Məhkəmə qərarları › İş №2-1(122)-316/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-316/2025

07.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-316/2025 07.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X4 Heydər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 04 mart 1993-cü il tarixli 127 saylı sərəncamına əsasən Naxçıvan şəhəri, 41-ci məhəllədə ticarət şəbəkələrinin cərgəsində tikmiş olduğu 30 kvm ölçüdə kondisioner təmiri sexinin sökülməsi ilə bağlı (dəyən zərərə görə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 04 mart 1993-cü il tarixli 127 saylı sərəncamına əsasən Naxçıvan şəhəri, 41ci məhəllədə ticarət şəbəkələrinin cərgəsində tikmiş olduğu 30 kvm ölçüdə kondisioner təmiri sexinin sökülməsi ilə bağlı (dəyən zərərə görə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə müvafiq olaraq inzibati iş məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 07 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Qədimov X3 şəhər XDM İcraiyyə Komitəsinin 04 mart 1993-cü il tarixli 127 saylı sərəncamına əsasən Naxçıvan şəhəri, 41-ci məhəllədə ticarət şəbəkələrinin cərgəsində tikmiş olduğu 30 kvm ölçüdə kondisioner təmiri sexinin sökülməsi ilə bağlı (dəyən zərərə görə) kompensasiya ödənilməsi öhdəliyinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması dair iddia qaldırdığını, cavabdeh inzibati orqanla məhkəmədən kənar iddia tələbinə münasib olan torpaq sahəsi verilməsi barədə razılığa gəldiklərindən iş üzrə iddiadan imtina etməyinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək, hazırki iddia tələbindən imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və bu barədə yazdığı 07 yanvar 2025-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iddiaçının iddiadan imtina barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddiaçının ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfin ərizəsi aşağıda qeyd edilən normaların tələblərinə uyğun olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. 50.0 və 50.0.2-ci maddələrinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında iddiaçının iddiadan imtina etməsi və ya cavabdehin iddianı qəbul etməsi barədə məsələləri həll edir və bu barədə müvafiq qərardad qəbul edir. 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 04 mart 1993-cü il tarixli 127 saylı sərəncamına əsasən Naxçıvan şəhəri, 41-ci məhəllədə ticarət şəbəkələrinin cərgəsində tikmiş olduğu 30 kvm ölçüdə kondisioner təmiri sexinin sökülməsi ilə bağlı (dəyən zərərə görə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə İddiaçı ərizəsi təmin edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.4, 55.5, 80, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 04 mart 1993-cü il tarixli 127 saylı sərəncamına əsasən Naxçıvan şəhəri, 41-ci məhəllədə ticarət şəbəkələrinin cərgəsində tikmiş olduğu 30 kvm ölçüdə kondisioner təmiri sexinin sökülməsi ilə bağlı (dəyən zərərə görə) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar