Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-311/2025 28.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X1 Heydər oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “2004-cü ildə Cavabdeh şifahi göstərişinə əsasən qanunsuz olaraq sökümüş, Naxçıvn MR Əmlak Komitəsinin xx.xx.1995-ci il tarixli Mülkiyyətə Sahiblik haqqında Şəhadətnaməyə əsasən mülkiyyətinə veilmiş Şərur rayon Mahmudkənd kəndində yerləşən bərbər pavilionunun, Azərbaycan Respublikası, Naxçıvan MR Dövlət Əmlak Komitəsinin xx.xx.1996-ci il tarixli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş Şərur şəhərində yerləşən bərbər sexinin və Şərur rayon İcra Nümayəndəsinin xx.xx.1997-ci il tarixli Sərəncamı ilə Şərur şəhəri K.Seyidov küçəsində şəxsi vəsaitinin hesabına tikilmiş bərbər sexinin yenidən bərpa olunması və ya həmin bərbər sexlərinin yerləşdiyi torpaq sahələrinin ona geri qaytarılması, olmadıqda həmin pavilionun və bərbər sexlərin sökülməsi nəticəsində dəymiş zərərin əvəzinin, ümumilikdə 250000 (iki yüz əlli min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2004-cü ildə Cavabdeh şifahi göstərişinə əsasən qanunsuz olaraq sökümüş, Naxçıvn MR Əmlak Komitəsinin xx.xx.1995-ci il tarixli Mülkiyyətə Sahiblik haqqında Şəhadətnaməyə əsasən mülkiyyətinə veilmiş Şərur rayon Mahmudkənd kəndində yerləşən bərbər pavilionunun, Azərbaycan Respublikası, Naxçıvan MR Dövlət Əmlak Komitəsinin xx.xx.1996-ci il tarixli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş Şərur şəhərində yerləşən bərbər sexinin və Şərur rayon İcra Nümayəndəsinin xx.xx.1997-ci il tarixli Sərəncamı ilə Şərur şəhəri K.Seyidov küçəsində şəxsi vəsaitinin hesabına tikilmiş bərbər sexinin yenidən bərpa olunması və ya həmin bərbər sexlərinin yerləşdiyi torpaq sahələrinin ona geri qaytarılması, olmadıqda həmin pavilionun və bərbər sexlərin sökülməsi nəticəsində dəymiş zərərin əvəzinin, ümumilikdə 250000 (iki yüz əlli min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə 28 noyabr 2024-cü il tarixli ərizə göndərərək iddia tələbi ilə bağlı cavabdehlə məhkəmədən kənar razılıq əldə etdiyindən iddiasından imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 28 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının nümayəndəsi və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “2004-cü ildə Cavabdeh şifahi göstərişinə əsasən qanunsuz olaraq sökümüş, Naxçıvn MR Əmlak Komitəsinin xx.xx.1995-ci il tarixli Mülkiyyətə Sahiblik haqqında Şəhadətnaməyə əsasən mülkiyyətinə veilmiş Şərur rayon Mahmudkənd kəndində yerləşən bərbər pavilionunun, Azərbaycan Respublikası, Naxçıvan MR Dövlət Əmlak Komitəsinin xx.xx.1996-ci il tarixli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş Şərur şəhərində yerləşən bərbər sexinin və Şərur rayon İcra Nümayəndəsinin xx.xx.1997-ci il tarixli Sərəncamı ilə Şərur şəhəri K.Seyidov küçəsində şəxsi vəsaitinin hesabına tikilmiş bərbər sexinin yenidən bərpa olunması və ya həmin bərbər sexlərinin yerləşdiyi torpaq sahələrinin ona geri qaytarılması, olmadıqda həmin pavilionun və bərbər sexlərin sökülməsi nəticəsində dəymiş zərərin əvəzinin, ümumilikdə 250000 (iki yüz əlli min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi"nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “2004-cü ildə Cavabdeh şifahi göstərişinə əsasən qanunsuz olaraq sökümüş, Naxçıvn MR Əmlak Komitəsinin xx.xx.1995-ci il tarixli Mülkiyyətə Sahiblik haqqında Şəhadətnaməyə əsasən mülkiyyətinə veilmiş Şərur rayon Mahmudkənd kəndində yerləşən bərbər pavilionunun, Azərbaycan Respublikası, Naxçıvan MR Dövlət Əmlak Komitəsinin xx.xx.1996-ci il tarixli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş Şərur şəhərində yerləşən bərbər sexinin və Şərur rayon İcra Nümayəndəsinin xx.xx.1997-ci il tarixli Sərəncamı ilə Şərur şəhəri K.Seyidov küçəsində şəxsi vəsaitinin hesabına tikilmiş bərbər sexinin yenidən bərpa olunması və ya həmin bərbər sexlərinin yerləşdiyi torpaq sahələrinin ona geri qaytarılması, olmadıqda həmin pavilionun və bərbər sexlərin sökülməsi nəticəsində dəymiş zərərin əvəzinin, ümumilikdə 250000 (iki yüz əlli min) manat maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi"nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-311/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-311/2025
28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver