Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-32/2024 16.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X8 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçı X5, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2, tərcüməçi X1 iştirakları ilə, iddiaçı X5 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Azərbaycan məhəlləsində (dəmir yolu parkı) yerləşmiş ümumi sahəsi 1120.5 m2 olan "Tural" kiçik müəssisəsində yerləşən motelin və həyətyanı sahəsində yerləşən çayxananın ona geri qaytarılması və ya həmin motelin və həyətyanı sahəsində yerləşən çayxananın dəyəri olan ******* (bir milyon) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Azərbaycan məhəlləsində (dəmir yolu parkı) yerləşmiş ümumi sahəsi 1120.5 m2 olan "Tural" kiçik müəssisəsində yerləşən motelin və həyətyanı sahəsində yerləşən çayxananın ona geri qaytarılması və ya həmin motelin və həyətyanı sahəsində yerləşən çayxananın dəyəri olan ******* (bir milyon) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2-1(122)-355/2023 nömrəli qərardadı ilə iddiaçının iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı tərəf apelyasiya şikayəti vermişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(108)-48/2023 nömrəli qərardadı ilə iddiaçı X7 tərəfindən həmin qərardaddan verilmiş şikayət təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2-1(122)-355/2023 nömrəli qərardadı ləğv edilərək, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi tərəfindən işin icraatı davam etdirilərək iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmənin növbəti iclası 16 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil X5 Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia tələbi ilə bağlı yenidən iddia qaldıracaqları üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş edərək bu barədə yazdığı 16 yanvar 2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə etirazının olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddiaçının vəkili və nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə hesab edir ki, iddia geri götürülmüş sayılmalı və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının vəkili və nümayəndəsinin məhkəməyə təqdim etdiyi müraciətindən görünür ki, o, iddia tələbindən imtina etməməklə ərizənin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçı tərəfin ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Məhkəmə şərh edilənlərə və istinad olunan qanun normalarına əsasən hesab edir ki, iddiaçı X5 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Azərbaycan məhəlləsində (dəmir yolu parkı) yerləşmiş ümumi sahəsi 1120.5 m2 olan "Tural" kiçik müəssisəsində yerləşən motelin və həyətyanı sahəsində yerləşən çayxananın ona geri qaytarılması və ya həmin motelin və həyətyanı sahəsində yerləşən çayxananın dəyəri olan ******* (bir milyon) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfin diqqətinə çatdırılır ki, onun ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və bu əsasla iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi təmin edilsin. İddiaçı X5 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Azərbaycan məhəlləsində (dəmir yolu parkı) yerləşmiş ümumi sahəsi 1120.5 m2 olan "Tural" kiçik müəssisəsində yerləşən motelin və həyətyanı sahəsində yerləşən çayxananın ona geri qaytarılması və ya həmin motelin və həyətyanı sahəsində yerləşən çayxananın dəyəri olan ******* (bir milyon) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəkili və nümayəndəsi Vəkil geri qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-32/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-32/2024
16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver