Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-327/2025 11.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı 01 aprel 2024-cü il tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dayandırılmış sosial yardımın bərpa olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uşaqlıqdan birinci qrup əlildir. xx.xx.1998-ci il tarixli, 116756 nömrəli əlillik vəsiqəsində də onun birinci qrup əlil olduğu və ömürlük olduğu qeyd olunmuşdur. Ona 2023-cü il mayın 1-dən təyin olunan 457.78 manat sosial yardım 2024-cü il 1 aprel tarixində dayandırılmışdır. Təyin olunmuş sosial yardımın bərpa olunmasını istəyir. Bu məsələ ilə bağlı o, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə ərizə ilə müraciət etmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinin 24 may 2024-cü il tarixli məktubunda qeyd olundu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.9-cu bəndinə əsasən (Sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və ya bu Qaydaların 4.3-cü bəndinin tələbi pozulduqda "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir) ailəsinə 2023-cü il 1 may tarixində təyin olunmuş 457.78 manat sosial yardım 2024-cü il 1 aprel tarixində dayandırılmışdır. Sosial yardımın verilməsinə təkrar baxılma zamanı istifadələrində "Nissan Tiida" markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olduğu üçün qanunamüvafıq olaraq 1 (bir) il müddətinə sosial yardım almaq hüququna məhdudiyyət qoyulmuşdur. Qeyd olunur ki, birdəfəlik maddi yardım maddi-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə xüsusi qayğıya ehtiyacı olan əlilliyi müəyyən edilmiş şəxslərə verilir. Müvafiq kateqoriyadan olan şəxs kimi qeydiyyata alınıb növbəlilik əsasında birdəfəlik maddi yardımla təmin olunacaqdır. İddiaçı göstərilənlərə əsasən dayandırılmış sosial yardımın bərpa olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuşdur. 22 avqust 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə yeni iddia ərizəsi təqdim edərək dayandırılmış sosial yardımın bərpa olunması öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Sonradan 23 yanvar 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə göndərdiyi 07 oktyabr 2024-cü il tarixli iddia ərizəsini müdafiə edərək, xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı 01 aprel 2024-cü il tarixdən bərpa olunması öhdəliyinin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 23 yanvar 2025-ci il tarixli, 2-1(122)-327/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bundan sonra məhkəmənin müvafiq sərəncam ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 07 fevral 2025-ci il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, 10 iyun 1982-ci il tarixdə anadan olmuş, Culfa rayon, Ərəzin kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6 nömrəli qərarı ilə 457.78 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxudölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişət şəraitinin müayinəsi departamenti tərəfindən Culfa rayon ərazisində aparılmış monitorinq zamanı X5 istifadəsində "Nissan Tida" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu aşkar olunmuşdur. Bununla razılaşmayan X1 Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək dayandırılmış sosia yardımın bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uşaqlıqdan birinci qrup əlildir, 01 may 2023-cü il tarixdən ona 457.78 manat məbləğində sosial yardım təyin olunmuş, lakin 01 aprel 2024cü il tarixdən təyin olunmuş sosial yardım dayandırılmışdır. Bununla bağlı o, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə müraciət etmişdir. Agentliyin 24 may 2024-cü il tarixli, 3-17-9-3/2-Q-841/2024 nömrəli cavab məktubunda vətəndaşa bildirilmişdir ki, aparılan monitorinq zamanı onun istifadəsində "Nissan Tida" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu aşkar olunmuşdur. Bununla əlaqədar olaraq ona təyin edilmiş ünvanlı dövlət sosial yardım almaq hüququna (bir) il müddətinə məhdudiyyət qoyulmuşdur. Məktubun sonunda X7na bildirilmişdir ki, birdəfəlik maddi yardım maddi-məişət şəraitinin yaxılaşdırılması məqsədilə xüsusi qayğıya ehtiyacı olan əlilliyi müəyyən edilmiş şəxslərə verilir. Müvafiq kateqoriyadan olan şəxs kimi qeydiyyata alınmış, növbəlik əsasında maddi yardımla təmin olunacaqdır. Beləliklə, X7na sosial yardım təyin olunduqdan sonra ailənin gəlirlərində dəyişiklik baş verdiyi barədə onun tərəfindən məlumat verilmədiyi üçün, ona təyin edilmiş ünvanlı dövlət sosial yardım almaq hüququna 1 (bir) il müddətinə Fondun maddi-məişət şəraitinin müayinəsi departamenti tərəfindən məhdudiyyət qoyulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddiaçı X5 cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "xx.xx.2023cü il tarixdə təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı 01 aprel 2024-cü il tarixdən bərpa olunması öhdəliyinin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 11 mart 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə 28 fevral 2025-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyi ilə bağlı məktub göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - 116756 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən ömürlük İ qrup əlildir. - Culfa Rayon İcra Hakimiyyətinin Ərəzin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli, 133 nömrəli arayışdan məlum olur ki, İddiaçı Culfa rayon Ərəzin kəndində qeydiyyatdadır və haliyədə həmin kənddə yaşayır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı 10 iyun 1982-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən Culfa rayonu, Ərəzin kənd ünvanında qeydiyyatda olan İddiaçı ünvanlanan 27 iyul 2024-cü il tarixli, 1005/2024 nömrəli məktubdan aydın olur ki, AA5481230, FİN: 1RMT04J olan şəxsiyyət vəsiqəsi ilə elektron notariat sisteminə baxılmış və adına heç bir etibarnamə tapılmamışdır. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X14 idarəsi tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli, 3-131-43-14/2-1678/2024 nömrəli arayışdan aydın olur ki, İddiaçı (Fin 1RMT04J) adında hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X14 İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyatda durmur. - Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair 7ad0f1ceb0b04bb58da56ff10d686c35 bildirişdən aydın olur ki, İddiaçı xx.xx.2023 tarixli, **********41701 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəb(lər)ə görə imtina edilir:
1. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması.
2. Ailənin istifadəsində nəqliyyat vasitəsinin olması - AC seriyalı, 788108 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Tiida” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X3r. - Culfa Rayon İcra Hakimiyyətinin Ərəzin kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli, 222 nömrəli arayışdan məlum olur ki, İddiaçı Culfa rayon Ərəzin kəndində yaşayır və göstərilən tərkibdə ailə üzvləri vardır: Qənbərova Türkan (xx.xx.1985-həyat yoldaşı, Ərəzin kənd orta məktəbində fəhlə), Qənbərov Rza (xx.xx.2007-oğlu), Qənbərov Rəşid (xx.xx.2009-oğlu), Qənbərli Yusif (xx.xx.2017-oğlu), - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Culfa rayonu Ərazin kənd sakini İddiaçı ünvanlanmış 24 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-Q-11041/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan"nın 4.9-cu bəndinə əsasən sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və ya bu Qaydaların 4.3-cü bəndinin tələbi pozulduqda “Ünvanlı dövlət sosial yardımı haqqında’’ Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Ailəyə 2023-cü il 1 may tarixindən 2024-cü il 1 may tarixinədək aylıq 457.78 manat məbləğində sosial yardım təyin olunmuşdur. 2024-cü il 8 aprel tarixində sosial yardım alan ailələrin səyyar monitorinqi zamanı iştirakı ilə video və foto çəkilişi əsasında məlum olmuşdur ki, istifadəsində “Nissan Tiida” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Onun istifadəsində nəqliyyat vasitəsi olub, məlumat vermədiyi üçün ailəyə təyin olunan sosial yardım dayandırılmış və 1 (bir) il müddətinə (2024-cü il 1 aprel tarixindən 2025-ci il 1 aprel tarixinədək) sosial yardım almaq hüququ qanunamüvafiq olaraq məhdudlaşdırılmışdır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 22 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2-1094 nömrəli məktubdan məlum olur ki, İddiaçı ailəsinə 2023-cü il 01 may tarixindən 2024-cü il 01 may tarixinədək aylıq 457,78 manat məbləğində sosial yardım təyin olunmuşdur. 2024-cü il 08 aprel tarixində sosial yardım alan ailələrin səyyar monitorinqi zamanı İddiaçı iştirakı ilə video və foto çəkilişi əsasında məlum olmuşdur ki, vətəndaşın istifadəsində “Nissan Tiida” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. İddiaçı istifadəsində nəqliyyat vasitəsi olub, məlumat vermədiyi üçün onun ailəsinə təyin olunan sosial yardım dayandırılmış və 1 (bir) il müddətinə (2024-cü il 01 aprel tarixindən 2025-ci il 01 aprel tarixinədək) sosial yardım almaq hüququ qanunamüvafiq olaraq məhdudlaşdırılmışdır. Əlavə olaraq qeyd edilir ki, İddiaçı sosial yardımın təyin olunması üçün müraciət etdiyi zaman nəqliyyat vasitəsinin olması ilə bağlı məlumatı düzgün təqdim etmədiyi barədə məlumatlar əlavədə məhkəməyə təqdim olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Culfa rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6 nömrəli qərarından görünür ki, Culfa rayonu Ərazin kənd sakini İddiaçı 457.78 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin olunmuş və ünvanli dövlət sosial yardım təyin olunmasına dair icraat materialları məhkəməyə təqdim olunmuşdur - Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 11 noyabr 2024-cü il tarixli, 1699/2024 nömrəli məktubdan aydın olur ki, İddiaçı adına elektron notariat sistemində nəqliyyat vasitəsinin idarə edilməsi və ya sərəncam verici etibarnamə barədə məlumat aşkar edilməmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X14 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 noyabr 2024-cü il tarixli, 3-13-43- 14/2-2527/2024 nömrəli məktubdan görünür ki, İddiaçı adında hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X14 idarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyatda durmur. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 28 noyabr 2024-cü il tarixli, 3-17-9-1/2-12544/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı ailəsinə 2023-cü il 01 may tarixindən 2024-cü il 01 may tarixinədək aylıq 457.78 manat məbləğində ünvanlı dövlət sosial yardım (bundan sonra-sosial yardım) təyin olunmuşdur. 2024-cü il 08 aprel tarixində sosial yardım alan ailələrin səyyar monitorinqi zamanı İddiaçı iştirakı ilə video və foto çəkilişi əsasında məlum olmuşdur ki, vətəndaşın istifadəsində “Nissan Tiida” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. İddiaçı istifadəsində nəqliyyat vasitəsi olub, məlumat vermədiyi üçün onun ailəsinə təyin olunan sosial yardım 2024-cü il 01 aprel tarixində dayandırılmış və 01 (bir) il müddətinə (2024-cü il 01 aprel tarixindən 2025-ci il 01 aprel tarixinədək) sosial yardım almaq hüququ qanunamüvafiq olaraq məhdudlaşdırılmışdır. İddiaçı ailəsinə təyin olunan sosial yardımın dayandırılması ilə bağlı icraat materialları qismində ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildiriş və iddiaçıya aid fotoşəkil əlavədə məhkəməyə təqdim olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. - 1.0.6-cı maddəsinə əsasən ünvanlı dövlət sosial yardımı (bundan sonra-sosial yardım) aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. - 3-cü maddəsinə əsasən Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. - 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. - 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. - 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: - 1.1-ci bəndinə əsasən bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. - 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. - 3.7.4-cü bəndinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. - 4.3-cü bəndinə əsasən aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: - 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; - 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; - 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; - 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; - 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. - 4.4-cü bəndinə əsasən bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. - 4.7-ci bəndinə əsasən ailəyə ev, mənzil (əgər bu ev və ya mənzil ailənin əmlakında və ya istifadəsində olan yeganə ev və ya mənzil deyildirsə) və nəqliyyat vasitəsi bağışlandığı hallarda, sosial yardımın verilməsi həmin halın baş verdiyi gündən dayandırılır. - 4.9-cu bəndinə əsasən sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və ya bu Qaydaların 4.3-cü bəndinin tələbi pozulduqda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. - 4.10-cu bəndinə əsasən sosial yardımın təyin edilməsi və sosial yardımın təyinatından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada Nazirliyə və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçının əsas hüquqi marağı xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı 01 aprel 2024-cü il tarixdən bərpa olunmasından ibarətdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli, 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanuni qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli, 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X12 və X13 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən sosial yardımın verilməsi və verilməsinin dayandırılmasına əsas olan hallardan biri də həmin Qaydaların 4.3.6-cı bəndinə uyğun olaraq ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlardan ibarətdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində ünvanlı sosial yardımın dayandırılmasına və sosial yardımın 1 il müddətinə məhdudlaşdırılmasına əsas kimi iddiaçının istifadəsində “Nissan Tiida” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmasını göstərmişdir. Bu barədə məlumat vermədiyi üçün ona təyin olunan sosial yardım dayandırılmış və 1 (bir) il müddətinə (2024-cü il 01 aprel tarixindən 2025-ci il 01 aprel tarixinədək) sosial yardım almaq hüququ qanunamüvafiq olaraq məhdudlaşdırılmışdır. Bu halla əlaqədar aparılmış araşdırmalar cavabdehin gəlmiş olduğu qənaətin əsaslı olmadığına dəlalət edir. Belə ki, hazırki inzibati iş üzrə məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Naxçıvan “Asan xidmət” mərkəzində tərəfindən göndərilmiş məktublardan da aydın olur ki, İddiaçı mülkiyyətində və ya adına elektron notariat sistemində nəqliyyat vasitəsinin idarə edilməsi və ya sərəncam verici etibarnamə barədə məlumat aşkar edilməmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X14 İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş məktubdan məlum olur ki, İddiaçı adında hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X14 idarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyatda durmur. Cavabdeh orqanının iddiaçının istifadəsində olduğunu bildirdiyi “Nissan Tiida” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının deyil, atası X2 mülkiyyətində olması AC seriyalı, 788108 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə öz təsdiqini tapmışdır. Həmin avtomobilin iddiaçının istifadəsində olması və ya hər hansı formada istifadə etməsi barədə cavabdeh orqan tərəfindən məhkəməyə yalnız iddiaçının avtomobildə əyləşmiş vəziyyətdə fotoşəkli təqdim edilmiş, əlavə bir sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş 116756 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən ömürlük İ qrup əlildir. İddiaçı ümumiyyətlə yerimək funksiyasını itirmiş, yalnız əlil arabası ilə hərəkət edir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının avtomobildə əyləşməsi birmənalı olaraq avtomobilin onun idarəetməsində olması kimi anlaşıla bilməz. Məhkəmə tərəfindən 08 oktyabr 2024-cü il tarixdə cavabdeh orqana İddiaçı təyin edilmiş ünvanlı sosial yardımın dayandırılması barədə qərarın və həmin qərarın qəbul edilməsinə əsas olan inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi barədə məktub göndərilsə də, cavabdeh tərəfindən məhkməyə ümumi məzmunlu məktub ünvanlanaraq iddiaçının istifadəsində avtomobil olması səbəbindən iddiaçının sosial yardım almaq hüququnun qanunamüvafiq olaraq bir il müddətində məhdudlaşdırılması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş sosial yardımın dayandırılması və onu almaq hüququnun məhdudlaşdırılması barədə iddiaçıya yalnız məktub göndərməklə kifayətlənmişdir, halbuki “İnzibati icraat haqqında” Qanunun tələbinə əsasən yalnız inzibati akt ünvanladığı fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradır. Məktubların məzmunundan da aydın olur ki, orada özündə müəyyən hüquqi nəticələr əks etdirən məlumatlar mövcuddur (ünvanlı dövlət sosial yardımın dayandırılması, sosial yardım almaq hüququnun 1 il müddətində məhdudlaşdırılması). Lakin cavabdeh tərəfindən iddiaçıya münasibətdə yuxarıdakı məhdudiyyətlər qoyularkən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuş və inzibati icraat aparılmamış, icraatla bağlı hüquq pozuntularına yol verilmişdir. Belə ki, inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Yəni, inzibati orqan şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh inzibati orqan lazımi inzibati icraat aparmamış, iddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati akti ləğv etmədən onun qanundan irəli gələn hüquqlarını pozmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh yoxlama zamanı aşkar edilən və uyğunsuzluq kimi qiymətləndirilən iddiaçının istifadəsində nəqliyyat vasitəsinin olmasından ibarət məlumata işin halları baxımından formal yanaşmış, ünvanlı dövlət sosial yardımının təyin edilməsinin məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydaya əməl etməmiş, ödənişlərin dayandırılması və bir il müddətinə məhdudiyyətin müəyyən edilməsindən ibarət qənaətə gəlmişdir. Bu isə qanunvericiliyin tələbləri ilə yanaşı sosial təminat hüququnun da təməl prinsiplərinə zidd olmaqla iddiaçının və ailəsinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı 01 aprel 2024-cü il tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdə təyin olunmuş ünvanlı sosial yardımın dayandırıldığı 01 aprel 2024-cü il tarixdən bərpa olunması öhdəliyi cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Tural Əliyev