Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-34/2020 22.05.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri Muradov Hicran Xasay oğlunun sədrliyi, X1liyi, İddiaçı1 nümayəndəsi X3 və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı1 nümayəndəsi X3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinə qarşı “torpağın ******* nömrəli çıxarışda və AA 004039 nömrəli torpaq sahəsinin plan ölçüsündə olan ölçüdə ölçülüb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə mübahisəyə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 nümayəndəsi X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağın ******* nömrəli çıxarışda və AA 004039 nömrəli torpaq sahəsinin plan ölçüsündə olan ölçüdə ölçülüb ona verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 469 kv.m. torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmiş, amma fərdi yaşayış evinə mülkiyyət hüququ qeydə alınmayıb. O, 469 kv.m. torpaq sahəsini 16 mart 2012-ci ildə Ərəsfə kəndində yaşayan X4 alqı-satqı müqaviləsi ilə əldə etmişdir. Torpaq sahəsini alan zaman torpaq sahəsini Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin əməkdaşları ölçərək 469 kv.m. olduğunu təsdiqləmişlər. Bu ölçünü torpağın ******* nömrəli çıxarışı, AA 004039 nömrəli torpaq sahəsinin olan ölçüsü və Culfa Rayon Arxivinin 16 aprel 2019-cu il tarixli arayışı da təsdiqləyir. 2019-cu ilin fevral ayında mülkiyyətində olan torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evini sənədləşdirmək istəyərkən həmin vaxt ona məlum olmuşdur ki, mülkiyyətində 469 kv.m. torpaq sahəsi olsa da faktiki istifadəsində 360 kv.m. torpaq sahəsi var. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Culfa Rayon İdarəsinə müraciət etsə də, müraciətindən imtina olunmuşdur. İddiaçı yuxarıda qeyd olunanlara əsasən məhkəmədən torpağın ******* nömrəli çıxarışda və AA 004039 nömrəli torpaq sahəsinin plan ölçüsündə olan ölçüdə ölçülüb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və 22 may 2020-ci il tarixə məhkəmə hazırlıq icraatı iclası təyin edilmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı1 nümayəndəsi X6 iddia tələbinə uyğun izahat verərək, tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə inzibati icraat qaydasında baxılması mümkün hesab edilmir. İş materiallarından məlum olur ki, iddiaçı torpağın ******* nömrəli çıxarışda və AA 004039 nömrəli torpaq sahəsinin plan ölçüsündə olan ölçüdə ölçülüb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinin tələbinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların dairəsinə daxil edilmişdir. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati hüquqi akt inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan qanunun normasının məzmunundan və tələbindən görünür ki, qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması üçün iddianın predmet və subyekt baxımından əsaslandırılması, başqa sözlə iddianın ona cavab verən şəxsə qarşı qaldırılması, iddiada irəli sürülən tələbin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olub-olmaması, irəli sürülən tələbin inzibati orqanın fəaliyyəti ilə bağlı olubolmaması, mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqe ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması və belə iradə ifadəsinin iddiaçının hüquqlarına toxunmasının və sair cəhətdən əsaslandırıldığı halda onun inzibati məhkəmə icraatı mümkün sayıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununbəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarınaəlavə və dəyişikliklər edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarı ilə dəyişdirilmiş “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli qərarının 17-ci bəndində qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. İş materiallarından məlum olur ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 2 ünvanında yerləşən, 0.0469 ha torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı satıcı Kərimov Elmar oğlu ilə alıcı İddiaçı1 arasında 16 mart 2012-ci ildə notarial qaydada bağlanmış və hazırda qüvvədə olan 4-Ə-31 qeydiyyat nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında aparılmış və yekunda sonuncunun adına müvafiq çıxarış verilmişdir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, qeydiyyat daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında aparıldığından, İddiaçı1 nümayəndəsi X3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinə qarşı “torpağın ******* nömrəli çıxarışda və AA 004039 nömrəli torpaq sahəsinin plan ölçüsündə olan ölçüdə ölçülüb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddiaçının nümayəndəsinə torpağın ******* nömrəli çıxarışda və AA 004039 nömrəli torpaq sahəsinin plan ölçüsündə olan ölçüdə ölçülüb ona verilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etməyi izah olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 nümayəndəsi X3 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinə qarşı “torpağın ******* nömrəli çıxarışda və AA 004039 nömrəli torpaq sahəsinin plan ölçüsündə olan ölçüdə ölçülüb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. İddiaçının nümayəndəsinə izah olunur ki, torpağın ******* nömrəli çıxarışda və AA 004039 nömrəli torpaq sahəsinin plan ölçüsündə olan ölçüdə ölçülüb ona verilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-34/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-34/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver