Məhkəmə qərarları › İş №2-1(122)-335/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-335/2025

10.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-335/2025 10.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X11 Heydər oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 08 yanvar 2024-cü il tarixdən güzəştli şərtlərlə təqaüdə çıxmaq üçün lazım olan sənədləri toplayıb Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim etmiş, lakin onun qanuni sənədlərinin olmasına baxmayaraq ona pensiya təyin olunmamışdır. İddiaçı göstərilənlərə əsasən onun hüququnun bərpa olunması və ona güzəştli təqaüd təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən “ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1209/2024 nömrəli protokol qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə göndərdiyi 25 sentyabr 2024-cü il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, həmin sənəd xx.xx.2015-ci il tarixdə doldurulmuşdur. O, öz ərizəsi əsasında xx.xx.1981-ci il tarixli, 70 nömrəli əmrlə N.Nərimanov adına Qıvraq kənd tütünçülük sovxozuna fəhlə qəbul edilmiş, sovxozda islahatların aparılması ilə əlaqədar xx.xx.1999-cü il tarixli, 122 nömrəli əmrlə işdən azad edilmişdir. Həmçinin iddiaçının əmək kitabçasının surətindən görünür ki, xx.xx.1981-ci ilə dair qeydlər latın əlifbası ilə aparılmış və latın qrafikalı möhürlə təsdiq edilmişdir. O, 1981 ci il tarixdə N.Nərimanov adına Qıvraq kənd tütünçülük sovxozuna fəhlə qəbul edilərkən, əmək kitabçasında aparılan qeydlər müəyyən edilmiş qaydada aparılmamışdır. Belə ki, əmək kitabçası işə götürən vəzifəli şəxs tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Həmçinin əmək kitabçasında işə qəbul edən və işdən azad edən vəzifəli şəxslərin adları fərqli olsa da, əmək kitabçası bir nəfər tərəfindən, eyni xətlə, eyni diyircəkli qələmlə doldurulmuşdur. Bu da iddiaçı tərəfindən təqdim olunan əmək kitabçasında aparılan qeydlərin həqiqiliyi əsaslı şübhələr yaradır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Kəngərli rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-73/2-20/2024 nömrəli arayışına əsasən, Kəngərli Rayon, Qıvraq qəsəbə sakini 1964-cü il təvəllüdlü İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 02 nömrəli arayışda İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (11 il 10 ay) Qıvraq kənd, N.Nərimanov adına sovxozda işlədiyi və əmək haqqı aldığı göstərilmişdir. Arayışda qeyd edilmişdir ki, 1997-ci, 1998-ci və 1999-cu illərdə əmək haqqı kitablarında İddiaçı adına rast gəlinməmişdir. Nəticədə, iddiaçının hərbi xidmət illəri də nəzərə alınmaqla arxiv arayışlarına əsasən, onun 13 il 11 ay 11 gün ümumi iş stajı olduğu müəyyən edilmişdir. Hazırki iş üzrə mübahisəli məsələ iddiaçının 1985-1996-cı illərdə Qıvraq kənd, N.Nərimanov adına sovxozda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmaması ilə bağlıdır. Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 02 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixli 58 nömrəli əmrlə xx.xx.1985-ci il tarixdən 5-ci dərəcəli qaynaqçı təyin edilmiş, xx.xx.1998-ci il tarixli 46 nömrəli əmrlə qaynaqçı kimi işlədiyi ştat ləğv olunmuşdur. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********578700 nömrəli arayışdan görünür ki, İddiaçı (VÖEN **********) xx.xx.2005-ci il tarixdən X7 Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər idarəsində qaynaqçı xidmətlərinin göstərilməsi fəaliyyəti üzrə fiziki şəxs kimi qeydiyyatda durur və xx.xx.2022-cü il tarixdən fəaliyyətini dayandırıb. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********000900 nömrəli arayışına əsəsan, İddiaçı 2019- 2022-ci illər ərzində X4 muzdlu işçi kimi çalışmış, eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və müvafiq dövrlər üzrə 6698,58 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Beləliklə, İddiaçı ümumi və xüsusi iş dövrləri əmək kitabçasına əsasən araşdırılmış və əmək kitabçasında qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmaması ilə bağlı hər hansı məlumat göstərilmədiyindən və onun tələb olunan ümumi və xüsusi iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Sonda cavabdeh iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 10 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 etirazda yazılanlara uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 14 iyun 2024-cü il tarixli, 3-17-9-1/2-M-5436/2024 nömrəli qərarından görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan ümumi və xüsusi stajı olmaması səbəbi ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasından imtina edilmişdir. - Azərbycan SSR X13 Təhsili Komitəsinin 21 aprel 1982-ci il tarixli, A seriyalı, 763362 nömrəli diplomunun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1981-ci il tarixdə Azərbycan SSR Bakı şəhər 19 №-li məktəbə daxil olmuş və 15 aprel 1982-ci ildə elektrik qaynaqçısı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsi tərəfindən verilmiş 12 yanvar 2024-cü il 3-43-73/3-2- 20/2024 nömrəli arayışdan görünür ki, o, 25 aprel 1982-ci il tarixdən 05 iyun 1984-cü il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində əsgər qismində müddətli həqiqi hərbi xidmət etmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər İdarəsinin 11 yanvar 2024-cü il tarixli, **********578700 nömrəli arayışından görünür ki, Kəngərli rayon Qıvraq qəsəbə sakini İddiaçı (VÖEN **********) xx.xx.2005-ci il tarixdən Naxçıvan MR Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər idarəsində qaynaqçı xidmətlərinin göstərilməsi fəaliyyəti üzrə fiziki şəxs kimi qeydiyyatda durur, xx.xx.2022-cü il tarixdən fəaliyyətini dayandırıb. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 11 yanvar 2024-cü il tarixli, 02 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixli 58№-li əmrlə xx.xx.1985-ci il tarixdən 5-ci dərəcəli qaynaqçı təyin edilmiş, xx.xx.1998-ci il tarixli 46№-li əmrlə qaynaqçı kimi işlədiyi ştat ləğv olunmuşdur. 1997, 1998, 1999-cu ilin əmək haqqı kitablarında adına rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 29 iyul 2024-cü il tarixli, 3-17-9-1/2-6948/2024 nömrəli məktubdan məlum olur ki, siğortaolunanın xeyrinə hesablanıb ödənilmiş məcburi dövlət sosial siğorta haqqı ilə bağlı göstəricilər 01 yanvar 2006-cı il tarixdən sonrakı dövr üçün fərdi şəxsi hesablarda əks olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” altsistemində İddiaçı fərdi şəxsi hesabında MDSS ödənişləri 2009-cu ildən başlayaraq əks olunur. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 22 avqust 2024-cü il tarixli, **********000900 nömrəli məktubundan məlum olur ki, İddiaçı 2019-2022-ci illər ərzində X4 (VÖEN: **********) muzdlu işçi kimi çalışmış, eyni zamanda sahibkarlıq fəaliyyəti (VÖEN: **********) ilə məşğul olmuşdur. 2019-2022-ci illər ərzində İddiaçı üçün hesablanan və ödənilən məcburi dövlət sosial sığorta haqlarının cəmi 6698,58 manat təşkil edir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi Kəngərli rayon Dövlət Arxivinin 07 oktyabr 2024-cü il tarixli, 58 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1981-1996-cı illərdə Qıvraq kənd N.Nərimanov soxvozunda işləmiş və əmək haqqı almışdır. 1997, 1998, 1999-cu ilin əmək haqqı kitablarında adına rast gəlinməmişdir. İddiaçı xx.xx.1981-ci il tarixli 70№-li əmrlə xx.xx.1981-ci il tarixdən Şpaller briqadasına fəhlə qəbul edilmiş, xx.xx.1981-ci il tarixli 127№-li əmrlə ailə vəziyyəti və aşağı əməkhaqqı nəzərə alınaraq ona maddi yardım fondundan 25 manat yardım verilmiş, lakin işdən azad edilmə əmrinə rast gəlinmədi. xx.xx.1985-ci il tarixli 58№-li əmrlə xx.xx.1985-ci il tarixdən 5-ci dərəcəli qaynaqçı təyin edilmiş, xx.xx.1998-ci il tarixli 46№-li əmrlə qaynaqçı kimi işlədiyi ştat ləğv olunmuşdur. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 10 oktyabr 2024-cü il tarixli, **********114200 nömrəli məktubundan məlum olur ki, İddiaçı 8 iyul 1999-cu il tarixdə 07007494 nömrəli VÖEN şəhadətnaməsi ilə, 27 oktyabr 2005-ci il tarixdə ********** nömrəli VÖEN şəhadətnaməsi ilə vergi uçotuna alınmışdır. Fəaliyyət növü qaynaqçı xidmətlərinin göstərilməsidir. - Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti Kəngərli Rayon Elektrik Şəbəkəsi tərəfindən 18 oktyabr 2024-cü il tarixli, 442 nömrəli arayışdan görünür ki, o, xx.xx.2015-ci il tarixdən bu günkü tarixədək Kəngərli Rayon Elektrik Şəbəkəsində növbətçi elektrik montyoru vəzifəsində işləyir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi X1 sistemindən iş yerinə dair arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən əl qaynaqçısı vəzifəsində işləmişdir.Həmin arayışa qoşma edilmiş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər İdarəsinin 25 sentyabr 2024-cü il tarixli, **********588200 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda durur və onun təqdim etdiyi bəyannaməyə əsasən xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək dövriyyəsi 22850.00 (iyirmi iki min səkkiz yüz əlli) manatdır - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 05 noyabr 2024-cü il tarixli, 3-17-9-1/2-11636/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta” altsistemində İddiaçı (VÖEN: **********) fiziki şəxs kimi 2018-ci il üzrə məcburi dövlət sosial sığorta ödənişlərinə rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 15 noyabr 2024-cü il tarixli, 3-17-9-1/2-11844/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən o, 1985-ci il 14 mart tarixdə 58 nömrəli əmrlə Qıvraq kənd N.Nərimanov sovxozuna qaynaqçı peşəsinə daxil olmuş və 01 oktyabr 1998-ci ildən işdən azad olunmağı əmək kitabçasında göstərilsə də, Kəngərli rayon Dövlət Arxivinin 2024-cü il 11 yanvar tarixli arayışında 1997, 1998 və 1999-cu illərdə əməkhaqqı kitablarında adına rast gəlinmədiyi qeyd olunmuşdur. Əlavə olaraq İddiaçı əmək kitabçasında qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıbaparmaması ilə bağlı hər hansı məlumat göstərilmədiyindən həmin dövrlərin güzəştli iş stajına aid olunmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı 2006-cı il 01 yanvar tarixədək ümumilikdə 13 il 10 ay sığorta stajı (1982-ci il 25 aprel tarixdən 1984-cü il 05 iyun tarixədək hərbi xidmət dövrü, 1985-ci il 12 mart tarixdən 1996-cı il 01 dekabr tarixədək N.Nərimanov adına sovxozda), 2006-cı il 01 yanvar tarixdən 2023-cü il 01 yanvar tarixədək (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarix) X1 Sisteminə əsasən 9 il sığorta stajı (2009-cu il 01 yanvar tarixdən 2009-cu il 01 iyun tarixədək X14 Enerji MMC-də, 2015-ci il 01 iyun tarixdən 2023-cü il 31 dekabr tarixədək X3) mövcuddur. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 16 noyabr 2024-cü il tarixli, 3-17-9-1/2-11971/2024 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləməsi barədə məlumatlar öz əksini tapmamışdır. Lakin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Sığorta” altsistemində İddiaçı fərdi şəxsi hesabında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (SUN:**********0, VÖEN:**********) tərəfindən 2009-cu ilin yanvar, fevral, mart, iyul, avqust aylarında ümumilikdə xeyrinə 207,50 manat məcburi dövlət sosial sığorta haqqı ödənildiyi göstərilmişdir. - Kəngərli Rayon İcra Hakimiyyətinin Qıvraq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli, 46 nömrəli arayışdan görünür ki, Məmmədov X8 rayonu, Qıvraq qəsəbəsində qeydiyyatdadır. - AZE seriyalı, 14684300 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki İddiaçı 01 yanvar 1964-cü il tarixdə, Şərur rayon Qıvraq kəndində doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. 1 saylı Protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olan mülkiyyətdən dinc istifadəyə hər hansı bir müdaxilə üç əsas şərtə cavab verməlidir: (1) müdaxilə və əlaqəli məhdudlaşdırıcı şərtlər üçün hüquqi zəmin olmalıdır, (2) müdaxilə ictimai maraqlara xidmət etməlidir, və (3) sonda, şəxsin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansa (mütənasiblik prinsipinə) cavab verməlidir (Broniovski Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 147-151; Hutten-Czapska Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 163-168; Vistiņš və Perepjolkins Latviyaya qarşı Böyük Palatanın qərarı, §§ 69-71, 79, 81). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır; - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 6, maddə 583) ilə 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarı: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.15. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud hərbi xidmətin keçildiyi dövlət orqanının arayışına əsasən; 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı onun barəsində xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsidir. İddia tələbinə dair etirazında cavabdeh hazırki iş üzrə mübahisəli məsələnin iddiaçının 1985-1996-cı illərdə Qıvraq kənd N.Nərimanov adına sovxozda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmaması ilə bağlı olmasını bildirir. Bunula bağlı məhkəmə qeyd edir ki, qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il, 21 iyun tarixli 320 saylı qərarına 2 nömrəli əlavənin ümumi peşələr bölməsində (23200000-11620) güzəştli şərtlərlə pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur. Məhkəmə iddianı təmin edərkən aşağıdakıları nəzərə alır: xx.xx.2024-cü il tarixli Vergi Xidmətinin arayışından görünür ki, iddiaçı 2005-ci il 27 oktyabr tarixindən, xx.xx.2022-ci il tarixədək qaynaqçı xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. (bax; həmçinin DVX-nin xx.xx.2024-cü il tarixli arayışı) xx.xx.2024-cü il tarixli ƏSMN-nin MEİS-dən verilmiş arayışından (işəgötürən X6) görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq əl ilə qaynaqçı fəaliyyəti ilə məşğul olur. 2019-cu il tarixinədək fiziki şəxs qismində fəaliyyəti ilə bağlı fərdi uçot məlumatlarına iddiaçının 2012-ci ildən ödədiyi məbləğlər MEİS-də qeydiyyata alınmamışdır. Bu hal DVX-nin xx.xx.2024-cü il tarixli arayışından açıq-aydın görünsə də, cavabdehin 29 iyul 2024-cü il tarixli sığortaolunan haqqında məlumatlarda görünmür. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin məsuliyyət sferasına daxil olan hərəkətlərə görə cavabdehlik daşımır və bu hal onun əleyhinə şərh edilə bilməz. İddiaçının əmək stajı: 2006-cı ilədək İl. Ay. Gün.

00. 02. 19 - xx.xx.2024-cü il tarixli arxiv arayışı (şpaller briqadası)

00. 07. 14 - Diplom

02. 01. 10 - Hərbi xidmət dövrü

13. 06. 19 - Nərimanov adına sovxoz xx.xx.2024-cü il tarixli arxiv arayışı (qaynaqçı) Cəmi 16 il 06 ay 02 gün

08. 07. 00 - 18 oktyabr 2024-cü il tarixli arxiv arayışı.

00. 05. 00 – Gəmiqaya Yol-Su Enerji MMC. Sığortaolunan haqqında məlumat. xx.xx.2024 məktuba əlavə. Cəmi 9 il Göründüyü kim iddiaçının ümumilikdə 25 il 06 ay 02 gün əmək stajı vardır. Həmçinin hal-hazırda da əmək fəaliyyətinin davam etdirir. Cavabdehin iddiaçıya məxsus əmək kitabçasında aparılan qeydlərin həqiqiliyinə əsaslı şübhələr olması ilə bağlı cavabdehin gətirdiyi arqumentlə bağlı məhkəmə qeyd edir ki, heç kim başqasının məsuliyyət sferasına daxil olan hərəkətlərə görə məsuliyyət daşımır. Başqa sözlə əgər əmək kitabçası iddiaçının işlədiyi dövrdə həmin müəssisə (orqan) tərəfindən düzgün doldurulmayıbsa, bu hal iddiaçının əleyhinə şərh edilə bilməz. Çünki əmək kitabçasını düzgün və vaxtında doldurulması, eləcə də zəruri rekvizitlərlə təsdiq edilməsi “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına əsasən işəgötürənin funksiyalarına aiddir. Məhkəmə nəticə etibarı ilə cavabdehin əsas gətirdiyi mövqelərini qəbul etmir. Əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli Qərardadı) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunun 7-ci maddəsində nəzərdə tutulan müvafiq yaşa çatmalı, 25 il sığorta stajı olmalı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 14 iyun 2024-cü il tarixli, 3-17-9-1/2-M-5436/2024 nömrəli qərarını haqlı olaraq mübahisələndirməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, həmin qərarın qəbul olunduğu zaman kəsiyində iddiaçını hər hansı hüququndan məhrum etmədiyi və ya onun hüququnu məhdudlaşdırmadığı, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt olmadığı üçün əlverişsiz inzibati akt sayılmır. Nəticə etibarı ilə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Buna görə də iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar