Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-334/2025 11.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X19 Heydər oğlunun sədrliyi, X20 oğlunun katibliyi, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 və cavabdeh X3 iştirakları ilə, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh X5 qarşı “cavabdehə 25 may 2023-cü il tarixdən 22 may 2024-cü il tarixədək qanunsuz olaraq ödənilmiş 3.724,54 (üç min yeddi yüz iyirmi dörd manat əlli dörd qəpik) manat məbləğində vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 09 may 1963-cü il tarixdə anadan olmuş, Culfa Rayon, Yaycı kəndində yaşayan X6 “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 25 may 2023-cü il tarixli, 232 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdeh X6 məxsus 26 iyul 1984-cü il tarixli, MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən, o, 1980-ci ildən hüququnun yarandığı 2023-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Vətəndaşın hərbi xidmətdə olduğu və işlədiyi müddətləri cəmlədikdə onun 25 ildən çox ümumi iş stajı olduğu müəyyən edilmişdir. Lakin, cavabdehin əmək kitabçasının surətində qeyd olunmuş Azərbaycan Dəmir Yolu X13 işlədiyi “çilingər” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. “X17” MMC-nin xx.xx.2023-cü il tarixli, 13-1-10/3-xxxx/2023 nömrəli arayışına əsasən X9 xx.xx.1983-cü il tarixdən 01,03.2000-ci il tarixədək Azərbaycan Dəmir Yolu X13 əvvəl 1-ci, sonra 4-cü dərəcəli nəzarət ölçü cihazları üzrə çilingər, xx.xx.2000-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “X18” MMC-nin Yük və Sərnişin Daşımalar İdarəsinin Culfa Likomotiv deposunun təmir sexində 4-cü dərəcəli nəzarət ölçü cihazları üzrə çilingər vəzifələrində işləmişdir. “X18” MMC-nin xx.xx.2024-cü il tarixli, 13- 1/2-3778/2024 nömrəli “Şəxsin güzəştli şərtlər əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış”da X4 11 il 6 ay 01 gün xüsusi iş stajı olduğu göstərilmişdir. Cavabdehin işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır, həmçinin o, 12 il 6 ay güzəştli iş stajını toplamamışdır. Beləliklə, X3 Azərbaycan Dəmir Yolu X13 işlədiyi “çilingər" peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından və tələb edilən 12 il 6 ay güzəştli iş stajı toplamadığından ona Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2024-cü il tarixli, 3-17-9-1/2-H-4246/2024 saylı qərarı ilə ləğv edilmişdir. X1 25 may 2023-cü il tarixdən 22 may 2024-cü il tarixədək qanunsuz olaraq 3.724,54 (üç min yeddi yüz iyirmi dörd manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən X5 25 may 2023-cü il tarixdən 22 may 2024-cü il tarixədək qanunsuz olaraq ödənilmiş 3.724,54 (üç min yeddi yüz iyirmi dörd manat əlli dörd qəpik) manat məbləğində vəsaitinin Fondun yığım hesabına geri qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh X10 15 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, iddiaya dair münasibət bildirmişdir. Cavabdehin yazılı etirazı: X10 məhkəməyə 15 avqust 2024-cü il tarixdə daxil olmuş iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, ona 1 il ərzində pensiya verilmişdir. İndi isə ona pensiya düşmədiyi bildirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun səhvini o düzəltməməlidir. Hazırda heç yerdə işləmir və pensiyası dayandırılmışdır. Onunla eyni işdə işləyənlər də pensiyaya 57-60 yaşlarında çıxarılmışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 11 fevral 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 22 may 2024-cü il tarixli, 3-17-9-1/2-H-4246/2024 nömrəli qərarın surətindən məlum olur ki, xx.xx.1963-cü il tarixdə Naxçıvan MR Culfa rayon Yaycı kəndində anadan olmuş və həmin ünvanda yaşayan X5 Fondun Culfa rayon şöbəsi tərəfindən 25 may 2023cü il tarixində 232 nömrəli qərara əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunsuz olaraq təyin edildiyi üçün ləğv edilmişdir. - Pensiya, müavinət və təqaüdlərin təyinatı departamenti tərəfindən Culfa rayon Yaycı kəndində qeydiyyatda olan X5 ünvanlanmış bildirişin surətindən görünür ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 22 may 2024-cü il tarixli, 3-17-9-1/2-H-4246/2024 nömrəli qərar ilə təyin olunmuş əmək pensiyası qanunsuz təyin olunduğu üçün ləğv edilmişdir. Nəticədə 3724,54 manat artıq pul vəsaiti ödənildiyi aşkar edilmişdir. - Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X5 ünvanlanmış 23 aprel 2024-cü il tarixli, 3-17-9-1/2-3456/2024 nömrəli arayışından məlum olur ki, o, "Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüquqi verən elektrovoz maşinist köməkçisi və maşinist köməkçisi peşələrində (vəzifələrində) işləmişdir. İşlədiyi müvafiq peşə üzrə sosial sığorta (əmək) stajı 11 il 6 ay 1 gün təşkil edir. İşlədiyi elektrovoz maşinist köməkçisi və maşinist köməkçisi peşələrinin əsas xüsusiyyətləri təhkim edilmiş müvafiq briqadanın tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik edilməsi, onların fəaliyyətinə nəzarət olunması, qatarı idarə edərkən və manevr yerdəyişmələri həyata keçirərkən müvafiq dəmir yolu nəqliyyatı üzrə müəyyən edilən tələb və qaydalara riayət edilməsi, habelə fəaliyyətin həyata keçirilməsi zamanı hərəkət təhlükəsizliyinin təmin edilməsindən ibarət olmaqla, Azərbaycar Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin vs göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 6-cı abzasına uyğundur. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 aprel 2024-cü il tarixli, 13-1/3-10-7522/2024 nömrəli məktubu ilə göndərilmiş əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdən çıxarışdan məlum olur ki, Yük daşımaları departamenti, Culfa lokomotiv deposu, Lokomotiv briqadasında maşinist köməkçisi vəzifəsində işləmiş X3 əmək müqaviləsi 01 aprel 2024-cü il tarixdə öz ərizəsi əsasında ləğv edilmişdir. - Culfa Rayon Dövlət Arxivinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 29 iyul 2024-cü il tarixli, 59 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Dəmir Yolu Culfa rayon Lokomativ Deposunun sənədləri Culfa rayon Dövlət Arxivinə təhvil verilmədiyindən X3 xx.xx.1983-cü ildən xx.xx.2000-ci il tarixədək işləməsi haqqında staj müəyyən edilməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv idarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 02 avqust 2024-cü il tarixli, 02/715 nömrəli məktubla X3 X22-X13 işə qəbul edilməsi, 1983-2000-ci illərdə əməkhaqqı alması barədə xx.xx.2024-cü il tarixli, 13/1126 nömrəli arxiv arayışları, vətəndaşın işə qəbul edilməsi, əmək məzuniyyətinə buraxılması, mükafat alması barədə 1983, 1985, 1987, 1989, 1991-1992, 1995-1996 və 2000-ci illərə aid əmrlərin təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 14 avqust 2024-cü il tarixli, 3-17-9-1/2-7704/2024 nömrəli məktubla X5 aid 061393 nömrəli pensiya işində olan sənədlər iş materiallarına əlavə edilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 30 avqust 2024-cü il tarixli, 13-1/2- 8022/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 19-cu abzasında “hərəkətin təmiri üzrə çilingər” peşəsi qeyd edilmişdir. Sorğuda qeyd edilən ‘‘Nəzarət ölçü cihazlarının təmiri üzrə çilingər” vəzifəsi isə sözügedən siyahıda öz əksini tapmamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv idarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 05 noyabr 2024-cü il tarixli, 02/1072 nömrəli məktubla X4 X22 X13 işlədiyi zaman məzuniyyət əmrlərinin təsdiq olunmuş surətləri iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır: - 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. - 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1-ci maddəsinə İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz - 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar məzmunlu işlər üzrə 2-1(102)-514/2022, 2-1(102)-331/2024, 2-1(102)-465/2024, 2- 1(102)-768/2024 nömrəli qərarları. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə əvvəlcə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı cavabdehə 25 may 2023-cü il tarixdən 22 may 2024-cü il tarixədək ödənilmiş 3.724,54 (üç min yeddi yüz iyirmi dörd manat əlli dörd qəpik) manat məbləğində vəsaitin Fondun yığım hesabına geri qaytarılmasından ibarətdir. X21 Məhkəməsinin presedent hüququna əsasən Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X7rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun müavinət almaq hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur. Qeyd edilənlərin hazırki işə tətbiqi. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı müəyyən edilmişdir ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 25 may 2023-cü il tarixli, 232 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən cavabdehə pensiya təyin edilmişdir. Pensiya təyinatından sonra da cavabdeh əmək fəaliyyətini davam etdirmişdir. Cavabdehin bildirdiyinə görə bir müddət sonra işlədiyi təşkilat rəhbərliyi tərəfindən pensiya təyin edilmiş işçilərin əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumatlandırılmışlar. Bununla razılaşaraq işdən azad olunan iddiaçı 08 aprel 2024-cü il tarixdə Fondun pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin xüsusi şərtlərlə təyinat şöbəsinə ərizə ilə müraciət edərək, işdən azad olunduğu üçün pensiya məbləğinin yenidən (artımla) hesablanılmasını xahiş etmişdir. İddiaçı yenidən hesablanılma zamanı apardığı araşdırma nəticəsində cavabdehin Azərbaycan Dəmir Yolu X13 işlədiyi “çilingər" peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından və tələb edilən 12 il 6 ay güzəştli iş stajının olmadığını aşkarlamış, nəticədə ona təyin edilmiş əmək pensiyasını ləğv etmişdir. Müəyyən edilmişdir ki, cavabdehə (sığortaolunan) yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama və ya cavabdeh tərəfindən təqdim edilmiş səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər əsasında deyil, məhz səlahiyyətli orqanlar işəgötürən (sığortaedən) və iddiaçının (sığortaçı) öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməməsi, vəzifə səlahiyyətlərinə məsuliyyətsiz və laqeyd yanaşmalarının nəticəsində pensiya təyin edilmişdir. Sonradan isə müvafiq əlverişli inzibati akt iddiaçı tərəfindən ləğv edilərək cavabdeh həm işçi, həm də pensiyaçı statusundan məhrum edilməsi kimi ağır məhrumiyyətlərə məruz qoyulmuşdur. Bununla belə, iddiaçı səhvə yol vermiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsi yerinə, həmin səhvlərin iddiaçının hesabına aradan qaldırılması kimi düzgün olmayan yol seçmişdir. Belə olan halda, müvafiq əlverişli inzibati akt ləğv edildikdən sonra da vətəndaşa ödənilmiş pensiya məbləğinin geri qaytarılmasının tələb olunması qanuni və əsaslı sayıla bilməz. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmçinin iddiaçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir. Odur ki, iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh X5 qarşı “cavabdehə 25 may 2023-cü il tarixdən 22 may 2024-cü il tarixədək qanunsuz olaraq ödənilmiş 3.724,54 (üç min yeddi yüz iyirmi dörd manat əlli dörd qəpik) manat məbləğində vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh X5 qarşı “cavabdehə 25 may 2023-cü il tarixdən 22 may 2024-cü il tarixədək qanunsuz olaraq ödənilmiş 3.724,54 (üç min yeddi yüz iyirmi dörd manat əlli dörd qəpik) manat məbləğində vəsaitinin Fondun yığım hesabına geri qaytarılması tələbi"nə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-334/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-334/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver