Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-360/2025 13.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “N günlük Vətən Müharibəsi dövründə aldığı xəsarət ilə bağlı travmanın dərəcəsinin ağırlığı barədə ona travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı onun xəstəliyi müharibə dövründə qazandığını subut edən aktı nəzərə alıb ona travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 26 avqust 2001-ci il tarixdən 2022-ci ilin avqust ayına kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidməti vəzifəsini yerinə yetirmişdir. xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N günlük Vətən müharibəsində iştirak etmişdir. 2020-ci ilin oktyabr ayında Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərmi partlayışı, zərbə dalğasına düşdükdən sonra vəziyyəti pisləşib. Baş ağrısı, başgicəllənməsi, yaddaş zəifliyi kimi şikayətlərlə 30 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşən hospitala gündərilmişdir. Müayinələr zamanı beyin qan damarlarının xəstəliyi diaqnonuzu qoyuldu. Həmin hospitalda kt müayinəsi olmadığı üçün bəzi sakitləşdirici dərmanlar təyin edildi. Sonra yenidən öz istəyilə döyüş bölgəsinə qayıtmışdır. Lakin bir neçə gün sonra səhhətində ağırlaşmalar baş verdi, vəziyyəti daha da pisləşdiyi üçün Bakı şəhərində yerləşən “Papalin Hospitalı”na göndərilmişdir. Beləliklə 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2022-ci ildə hərbi xidmət müddətinin 21 ili tamam olduğu və xəstəliyinə görə Azərbaycan Respublikası Hərbi Həkim Komissiyasının qərarı ilə ordudan təxris edilmişdir. Lakin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Həkim Komissiyasının qərarında travma haqqında arayışın olmaması ucbatından xəstəliyinin xidmət zamanı aldığı qeyd olunub. Həmin arayışı almaq üçün dəfələrlə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etsə də, heç bir nəticəsi olmayıb. Həmin vaxt ona bildirilib ki, Vİ korpus N günlük Vətən Müharibəsi zamanı yaradılmış, 2020-ci ilin dekabr ayında isə ləğv olunmuşdur. Sonuncu dəfə müraciətinə cavab olaraq bildirildi ki, travma haqqında arayışın verilməsi və düçar olduğu xəstəliyin səbəb - əlaqəsinin təyin edilməsi məhkəmə tibbi ekspertizanın səlahiyyətlərinə aid deyil. O, bu cavab məktubu ilə razı deyil. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edir ki, Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən o, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Xidməti dövründə dəfələrlə qüsursuz xidmətinə görə təltif olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N günlük Vətən müharibəsində iştirak etməyi, aldığı təltiflər hərbi biletində qeyd edilmişdir. Onunla eyni mövqedə Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə və digər hərbi hissədə xidmətdə olub, N günlük Vətən müharibəsində ön cəbhədə iştirak edib, daha sonra yaralanmışlar, travma haqqında arayış alaraq qazı adını almışdırlar. Döyüşlərin getdiyi zaman oktyabr ayında həkimə müraciət etmiş və və beyin damarlarının xəstəliyi-qan sızması diaqnozu qoyulmuşdur. Bildirir ki, travma haqqında arayışın verilməsini vacib edən amillərdən biri və ən əsası hərbiçinin travma aldığı və ya zəhərləndiyi haqqında qeydlər həmin vaxt orada olan hərbi hissəsinin həkimi tərəfindən hərbi hissənin travmalar dəftərinə qeyd olunmalıdır. Həkim məsuliyyətsizliyi ucbatından həmin dəftərə heç bir qeyd olunmadığı üçün travmanı döyüş meydanında aldığı haqqında heç bir sənəd əldə edə bilmir. Qeyd edir ki, həkim komissiyası xəstəliyini şəhadətləndirən zaman belə hərbi əsasnamənin qaydalarına riayət etməmiş, təxris olunduğu zaman tərkibində müharibədə iştirak etdiyi hərbi hissədən arayış tələb etməmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən onun xəstəliyi müharibə dövründə qazandığını subut edən aktı nəzərə alıb ona travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələbinə müvafiq olaraq məhkəmə tərəfindən iş üzrə hazırlıq icraatına başlanaraq sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdeh orqandan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 01 oktyabr 2024-cü il tarixli, 10974 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 1020 nömrəli arayışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vətən müharibəsi zamanı xəsarət alması ilə əlaqədar N nömrəli hərbi hissənin “Zədələnmələrin və yaralanmaların” qeydiyyatı kitabında hər hansı bir qeydlər yoxdur. Odur ki, İddiaçı “Vətən müharibəsi” zamanı xx.xx.2024-cü il tarixdən N nömrəli hərbi hissədə xidmət etmiş və xx.xx.2021-ci ildən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmuşdur. N nömrəli hərbi hissənin “Zədələnmələrin və yaralanmaların” qeydiyyatı kitabı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivində saxlanılır. İddiaçı təqdim etdiyi xəstəlik haqqında sənətlərdən görünür ki, o, xx.xx.2020-ci il tarixdə Əhmədbəyli qəsəbəsində yerləşən N nömrəli hospitalda, xx.xx.2020-ci il tarixdə Baş Klinik Hospitalda, xx.xx.2020xx.xx.2020,xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Baş Klinik Hospitalda stasionar müalicədə olmuş, hər hansı xəsarət aşkar olunmamış həmçinin müayinə zamanı o, 2018-ci ildən özünü xəstə hesab etdiyini bildirmiş, həmin müayinələr zamanı iddiada qeyd etdiyi hadisədən bir necə gün keçməsinə baxmayaraq anamnezində bu barədə heç nə deməmişdir. Yalnız hadisədən 4 ilə yaxın vaxt keçdikdən sonra bununla bağlı müraciət etmişdir. Halbuki, Vətən müharibəsində və sonrakı dövürlərdə müayinə və müalicələrdə olmuş, hərbi həkim komissiyasında şəhadətləndirilmiş, onda aşkar olunmuş xəstəliyin travma ilə heç bir əlaqəsi olmaması barədə rəsmi sənədlər verilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə qüvvəyə minmiş, “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 197-ci maddəsinə əsasən travma haqqında arayış (Forma-11) zədələnmələrin alınma anından 3 (üç) aydan gec olmayaraq tərtib edilir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 5S nömrəli Qərarı ilə qüvvəyə minmiş, “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. İddiaçı xəsarət alınmasının şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması barədə hər hansı qeydlərin olmadığı üçün ona “Forma-11 travma haqqında arayışın” verilməsi mümkün deyildir. Beləliklə yuxarıda qeyd edilənlərdən göründüyü kimi, İddiaçı iddiaları tam əsassızdır, onun iddia etdiyi xəsarət alınmasının şəraiti, habelə, hərbi xidmə vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmamasını sübut edə bilməmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı “Forma-11 travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən İddiaçı Müdafiə Nazirliyinə qarşı “Forma-11 travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsini rəd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 13 fevral 2025-ci il tarixə təyin olunmuşdur. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının, cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. 31 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə tam dəqiq ifadə olunması üçün iddia tələbini dəqiqləşdirirərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinə “N günlük Vətən Müharibəsi dövründə aldığı xəsarət ilə bağlı travmanın dərəcəsinin ağırlığı barədə ona travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” çərçivəsində baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının verdiyi 09 dekabr 2023-cü il tarixli, 7374 nömrəli arxiv arayışından görünür ki, ehtiyatda olan mayor İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədə (Əhmədbəyli hospitalında) və 09.11 2020-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ambulator müayinədə olmuşdur. Diaqnoz: 1. Kəskin sistit. (N №-li h/h, 30 10.2020) 2.Serebrovaskulyar xəstəlik. (BKH-lı, xx.xx.2020) Əsas: - N nömrəli hərbi hissənin (Əhmədbəyli hospitalın) 2020-ci ilə məxsus ambulator xəstələrin qeydiyyatı kitabının 23-nü səhifəsində olan, 12056-cı sayındakı qeyd. - Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın 2020-ci ilə məxsus “ambulator xəstələrin qeydiyyatı” kitabının 286-cı səhifəsində olan, 17753-cü sayındakı qeyd. “N nömrəli həbi hissə komandirinin 28 sentyabr 2020-ci il tarixli 223 nömrəli əmrindən çıxarışdan görünür ki, idiiaçı Mayor İddiaçı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən N nömrəli hərbi hissənin şəxsi heyyətinin tərkibindən çıxarılaraq N nömrəli hərbi hissədə müvafiq vəzifəyə təyin edilmiş və xidmətini davam etdirmək üçün 284, 285, 286, N nömrəli hərbi hissə komandirlərinin sərəncamına göndərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən X6 ünvanlanmış 30 avqust 2024-cü il tarixli, 3-17/2-Ə145/32/24 nömrəli məktubdan məlum olur ki, travma haqqında arayış (Forma 11) hərbi qulluqçunun nə vaxt, harada və hansı şəraitdə xəsarət aldığını təsdiq edən sənəddir. O, Əkbərov Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasının hərbi-həkim komissiyasında şəhadətləndırilmiş, ona “serebrovaskulyar” xəstəlik nəticəsində ikinci mərhələ xroniki dissirkulyator ensefalopatıya, proqressiv gedişli, koordinator pozulmalar və sağ aşağı ətrafın monoparezı ilə. Hipertoniya xəstəliyi İİ (ikinci) mərhələ" diaqnozu qoyularaq, xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır' kimi təyin olunmuşdur. Atanızın barəsində travma haqqıhda arayışın (Forma 11) tərtib olunması mümkün deyildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 İddiaçı ünvanladığı 20 iyul 2024-cü il tarixli, 3490 nömrəli məktubundan məlum olur ki, “Travma haqqında arayış”ın (forma 11) verilməsi və düçar olduğu xəstəliyin səbəbəlaqəsinin təyin edilməsi məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid deyil. - 10 may 2022-ci il tarixli, 5881 xəstəlik haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 2902 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən serebrova skulyar xəstəlik nəticəsində ikinci mərhələ xroniki dissirkuiyator ensefalofıatiyi proqressiv gedişli, koordintorpozulmalar və sağ aşağı ətrafın monoparezi ilə, Hipertoniya xəstəliyi İİ (ikinci) mərhələ diaqnozu ilə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi şəhadətləndirilmişdir. - X5, X1 və X7 tərəfindən tərtib oluna notarial qaydada təsdiq edilmiş **********700 nömrəli aktından və X2 **********681 nömrəli ərizəsindən aydın olur ki, N günlük X4 25 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərmi partlayışı, zərbə dalğası nəticəsində N saylı hərbi hissənin komandir köməkçisi İddiaçı zərbə dalğasına düşmüşdür. Müvazimətinin itirməsinə və davamlı qusma başgicəllənməsinə baxmayaraq döyüş bölgəsində qaldı. Buna baxmayaraq, səhhətində ağrılar davam edirdi. Belə ki, oktyabrın 30-a qədər ayağın qıc olması, təzyiqin düşməsi, ürək bulanmaları, mütəmadi baş ağrıları, yuxusuzluq, psixoloji halların, sağ ayağının və qolunun tutulması ilə müşahidə olunan ağrıların tez-tez baş verməsini müxtəlif vaxt və zamanda şahidi olmuşdurlar. - EZ seriyalı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərbi xidmət keçmiş, xx.xx.2022ci il tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı “v” bəndinə əsasən (xəstəliyinə görə) ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən verilən M/V seriyalı, 106679 nömrəli vəsiqənin təsdiq eidlmiş surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasmın qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. - İ-3679, İ-12753, İ-17475 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələrinin təsdiq edilmiş surətlərindən aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə İddiaçı "Zəngilanın azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. - Şərur Rayon İcra Hakimiyyətinin Yengicə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli, 300 nömrəli arayışdan məlum olur ki, İddiaçı Şərur rayonun Yengicə kəndində qeydiyyatda durur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 05 fevral 2025-ci il tarixli, 3-17/2-Ə209/31/25 nömrəli məktubdan məlum olur ki, travma haqqında arayış (Forma 11) şəxsin xidmət etdiyi hərbi hissə tərəfindən tərtib olunmaqla, komandirin imzası və gerbli möhürlə təsdiq edilən və hərbi qulluqçunun nə vaxt, harada və hansı xəsarət aldığı qeyd edilən ilkin sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə qüvvəyə minmiş, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.4 bəndinə əsasən “Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmə dövründə xəsarət almış”, lakin bu xəsarətin alınma şəraiti haqqında arayış olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli rayon şöbə və bölmə rəisləri tərəfindən təsdiq olunur. Əlavə olaraq bildiririk ki, eyni adlı “Əsasnamə”nin 6.1 və 6.3 maddələrinə görə vətəndaşlar və ehtiyatda olan hərbi qulluqçular Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları rayon şöbəsinin göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edə bilərlər. Bunun üçün aşağıda göstərilən sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilməlidir: a) Müayinə və şəhadətləndirilmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbəsindən göndəriş; b) Azərbaycan Ordusunda hərbi xidmət keçməyiniz və ehtiyata buraxılmanız haqqında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbəsindən arayış; v) Hərbi xidmət dövründə müayinə, müalicədə olmağınız və hərbi xidmət dövründən sonra xəstəliyiniz ilə əlaqədar müalicə olunduğunuz tibb müəssisələrindən çıxarış epikrizləri. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 sentyabr 2024-cü il tarixli, 2539 nömrəli məktubdan görünür ki, N №-li hərbi hissədən gəlmiş, mayor İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 2 №-li əmrilə (əsas: §-1, səh-10, sıra-1, əmrdə hərbi rütbəsi “mayor” yazılmışdır, əsas kimi “xx.xx.2020-ci il tarixli 1716 №-li təyinat vərəqəsi” göstərilmişdir) xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və N №-li hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 8 №-li əmrində (əsas: §- 1, səh-12, sıra-30, əmrdə hərbi rütbəsi “mayor” yazılmışdır) xx.xx.2020-ci il tarixdən mayor İddiaçı N №-li hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsinə təyin olunması qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 25 №-li əmrilə (əsas: §-2, səh-64, sıra-1, əmrdə hərbi rütbəsi “mayor” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor İddiaçı xx.xx.2020-ci il tarixdən N №-li hərbi hissəyə, müalicəyə getmiş hesab edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 27 №-li əmrində (əsas: §-6, səh-67, əmrdə hərbi rütbəsi “mayor” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) xidməti zərurətlə əlaqədar olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, N №-li əmrilə hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor İddiaçı N №-li hərbi hissə komandirinin sərəncamına çıxarılmış hesab edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 28 №-li əmrilə (əsas: §-2, səh-70, sıra-1, əmrdə hərbi rütbəsi “mayor” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor İddiaçı xx.xx.2020-ci il tarixdən N №-li hərbi hissədən, müalicədən gəlmiş hesab edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 34 №-li əmrilə (əsas: §-1, səh-46, sıra-1, əmrdə hərbi rütbəsi “mayor” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissə komandirinin sərəncamında olan, mayor İddiaçı xx.xx.2020-ci il tarixdən Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müalicəyə getmiş hesab edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 86 №-li əmrilə (əsas: §-11, səh-117, sıra-6, əmrdə hərbi rütbəsi “mayor” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissə komandirinin sərəncamında olan, mayor İddiaçı xx.xx.2020-ci il tarixdən Silahlı Qüvvələrin Baş Klinik Hospitalından müalicədən gəlmiş hesab edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, 0124 №-li əmrinə əsasən, N №-li hərbi hissənin kadrlar bölmə rəisi vəzifəsinə təyin olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 134 №-li əmrilə (əsas: §-1, səh-52, əmrdə hərbi rütbəsi “mayor” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 19 sentyabr 2024-cü il tarixli, 1509 nömrəli məktubla İddiaçı şəhadətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, 5881 saylı “Xəstəlik haqqında şəhadətnamə”nin və həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin surətləri məhkəməyə göndərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 sentyabr 2024-cü il tarixli, 2708 nömrəli məktubdan görünür ki, N №-li hərbi hissənin, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 2020-2021-ci il tarixli sənədləri, N №-li hərbi hissənin 2020-2021-ci il tarixli “Yaralıların qeydiyyatı” kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı müayinə və müalicə olunması barədə araşdırma apara bilməmişdirlər. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18 oktyabr 2024-cü il tarixli, 0132 nömrəli məktubla İddiaçı xidməti barədə şəxsi işindən çıxarışlar məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 oktyabr 2024-cü il tarixli, 3-17-9-4/2-1753/2024 nömrəli məktubdan görünür ki, şəxsin əlillik vəziyyəti Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 2 mart tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq göndəriş vermək hüququ olan dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müraciətlə bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Şərur rayonu Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş B00219349UYN nömrəli göndərişə müvafiq olaraq 2024-cü il 23 yanvar tarixində natamam doldurulma səbəbindən imtina verilərək tibb müəssisəsinə geri qaytarılmışdır. Məlumat üçün bildirilir ki, sonrakı dövrdə İddiaçı əlillik vəziyyəti qiymətləndirilərək Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müvafiq elektron sistem üzərindən 2024-cü il 29 avqust tarixindən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 75% pozulması təyin olunmuşdur. Məktuba həmçinin İddiaçı əlilliyinin qiymətləndirilməsi barədə Naxçıvan MR Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı da əlavə edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 21 noyabr 2024-cü il tarixli, 793 nömrəli və 28 10 2024 cü il tarixli 749 nömrəli məktubları əsasında İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 7179 №-li, 577 №-li xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək stasionar müalicədə, xx.xx.2020-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədə (Əhmədbəyli hospitalında) ambulator müayinədə olmasına dair adına tərtib olunmuş xəstəlik tarixlərindən çıxarılmış “çıxarış epikrizlərinin” təsdiq olunmuş kserosurətləri və arxiv arayışları məhkəməyə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 2-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin: - 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. - 7.4-cü bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-ci maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı N günlük Vətən Müharibəsi dövründə aldığı xəsarət ilə bağlı travmanın dərəcəsinin ağırlığı barədə ona travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin normalarının məzmunundan görünür ki, travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 278 nömrəli arxiv arayışında N nömrəli hərbi hissənin (Əhmədbəyli hospitalın) 2020-ci ilə məxsus “ambulator xəstələrin qeydiyyatı” kitabının 23-cü səhifəsində olan 12056-cı sayındakı və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 2020-ci ilə məxsus “ambulator xəstələrin qeydiyyatı” kitabının 286-cı səhifəsində olan 17753-cü sayındakı qeydlərə əsaslanaraq qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci tarixdə N nömrəli hərbi hissədə (Əhmədbəyli hospitalında) və xx.xx.2020-ci il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ambulator müayinədə olmuşdur. Diaqnoz olaraq 1. Kəskin sisit (xx.xx.2020, N nömrəli h\h və 2.Serebrovaskulyar xəstəlik.(xx.xx.2020 BKH-lı) diaqnozları qoyulmuşdur. Silahlı qüvvələrin Baş Klinik Hospitalının Nevrologiya bölməsi tərəfindən verilmiş 7179 nömrəli Çıxarış epikrizə əsasən İddiaçı hospitala daxil olarkən (xx.xx.2020) şikayətləri baş ağrıları, baş gicəllənmələri, müvazinətin pozulması kimi olmuşdur. Cavabdehin etirazda qeyd etdiyi İddiaçı təqdim etdiyi xəstəlik haqqında Baş Klinik Hospitalda stasionar müalicədə olduğu vaxt hər hansı xəsarət aşkar olunmamasına və müayinə zamanı onun 2018-ci ildən özünü xəstə hesab etdiyini bildirməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının N nömrəli hərbi hissədə (Əhmədbəyli hospitalında) və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ambulator müayinədə olduğunu təsdiq edən sənədlərdə (çıxarış epikrizləri və s) iddiaçıya müxtəlif növ müayinələrdən keçməsi, müxtəlif növ dərman preparatlarının qəbul etməsi, hərbi hissə həkiminin dinamik nəzarətində olması və şəhadətləndirilməsi məqsədilə müvafiq sənədlərlə HHK-na göndərilməsi tövsiyə olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18 oktyabr 2024-cü il tarixli, 0132 nömrəli məktubla göndərilmiş İddiaçı xidməti barədə şəxsi işindən çıxarışa əlavə olunmuş xidmət dəftərçəsində iddiaçının 2020-ci il tarixədək xəstə olması barədə və ya özünü xəstə hesab etməsi barədə heç bir qeyd olmamışdır, əksinə onun xx.xx.2020-ci il tarixdə xidməti zərurətlə əlaqədar olaraq (səhhəti ilə əlaqədar) müalicə müəsissəsinə göndərildiyi üçün N nömrəli hərbi hissə komandirinin sərəncamında olduğu qeyd edilmişdir. İş materiallarında olan 10 may 2022-ci il tarixli, 5881 xəstəlik haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 2902 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyası tərəfindən serebrova skulyar xəstəlik nəticəsində ikinci mərhələ xroniki dissirkuiyator ensefalofıatiyi proqressiv gedişli, koordintorpozulmalar və sağ aşağı ətrafın monoparezi ilə, Hipertoniya xəstəliyi İİ (ikinci) mərhələ diaqnozu ilə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi şəhadətləndirilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə etirazın əsasını təşkil edən iddiaçının xəstəliyinin N günlük Vətən Müharibəsi dövründən əvvəl yaranması faktını təsdiq edən sübutlar təqdim edilməmiş, əksinə iddiaçının müayinə tarixləri və yekunda şəhadətləndirilməsinin müharibə dövrü ilə üst-üstə düşməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, hərbi həkim komissiyaları yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın) səbəb əlaqəsi haqqında qərarı vətəndaşın yaralanma (travma, xəsarət, kontuziya) aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında gəlinən nəticə həmin səlahiyyətin məqsədinə uyğun olmamış, bununla da, “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “N günlük Vətən Müharibəsi dövründə aldığı xəsarət ilə bağlı travmanın dərəcəsinin ağırlığı barədə ona travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. N günlük Vətən Müharibəsi dövründə aldığı xəsarət ilə bağlı travmanın dərəcəsinin ağırlığı barədə İddiaçı travma haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-360/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-360/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver