Məhkəmə qərarları › İş №2-1(122)-313/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-313/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-313/2025 11.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin X8 Komandanının birinci müavini-Qərargah rəisinin onunla bağlanmış bağlaşmanın uzadılması barədə 30 aprel 202N-ci il tarixli, N7 əç nömrəli əmrinin ona aid hissədə dəyişdirilərək 3 (üç) ilədək müddətdə, xx.xx.2024-cü il tarixədək uzadılması kimi qeyd edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə komanda üzrə bağlanmış müqavilə müddəti xx.xx.2024-cü il tarixdə bitdiyinə görə AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağını xahiş etmişdir. Lakin müraciətinin qanunvericiliyində nəzərdə tutulmuş müddət ərzində cavablandırmadığını görərək etibarnamə üzrə nümayəndəsi vasitəsilə xx.xx.2024-cü il tarixdə yuxarı instansiyalara-xidmət keçdiyi N №-li hərbi hissənin birbaşa tabe olduğu N00 №-İİ hərbi hissə komandirinə (X3 Ordusunun Komandanına) və Azərbaycan Respublikası Müdafiə Nazirinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsi hər iki qurum tərəfindən cavablandırılmışdır. Hər iki cavabın mahiyyəti ondan ibarətdir ki, guya o, xx.xx.202N-ci il tarixdə xidmət müddəti başa çatdığına görə hərbi hissə komandirinə raportla müraciət edərək xidmət müddətinin daha 5 il-xx.xx.2026-ci il tarixədək uzadılmasını xahiş etmişdir. Cavabdehin bu cavabı ilə razı deyil. Belə ki, onun xx.xx.202N-ci il tarixdə bağladığı müqavilənin müddəti 5 illik yox, 3 illik olmuşdur. Həmin 5 illik müqavilədə olan imza ona məxsus deyil. İmzanın ona məxsus olub-olmamasını ekspertiza yolu ilə müəyyən etmək olar. Hesab edir ki, 3 illik xidmət müddəti bitdiyinə görə AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalıdır. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələbinə müvafiq olaraq məhkəmə tərəfindən iş üzrə hazırlıq icraatına başlanmışdır. İddiaçı məhkəməyə 27 yanvar 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, iddia tələbini aşağdakı qaydada dəqiqləşdirərərək icraata qəbul edilməsini, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin X8 Komandanının birinci müavini-Qərargah rəisinin onunla bağlanmış bağlaşmanın uzadılması barədə 30 aprel 202N-ci il tarixli, N7 əç nömrəli əmrinin ona aid hissədə dəyişdirilərək 3 (üç) ilədək müddətdə, xx.xx.2024-cü il tarixədək uzadılması kimi qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin N3 fevral 2025-ci il tarixli, 2-N(N22)-3N3/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdeh orqandan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 24 fevral 2025-ci il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.20N8-ci ildə 3 il müddətinə bağlaşma əsasında könüllü şəkildə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub və 2N7 nömrəli hərbi hissədə xidmətə başlayıb. 202N-ci ilin aprel ayının N8-də xidmət müddəti bitdiyindən raportla müraciət edərək (məhkəmə araşdırması zamanı raportu onun yazmadığı məlum olmuşdur) xidmət müddətinin 5 il müddətinə artırılmasını xahiş edib. Qeyd olunan xx.xx.202N-ci il tarixli, N584 daxil olan nömrəli raporta əsasən onun xidmət müddəti 5 il müddətinə artırılmışdır. Qeyd edilir ki, raportla hərbi qulluqçular tərəfindən instansiya üzrə yazıldığından İddiaçı da bölük komandirinə müraciət etmiş, bölük komandiri baş leytenant E.Hacıyev də raportu imzalayaraq hərbi hissə komandiri qarşısında onun xidmət müddətinin 5 il müddətinə artırılması üçün vəsatət qaldırmışdır. Həmin raporta hərbi hissə komandiri tərəfindən dərkənar qoyulmuş və nəticədə X8 Komandanının birinci müavini-qərargah rəisinin xx.xx.202N-ci il tarixli, N7əç nömrəli əmri ilə İddiaçı xidmət müddəti xx.xx.2026-cı il tarixədək artırılmışdır. Onun raportunu özünün imzalamamasının, hərbi hissə komandiri tərəfindən və ya hərbi hissənin kadr orqanı tərəfindən aşkar olunması mümkünsüz olmuşdur. Belə ki, raportu şəxs özü yazıb imzaladıqdan sonra aidiyyəti komandir imzalamış, daha sonra həmin raport hərbi hissənin kargüzarlığına daxil olmuş və hərbi hissə komandirinə təqdim olunmuşdur. Kadr orqanı isə dərkənar qoyulmuş raportu icra etmişdir. Xidmət müddətinin artırılması ilə bağlı raport mövcud olduğundan İddiaçıla söhbət aparılmasına zərurət olmamışdır. Hazırda isə iddaçı xidmət müddətinin 3 il müddətinə artırılması istəyinin olduğunu və həmin vaxt yəni 202N-ci ilin aprel ayında xidmət müddətinin 3 il müddətinə artırılmasını istədiyini və bunu şifahi şəkildə bölük komandirinə dediyini bildirmiş, lakin bununla bağlı hər hansı yazılı sübut təqdim etməmişdir. İddiaçı sonrakı müddətdə də xidmət müddətinin hansı müddətə arıtılması ilə maraqlanmamış, ümumiyyətlə xidmət müddətinin artırılıb-artırılmamasını öyrənməmişdir. Güzəştli şərtlərlə pensiya hüququ yarandıqdan sonra o, 202N-ci ildə xidmət müddətini 3 il müddətinə artırdığını bildirməklə ehtiyata buraxılmasını istəmiş, lakin 3 il müddətinə artırma ilə bağlı heç bir sübut təqdim etməmişdir. Faktiki olaraq isə, həmin müddətdə 2N7 nömrəli hərbi hissənin Maddi-Texniki Təminat bölüyünün komandiri olmuş baş leytenant Emil Hacıyevin imzası ilə İddiaçı raportu hərbi hissənin qərargahına daxil olmuş və qeydiyyata alınmışdır. Həmin raport onun xidmət müddətinin artırılmasına ilkin əsas sənəd olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq XN iddiasının təmin olunmaması məhkəmədən xahiş edilmişdir. İddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə 24 fevral 2025ci il tarixli ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 25 fevral 2025-ci il tarixli, 2-N(N22)-3N3/2025 nömrəli qərardadı ilə İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə 24 fevral 2025-ci il tarixli ərizəsi təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin X8 Komandanının birinci müavini- Qərargah rəisinin onunla bağlanmış bağlaşmanın uzadılması barədə 30 aprel 202N-ci il tarixli, N7 əç nömrəli əmrinin ona aid hissədə dəyişdirilərək 3 (üç) ilədək müddətdə, xx.xx.2024-cü il tarixədək uzadılması kimi qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbi”nə dair iddiası üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası NN mart 2025-ci il tarixə təyin olunmuşdur. NN mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirirərək “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin X8 Komandanının birinci müavini-Qərargah rəisinin onunla bağlanmış bağlaşmanın uzadılması barədə 30 aprel 202N-ci il tarixli, N7 əç nömrəli əmrinin ona aid hissədə dəyişdirilərək 3 (üç) ilədək müddətdə, xx.xx.2024-cü il tarixədək uzadılması kimi qeyd edilməsi” olduğunu bildirib, həmin tələb üzrə işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi XNN məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - MAHHXHQ çavuş İddiaçı tərəfindən 2N7 nömrəli hərbi hissənin Maddi texniki təminat bölüyünün komandirinə ünvanlanmış 0N aprel 2024-cü il tarixli raportdan aydın olur ki, o, ailə yəziyyətini nəzərə alaraq (atasının vəfat etməsi, anasının ağır şəkər olması və özünün 3 azyaşlı uşaqlarının olması) müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - MAHHXHQ çavuş İddiaçı etibarnamə üzrə nümayəndəsi XN2 tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanlanmış N6 aprel 2024-cü il tarixli şikayət ərizəsindən aydın olur ki, o, İddiaçı qarşı gələcəkdə baş verə biləcək qanunsuz hərəkətlərin qarşısının alınması və onun müqaviləsinin bitməsi ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılmasına köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N00 nömrəli hərbi hissəsi tərəfindən iddiaçının etibarbamə üzrə nümayəndəsi X6 ünvanlanmış 0N may 2024-cü il tarixli, N499 və N5 may 2024-cü il tarixli, N645 nömrəli məktublardan məlum olur ki, MAHHX HQ çavuş İddiaçı xx.xx.202N-ci il tarixdə xidmət müddəti başa çatan zaman hərbi hissə komandirinə raportla müraciət edərək xidmət müddətinin 5 (beş) il - xx.xx.2026-cı il tarixədək uzadılmasını xahiş edib. Bu səbəbdən MAHHX HQ çavuş İddiaçı xidmət müddəti “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.N.2-ci maddəsinə (xidmət müddətinin tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılması) müvafiq olaraq xx.xx.2026-cı il tarixədək uzadılıb. Bağlaşma müddətinin başa çatmasına 2 (iki) ay qalan zaman ehtiyata buraxılması barədə hərbi hissə komandanlığına raportla müraciət edə bilər. Əlavə olaraq qeyd edilir ki, MAHHX HQ çavuş İddiaçı hərbi geyim qaydasını pozduğuna və fiziki hazırlıqdan qeyri-məqbul qiymət aldığına görə müxtəlif vaxtlarda N “töhmət” və N “şiddətli töhmət” intizam cəzaları ilə cəzalandırılıb. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq MAHHX HQ çavuş İddiaçı Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilmir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx N983-cü ildə doğulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N00 nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq N7 sentyabr 2024-cü il tarixli, 3233 nömrəli məktubla məhkəməyə göndərilmiş: - N7 aprel 20N8-ci il tarixdə hərbi hissəyə daxil olmuş, İddiaçı tərəfindən 2N7 nömrəli hərbi hissənin komandirinə ünvanlanmış ərizədən görünür ki, o, bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi həqiqi hərbi xidmətə qəbul edilməyi üçün komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - 24 mart 202N-ci il tarixdə hərbi hissəyə daxil olmuş, Maddi texniki təminat bölüyünün komandirinə ünvanlanmış raportdan isə məlum olur ki, İddiaçı Azərbaycan Ordusunda bağlaşma müddətinin 5 (beş) il uzadılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə qəbul haqqında olan N8 aprel 20N8-ci il tarixli bağlaşmadan aydın olur ki, Müdafiə nazirinin müavini-X8 Komandanı, general-leytenant X2 şəxsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə ehtiyatda olan çavuş İddiaçı arasında İddiaçı X5 3 (üç) il müddətində müddətdən artıq həqiqi (hərbi hissənin və ya müvafiq dövlət orqanının adı, heyəti) hərbi xidmət hərbi qulluqçusu heyəti vəzifəsində xidmət etməyi barədə bağlaşma bağlanmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2N7 nömrəli hərbi hissəsi tərəfindən verilmiş N sentyabr 2024-cü il tarixli, 299 nömrəli arayışdan məlum olur ki, İddiaçı xx.xx.20N8-ci il tarixdən xx.xx.202N-ci il tarixədək 2N7 nömrəli hərbi hissənin madditexniki təminat bölüyünün təmir taqımının (silahların) xüsusi işlər manqasının komandiri, xx.xx.202N-ci il tarixdən isə 2N7 nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün təmir taqım (zirehli tank texnikasının) komandirinin müavini-təmir manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət edir. - 25 sentyabr 20N8-ci il tarixdə verilmiş, AD seriyalı, ******* nömrəli şəxsi vəsiqənin surətinin 5-ci səhifəsindən məlum olur ki, İddiaçı N00 nömrəli hərbi hissə komandirinin xx.xx.20N8-ci il tarixli, 049 əç nömrəli əmri ilə 2N7 nömrəli hərbi hissədə manqa komandiri vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N00 nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 2N oktyabr 2024-cü il tarixli, 3638 nömrəli məktubla şəxsi işindən çıxarış, hərbi qulluqçunun xidmət müddətinin uzadılması barədə raportunun əsli məhkəməyə göndərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N00 nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 22 oktyabr 2024-cü il tarixli, 0N033 nömrəli məktubla məhkəməyə göndərilmiş X8 Komandanının birinci müavini-Qərargah rəisinin 30 aprel 202N-ci il tarixli, N7 əç nömrəli əmrindən çıxarışdan məlum olur ki, Müdafiə nazirinin müavini-X8 Komandanının xx.xx.202N-ci il tarixli, 020 nömrəli əmrini rəhbər tutaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.N.2-ci maddəsinə (xidmət müddətinin tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılması) müvafiq olaraq 2N7-ci Motoatıcı briqadanın (2N7 nömrəli hərbi hissə) Maddi-texniki təminat bölüyünün təmir taqımının (silahların) xüsusi işlər manqasının komandiri çavuş İddiaçı həqiqi hərbi xidmət müddəti xx.xx.2026-cı il tarixədək uzadılmışdır. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti XN3 tərəfindən tərtib edilmiş 2N noyabr 2024-cü il tarixli, N3N3 nömrəli məhkəmə ekspertizasının rəyinin nəticə hissəsindən aydın olur ki, ekspertizaya təqdim olunmuş 2N7 nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün komandiri adına yazılmış 24 mart 202N-ci il tarixli, N584 daxil olma nömrəli raportda “MAHHXHQ çavuş” yazıları önündəki imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 7N-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - N.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 2-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 36.N-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: - 36.N.N-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə N9 yaşından 40 yaşınadək qadınlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında könüllü daxil olurlar. - 38.N-ci maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir: - 38.N.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 4N.0.N-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Azərbaycan Respublikasının 03 oktyabr N997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 5-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara — qadınlar və “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər — əsgərlər, matroslar və çavuşlar aiddirlər. - N2-ci maddəsinin b) bəndinə əsasən həqiqi hərbi xidmətin müddəti dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar - 3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 3 və ya 5 il, yaxud daha az müddətə uzadıla bilər. - N56-cı maddəsinin a) bəndinə əsasən hərbi qulluqçular xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -N60-cı maddəsinə əsasən dinc dövrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının həqiqi hərbi xidmətdən buraxılmaları korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yuxarı rəislər tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - NN.N-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - NN.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - N4.N-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -N4.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -N4.3-ci maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - N7-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.N-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - N4.N-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.N-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin X8 Komandanının birinci müavini-Qərargah rəisinin onunla bağlanmış bağlaşmanın uzadılması barədə 30 aprel 202N-ci il tarixli, N7 əç nömrəli əmrinin ona aid hissədə dəyişdirilərək 3 (üç) ilədək müddətdə, xx.xx.2024-cü il tarixədək uzadılması kimi qeyd edilməsindən ibarətdir. Cavabdeh inzibati orqanının imtinasını onunla əsaslandırmışdır ki, MAHHX HQ çavuş İddiaçı xx.xx.202N-ci il tarixdə xidmət müddəti başa çatan zaman hərbi hissə komandirinə raportla müraciət edərək xidmət müddətinin 5 (beş) il - xx.xx.2026-cı il tarixədək uzadılmasını barədə komandanlıq qarşısında qaldırılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarında xx.xx.202N-ci il tarixdə hərbi xidmətinin müddətinin 5 il deyil, 3 il uzadıldığını bildiyindən bu müddət ərzində xidmət etdiyini, 3 il müddət başa çatdıqda xx.xx.2024-cü il tarixdə ehtiyata buraxılmaq üçün ilk olaraq komandirinə müraciət etdiyini, onun müraciətinə müsbət baxılmadığından məhkəməyə müraciət etdiyini, onunla bağlaşma müddətinin artırılması barədə əmrlə məhkəmə icraatı gedişində tanış olduğunu, təkidlə xidmət müddətinin 5 (beş) il uzadılması barədə raportla hərbi hissə komandirinə müraciət etmədiyini bildirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş xətşünaslıq ekspertizasının rəyindən aydın olur ki, ekspertizaya təqdim olunmuş 2N7 nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün komandiri adına yazılmış 24 mart 202N-ci il tarixli, N584 nömrəli raportda “MAHHXHQ çavuş” yazıları önündəki imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, qanunvericilikdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün dinc dövrdə hərbi xidmətin müddəti ilk dəfə 3 il müəyyənləşdirilmiş, bu müddət qurtardıqdan sonra müddətdən artıq həqiqi hərbi xidmətin hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 5 ilədək, 3 və ya 5 il, yaxud daha az müddətə uzadıla biləcəyi nəzərdə tutulmuşdur. Hazırki işin hallarından aydın olur ki, iddiaçının bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətinin müddəti xx.xx.202N-ci il tarixdə başa çatmışdır. İddiaçının bundan sonra hərbi xidmətinin müddətinin 5 il müddətinə uzadılması ilə bağlı yazdığı raportun onun tərəfindən icra olunmadığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə bağlaşmanın müddətinin uzadılması barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin X8 Komandanının birinci müavini-Qərargah rəisinin 30 aprel 202N-ci il tarixli, N7 əç nömrəli əmr iddiaçıya təqdim edilməmiş və iddiaçı əmrin verildiyi tarixdən keçən 3 il ərzində heç bir formada əmrlə tanış edilməmişdir. Bu halla bağlı cavabdeh orqan tərəfindən heç bir sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında gəlinən nəticə həmin səlahiyyətin məqsədinə uyğun olmamış, bununla da, “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur. Belə olan təqdirdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin X8 Komandanının birinci müavini-Qərargah rəisinin onunla bağlanmış bağlaşmanın uzadılması barədə 30 aprel 202N-ci il tarixli, N7 əç nömrəli əmri iddiaçının bağlaşma əsasında hərbi xidmətinin müddətinin 5 il müddətinə uzadılması ilə bağlı iradə ifadəsi mövcud olmadan verildiyindən iddiaçıya aid hissədə dəyişdirilərək 3 (üç) ilədək müddətdə, xx.xx.2024-cü il tarixədək uzadılması kimi qeyd edilməlidir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin X8 Komandanının birinci müavini-Qərargah rəisinin onunla bağlanmış bağlaşmanın uzadılması barədə 30 aprel 202N-ci il tarixli, N7 əç nömrəli əmrinin ona aid hissədə dəyişdirilərək 3 (üç) ilədək müddətdə, xx.xx.2024-cü il tarixədək uzadılması kimi qeyd edilməsi tələbi”nə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N08.N-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin NN0.N-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Məhkəmə qeyd edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 73 (yetmiş üç) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən alınaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.N, 4.N, N4.N, 32.N, 58.7, 68, 69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin X8 Komandanının birinci müavini- Qərargah rəisinin İddiaçı ilə bağlanmış bağlaşmanın uzadılması barədə 30 aprel 202N-ci il tarixli, N7 əç nömrəli əmri ona aid hissədə dəyişdirilərək 3 (üç) ilədək müddətdə, xx.xx.2024-cü il tarixədək uzadılması kimi qeyd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 73 (yetmiş üç) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən alınaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (XN0 MR İdarəsi Kodu: 502906, VÖEN: **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ2N, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab:AZ2NNABZ********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar