cü il tarixli, 3-38/2-N-3472/2-1/2024 nömrəli məktubdan məlum olur ki, 2018ci ildə qeyd edilən xəstəlik ilə əlaqədar olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı və əlilliyin təyin olunması məsələləri ilə bağlı qərarı Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası verdiyindən “Naxçıvan” X2nın tibb bölməsi 1 nömrəli əlavəni (Forma nömrə 1) ona təqdim etmək səlahiyyətində deyil. Ona xəstəliyi barədə 1 nömrəli əlavə ilə bağlı (Forma nömrə 1) verilməsi üçün Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etməyi tövsiyə edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Babək rayonu, Kültəpə kənd sakini İddiaçı ünvanlanmış 15 yanvar 2024-cü il tarixli, 3-38-55/2-28/2024 nömrəli məktubdan məlum olur ki, Nazirlər Kabinetinin 56 nömrəli qərarına əsasən əlavə nömrə N (Forma 1) yalnız travma alan xəstələrə şamil olunur. DSX Mərkəzi Hərbi Həkim Komissiyası belə formalarla işləmir və onun xəstəliyi ilə əlaqədar olaraq Forma nömrə 1 doldurula bilmir. İddiaçı məsələ ilə bağlı hərbi hissəyə müraciət etməyi tövsiyə olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının X9 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 04 iyun 2024-cü il tarixli, 3-17-9-1/2-4911/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən xəstəliyə görə 2018-ci ilin 1 yanvar tarixindən ehtiyata buraxılmış İddiaçı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 2022-ci ilin 17 oktyabr tarixindən 2024-cü ilin 31 oktyabr tarixinədək hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. İddiaçı adına tərtib edilən məlumat vərəqində qeyd olunan 1111,74 manat cəmi təminat xərcliyinə və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 20.16.2-ci maddəsinə əsasən ona 2022-ci ilin 17 oktyabr tarixindən təminat xərcliyinin 35 faiz miqdarı ilə 389,11 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq pensiyanın ümumi məbləği ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2023-cü ilin 1 yanvar tarixindən 14,7 faiz indeksləşdirilərək 446,31 manata, 2024-cü ilin 1 yanvar tarixindən isə 11,2 faiz indeksləşdirilərək 496,30 manata çatdırılmışdır. - Naxçıvan Muxtar Respublikasının X9 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Hüquqi Şəxs tərəfindən məhkəmənin 25 iyul 2024-cü il tarixli, 2-1(122)-1112/2024 nöməli qərardadının icrası ilə bağlı göndərdiyi 3-17-9-4/2- 1355/2024 nömrəli məktubdan məlum olur ki, 2017-ci ildə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə göndərişi dövlət tibb müəssisəsi tərəfindən təqdim edilmədiyindən qiymətləndirilmənin aparılması mümkün olmamışdır. Şəxsin əlillik vəziyyəti Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 2 mart tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq göndəriş (Forma 88) vermək hüququ olan dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir və həmin qanunvericiliyin 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Müvafiq olaraq, dövlət tibb müəssisəsinin R00027112SKC nömrəli göndərişi əsasında E.X6-Sosial Ekspert Komissiyası tərəfindən 2022-ci il 17 oktyabr tarixindən Hərbi xidmət dövrü ilə əlaqədar iki il müddətinə (2024-cü il 31 oktyabr tarixinədək) orqanizmin funksiyalarının 60% pozulması müəyyən olunmuşdur. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 10 sentyabr 2024-cü il tarixli, 3-38-16/2-705/2024 nömrəli məktubdan məlum olur ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı “Sol xaya karsinomasına görə xx.xx.2017-ci il tarixdə aparılmış “Soltərəfli orxifunikulektomiya” əməliyyatından və iki kurs kimyəvi dərman müalicəsindən sonrakı vəziyyət. Birinci dərəcəli alimentar piylənmə. Qaraciyərin piy distrofiyası” diaqnozu ilə xx.xx.2017-ci iltarixdə DSX HHK tərəfindən şəhadətləndirilərək, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı qəbul edilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi siğortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 5 “ç” bəndində xəsarət (travma, kontuziya, yaralanma) olarsa siğorta nəzərdə tutulub. Eyni zamanda xəstəliyə görə əlillik müəyyən edildikdə 3 il ərzində siğorta üçün müraciət edə bilər. Qeyd olunan diaqnoz xəsarət (travma) halı olmadığı üçün “Dövlət icbari siğorta ödənişinin verilməsi qaydası”na 2 nömrəli əlavənin DSX Hərbi Hospitalı tərəfindən verilməsi mümkün deyildir. - Babək Rayon İcra Hakimiyyəti Kültəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 137 nömrəli arayışdan məlum olur ki, İddiaçı Babək rayon Kültəpə kəndində yaşayır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1987-ci il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci iltarixli, 296-İQ nömrəli Azərbaycan Respublikası Qanununun: - 2.1.2-ci maddəsinə əsasən sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); - 2.1.3-ci maddəsinə əasən sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; - 2.1.4-ci maddəsinə əsasən sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu; - 5-ci maddəsinin ç bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə bu sığorta hadisəsi hesab edilir və buna görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir. - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; - 7.2-cü maddəsinə əsasən sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər. - 8.1.3-cü maddəsinə əsasən baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın - 1.2-ci bəndinə əsasən sığorta ödənişi almaq hüququna Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hakimlər, prokurorluq işçiləri, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən şəxslər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslər və ya bu bənddə qeyd edilən şəxslərin vərəsələri (bundan sonra – sığorta ödənişi almaq hüququ olan şəxslər) malikdirlər. - 1.3-ci bəndinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi üçün əsas olan sığorta hadisələri “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının qanunları (bundan sonra – qanunlar) ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı ona 1 nömrəli əlavənin verilməsindən ibarətdir. Başqa sözlə, hərbi xidmət dövründə xəstələnməsinin sığorta hadisəsi hesab edilərək, sığorta məbləğinin müvafiq faiz nisbətində sığorta ödənişinin sığortaçıdan alınması üçün cavabdeh (sığortalı) tərəfindən kömək edilməsindən ibarətdir. İşdə olan xəstəlik şəhadətnaməsindən görünür ki, iddiaçı 08 dekabr 2017-ci il tarixdə şəhadətləndirilərək ona “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozu təyin edilmişdir. X5 Respublikası Tibbi Sosial Ekspert Komissiyasının 17 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiaçıya orqanizmin funksiyasının 60% pozulmasına görə əlillik təyin edilmişdir. Yuxarıda qeyd olunan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən, şəxsə xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə bu sığorta hadisəsi hesab edilir və buna görə sığorta ödənişləri verilir. Müəyyən olundu ki, iddiaçıya beş ilə yaxın müddət keçdikdən sonra əlillik təyin edilmişdir. Göründüyü kimi, sığorta ödənişləri verilməsi barədə öhdəliyin icrası ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək xüsusi tənzimləmə tətbiq edilmişdir. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində sığorta ödənişinin iddiaçıya ödənilməsi üçün ona 1 nömrəli əlavənin verilməsindən imtina etməkdə haqlı sayılmalıdır və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan X2na (N nömrəli hissəyə) qarşı "1 nömrəli əlavənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan X2na (N nömrəli hissəyə) qarşı "1 nömrəli əlavənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar